Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər



Yüklə 339,2 Kb.

səhifə10/11
tarix20.09.2017
ölçüsü339,2 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

54 

 

Bəs  nə  üçün  süd  günü  məhz  iyunun  1-də  qeyd 



olunur?  Çünki  1  iyun  Beynəlxalq  Süd  Günü  təsis  olunana 

qədər  artıq  bir  çox  ölkələrdə  bu  bayramın  qeyd  olunması 

ənənəsi var idi. Təsadüf belə gətirmişdi ki, bir çox ölkələrdə 

süd  günü  ya  iyunun  1-ə,  ya  da  ona  yaxın  olan  tarixlərə 

düşürdü. Buna görə də Beynəlxalq Süd Gününün iyunun 1-

də qeyd olunması qərara alındı.  

Artıq  2008-ci  ildə  dünyanın  40-dan  artıq  ölkəsində 

bu bayram qeyd olunurdu.  

Ölkəmizdə  də  süd  gününün  qeyd  olunması  ənənəsi 

yeni  başlayır.  Bu  günün  təbliğ  olunmasının  böyük 

əhəmiyyəti  var.  Respublikamız  süd  və  süd  məhsullarının 

istehsalı  ənənəsinə  malikdir.  Düzgün  qidalanmaq,  süd 

məhsullarından bol-bol istifadə etmək gələcək nəslin sağlam 

yetişməsində çox mühüm amildir.  

Kitabxanalarda,  təhsil  müəssisələrində  bu  əlamətdar 

günün  qeyd  olunması  çox  yaxşı  olardı.  Süd  və  süd 

məhsulları,  onların  istehsalı,  faydaları  haqqında  uşaqları 

məlumatlandırmaq  üçün  sərgi  təşkil  etmək  olar.  Sərgi 

başlıqları  kimi  aşağıdakıları  seçmək  olar:  “Güclü,  ağıllı, 

cəld olmaq– bütün bunları südə borcluyuq!”, “Süd içək – tez 

böyüyək, süd  içək – sağlam olaq!”, “Biz südü çox sevirik!” 

və s. 


MKS-lərin  uşaq  şöbələrində,  təhsil  müəssisələrində  süd 

günü ilə bağlı tədbirlər keçirmək olar. Belə bir orijinal oyun 

olan  “Süd  ölkəsi”  adlı  “Möcüzələr  sahəsi”  formatında  olan 

oyun keçirmək olar. Oyunun məqsədi və vəzifələri: 

-

 

Vacib qida məhsulu olan süd haqqında məktəblilərin 



məlumatlarını artırmaq; 

-

 



Qidalanmağa şüurlu münasibətin formalaşdırılması; 


55 

 

-



 

Öz  sağlamlığının  qorunmasına  laqeyd  yanaşmamaq 

hissinin tərbiyə edilməsi. 

Ssenarini sizlərə təqdim edirik: 

Lazım  olan  avadanlıq:  hərflər  olan  dairə;  tapşırıqların 

yazıldığı  cədvəl;  “Sənin  qayğına  özündən  yaxşı  heç  kim 

gəlməyəcək!”  yazılmış  plakat,  prizlər,  maqnitofon  və 

musiqili başlıqlar. 

Hazırlıq işləri: Oyun üçün sualların və onları müşayiət edən 

musiqilərin seçilməsi, plakatın, təbil formasında hərflər olan 

dairənin,  tapşırıqlar  olan  cədvəlin,  priz  və  mükafatların 

hazırlanması. 

 

 



 

Oyunun gedişi 

Aparıcı: Salam, uşaqlar! Bu gün bizim qeyri-adi tədbirimiz 

var.  Tədbirimizin  adı  –  “Süd  ölkəsi”dir.  Südü  dünyadakı 

möcüzələrdən  biri  hesab  etmək  olar.  Süd  –  körpələrin  ilk 

qidasıdır!  

İnsan  həyatının  ilk  günlərində  süd  onun  təbii 

qidasıdır.  Körpə  süd  içərək  normal  şəkildə  böyüyür  və 

inkişaf edir. Bir çox mütəxəssislərin fikirlərinə görə, süd və 

süd məhsulları uşaqların və böyüklərin qida rasionuna daxil 

olmalıdır.  Bu  qiymətli  məhsul  200-dən  çox  müxtəlif 

qiymətli  komponentlərə  malikdir:  zülal,  yağ,  süd  şəkəri, 

mineral duzlar, vitaminlər və s. Yarım litr süd böyük insanın 

gündəlik  tələbatı  olan  zülalın  30%-ni,  yağın  25%-ni, 

kalsium və fosforun 75%-ni, B və D vitaminlərinin 30%-ni, 

A, B, C vitaminlərinin 15%-ni ödəyir.  

Beləliklə, görürsünüz ki, süd həqiqətən çox qiymətli 

məhsuldur. 

Daha sonra aparıcı qonaqları təqdim edir və oyunun 

qaydalarını diqqətə çatdırır.  




56 

 

Oyunun  mərhələləri:  3  tur,  final,  tamaşaçılarla  oyun  və 



superoyun. Hər bir turda üç oyunçu iştirak edir.  

“O” sektoru – xallar yanır və oyun növbəti oyunçuya keçir. 

“Şans” sektoru – istənilən hərfi açmağa icazə verilir. 

“Dosta zəng” sektoru – tamaşaçılara müraciət etmək olar ( 

oyunçulara deyil). 



“Priz”  sektoru  –  prizdən  imtina  edib  oyuna  davam  etmək 

və ya prizi götürüb tamaşaçıların yanına qayıtmaq olar. 

              

 

 

I – seçmə tur 

Aparıcı:  Oyunçuların  ilk  üçlüyünü  seçmək  üçün,  mən 

südün 


faydalı 

xüsusiyyətləri 

haqqında 

tapmacalar 

deyəcəyəm.  Məlumdur  ki,  qida  kimi  yalnız  inək  südündən 

istifadə  edilmir.  Digər  heyvanların  da  südü  tamdəyərli 

qidadır. 

1.

 



Saqqalı var, qoca deyil

Buynuzu var, öküz deyil

Sağılır, amma inək deyil

(Keçi) 


2.

 

Qozbel heyvanam, 



Uşaqların sevimlisiyəm 

(Dəvə) 


3.

 

Yayın cırhacırında da  



Kürkümü çıxarmıram 

(Qoyun) 


 

Oyunçuların ilk üçlüyünün təqdimatı.  

 

 

 


57 

 

 



I Tur 

 

Tapşırıq: Bu içki qarışıq qıcqırmadan  - süd turşusu və spirt 



–  alınır  və  onu  maya  əsasında  hazırlayırlar.  Asan  həzm 

olunur,  ağırlıq  hissi  vermir,  tez  doydurur,  sərinləşdirici, 

yüngül  tonuslaşdırıcı  və  müalicəvi  təsiri  var.  Xəstəlikdən 

sağalmaqda  olan,  qanazlığı,  iştahsızlığı  olanlar  üçün 

xüsusilə  faydalıdır.  Yaşlı,  artıq  çəkili,  şəkərli  diabetdən, 

böyrək və ürək xəstəliklərindən  əziyyət  çəkənlərə məsləhət 

görülür. Bu içkinin adını deyin. 

             

 

KEFİR 


 

    


 

 

II Seçmə tur 

 

Aparıcı: İkinci oyunçu üçlüyünü seçirik. Tapmacaları tapın:  



 

1.

 



Turp kimi hər tərəfi sarıdır, 

Oyuqları nə qədər çox olsa,  

Bir o qədər faydalıdır 

(Pendir) 

 

2.

 



Süddən nə alınır, 

Azca düşün, taparsan 

(Yağ) 

 

3.



 

Aytənin əlində 

Stəkanda qış, 

Gülşənin əlində  

Çöp üzərində qış.. 

(Dondurma) 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə