Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər



Yüklə 339,2 Kb.

səhifə3/11
tarix20.09.2017
ölçüsü339,2 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

13 

 

olunmuşdur.  Bütün  dünyadan  olan  kuklaçıların  bayramı 



ənənəsi  2000-ci  ilin  21  martında  yaranmışdır.  Məhz  həmin 

gündən  başlayaraq  kukla  teatrının  bütün  peşəkarları  və 

pərəstişkarları  tərəfindən  Beynəlxalq  kuklaçı  günü  qeyd 

olunur.  Ənənəyə  görə,  həmin  gün  kukla  teatrı  və  yaradıcı 

qruplarının  əməkdaşları  qeyri-adi  kukla tamaşaları, maraqlı 

görüşlər, konsertlər təşkil edirlər.  

Ölkəmizdə  də  kuklaların,  kukla  tamaşalarının 

yaranmasının  öz  tarixi  vardır.  Kuklalar  səhnədə  görünəndə 

həmişə bayram olur. Kukla tamaşaları uşaqlara xeyirxahlığı, 

yaxşıları dəyərləndirməyi və sevməyi öyrədir. Əgər kuklalar 

balacalar  üçün  bir  oyun,  əyləncədirsə,  böyüklər  üçün  bir 

eyham,  bir  mesajdır.  Oyuncaqlar,  bir  tərəfdən  körpə  üçün 

əyləncəli  anlar  yaradar,  digər  tərəfdən  tərbiyəvi  və  çox 

təsirli  vasitə  kimi  önəm  daşıyar.  Kukla  oyunlarını  üç  tipə 

bölmək  olar:  kilimarası;  kukla  oyunu;  kölgə  oyunu.  Kukla 

oyun-tamaşalarının  eyni  kökdən  olan  bir  neçə  forması  var. 

Bunlardan  ən  geniş  yayılanı  “Bəbək”,  “Keçəl  pəhləvan”, 

“Maral oyunu”, “Kilim arası” qədim kukla oyunlarındandır. 

İllər  ötdükcə  mədəniyyətin  hər  bir  sahəsi  kimi  kukla  teatrı 

da inkişaf edir. Hələ ta qədimdən xalqımız təbii vasitələrdən 

istifadə 

etməklə 


kuklalar  düzəltmiş,  xalq  oyunları 

keçirmişlər.  Min  illər  boyu  azərbaycanlıların  yaşadıqları 

böyük və möhtəşəm ərazidə kukla oyunları da geniş yayılıb. 

El  arasında  kukla  oyunlarına  bəbək,  oyuq  və  ipdə  oyuq 

oyunları  da  deyilib.  Bu  oyunlar  üçün  kukla  düzəldənlər 

oyuqçular adlanıblar. 

Azərbaycanda  körpə  balaların  kuklalarla  görüş 

ünvanı Abdulla Şaiq adına Kukla Teatrıdır. Kukla Teatrının 

səhnəsində  həm  milli,  həm  də  dünya  xalqlarının  nağıl 



14 

 

qəhrəmanlarının  iştirakı  ilə  tamaşalar  oynanılır:  “Cırtdan”, 



“Turpun  nağılı”,  “Qoçaq  Əhməd”,  “Qırmızı  Papaq”,  “Cik-

Cik  xanım”,  “Ələddin”,  “Quşcuğaz”,  “Göyçək  Fatma”, 

“Məlikməmməd”  və  başqa  tamaşalar  teatrın  səhnəsində 

oynanılır.  

Beynəlxalq 

Kuklaçılar 

Gününün 

uşaq 


kitabxanalarında qeyd olunması məqsədəuyğundur, çünki bu 

bayram  məhz  uşaqlarla  bağlıdır.  Bu  günlə  əlaqədar  sərgi 

təşkil  edilməlidir. Sərgi  aşağıdakı  başlıq  altında  təşkil  edilə 

bilər: “Ay uzunsaç, qaragöz, ağıllı kuklam mənim...” 

Sərgidə  milli  və  başqa  kuklaları,  əgər  mümkün 

olmasa, onların şəkillərini nümayiş etdirmək olar:

 

 

 



 


15 

 

 



 

 



16 

 

 



 

 

                           



 


17 

 

 



         

 

 



Azərbaycan Dövlət Kukla Teatrı            

 

 




18 

 

 



 

 

 



    Kukla  və  kuklaçılar  haqqında  deyimlərdən  də  istifadə 

etmək olar. Bir neçə belə nümunə təqdim edirik: 

 

Kuklaçının səsi sadəcə insan səsi olmamalıdır, o, peyğəmbər 



səsi kimi dözməyə və qalib gəlməyə kömək etməlidir. 

 

 



 

 

 



U.Folkner 

 

 



 

 

 



Yazıçı 

 

İnsan  kukladan  nə  ilə  fərqlənir?  Oyun  bitdikdən  sonra  onu 



da, eynən kukla kimi qutusuna qoyurlar.                                

   


Mina Fudzi  

Aktrisa     

  

 



19 

 

Ölüm – qutudakı mum kukladır. 



 

 

 



 

 

Rey Bredberi 



 

 

 



 

 

Yazıçı 



 

Tamaşa  bitdikdən  sonra  kuklaçılar  gedir,  sınmış  kuklaları 

isə  tullayırlar. 

 

 



 

 

 



D.Solo      

 

 



 

 

 



yazıçı, siyasətçi   

 

 



Beynəlxalq  Kuklaçılar  Günü  münasibətilə    kiçik 

yaşlı 


oxucular 

üçün 


səhnəcik 

təşkil 


etmək 

məqsədəuyğundur. 

Tədbirdə  öncə  sözləri  Cahangir 

Məmmədovun,  musiqisi  Ağabacı  Rzayevanın  olan  “Ay 

uzunsaç,  qaragöz,  ağıllı  kuklam  mənim”  mahnısı  uşaqların 

ifasında səsləndirilir.  

Ay uzunsaç, qaragöz, 

Ağıllı kuklam mənim! 

Gəl “Əlifba” oxuyaq, 

Sən şagird ol, mən müəllim. 

 

Bir de görüm “A”, 



Ay gözəl kukla! 

Yoxsa səninlə  

Danışmaram ha... 

 

Atam almış mənimçin, 



Rəngli qələm və dəftər. 

Kitabımda var budur 

Gözəl-gözəl şəkillər. 

 



20 

 

Ağzını aç sən, 



Söylə can vətən!...  

Nə tənbəl qızsan, 

Niyə dinmirsən? 

 

Oxumağı, yazmağı, 



Öyrənmişəm bacımdan. 

Dərsə gedəndə mən “beş” 

Alacağam hər zaman. 

 

Asan bir hərfi 



Sən bilmirsən ki; 

İncimə, kukla, 

Alırsan “iki”... 

 

 



Daha  sonra  rus  yazıçısı  Aleksey  Tolstoyun  Karlo 

Kollodinin  “Pinokionun  macəraları.  Taxta  kuklanın 

tarixçəsi”  adlı  nağılı  əsasında  qələmə  aldığı  “Qızıl  açar  və 

ya  Buratinonun  macəraları”  povest-nağılı  balacaların 

ifasında səhnələşdirilir.     

 

 



         Beynəlxalq Uşaq Kitabı günü      

 

 

Hər  il  aprelin  2-si  Beynəlxalq  Uşaq  Kitabı  Günü 



(International  Childrens  Book  Day)  qeyd  olunur.  Uşaq 

ədəbiyyatı  gününün  məhz  aprelin  2-də  keçirilməsinin  öz 

maraqlı tarixçəsi var. Belə ki, məşhur nağılçı Hans Xristian 

Andersen  məhz  bu  gündə  -  1809-cu  il  aprelin  2-də  anadan 

olmuşdur. 

Beynəlxalq 

Uşaq 

Kitabı 


Gününün 

H.X.Andersenin  doğum  günündə  qeyd  olunması  təklifini 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə