Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər



Yüklə 339,2 Kb.

səhifə5/11
tarix20.09.2017
ölçüsü339,2 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

28 

 

I Oxucu: Azərbaycan uşaq yazıçılarından Z.Cabbarzadənin, 

X.Əlibəylinin,  T.Elçinin,  Ə.Əhmədovanın,  İ.Tapdığın, 

Z.Xəlilin, R.Yusifoğlunun əsərlərini də sevərək oxuyuruq. 



II  Oxucu:  Müasir  Azərbaycan  uşaq  yazıçılarından 

S.Nuruqızının, 

R.Yusifqızının, 

Q.İsabəylinin, 

Ə.Quluzadənin və s. əsərləri də çox xoşuma gəlir. 

 

                           Beynəlxalq Rəqs Günü 



 

Təqvimdə  nisbətən  yeni  bayramlardan  biri  də 

Beynəlxalq  Rəqs  Günüdür  (International  (World)  Dance 

Day). 29 aprel – peşəkar və ya həvəskar rəqslə məşğul olan, 

rəqsi  sevən  hər  kəsin  bayramıdır.  Beynəlxalq  Rəqs  Günü 

1982-ci ildən bəri YUNESKO-nun qərarı ilə qeyd olunmağa 

başlanmışdır. Bu gün fransız baletmeysteri Jan Jorj Noverin 

doğum  gününə  təsadüf  edir.  J.J.Nover  müasir  baletin 

nəzəriyyəçisi  hesab  olunur.  J.J.Noverin  doğum  gününün 

rəqs  günü  kimi  qeyd  olunması  təklifini  balet  artisti, 

xoreoqraf və pedaqoq P.A.Qusev təklif etmişdir. 

Dünyanın  bir  çox  ölkələrində  olduğu  kimi, 

Azərbaycanda  da  Beynəlxalq  Rəqs  Günü  təsis  olunduğu 

tarixdən 

etibarən, 

ənənəvi 


olaraq 

qeyd 


olunur. 

Azərbaycanda  rəqslərin  tarixi  olduqca  zəngin  və  qədimdir. 

Hələ  eramızdan  2-3  min  il  əvvəl,  Azərbaycan  ərazisində 

rəqslər  insanların  həyatında  müəyyən  yer  tutmuşdu.  Bu 

baxımdan,  Qobustan  qayaüstü  rəsmləri  arasında  “Yallı” 

oynayan  insanların  təsviri  xüsusi  maraq  doğurur.  Folklor, 

qədim  xalq  oyunları,  rəqs  havaları  milli  incəsənətimizin 

qızıl fonduna həmişəlik daxil olmuşdur. “Tərəkəmə”, “Naz 

eləmə”,  “Turacı”,  “Uzundərə”,  “Qoçəli”,  “Heyvagülü”, 



29 

 

“Vağzalı”  xalq  rəqslərinə  tamaşa  etmək  kifayətdir  ki, 



xalqımızın  zəngin  musiqiyə,  köklü  adət-ənənəyə  malik 

olduğunu duyasan.  

Uşaqlarda  estetik  zövqün  formalaşdırılması,  onların 

arasında  milli  və  dünya  xalqlarının  rəqslərini  təbliğ  etmək 

üçün Beynəlxalq Rəqs Günü ilə əlaqədar kitabxanalarda və 

təhsil müəssisələrində tədbirlərin keçirilməsi çox yaxşı olar. 

Uşaq kitabxanalarında bu günlə əlaqədar sərginin qurulması 

vacibdir.  Sərgiyə  aşağıdakı  başlıqlardan  birini  seçmək  olar: 

“Vals  –  bütün  rəqslərin  başlanğıcı  və  sonudur”,  “Rəqs  - 

özünü  musiqidə  ifadə  etmək  imkanıdır”,  “Rəqs  elə 

özünüifadə  formasıdır  ki,  onu  heç  kim  heç  vaxt  sizdən  ala 

bilməz”,  “Rəqs  də  həyat  kimidir,  lakin  həyatdan  fərqli 

olaraq,  onu  yenidən  başlaya  bilərsən”,  “Rəqs  -  həyat 

kimidir, dursan, rəqs bitəcək, dayansan, həyat”. 



 

                         Fotosərgi: 

 


30 

 

 

 

 

 



 


31 

 

 



 

 

Beynəlxalq  Rəqs  Günü  ilə  bağlı  kitabxanada  uşaqların 



ifasında  hazırlanmış  milli  rəqslərin  nümayişi,  hər  bir  rəqs 

haqqında 

onlara 

qısaca 


məlumatın 

verilməsi 

məqsədəuyğudur.  Rəqsləri  ifa  edən  uşaqların  münsiflər 

heyəti  tərəfindən  qiymətləndirilməsi  və  qaliblərin  simvolik 

olaraq mükafatlandırılması yaxşı olar.  

 

    Ümumdünya İnternet Günü 

 

Aprelin  4-ü  bütün  dünyada  Beynəlxalq  İnternet 



Günü  kimi  qeyd  olunur.  Bu  bayramın  dərin,  eyni  zamanda 

bir qədər mübahisəli tarixçəsi var. Belə ki, 4 aprel tarixində 

şagirdlərin  və  tələbələrin  himayəçisi  olan  və  tarixdə  ilk 

“Etymologiae”  ensiklopediyasının  yaradıcısı  Sevilyalı 

Müqəddəs İsidorun ölüm günüdür. Məlumat üçün qeyd edək 

ki,  katolik  kilsəsi  1998-ci  ildə  ümumdünya  internet 




32 

 

şəbəkəsini insan bilikləri xəzinəsi  adlandırıb.  Uzun müddət 



namizədlər  arasında  seçim  edən  Vatikan  2000-ci  ildə  belə 

qərara  gəlib  ki,  İnternetin  ən  yaxşı  himayəçisi  müqəddəs 

İsidor  ola  bilər.  Öz  qərarını  şərh  edən  II  İohann  Pavel 

bildirib  ki,  insan biliklərinin  xəzinəsi  internetdir, buna  görə 

də o, bu missiyanı müqəddəs İsidora həvalə edib. Qeyd edək 

ki,  internet  himayəçisi  ilk  dəfə  olaraq  çarpaz  istinad 

sistemindən istifadə edib. Bu sistem qlobal şəbəkədə istifadə 

edilən hiper istinadları xatırladır.  

Müasir  dövrdə  İnternetin  insan  həyatındakı  rolunu 

nəzərə  alaraq,  bu  günün  informasiya  texnologiyaları  ilə 

bağlı  məlumatların  geniş  təbliği  üçün  bir  imkan  kimi, 

kitabxanalarda  və  digər  mədəni-maarif  müəssisələrində 

geniş şəkildə qeyd olunması vacibdir.  

Bunun  üçün  ilk  öncə  sərgilərin  təşkil  edilməsi 

lazımdır.  Sərgi  üçün  başlıq  nümunələri  təqdim  edirik: 

“İnternet  -  müasir  həyatın  ayrılmaz  hissəsidir”,  “İnternet  - 

dünyanı  birləşdirən  şəbəkə”,  “İnternetə  çıxış  imkanı  – 

insanların təməl hüquqlarından biri hesab olunur” və s.  

 

 

 



 


33 

 

        



Fotosərgi: 

 

 



 

 

 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə