Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər



Yüklə 339,2 Kb.

səhifə9/11
tarix20.09.2017
ölçüsü339,2 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

49 

 

Beynəlxalq  Günəş  Enerjisi  Cəmiyyətinin  Avropa 



şöbəsi  bərpa  olunan  enerji  mənbələrinin  istifadə  olunması 

imkanlarına diqqəti cəlb etmək üçün 1994-cü gündən hər il 

mayın 3-də könüllü əsasda Günəş Gününü qeyd edir. 

Bütün Avropa üzrə peşəkarlar və könüllülər, ictimai 

təşkilatlar  və  firmalar  Günəş  enerjisinin  imkanlarını 

nümayiş etdirməklə bağlı müxtəlif tədbirlər keçirirlər.  

Günəş Günü ilə bağlı kitabxanalarda və məktəblərdə bir sıra 

tədbirlər  keçirilə  bilər.  Kitabxanalarda  ilk  öncə  sərgilər 

təşkil  olunmalıdır.  Sərgi  üçün  başlıqlar  təqdim  edirik:  “Ay 

ana,  böyüyəndə,  Günəş  olaram  mən  də...”;  “Günəş  – 

təmənnasız  və  qarşılıqsız  işığını,  nurunu  bizə  bəxş  edən 

ulduz”,  “Həyat  üçün  Günəşə  borcluyuq”,  “Qoy  başımız 

üstündə  daim  nur  saçsın  Günəş!”,  “Qoy  həmişə  günəş 

olsun!”. 

“Qoy həmişə günəş olsun” adlı sərgidə adında günəş 

sözü  olan,  astronomiya  və  folklordan,  dünyada  sülh 

haqqında  kitablardan  istifadə  olunur.  Sərgi  bir  neçə  gün 

davam  etməlidir.  Sərgidə  günəş  haqqında  sitatlardan  da 

istifadə olunur. Sitat nümunələrini təqdim edirik: 

 

Hər bir insanda günəş var. Sadəcə onun parlamasına imkan 



verilməlidir. 

 

 



 

 

Sokrat 



 

 

 



 

Filosof 


Bilin  ki,  ən  nəhəng  brilyant    -  Günəşdir.  Xoşbəxtlikdən  o, 

hamı üçün parlayır. 

 

 

 



 

Ç.Çaplin 

 

 

 



 

Aktyor 



50 

 

Hələ  heç  kim  günəşi  başqası  üçün  də  işıq  saçdığına  görə 



ittiham etməyib. 

 

 



 

 

M.İ.Svetayeva 



 

 

 



 

Şairə 


Günəş  haqlı,  haqsız  tanımır.  Günəş  kimisə  qızındırmaq 

məqsədi ilə işıq saçmır. Özünü tapan insan günəşə bənzəyir. 

 

 

 



Yapon atalar sözü 

 

Kitab sərgisi: 

 

 



 


51 

 

 



 

 

 



 

 

 



 

 

 




52 

 

 



 

Günəş  Günü  ilə  bağlı  kitabxanada  “Beynəlxalq 

Günəş  Günü”  adlı  bayram  keçirmək  məqsədəuyğun  olar. 

Belə  bir  günün  keçiriləcəyi  haqqında  öncədən  elan 

verilməlidir.  

Uşaqlar  zalda  öz  yerlərini  tutduqdan  sonra  onlar 

arasında viktorina keçirilə bilər. Viktorinada uşaqlar, adında 

günəş  olan  kitabları  sadalamalıdırlar.  Daha  sonra 

kitabxanaçı  müxtəlif  xalqların  mifləri,  nağılları,  əfsanələri 

əsasında  onların  günəşlə  bağlı  təsəvvürləri  haqqında 

uşaqlara  məlumat  verir.  Bayramın  davamında  digər 

kitabxanaçı  uşaqlarla  günəş  haqqında  daha  elmi  söhbət 

aparır  və  günəş  haqqında  onlarda  təsəvvür  formalaşdırır. 

Aparıcı  proqramı  günəş  geyimində  apararsa,  bayram  daha 

maraqlı  olar.  Sonda  uşaqlar  onlara  sorulan  tapmacalara 

cavab  verirlər  və  hər  düzgün  cavaba  görə  günəş  geyimli 

aparıcı  onların  üzünə  rənglə  çil  çəkir.  Ən  çox  çil  qazanan 

uşağa  simvolik  hədiyyə  verilir.  Bayram  tədbirinin  sonunda 

uşaqlar  musiqisi  Hökümə  Nəcəfovanın,  sözləri  isə 

Xanımana  Əlibəylinin  olan  “Ay  ana,  böyüyəndə,  Günəş 

olaram mən də” adlı mahnısını birgə oxuyurlar.  

 

 



 

 

 



 

 

 




53 

 

    Ümumdünya Süd Günü 

1  iyun  bütün  dünyada  yalnız  uşaqların  beynəlxalq 

müdafiəsi günü kimi deyil, həm də Ümumdünya Süd Günü 

(World  Milk  Day)  kimi  qeyd  olunur.  Bu  günün  devizi  - 

“Uşaqlar, süd için, sağlam olun!” ola bilər.  

Bu  gün,    ilk  dəfə  2001-ci  ildə  BMT-nin  Ərzaq  və 

Kənd  Təsərrüfatı  Təşkilatının  təklifi  ilə  qeyd  olunmuşdur. 

Həmin gündən bu ənənə dünyanın bir çox ölkələrində geniş 

yayılmışdır.  Bayramın  məqsədi  –  insanlar  arasında  süd  və 

süd  məhsullarının  faydalılığının  təbliğ  olunması,  o 

cümlədən  əhalini  süd  və  süd  istehsalı  ilə  bağlı 

məlumatlandırmaqdır.  

Süd məhsullarının faydası çoxdan təsdiq olunmuş bir 

faktdır.  Süd  məhsulları  mədə  şirəsinin  ifraz  olunmasını 

stimullaşdırır,  bağırsaqların  fəaliyyətini  və  maddələr 

mübadiləsini  yaxşılaşdırır,  orqanizm  tərəfindən  çox  tez  və 

asan  mənimsənilir.  Bundan  əlavə,  insan  orqanizminə 

düşdükdə,  südturşulu  bakteriyalar  C,  B1,  B2,  B12,  D 

vitaminlərini,  hətta təbii antibiotikləri istehsal edir ki,  onlar 

xəstəlikləri  törədən  mikrobların  inkişafını  dayandırır  və  ya 

onları  məhv  edir.  Süd  məhsullarının  tərkibində  orqanizm 

üçün  vacib  olan  çoxlu  miqdarda  kalsium  və  fosfor 

mikroelementləri  var  ki,  bu  da  insanın  dişləri  və 

sümüklərinin  tərkibinə  daxildir.  Süd  və  süd  məhsullarının 

faydalarını sadalamaqla bitməz. 

Balacaların, eləcə də böyüklərin çox sevdiyi müxtəlif 

sıyıqlar,  kokteyllər,  kəsmikdən  hazırlanan  şirniyyatlar, 

dondurmalar,  ləzzətli  pendirlər,  yoqurtlar....  süd  məhsulları 

bir çox qidaların və yeməklərin tərkibinə daxildir.  






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə