21
alman yazıçısı Yella Lepman irəli sürmüşdür. 1967-ci ildə
Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka
yazıçısı, uşaqların sevimlisi H.X.Andersenin dünyaya
gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü
kimi təsis edilmişdir. Bu tarix cəmiyyətin diqqətini uşaq
ədəbiyyatına, onun problemlərinə cəlb etmək üçün təsis
edilmişdir. F.Köçərli adına Respublika Uşaq Kitabxanası da
2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY)
üzvüdür. Kitabxana hər il Milli Uşaq Kitabı Sərgisi təşkil
etməklə Azərbaycanda çap olunan uşaq ədəbiyyatı
nümunələri ilə oxucuları tanış edir.
Bu əlamətdar günlə bağlı uşaq kitabxanalarında
tədbirlərin keçirilməsi çox vacibdir.
Hər şeydən əvvəl kitabxanada Beynəlxalq Uşaq
Ədəbiyyatı Günü ilə əlaqədar sərgi təşkil olunmalıdır. Sərgi
üçün başlıq nümunələrini təqdim edirik: “Uşaqlar üçün
yazmaq, gələcəyin insanını tərbiyə etmək deməkdir”;
“Kamil vətəndaş yetişdirməyin birinci şərti yaxşı uşaq
ədəbiyyatının mütaliəsidir”; “Bir uşağa kitab almaq,
zülmətdə bir şam yandırmaqdır. Bir uşağı oxutmaq,
gələcəyə günəş yollamaqdır”; “Çörək bədəni, kitab ağılı
qidalandırır”; “Kitab ən yaxşı dostdur”. Sərgidə görkəmli
Azərbaycan, rus, dünya yazıçılarının uşaqlar üçün yazdıqları
əsərlərini nümayiş etdirmək lazımdır. Bundan başqa,
görkəmli şəxsiyyətlərin uşaq ədəbiyyatı, uşaq mütaliəsi
haqqında söylədikləri sitatlardan, aforizmlərdən istifadə
etmək lazımdır. Aşağıda belə nümunələr verilir:
22
Ən faydalı kitablar, düşünməyə məcbur edənlərdir.
T.Parker
Amerika yazıçısı
Hər şeyi oxumaq lazım deyil, yalnız ruhunda yaranmış
suallara cavab verən kitabları oxumaq lazımdır.
L.N.Tolstoy
rus yazıçısı
Düşünmədən oxumaq həzm etmədən yeməyə bənzəyir.
E.Bork
yazıçı, filosof
Yaxşı yazan müəllifləri oxumaqla yaxşı danışmaq vərdişi
qazanırsan.
Volter
fransız yazıçısı, şair,
filosof
Uşaqlara nəsihət verməkdənsə, kitab oxuyun.
Q.Oster
rus yazıçısı
Kitab – ödəniş və minnətdarlıq gözləməyən müəllimdir.
Onunla hər dəqiqə, sizə müdrikliyin kəşfini verəcəkdir.
Ə.Nəvai
özbək şairi
Sərgidə aşağıdakı kitabların nümayiş olunması
məqsədəuyğundur:
26
Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə
kitabxanalarda
oxucular arasında sual-cavab gecəsi
keçirmək məqsədəuyğundur. Bununla həm uşaqların milli
və dünya uşaq yazıçılarını nə qədər yaxşı tanıdıqlarını
aşkara çıxarmaq, həm də onları bu sahədə daha da
maarifləndirmək
olar.
Sual-cavab
gecəsində
balaca
oxuculara ünvanlandırılacaq sualları təqdim edirik:
Kitabxanaçı: Uşaqlar, Azərbaycan uşaq yazıçılarından
kimləri tanıyırsınız?
I Oxucu: Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Soltan
Məcid Qənizadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət,
Süleyman Sani Axundov, Abdulla Şaiq..
II Oxucu: Mikayıl Rzaquluzadə, Mir Mehdi Seyidzadə, Mir
Cəlal Paşayev, Mirvarid Dilbazi, Qılman İlkin, Hikmət
Ziya, Zahid Xəlil, Tofiq Mahmud, Məmməd Aslan, Rafiq
Yusifoğlu, Zeynal Cabbarzadə, İlyas Tapdıq, Teymur Elçin,
Xanımana Əlibəyli...
27
Kitabxanaçı: Başqa xalqların uşaq yazıçılarından kimlərin
əsərlərini oxumusunuz?
I Oxucu: A.S.Puşkin, Ş.Perro, V.Qauf, H.X.Andersen,
Qrimm qardaşları, D.Defo, A.Lindqren, L.Kerroll,
K.S.Lyuis, N.Ostrovski, K.Çukovski, S.Marşak, A.Barto,
V.Draqunski, A.Qaydar, N.Nosov və başqaları.
Kitabxanaçı: Uşaq ədəbiyyatını mütaliə edərkən, hansı
janrlarda yazılmış əsərlərə üstünlük verirsiniz: nağıl,
fantastika, şeir, yoxsa nəsr?
I Oxucu: Mən nağıl janrında olan əsərləri həvəslə
oxuyuram. Məsələn: Şarl Perronun “Yatmış gözəl”,
“Küllücə”, Qrimm qardaşlarının “Ağca”, “Bremen
musiqiçiləri”, “Rapunzel”, H.X.Andersenin “Çirkin ördək
balası”, “Düyməcik”, “Qalay əsgərcik”, “Qar kraliçası” və s.
əsərlər.
Kitabxanaçı: Milli uşaq yazıçılarımızın hansı əsərlərini
sevirsiniz?
I Oxucu: Cəlil Məmmədquluzadənin “İki alma”, Tağı
Şahbazi Simurğun “Qayçı” hekayələri, Süleyman Sani
Axundovun “Qorxulu nağıllar”ı, Abbas Səhhətin “Vətən”,
“Quşlar” şeirləri, Abdulla Şaiqin “Nüşabə”, “Sehrli üzük”,
“Zalım padşah və əkinçi”, “Ovçu Məstan” poemaları,
“Şələquyruq”, “İgid uşaq”, “Sümsü” və s. hekayələri...
II Oxucu: M.Seyidzadənin “Nərgiz”, “Ayaz”, “Ata
məhəbbəti”, “Cırtdan”, S.Vurğunun “Ayın əfsanəsi”,
“Aslan qayası”, M.Rzaquluzadənin “El gücü”, “Dəli ozan”,
“Yaralı göyərçin” əsərləri, M.Dilbazinin “”Reyhan”, “Xeyir
və Şər” poemaları..