Ушаг щцгуглары щаггында Конвенсийа



Yüklə 142,23 Kb.
Pdf görüntüsü
tarix19.11.2017
ölçüsü142,23 Kb.
#11192


 

Uşaq hüquqları haqqında Konvensiya 

 

BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il 

 tarixində qəbul edilib 

 

Preambula 

 

Bu Konvensiyanın iştirakçısı olan dövlətlər: 



Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan edilmiş prinsiplərə uyğun olaraq, cə-

miyyətin bütün üzvlərinin ləyaqətinin, bərabər və ayrılmaz hüquqlarının tanınmasının Yer üzündə 

azadlığın, ədalətin və sülhün təmin edilməsinin əsası hesab edərək, 

Millətlər Birliyinə daxil olan xalqların Nizamnamədə insanın əsas hüquqlarına, insan şəxsiy-

yətinin ləyaqətinə və dəyərinə inamlarını təsdiq etdiklərini və daha böyük azadlıq şəraitində sosial 

tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına kömək göstərmək əzmində olduqlarını nəzərə ala-



raq, 

İnsan hüquqlarının ümumi bəyannaməsində və insan hüquqları haqqında Beynəlxalq paktlarda 

Birləşmiş Millətlər Təşkilatının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər əqidələr, milli və 

ya sosial mənşə, əmlak vəziyyəti, doğum şəraiti və ya başqa hallar kimi əlamətlərə heç bir fərq qo-

yulmadan hər bir insanın həmin sənədlərdə göstərilən bütün hüquq və azadlıqlara malik olduğunu 

bəyan etdiyini və bununla razılaşdığını təsdiq edərək, 

İnsan hüquqlarının ümumi bəyannaməsində Birləşmiş Millətlər Təşkilatının uşaqların xüsusi 

qayğıya və köməyə hüququ olduğunu bəyan etdiyini xatırladaraq,  

cəmiyyətin  əsas özəyi və ailənin bütün üzvlərinin, xüsusən uşaqların inkişafı  və rifahı üçün 

əsas təbii mühit kimi ailənin cəmiyyət çərçivəsində vəzifələrini tam həcmdə öz üzərinə götürə bil-

məsi üçün onun müdafiə edilməsinin və dəstəklənməsinin zəruriliyinə əmin olaraq, 

uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, səadət, məhəbbət və 

anlaşma şəraitində böyüməsinin vacibliyini təsdiq edərək, 

uşağın cəmiyyətdə müstəqil həyata tam hazırlanmalı olduğunu və Birləşmiş Millətlər Təşkila-

tının Nizamnaməsində bəyan edilmiş ideallar ruhunda, xüsusən sülh, ləyaqət, dözümlük, azadlıq, bə-

rabərlik və həmrəylik ruhunda tərbiyələnməli olduğunu hesab edərək, 

uşağın belə xüsusi müdafiə olunması zərurətinin 1924-cü il tarixli Cenevrə Uşaq hüquqları bə-

yannaməsində və 1959-cu il noyabrın 20-də Baş Məclis tərəfindən qəbul edilmiş Uşaq hüquqları bə-

yannaməsində nəzərdə tutulduğunu və İnsan hüquqları ümumi bəyannaməsində, Mülki və siyasi hü-

quqlar haqqında Beynəlxalq Paktda (xüsusən 23 və 24-cü maddələrdə),  İqtisadi, sosial və  mədəni 

hüquqlar haqqında Beynəlxalq Paktda (xüsusən 10-cu maddədə), habelə uşaqların rifahı məsələləri 

ilə məşğul olan ixtisaslaşdırılmış idarələrin və beynəlxalq təşkilatların nizamnamələrində və müva-

fiq sənədlərində təsdiq edildiyini nəzərə alaraq, 

Uşaq hüquqları bəyannaməsində göstərildiyi kimi, «fiziki və əqli cəhətdən yetkin olmadığına 

görə uşağın istər doğulmazdan əvvəl, istərsə də doğulduqdan sonra xüsusi mühafizəyə və qayğıya, o 

cümlədən lazımi hüquqi müdafiəyə ehtiyacı olduğunu» nəzərə alaraq, 

Sosial və hüquqi prinsiplər haqqında Bəyannamənin uşaqların müdafiəsinə  və rifahına, xü-

susən onlar milli və beynəlxalq səviyyələrdə tərbiyə olunmağa verilərkən və övladlığa götürülərkən 

müdafiəsinə  və rifahına dair müddəalarına, Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çat-

mayanlar barəsində ədalət mühakiməsinin icrasına dair Minimal standart qaydalarına («Pekin qay-

daları») və Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və  uşaqların müdafiəsi 

haqqında Bəyannamənin müddəalarına istinad edərək, 

dünyanın bütün ölkələrində son dərəcə çətin şəraitdə yaşayan uşaqların olduğunu və belə uşaq-

ların xüsusi diqqətə möhtac olduğunu təsdiq edərək, 




uşağın müdafiəsi və ahəngdar inkişafı üçün hər bir xalqın ənənələrinin və mədəni dəyərlərinin 

əhəmiyyətini lazımınca nəzərə alaraq, 

hər bir ölkədə, xüsusən inkişaf etməkdə olan ölkələrdə uşaqların həyat şəraitini yaxşılaşdırmaq 

üçün beynəlxalq əməkdaşlığın vacibliyini təsdiq edərək, 

aşağıdakılar barədə razılığa gəldilər:  

  

I Hissə 

 

Maddə 1 

 

Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə 

ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın. 

 

Maddə 2 



 

1. İştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisi-

nin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosi-

al mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hal-

lardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir 

uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər.  

2. İştirakçı dövlətlər uşağın, onun valideynlərinin, qanuni qəyyumlarının  və ya digər ailə üzv-

lərinin statusu, fəaliyyəti, ifadə etdikləri baxışları və ya əqidələri əsasında uşağın ayrı-seçkiliyin və 

ya cəzanın bütün formalarından müdafiə olunmasını təmin etmək üçün hər cür lazımi tədbirləri gö-

rürlər. 


 

Maddə 3 

 

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edil-

məsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya 

özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərə-

findən.  

2. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün mə-

suliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri 

olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik təd-

birlərini və inzibati tədbirləri görürlər. 

3. İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavab-

deh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən 

təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxı-

mından cavab versinlər. 

 

Maddə 4 



 

İştirakçı dövlətlər bu Konvensiyada tanınan hüquqların həyata keçirilməsi üçün bütün lazımi 

qanunvericilik tədbirlərini, inzibati və digər tədbirləri görürlər. İştirakçı dövlətlər iqtisadi, sosial və 

mədəni hüquqlar barəsində belə tədbirləri malik olduqları ehtiyatların maksimum çərçivəsində və la-

zım gəldikdə, beynəlxalq əməkdaşlıq çərçivəsində görürlər. 

 

Maddə 5 



 


İştirakçı dövlətlər valideynlərin və yerli adətdə nəzərdə tutulduğu kimi, müvafiq hallarda ge-

nişləndirilmiş ailə və ya icma üzvlərinin, qəyyumların və ya qanuna görə uşaq üçün məsuliyyət daşı-

yan digər  şəxslərin bu Konvensiyada tanınan hüquqların uşaqlar tərəfindən həyata keçirilməsində 

onu lazımınca idarə etmək və ona rəhbərlik etmək və bunu uşağın inkişaf etməkdə olan qabiliyyəti-

nə müvafiq sürətdə yerinə yetirmək məsuliyyətinə, hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər.  

  

Maddə 6 

 

1. İştirakçı dövlətlər təsdiq  edirlər ki, hər bir uşağın yaşamaq üçün ayrılmaz hüququ vardır. 



2.  İştirakçı dövlətlər uşağın sağ qalmasını  və sağlam inkişaf etməsini maksimum mümkün 

olan dərəcədə təmin edirlər. 

 

Maddə 7 

 

1. Uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və  vətəndaşlıq  əldə 

etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı 

görmək hüququna malikdir. 

2. İştirakçı dövlətlər bu hüquqların öz milli qanunvericiliyinə uyğun həyata keçirilməsini və öz 

öhdəliklərinin bu sahədə müvafiq beynəlxalq sənədlərə uyğun yerinə yetirilməsini, o cümlədən əks 

təqdirdə uşağın vətəndaşlığa malik olmayacağı halda təmin edirlər. 

 

Maddə 8 



 

1. İştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, 

uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət 

bəsləməyi öhdələrinə götürürlər. 

2. Əgər uşaq öz fərdiliyinin ünsürlərinin bir qismindən və ya hamısından qanunsuz məhrum 

edilirsə, iştirakçı dövlətlər onun fərdiliyinin ən tez zamanda bərpa edilməsi üçün ona lazımi köməyi 

və müdafiəni təmin edirlər. 

 

Maddə 9 



 

1. İştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna  zidd olaraq ayrı 

düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna 

və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın  ən yaxşı  mənafeyi üçün zəruri olduğunu 

müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, 

məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya vali-

deynlər bir-birindən ayrı yaşadıqda və  uşağın yaşayış yeri barədə  qərar qəbul edilməli olduqda 

zəruri ola bilər. 

2. Bu maddənin 1-ci bəndinə uyğun hər cür araşdırma zamanı bütün əlaqədar tərəflərə araşdır-

mada iştirak etməyə və öz nöqteyi-nəzərini şərh etmək imkanı verilir. 

3. İştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki 

valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, 

amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil 

edir. 


4. Belə ayrılıq iştirakçı dövlətin qəbul etdiyi hər hansı qərardan, məsələn, valideynlərdən biri-

nin və ya hər ikisinin və ya uşağın həbsə alınması, həbsxanada saxlanması, ölkədən çıxarılması, 

deportasiyası və ya ölümü (o cümlədən həmin şəxsin dövlətin sərəncamında olduğu dövrdə hər han-

sı səbəbdən baş vermiş ölümü) ilə əlaqədar qərardan irəli gəldikdə həmin iştirakçı dövlət ailənin qa-




ib üzvünün/üzvlərinin olduğu yer barəsində valideynlərə, uşağa və ya, əgər lazım gələrsə, ailənin 

başqa üzvünə onların xahişi ilə zəruri məlumat verir, bir şərtlə ki, bu məlumatın verilməsi uşağın ri-

fahına ziyan vurmasın.  İştirakçı dövlətlər daha sonra təmin edirlər ki, özlüyündə bu cür xahişin 

verilməsi müvafiq şəxs/şəxslər üçün xoşagəlməz nəticələrə gətirib çıxarmasın. 

 

Maddə 10 

 

1.  İştirakçı dövlətlərin 9-cu maddənin 1-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq uşağın və ya 

onun valideynlərinin ailənin birləşməsi məqsədilə iştirakçı dövlətə gəlmək və ya oradan getmək ba-

rədə  ərizələrinə  iştirakçı dövlətlər tərəfindən müsbət, humanist və operativ baxılmalıdır.  İştirakçı 

dövlətlər daha sonra təmin edirlər ki, bu cür xahişin verilməsi ərizəçilər və onların ailə üzvləri üçün 

xoşagəlməz nəticələrə gətirib çıxarmasın. 

2. Valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki vali-

deynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququ vardır. Bu məqsədlə və 

iştirakçı dövlətlərin 9-cu maddənin 2-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq iştirakçı dövlətlər uşa-

ğın və onun valideynlərinin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıt-

maq hüququna hörmət bəsləyirlər. İstənilən ölkəni tərk etmək hüququ barəsində yalnız elə məhdu-

diyyətlər qüvvədədir ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qa-

ydanın (ordre public), əhalinin sağlamlığının və ya mənəviyyatının və ya digər şəxslərin hüquq və 

azadlıqlarının qorunması üçün zəruridir və bu Konvensiyada tanınan başqa hüquqlarla bir araya 

sığır. 

 

Maddə 11 



 

1. İştirakçı dövlətlər uşağın qanunsuz aparılmasına və xaricdən qaytarılmamasına qarşı müba-

rizə üçün tədbirlər görürlər. 

2. Bu məqsədlə iştirakçı dövlətlər ikitərəfli və ya çoxtərəfli sazişlər bağlamağa və ya qüvvədə 

olan sazişlərə qoşulmağa kömək edirlər. 

 

Maddə 12 



 

1. İştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələ-

lər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına 

onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir. 

2. Bu məqsədlə  uşağa ona toxunan hər hansı  məhkəmə araşdırmasının və ya inzibati 

araşdırmanın gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə, milli qanun-

vericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilmək imkanı verilir.  

 

Maddə 13 



 

1. Uşağın öz fikrini sərbəst ifadə etmək hüququ vardır, bu hüquqa sərhədlərdən asılı 

olmayaraq, hər cür informasiyanı  və ideyaları  şifahi, yazılı  və ya çap edilmiş formada, incəsənət 

əsərləri formasında və ya istədiyi digər vasitələrin köməyi ilə axtarmaq, almaq və ötürmək azadlığı 

daxildir. 

2. Bu hüququn həyata keçirilməsinə bəzi məhdudiyyətlər qoyula bilər, lakin həmin məhdudiy-

yətlər yalnız qanunda nəzərdə tutulan və aşağıdakılar üçün zəruri məhdudiyyətlər ola bilər: 

a) digər şəxslərin hüquqlarına və nüfuzuna hörmət üçün; və ya 

b) dövlət təhlükəsizliyinin və ya ictimai qaydanın (ordre public) və ya əhalinin sağlamlığının 

və ya mənəviyyatının qorunması üçün.   




 

Maddə 14 

 

1. İştirakçı dövlətlər uşağın fikir, vicdan və din azadlığına hörmət bəsləyirlər. 

2. İştirakçı dövlətlər valideynlərin və müvafiq hallarda qanuni qəyyumların uşağın hüququnun 

həyata keçirilməsində uşağa onun inkişaf etməkdə olan qabiliyyəti ilə uzlaşan metodlarla rəhbərlik 

etmək hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər. 

3. Öz dininə və ya məzhəbinə etiqad etmək azadlığına yalnız elə məhdudiyyətlər qoyula bilər 

ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın, əhalinin mənə-

viyyatının və sağlamlığının qorunması və ya digər şəxslərin əsas hüquq və azadlıqlarının müdafiəsi 

üçün zəruridir. 

 

Maddə 15 



 

1. İştirakı dövlətlər uşağın birləşmək azadlığını və dinc toplaşmaq azadlığını tanıyırlar. 

2. Bu hüququn həyata keçirilməsi üçün qanuna uyğun tətbiq edilən və demokratik cəmiyyətdə 

dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik, ictimai qayda (ordre public), əhalinin sağlamlığının 

və ya mənəviyyatının qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri 

olan məhdudiyyətlərdən başqa, hər hansı məhdudiyyət tətbiq edilə bilməz. 

 

Maddə 16 

 

1. Heç bir uşaq onun şəxsi həyat, ailə həyatı, mənzil toxunulmazlığı və ya yazışma sirri hüqu-

qunun həyata keçirilməsinə özbaşına və ya qanunsuz müdaxilə  və ya şərəf və nüfuzuna qanunsuz 

qəsd obyekti ola bilməz.  

2. Uşağın belə müdaxilədən və ya qəsddən qanunla müdafiə olunmaq hüququ vardır. 

 

Maddə 17 



 

İştirakçı dövlətlər kütləvi informasiya vasitələrinin vacib rolunu təsdiq edərək təmin edirlər ki, 

uşaq müxtəlif milli və beynəlxalq mənbələrdən informasiya və materiallar, xüsusən uşağın sosial, 

ruhi və əxlaqi rifahına, habelə sağlam fiziki və psixi inkişafına köməyə yönəldilmiş informasiya və 

materialları ala bilsin. Bu məqsədlə iştirakçı dövlətlər: 

a) kütləvi informasiya vasitələrini uşaq üçün sosial və mədəni baxımdan faydalı olan və 29-cu 

maddənin ruhuna uyğun gələn informasiya və materiallar yaymağa həvəsləndirirlər; 

b) müxtəlif mədəni, milli və beynəlxalq mənbələrdən alınan bu cür informasiya və materialla-

rın hazırlanması, mübadiləsi və yayılması sahəsində beynəlxalq əməkdaşlığı həvəsləndirirlər; 

c) uşaq ədəbiyyatının buraxılmasını və yayılmasını həvəsləndirirlər; 

d) kütləvi informasiya vasitələrini azlıq təşkil edən hər hansı qrupa və ya yerli əhaliyə mənsub 

uşağın dil tələbatına xüsusi diqqət yetirməyə həvəsləndirirlər; 

e) 13-cü və 18-ci maddələrin müddəalarını nəzərə alaraq, uşağı onun rifahına ziyan vuran in-

formasiya və materiallardan qorumağın lazımi prinsiplərinin hazırlanmasını həvəsləndirirlər.     

 

Maddə 18 

 

1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsu-

liyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. 

Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəy-

yumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 



2. Bu Konvensiyada şərh olunmuş hüquqlara təminat verilməsi və həyata keçirilməsinə yardım 

göstərilməsi məqsədilə iştirakçı dövlətlər valideynlərə və qanuni qəyyumlara uşaqların tərbiyəsi ilə 

bağlı vəzifələrini yerinə yetirməkdə lazımi kömək edir və uşaq tərbiyə müəssisələri şəbəkəsinin in-

kişafını təmin edirlər. 

3. İştirakçı dövlətlər bütün lazımi tədbirləri görürlər ki, valideynləri işləyən uşaqların onlara 

baxmaq üçün nəzərdə tutulan xidmətlərdən və müəssisələrdən istifadə etmək hüququna malik olması 

təmin edilsin.  

 

Maddə 19 



 

1. İştirakçı dövlətlər uşağı valideynlər, qanuni qəyyumlar və ya uşağa qayğı göstərən hər hansı 

digər şəxs tərəfindən fiziki və ya psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və 

ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın, o cümlədən seksual sui-istifadənin hər cür 

formalarından müdafiə  etmək məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik 

tədbirlərini görürlər. 

2. Lazım gələrsə, bu cür müdafiə tədbirlərinə uşağa və onun qayğısına qalan şəxslərə zəruri 

kömək göstərilməsi məqsədilə sosial proqramlar hazırlamaq üçün, habelə uşaqla yuxarıda sadalan-

mış kobud rəftar hallarının qarşısının alınmasının və aşkara çıxarılmasının, bu hallar barəsində mə-

lumat verilməsinin, onların baxılmağa göndərilməsinin, təhqiq edilməsinin, uşağın müalicəsinin və 

sonrakı  tədbirlərin digər formalarını  həyata keçirmək, habelə, lazım gələrsə, məhkəmə prosesinə 

başlamaq üçün səmərəli prosedurlar daxil edilir. 

 

Maddə 20 

 

1. Öz ailə mühitindən müvəqqəti və ya daimi məhrum olan və ya özünün ən yaxşı mənafeyi 



üçün belə mühitdə qala bilməyən uşaq dövlət tərəfindən xüsusi müdafiə edilmək və kömək almaq 

hüququna malikdir. 

2. İştirakçı dövlətlər öz milli qanunlarına uyğun olaraq belə uşağa qulluğun dəyişdirilməsini 

təmin edirlər.  

3. Bu cür qulluq uşağın tərbiyəyə, islam hüququna görə «kəfalət»ə verilməsindən, habelə öv-

ladlığa götürülməsindən, lazım gəldikdə isə, uşaqlara qulluq üzrə müvafiq müəssisəyə qoyulmasın-

dan ibarət ola bilər. Dəyişdirmənin variantlarına baxılarkən uşağın tərbiyəsində varisliyin arzu 

olunması və onun etnik mənşəyi, dini və mədəni mənsubiyyəti və ana dili lazımi dərəcədə nəzərə 

alınmalıdır.   

 

Maddə 21 



 

Övladlığa götürmə sistemini qəbul edən və/və ya onun mövcudluğuna icazə verən iştirakçı 

dövlətlər uşağın ən yaxşı mənafeyinin ilk növbədə nəzərə alınmasını təmin edirlər və onlar: 

a) təmin edirlər ki, uşağın övladlığa götürülməsinə ancaq səlahiyyətli orqanlar icazə versinlər. 

Bu orqanlar tətbiq edilən qanuna və prosedurlara uyğun olaraq və işə aid bütün səhih məlumat əsa-

sında uşağın valideynlər, qohumlar və qanuni qəyyumlar barəsində statusuna görə övladlığa götürül-

məsinin mümkünlüyünü və əgər tələb olunarsa, əlaqədar şəxslərin zəruri ola biləcək məsləhətləşmə 

əsasında uşağı övladlığa götürməyə öz şüurlu razılığını verməsini müəyyən edirlər; 

b) təsdiq edirlər ki, uşaq onun tərbiyə olunmasını  və ya övladlığa götürülməsini təmin edə 

biləcək ailəyə tərbiyə olunmağa və ya saxlanmağa verilə bilməzsə və uşağa doğulduğu ölkədə mü-

nasib qulluğun təmin edilməsi mümkün olmazsa, onun başqa ölkədə övladlığa götürülməsi  uşağa 

qulluğun alternativ üsulu hesab oluna bilər; 




c) təmin edirlər ki, uşaq başqa ölkədə övladlığa götürüldükdə ölkənin daxilində övladlığa gö-

türmə barəsində tətbiq edilən eyni təminat və normalar tətbiq olunsun; 

d) başqa ölkədə övladlığa götürmə  təqdirində  uşağın yerbəyer edilməsi nəticəsində bununla 

bağlı şəxslərin əsassız maliyyə mənfəəti götürməməsini təmin etmək məqsədilə bütün lazımi tədbir-

ləri görürlər; 

e) zəruri hallarda ikitərəfli və çoxtərəfli razılaşmalar və ya sazişlər bağlanması yolu ilə bu 

maddənin məqsədlərinə nail olmağa kömək edir və bunun əsasında uşağın başqa ölkədə yerbəyer 

edilməsinin səlahiyyətli hakim dairələr və ya orqanlar tərəfindən həyata keçirilməsini təmin edirlər.    

 

Maddə 22 

 

1. İştirakçı dövlətlər qaçqın statusu almaq istəyən və ya tətbiq edilən beynəlxalq və ya daxili 



hüquqa və qaydalara müvafiq surətdə qaçqın sayılan, valideynləri və ya hər hansı digər şəxs tərəfin-

dən istər müşayiət edilən, istərsə də müşayiət edilməyən uşağı bu Konvensiyada və həmin dövlətin 

iştirak etdiyi insan hüquqlarına dair digər beynəlxalq sənədlərdə  və ya humanitar sənədlərdə  şərh 

olunmuş tətbiq edilən hüquqlardan istifadə edilməsində lazımi müdafiə və humanitar yardımla təmin 

etmək üçün zəruri tədbirləri  görürlər.  

2. Bu məqsədlə iştirakçı dövlətlər belə uşağın müdafiəsi və ona kömək göstərilməsi, hər hansı 

qaçqın uşağın öz valideynlərini və ya digər ailə üzvlərini axtarıb tapması, öz ailəsinə qovuşmaqdan 

ötrü lazımi məlumat alması üçün Birləşmiş Millətlər Təşkilatının və onunla əməkdaşlıq edən digər 

səlahiyyəti hökumətlərarası  təşkilatların və ya qeyri-hökumət təşkilatlarının bütün səylərinə  zəruri 

saydıqları hallarda kömək edirlər. Valideynləri və ya digər ailə üzvlərini tapmaq mümkün 

olmadıqda belə uşaq, bu Konvensiyada nəzərdə tutulduğu kimi, hər hansı səbəbdən öz ailə mühitin-

dən daimi və ya müvəqqəti məhrum olmuş istənilən digər uşaqla eyni dərəcədə müdafiə edilir. 

 

Maddə 23 

 

1. İştirakçı dövlətlər təsdiq edirlər ki, əqli və ya fiziki çatışmazlığı olan uşaq onun ləyaqətini 



təmin edən, özünə inamını artıran və cəmiyyət həyatında fəal iştirakını asanlaşdıran şəraitdə tam də-

yərli və ləyaqətli həyat sürməlidir.   

2. İştirakçı dövlətlər çatışmazlığı olan uşağın ona xüsusi qayğı göstərilməsi hüququnu təsdiq 

edir və belə hüquqa malik olan uşağa və onun qayğısına qalmaq üçün məsuliyyət daşıyanlara möv-

cud ehtiyatlar daxilində xahiş edilmiş yardımın göstərilməsini, həm də uşağın vəziyyətinə və onun 

valideynlərinin və ya uşağa qayğını  təmin edən digər  şəxslərin vəziyyətinə uyğun olan yardımın 

göstərilməsini həvəsləndirir və təmin edirlər. 

3. Çatışmazlığı olan uşağın xüsusi ehtiyaclarının təsdiqi kimi, bu maddənin 2-ci bəndinə 

uyğun olaraq imkan daxilində ona yardım valideynlərin və ya uşağa qayğını təmin edən digər şəxs-

lərin maliyyə ehtiyatları nəzərə alınmaqla pulsuz verilir və çatışmazlığı olan uşağın təhsil, peşə ha-

zırlığı, tibbi  xidmət, sağlamlığın bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərə-

li istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini elə  təmin etmək məqsədi güdür ki, 

bunlar uşağın sosial həyata imkan daxilində daha tam cəlb edilməsinə və uşağın mədəni və mənəvi 

inkişafı da daxil olmaqla, şəxsiyyətinin püxtələşməsinə gətirib çıxarsın. 

4.  İştirakçı dövlətlər çatışmazlığı olan uşaqların profilaktik səhiyyəsi və tibbi, psixoloji və 

funksional müalicəsi sahəsində müvafiq məlumat mübadiləsinə, o cümlədən reabilitasiya, ümumtəh-

sil və peşə hazırlığı metodlarına dair məlumatın yayılmasına, habelə bu məlumatdan istifadə olun-

masına beynəlxalq əməkdaşlıq ruhunda kömək edirlər ki, iştirakçı dövlətlərə bu sahədə öz imkanla-

rını yaxşılaşdırmağa, biliklərini zənginləşdirməyə  və öz təcrübələrini artırmağa  şərait yaratsınlar. 

Bununla əlaqədar, inkişaf etməkdə olan ölkələrin tələbatına xüsusi diqqət yetirilməlidir. 



 


Maddə 24 

 

1. İştirakçı dövlətlər uşağın ən mükəmməl səhiyyə sistemi xidmətlərindən və xəstəliklərin mü-



alicəsi və sağlamlığın bərpası vasitələrindən istifadə etmək hüququnu təsdiq edirlər. İştirakçı dövlət-

lər təmin etməyə çalışırlar ki, heç bir uşaq səhiyyə sisteminin belə xidmətlərindən istifadə etmək hü-

ququndan məhrum olmasın. 

2. İştirakçı dövlətlər həmin hüququn tam həyata keçirilməsinə çalışır və lazımi tədbirlər görür-

lər ki: 

a) körpələr və uşaqlar arasında ölüm hallarının səviyyəsi aşağı düşsün; 

b) ilkin tibbi-sanitariya yardımının inkişafına birinci növbədə diqqət yetirmək  şərtilə bütün 

uşaqlara lazımi tibbi yardım göstərilməsi və onların sağlamlığının mühafizəsi təmin edilsin; 

c) xəstəliklərə  və doyunca yeməməyə qarşı mübarizə aparılsın, o cümlədən ilkin tibbi-sani-

tariya yardımı  çərçivəsində, digər vasitələrlə yanaşı, asanlıqla  əldə olunan texnologiyanın tətbiq 

edilməsi və kifayət qədər qidalı ərzaq və təmiz içməli su verilməsi yolu ilə, ətraf mühitin çirklənmə-

si təhlükəsi və riski nəzərə alınaraq mübarizə aparılsın; 

d) analara doğuşqabağı və doğuşdan sonrakı dövrlərdə sağlamlığını qorumaq üçün lazımi xid-

mətlər göstərilsin; 

e) uşaqların sağlamlığı və qidalanması, əmizdirmənin üstünlükləri, gigiyena, uşağın yaşadığı 

mühitin sanitariyası və bədbəxt hadisələrin qarşısının alınması barədə cəmiyyətin bütün təbəqələri-

nə, xüsusən valideynlərə və uşaqlara məlumat verilməsi, habelə onların təhsil alması və belə bilik-

lərdən istifadə etməkdə dəstəklənməsi təmin edilsin; 

f) profilaktik tibbi yardım və ailənin ölçüsünün planlaşdırılması sahəsində maarifçilik işi və 

xidmətlər inkişaf etdirilsin. 

3.  İştirakçı dövlətlər uşaqların sağlamlığına mənfi təsir göstərən  ənənəvi praktikanın aradan 

qaldırılması məqsədilə hər cür səmərəli və lazımi tədbirləri görürlər. 

4. İştirakçı dövlətlər bu maddədə təsdiq olunan hüququn tam həyata keçirilməsinə tədricən na-

il olmaq məqsədilə beynəlxalq əməkdaşlığı həvəsləndirməyi və inkişaf etdirməyi öhdələrinə götü-

rürlər. Bununla əlaqədar, inkişaf etməkdə olan ölkələrin tələbatına xüsusi diqqət yetirilməlidir. 

 

Maddə 25 



 

İştirakçı dövlətlər uşağa qulluq, onun müdafiəsi və ya fiziki, yaxud psixi müalicəsi məqsədilə 

səlahiyyətli orqanlar tərəfindən qəyyumluğa verilmiş  uşağın keçdiyi müalicənin və onun üzərində 

belə  qəyyumluqla bağlı bütün digər  şəraitin vaxtaşırı qiymətləndirilməsi barədə  uşağın hüququnu 

təsdiq edirlər. 

 

Maddə 26 



 

1.  İştirakçı dövlətlər hər bir uşağın sosial sığorta da daxil olmaqla, sosial təminat 

nemətlərindən istifadə etmək hüququnu tanıyır və özlərinin milli qanunvericiliyinə uyğun olaraq bu 

hüququn tam həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirləri görürlər. 

2. Zərurət olduqca bu nemətlər mövcud ehtiyatlar və  uşağın imkanları  və onun saxlanması 

üçün məsuliyyət daşıyan şəxslərin imkanları, habelə uşaq tərəfindən və ya onun adından nemətlərin 

əldə edilməsi ilə bağlı istənilən mülahizələr nəzərə alınmaqla verilir. 

 

Maddə 27 



 

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan 

həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. 



2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat 

şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşı-

yırlar. 

3. İştirakçı dövlətlər valideynlərə və uşaqları tərbiyə edən digər şəxslərə həmin hüququn həya-

ta keçirilməsində kömək göstərilməsi üçün özlərinin milli şəraitinə müvafiq surətdə və öz imkanları 

daxilində lazımi tədbirlər görür və lazım gələrsə, xüsusən  ərzaq, paltar və  mənzil təminatına dair 

proqramlara maddi yardım göstərir və onları dəstəkləyirlər.  

4. İştirakçı dövlətlər istər iştirakçı dövlətin daxilində, istərsə də xaricdə valideynlər və ya uşaq 

üçün maliyyə məsuliyyəti daşıyan digər şəxslər tərəfindən uşağın saxlanmasının bərpa olunmasını 

təmin etmək üçün bütün lazımi tədbirləri görürlər. Məsələn, əgər uşaq üçün maliyyə məsuliyyəti da-

şıyan şəxs və uşaq müxtəlif dövlətlərdə yaşayırlarsa, iştirakçı dövlətlər beynəlxalq sazişlərə qoşul-

mağa və ya bu cür sazişlər bağlanmasına, habelə digər müvafiq razılaşmalar əldə olunmasına kömək 

edirlər. 

 

Maddə 28 

 

1. İştirakçı dövlətlər uşağın təhsil hüququnu tanıyır və bərabər imkanlar əsasında bu hüququn 



həyata keçirilməsinə tədricən nail olmaq məqsədilə onlar: 

a) pulsuz və icbari ibtidai təhsili tətbiq edirlər; 

b) orta təhsilin istər ümumi, istərsə də peşə təhsili kimi müxtəlif formalarının inkişaf etdirilmə-

sini həvəsləndirir, bu təhsilin bütün uşaqlar üçün mümkün olmasını təmin edir və pulsuz təhsilin tət-

biqi və lazım gəldikdə maliyyə yardımı göstərilməsi kimi zəruri tədbirlər görürlər

c) bütün lazımi vasitələrin köməyi ilə ali təhsilin hər kəsin bacarığı əsasında hamı üçün müm-

kün olmasını təmin edirlər; 

d) təhsil və peşə hazırlığı sahəsində informasiyanın və materialların bütün uşaqlar üçün 

müyəssərliyini təmin edirlər; 

e) məktəblərdə müntəzəm davamiyyətə kömək göstərilməsi və məktəbi tərk edən şagirdlərin 

sayının azaldılması üçün tədbirlər görürlər. 

2. İştirakçı dövlətlər uşağın insan ləyaqətinə hörməti əks etdirən metodların köməyi ilə və bu 

Konvensiyaya müvafiq surətdə  məktəb intizamının saxlanmasını  təmin etmək üçün bütün lazımi 

tədbirləri görürlər. 

3. İştirakçı dövlətlər bütün dünyada cəhalətin və savadsızlığın ləğvinə kömək göstərilməsi və 

elmi-texniki biliklərə və təlimin müasir metodlarına yiyələnməyin asanlaşdırılması məqsədilə təhsilə 

aid məsələlərdə beynəlxalq əməkdaşlığı həvəsləndirir və inkişaf etdirirlər. Bununla əlaqədar, inkişaf 

etməkdə olan ölkələrin tələbatına xüsusi diqqət yetirilməlidir.  

 

Maddə 29 

 

1. İştirakçı dövlətlər razılaşırlar ki, uşağın təhsili aşağıdakılara yönəldilməlidir: 



a) uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki qabiliyyətinin ən tam həcmdə inkişaf etdiril-

məsinə; 


b) insan hüquqlarına və  əsas azadlıqlara, habelə Birləşmiş Millətlər Təşkilatının Nizamna-

məsində bəyan olunmuş prinsiplərə hörmətin tərbiyə edilməsinə; 

c) uşağın valideynlərinə, onun mədəni özgünlüyünə, dilinə  və  dəyərlərinə, uşağın yaşadığı 

ölkənin və mənşəcə olduğu ölkənin milli dəyərlərinə, öz sivilizasiyasından fərqlənən sivilizasiyalara 

hörmətin tərbiyə edilməsinə; 

d) anlaşma, sülh, dözümlük, kişilərlə qadınların hüquq bərabərliyi və bütün xalqlar, etnik, mil-

li və dini qruplar arasında, habelə yerli əhali sırasından olan şəxslər arasında dostluq ruhunda uşağın 

azad cəmiyyətdə şüurlu həyata hazırlanmasına; 




e) ətraf mühitə hörmətin tərbiyə edilməsinə. 

2. Bu maddənin və ya 28-ci maddənin heç bir hissəsi ayrı-ayrı şəxslərin və orqanların təhsil 

müəssisələri yaratmaq və onlara rəhbərlik etmək azadlığının məhdudlaşdırılması kimi yozulmur, bir 

şərtlə ki, bu maddənin 1-ci bəndində şərh olunmuş prinsiplərə daim riayət edilsin və belə təhsil mü-

əssisələrində verilən təhsilin dövlət tərəfindən qoyula bilən minimum normalara uyğun gəlməsi 

tələbi yerinə yetirilsin. 

 

Maddə 30 

 

Etnik, dini və ya dil azlıqlarının və ya yerli əhali sırasından olan şəxslərin yaşadıqları dövlət-

lərdə belə azlıqlara və ya yerli əhaliyə mənsub olan uşaq öz qrupunun digər üzvləri ilə birlikdə öz 

mədəniyyətindən bəhrələnmək, öz dininə etiqad etmək və onun ayinlərini yerinə yetirmək, habelə 

ana dilindən istifadə etmək hüququndan məhrum edilə bilməz. 

 

Maddə 31 



 

1. İştirakçı dövlətlər uşağın istirahət və asudə vaxt hüququnu, yaşına uyğun oyunlarda və əy-

ləncəli tədbirlərdə iştirak etmək və sərbəst surətdə mədəni həyatda iştirak etmək və incəsənətlə məş-

ğul olmaq hüququnu tanıyırlar. 

2. İştirakçı dövlətlər uşağın mədəni və yaradıcılıq həyatında hərtərəfli iştirak etmək hüququna 

hörmət bəsləyir və  rəvac verir, mədəni fəaliyyət və yaradıcılıq fəaliyyəti, asudə vaxt və istirahət 

üçün müvafiq və bərabər imkanlar verilməsinə kömək göstərirlər. 

 

Maddə 32 

 

1. İştirakçı dövlətlər uşağın iqtisadi istismardan və sağlamlığı üçün təhlükə törədə bilən və ya 



təhsil almasına mane ola bilən, yaxud sağlamlığına və fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafına 

ziyan vura bilən hər hansı işi yerinə yetirməkdən müdafiə edilmək hüququnu tanıyırlar. 

2. İştirakçı dövlətlər bu maddənin həyata keçirilməsini təmin etmək üçün qanunvericilik təd-

birləri, inzibati və sosial tədbirlər, habelə təhsil sahəsində tədbirlər görürlər. Bu məqsədlə digər bey-

nəlxalq sənədlərin müvafiq müddəalarını rəhbər tutaraq iştirakçı dövlətlər: 

a) işə qəbul üçün minimum yaş həddini və ya minimum yaş hədlərini müəyyən edirlər; 

b) iş gününün müddəti və əmək şəraiti haqqında zəruri tələbləri müəyyən edirlər; 

c) bu maddənin səmərəli həyata keçirilməsini təmin etmək üçün müvafiq cəza növləri və ya 

digər sanksiyalar nəzərdə tuturlar. 

 

Maddə 33 

 

İştirakçı dövlətlər müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu kimi, uşaqları narko-



tik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakından qorumaq və belə maddələrin 

qanunsuz istehsalında və ticarətində uşaqlardan istifadə edilməsinə yol verməmək üçün bütün lazımi 

tədbirlər, o cümlədən qanunvericilik tədbirləri, inzibati və sosial tədbirlər, habelə  təhsil sahəsində 

tədbirlər görürlər. 

 

Maddə 34 

 

İştirakçı dövlətlər uşağı seksual istismarın və seksual yola çəkmənin bütün formalarından 



müdafiə etməyi öhdələrinə götürürlər. Bu məqsədlə iştirakçı dövlətlər aşağıdakıların qarşısını almaq 

üçün milli, ikitərəfli və çoxtərəfli səviyyələrdə bütün lazımi tədbirləri görürlər: 




a) uşağın hər hansı qanunsuz seksual fəaliyyətə sövq və ya məcbur edilməsi; 

b) istismar məqsədilə uşaqlardan fahişəlikdə və ya digər qanunsuz seksual praktikada istifadə 

edilməsi; 

c) istismar məqsədilə  uşaqlardan pornoqrafiyada və pornoqrafik materiallarda istifadə 

edilməsi.        

 

Maddə 35 



 

İştirakçı dövlətlər uşaqların hər hansı  məqsədlərlə  və  hər hansı formada oğurlanmasının, 

uşaqlarla ticarətin və ya qaçaqmalçılığın qarşısını almaq üçün milli, ikitərəfli və çoxtərəfli səviyyə-

lərdə bütün lazımi tədbirləri görürlər. 

 

Maddə 36 

 

İştirakçı dövlətlər uşağı onun rifahının istənilən cəhətinə ziyan vuran istismarın bütün digər 



formalarından müdafiə edirlər. 

 

Maddə 37 



 

İştirakçı dövlətlər təmin edirlər ki: 

a) heç bir uşaq işgəncələrə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan digər rəftar və ya 

cəza növlərinə məruz qalmasın. 18 yaşına çatmayan şəxslər tərəfindən törədilmiş cinayətlərə görə nə 

ölüm cəzası, nə də azad edilmək imkanını nəzərdə tutmayan ömürlük həbs cəzası kəsilmir; 

b) heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin. Uşağın həbsə alınma-

sı, tutulması və ya həbsxanaya salınması qanuna uyğun həyata keçirilir və yalnız son tədbir kimi və 

mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq edilir; 

c) azadlıqdan məhrum edilmiş  hər bir uşaqla humanist rəftar edilsin və  həmyaşıdları olan 

şəxslərin tələbatı nəzərə alınmaqla, onun şəxsiyyətinin ayrılmaz ləyaqətinə hörmət bəslənsin. Məsə-

lən, azadlıqdan məhrum edilmiş hər bir uşaq, onun ən yaxşı mənafeyinə zidd deyilsə, yaşlılardan ay-

rı saxlanılmalı  və xüsusi hallar istisna olmaqla, yazışmaq və görüşmək yolu ilə öz ailəsi ilə əlaqə 

saxlamaq hüququna malik olmalıdır; 

d) azadlıqdan məhrum edilmiş hər bir uşaq ləngidilmədən hüquqi və digər müvafiq yardım al-

maq hüququna, habelə azadlıqdan məhrum edilməsinin qanuniliyinə məhkəmə və ya digər səlahiy-

yətli, müstəqil və qərəzsiz orqan qarşısında etiraz etmək hüququna və istənilən belə prosessual təd-

bir barəsində onların təxirə salmadan qərar çıxarması hüququna malik olsun. 

 

Maddə 38 



 

1. İştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan 

beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi 

öhdələrinə götürürlər. 

2. İştirakçı dövlətlər 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etmə-

məsini təmin etmək üçün bütün mümkün tədbirləri görürlər.  

3. İştirakçı dövlətlər 15 yaşına çatmayan hər hansı şəxsi öz silahlı qüvvələrində xidmətə çağır-

maqdan çəkinirlər. İştirakçı dövlətlər 15 yaşına çatmış, lakin 18 yaşı hələ tamam olmamış şəxslərin 

orduya cəlb edilməsi zamanı daha yaşlı şəxslərə üstünlük verməyə çalışırlar. 

4. Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquq 

üzrə öz öhdəliklərinə uyğun olaraq iştirakçı dövlətlər silahlı münaqişənin toxunduğu uşaqların mü-

dafiəsini və onlara baxılmasını təmin etmək üçün bütün mümkün tədbirləri görürlər. 




 

Maddə 39 

 

İştirakçı dövlətlər hər hansı növ etinasızlığın, istismarın və ya sui-istifadənin, işgəncələrin və 

ya hər hansı digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, cəza növlərinin və ya silahlı 

münaqişələrin qurbanı olmuş uşağın fiziki və psixoloji bərpasına və sosial reinteqrasiyasına kömək 

etmək üçün bütün lazımi tədbirləri görürlər. 

 

Maddə 40 



 

1. İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirlən-

dirilən və ya təqsirli sayılan hər bir uşağın onunla elə bir rəftar hüququnu tanıyırlar ki, belə rəftar 

uşaqda ləyaqət və mənlik hisslərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqaları-

nın əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir və bu zaman uşağın yaşını və onun reinteqrasi-

yasına və cəmiyyətdə faydalı rol oynamasına kömək göstərilməsinin arzu edildiyini nəzərə alır. 

2. Bu məqsədlə və beynəlxalq sənədlərin müvafiq müddəalarını nəzərə alaraq, iştirakçı dövlət-

lər təmin edirlər ki: 

a) edildiyi zaman milli və ya beynəlxalq hüquqla qadağan olunmamış  hərəkətə  və ya 

hərəkətsizliyə görə heç bir uşaq cinayət qanunvericiliyi pozmuş hesab edilməsin, onu pozmaqda təq-

sirləndirilməsin və təqsirli sayılmasın; 

b) cinayət qanunvericiliyini pozmuş hesab edilən və ya onu pozmaqda təqsirləndirilən hər bir 

uşaq ən azı aşağıdakı təminatlara malik olsun: 

i) onun təqsiri qanuna əsasən sübuta yetirilməyincə təqsirsizlik prezumpsiyası; 

ii) özünə qarşı irəli sürülən ittihamlar barədə ona dərhal və bilavasitə, zərurət olduqda isə, vali-

deynləri və ya qanuni qəyyumları vasitəsilə məlumat verilməsi və öz müdafiəsinə hazırlaşarkən və 

müdafiəsini həyata keçirərkən hüquqi və digər lazımi yardım göstərilməsi; 

iii) qanuna uyğun olaraq vəkilin və ya digər müvafiq şəxsin iştirakı ilə məsələyə ədalətlə baxı-

larkən səlahiyyətli, müstəqil və  qərəzsiz orqan və ya məhkəmə orqanı  tərəfindən həmin məsələyə 

dair qərarın təxirə salınmadan və əgər uşağın ən yaxşı mənafeyinə zidd deyilsə, onun yaşı və ya vali-

deynlərinin və ya qanuni qəyyumlarının vəziyyəti də nəzərə alınmaqla çıxarılması; 

iv) şahid ifadələri verməyə və ya təqsiri boynuna almağa məcbur edilməkdən azad olmaq; itti-

ham şahidlərinin verdiyi ifadələri ya müstəqil surətdə, ya da digər şəxslərin  köməyi ilə öyrənmək və 

müdafiə şahidlərinin bərabər hüquqlu iştirakının və ifadələrinin öyrənilməsinin təmin edilməsi; 

v) əgər hesab edilsə ki, uşaq cinayət qanunvericiliyini pozmuşdur, onda qanuna uyğun olaraq 

müvafiq qərara və bununla əlaqədar görülmüş hər hansı tədbirlərə səlahiyyətli, müstəqil və qərəzsiz 

yuxarı orqan və ya məhkəmə orqanı tərəfindən təkrar baxılması; 

vi) əgər uşaq istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin 

pulsuz köməyi; 

vii) araşdırmanın bütün mərhələlərində uşağın şəxsi həyatına tam hörmət edilməsi. 

3. İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirlən-

dirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, prosedurlar, orqanlar və mü-

əssisələr yaradılmasına, o cümlədən aşağıdakılara kömək göstərməyə çalışırlar: 

a) elə minimum yaş həddi müəyyən edilməsinə ki, bu həddən aşağı yaşda uşaqlar cinayət qa-

nunvericiliyini pozmağa qadir sayılmırlar;  

b) zəruri və arzu olunan hallarda, belə uşaqlara, insan hüquqlarını və hüquqi təminatları tam 

gözləmək  şərti ilə, məhkəmə  təhqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər gö-

rülməsinə. 

4. Uşağa qulluq, qəyyumluğa və nəzarətə dair əsasnamə, məsləhət xidmətləri, sınaq müddəti 

təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlığı proqramları və müəssisələrdə uşağa qulluğu 




əvəz edən qulluğun digər formaları kimi müxtəlif tədbirlərin olması  zəruridir. Bunlardan məqsəd 

uşaqla elə rəftarı təmin etməkdir ki, onun rifahına, habelə vəziyyətinə və cinayətin xarakterinə uy-

ğun olsun. 

 

Maddə 41 

 

Bu Konvensiyada heç nə uşaq hüquqlarının həyata keçirilməsinə daha çox kömək edən və aşa-



ğıdakı sənədlərdə ola bilən hər hansı müddəalara toxunmur: 

a) iştirakçı dövlətin qanununda; və ya 

b) həmin dövlət barəsində qüvvədə olan beynəlxalq hüquq normalarında. 

 

II Hissə 



 

Maddə 42 

 

İştirakçı dövlətlər lazımi və  təsirli vasitələrdən istifadə edərək, Konvensiyanın prinsipləri və 

müddəaları barədə istər yaşlılara, istərsə də uşaqlara geniş məlumat verməyi öhdələrinə götürürlər.  

 

Maddə 43 

 

1. Bu Konvensiyaya müvafiq surətdə qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsində iştirakçı 

dövlətlər tərəfindən əldə olunmuş tərəqqini nəzərdən keçirmək məqsədilə Uşaq Hüquqları Komitəsi 

təsis edilir. Komitə aşağıdakı funksiyaları yerinə yetirir. 

2. Komitə yüksək mənəvi keyfiyyətləri olan və bu Konvensiyanın əhatə etdiyi sahədə səriştəsi 

təsdiq edilmiş on ekspertdən ibarət olur. Komitənin üzvləri iştirakçı dövlətlər tərəfindən öz vətən-

daşları sırasından seçilir və şəxsən fəaliyyət göstərirlər, həm də ədalətli coğrafi bölgüyə, habelə əsas 

hüquq sistemlərinə diqqət yetirilir. 

3. Komitənin üzvləri iştirakçı dövlətlərin irəli sürdükləri şəxslərin siyahısından gizli səsvermə 

yolu ilə seçilirlər. Hər iştirakçı dövlət öz vətəndaşları sırasından bir nəfərin namizədliyini irəli sürə 

bilər. 

4. Komitəyə ilk seçkilər bu Konvensiyanın qüvvəyə mindiyi gündən etibarən altı aydan gec ol-



mayaraq, sonralar isə iki ildə bir dəfə keçirilir. Hər seçkinin keçirilməsinə ən geci dörd ay qalmış 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi iştirakçı dövlətlərə öz namizədlərini iki ay ərzində təqdim 

etmək təklifi ilə məktub göndərir. Sonra Baş katib namizədlikləri bu qaydada irəli sürülmüş bütün 

şəxslərin  əlifba sırası ilə siyahısını, onların namizədliyini irəli sürmüş  iştirakçı dövlətləri göstə-

rməklə tərtib edir və bu Konvensiyanın iştirakçısı olan dövlətlərə təqdim edir. 

5. Seçkilər iştirakçı dövlətlərin Baş katibin Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələrin-

də çağırdığı müşavirələrində keçirilir. İştirakçı dövlətlərin üçdə iki hissəsinin yetərsay təşkil etdiyi 

bu müşavirələrdə  iştirakçı dövlətlərin səsvermədə olan və  və  iştirak edən nümayəndələrinin daha 

çoxunun səsini və mütləq əksəriyyətinin səsini alan namizədlər Komitənin tərkibinə seçilmiş sayılır-

lar. 


6. Komitənin üzvləri dörd il müddətinə seçilirlər. Namizədlikləri təkrar irəli sürüldükdə 

onların yenidən seçilmək hüququ vardır. İlk seçkilərdə seçilən beş üzvün səlahiyyət müddəti iki illik 

dövrün sonunda bitir; ilk seçkilərdən sonra dərhal bu beş üzvün adları Müşavirənin sədri püşkatma 

vasitəsilə müəyyənləşdirir. 

7. Komitənin hər hansı üzvü öldükdə və ya istefa verdikdə və ya Komitənin üzvü vəzifələrini 

hər hansı başqa səbəbə görə daha yerinə yetirə bilmədikdə, Komitənin həmin üzvünü irəli sürmüş iş-

tirakçı dövlət qalan müddət üçün öz vətəndaşları sırasından, Komitənin bəyənməsi şərti ilə, başqa 

ekspert təyin edir. 




8. Komitə öz prosedur qaydalarını müəyyən edir. 

9. Komitə öz vəzifəli şəxslərini iki il müddətinə seçir.  

10. Komitənin sessiyaları, bir qayda olaraq, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələ-

rində və ya Komitənin müəyyənləşdirdiyi hər hansı digər münasib yerdə keçirilir. Komitə öz sessi-

yalarını, bir qayda olaraq, hər il keçirir. Komitənin sessiyasının davam etməsi müddəti bu Konvensi-

yanın iştirakçısı olan dövlətlərin müşavirəsində, Baş Məclisin bəyənməsi şərti ilə, müəyyənləşdirilir 

və zərurət olduqda ona yenidən baxılır. 

11. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyaya uyğun olaraq Komitənin öz 

funksiyalarını səmərəli həyata keçirməsi üçün lazımi heyət və maddi vəsait ayırır. 

12. Bu Konvensiyaya uyğun təsis edilmiş Komitənin üzvləri Baş Məclis tərəfindən müəyyən 

edilmiş qaydada və şərtlərlə Birləşmiş Millətlər Təşkilatının vəsaitindən Baş Məclisin təsdiq etdiyi 

məbləğdə haqq alırlar.      

 

Maddə 44 

 

1. İştirakçı dövlətlər Konvensiyada tanınmış hüquqların təsbit olunması üçün gördükləri təd-

birlər haqqında və bu hüquqların həyata keçirilməsində  əldə edilmiş  tərəqqi  haqqında Komitəyə 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsilə məruzələr təqdim etməyi öhdələrinə götürürlər: 

a) Konvensiya müvafiq iştirakçı dövlət üçün qüvvəyə mindikdən sonra iki il ərzində; 

b) bundan sonra hər beş ildən bir. 

2. Bu maddəyə müvafiq surətdə təqdim olunan məruzələrdə bu Konvensiya üzrə öhdəliklərin 

yerinə yetirilməsi dərəcəsinə təsir edən amillər və çətinliklər, əgər varsa, göstərilir. Komitənin hə-

min ölkədə Konvensiyanın qüvvəsini tam başa düşməsini təmin etmək üçün məruzələrdə kifayət qə-

dər informasiya da olur.  

3. Komitəyə hərtərəfli ilkin məruzə təqdim etmiş iştirakçı dövlətin bu maddənin 1b bəndinə 

uyğun təqdim etdiyi sonrakı məruzələrdə əvvəl verilmiş əsas informasiyanı təkrarlamasına ehtiyac 

yoxdur. 

4. Komitə iştirakçı dövlətlərdən bu Konvensiyanın həyata keçirilməsinə aid əlavə informasiya 

istəyə bilər.    

5. Komitənin fəaliyyəti haqqında məruzələr hər iki ildən bir İqtisadi və Sosial Şura vasitəsilə 

Baş Məclisə təqdim olunur. 

6. İştirakçı dövlətlər öz məruzələrinin öz ölkələrində geniş aşkarlığını təmin edirlər.   

 

Maddə 45 

 

Bu Konvensiyanın səmərəli həyata keçirilməsinə kömək göstərmək və Konvensiyanın  əhatə 

etdiyi sahədə beynəlxalq əməkdaşlığı həvəsləndirmək məqsədilə: 

a) Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış idarələrinin, Uşaq Fondunun və digər or-

qanlarının ixtiyarı var ki, bu Konvensiyanın onların səlahiyyət dairəsinə daxil olan müddəalarının 

həyata keçirilməsi məsələlərinə baxılmasında təmsil edilsinlər. Komitə məqsədəuyğun saydığı halda 

Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış idarələrinə, Uşaq Fonduna və digər səlahiyyətli or-

qanlara təklif edə bilər ki, onların müvafiq səlahiyyət dairəsinə daxil olan sahələrdə Konvensiyanın 

həyata keçirilməsi barədə ekspertlərin rəyini təqdim etsinlər. Komitə Birləşmiş Millətlər Təşkilatının 

ixtisaslaşdırılmış idarəlinə, Uşaq Fonduna və digər orqanlarına təklif edə bilər ki, onların fəaliyyət 

dairəsinə daxil olan sahələrdə Konvensiyanın həyata keçirilməsi haqqında məruzələr təqdim etsin-

lər; 


b) İştirakçı dövlətlərin texniki məsləhət və ya yardım barədə xahiş edilən və ya buna tələbatı 

göstərilən hər hansı məruzələrini, habelə həmin xahiş və ya göstərişlərlə əlaqədar Komitənin irad və 




təklifləri varsa, bunları Komitə  məqsədəuyğun saydığı halda Birləşmiş Millətlər Təşkilatının 

ixtisaslaşdırılmış idarələrinə, Uşaq Fonduna və digər səlahiyyətli orqanlara göndərir; 

c) Komitə Baş Məclisə tövsiyə edə bilər ki, uşaq hüquqlarına aid ayrı-ayrı məsələlər barədə 

Baş Məclisin adından tədqiqatlar aparılmasını Baş katibə təklif etsin; 

d) Komitə bu Konvensiyanın 44-cü və 45-ci maddələrinə müvafiq surətdə alınmış informasiya 

əsasında ümumi xarakterli təklif və tövsiyələr irəli sürə bilər. Ümumi xarakterli bu təklif və tövsiyə-

lər marağı olan hər hansı iştirakçı dövlətə göndərilir və iştirakçı dövlətlərin iradları varsa, bunlarla 

birlikdə Baş Məclisə bildirilir.   

 

III Hissə 

 

Maddə 46 

 

Bu Konvensiya bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır. 

 

Maddə 47 

 

Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqnamələr saxlanmaq üçün Birləşmiş Millətlər Təşkila-

tının Baş katibinə təhvil verilir.  

 

Maddə 48 



 

Bu Konvensiya hər hansı dövlətin ona qoşulması üçün açıqdır. Qoşulma haqqında sənədlər 

saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir. 

 

Maddə 49 



 

1. Bu Konvensiya iyirminci təsdiqnamənin və ya qoşulma sənədinin saxlanmaq üçün Birləş-

miş Millətlər Təşkilatının Baş katibinə təhvil verildiyi gündən sonra otuzuncu gün qüvvəyə minir. 

2. İyirminci təsdiqnamə və ya qoşulma sənədi saxlanılmağa təhvil verildikdən sonra bu Kon-

vensiyanı təsdiq edən və ya ona qoşulan hər bir dövlət üçün bu Konvensiya onun öz təsdiqnaməsini 

və ya qoşulma sənədini saxlanmağa təhvil verilməsindən sonra otuzuncu gün qüvvəyə minir. 

 

Maddə 50 

 

1. İstənilən iştirakçı dövlətin düzəliş təklif etmək və onu Birləşmiş Millətlər Təşkilatının Baş 

katibinə  təqdim etmək ixtiyarı vardır. Sonra Baş katib təklif olunmuş düzəlişi iştirakçı dövlətlərə 

göndərərək onlardan həmin təkliflərə baxılıb səsvermə keçirilməsi məqsədilə  iştirakçı dövlətlərin 

konfransının çağırılmasına tərəfdar olub-olmadıqlarını bildirməyi xahiş edir. Əgər belə  məlumatın 

verildiyi gündən dörd ay ərzində iştirakçı dövlətlərin ən azı üçdə biri bu konfransın çağırılmasına tə-

rəfdar çıxarsa, onda Baş katib Birləşmiş Millətlər Təşkilatının himayəsi  altında həmin konfransı 

çağırır. Bu konfransda səsvermədə olan və  iştirak edən iştirakçı dövlətlərin  əksəriyyətinin qəbul 

etdiyi hər hansı düzəliş Baş Məclisin təsdiqinə verilir. 

2. Bu maddənin 1-ci bəndinə uyğun qəbul olunmuş düzəliş Birləşmiş Millətlər Təşkilatının 

Baş  Məclisi tərəfindən təsdiq edildikdən və  iştirakçı dövlətlərin üçdə ikisindən ibarət  əksəriyyəti 

tərəfindən qəbul olunduqdan sonra qüvvəyə minir. 

3. Düzəliş qüvvəyə mindikdə onu qəbul etmiş iştirakçı dövlətlər üçün məcburi olur, digər işti-

rakçı dövlətlər üçün isə bu Konvensiyanın müddəaları  və  qəbul etdikləri bütün əvvəlki düzəlişlər 

məcburi olaraq qalır. 



 

Maddə 51 

 

1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi dövlətlərin təsdiqetmə və ya qoşulma anında irəli 

sürdükləri qeyd-şərtlərin mətnini alır və bütün dövlətlərə göndərir. 

2. Bu Konvensiyanın məqsəd və vəzifələri ilə bir araya sığmayan qeyd-şərtlərə yol verilmir. 

3. Qeyd-şərtlər istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müvafiq bildiriş 

göndərmək yolu ilə geri götürülə bilər. Sonra Baş katib bu barədə bütün dövlətlərə məlumat verir. 

Belə bildiriş Baş katib tərəfindən alındığı gündən qüvvəyə minir.  

 

Maddə 52 



 

Hər hansı iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndər-

mək yolu ilə bu Konvensiyanı etibarsız elan edə bilər. 

Etibarsız elanetmə Baş katibin bildirişi aldığı vaxtdan bir il keçdikdən sonra qüvvəyə minir. 

 

Maddə 53 

 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın depozitarisi təyin edilir. 

 

Maddə 54 

 

Bu Konvensiyanın ingilis, ərəb, ispan, çin, rus və fransız dillərində  mətnləri eyni dərəcədə 

autentik olan əsli saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir. 

Bunun təsdiqi olaraq, özlərinin müvafiq hökumətləri tərəfindən lazımi qaydada vəkil edilmiş 

aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Konvensiyanı imzaladılar. 



 

 

Document Outline

  • Mad də 20 
  •  
  • Mad də 22 
  • 1. İşti rak çı döv lət lər qaç qın sta tu su al maq is tə yən və ya tət biq edi lən bey nəl xalq və ya da xi li hü quqa və qay da la ra mü va fiq su rət də qaç qın sa yı lan, va li deyn lə ri və ya hər han sı di gər şəxs tə rə fin dən is tər mü şa yi ət edi lən, is tər sə də mü şa yi ət edil mə yən uşa ğı bu Kon ven si ya da və həmin döv lətin iş ti rak etdiyi in san hü quq la rı na da ir di gər bey nəl xalq sə nəd lər də və ya hu ma ni tar sə nəd lər də şərh olunmuş tətbiq edilən hü quq lar dan is ti fa də edil mə sin də la zı mi mü da fi ə və hu ma ni tar yar dım la tə min et mək üçün zə ru ri təd bir lə ri  gö rür lər.  
  •  
  • Mad də 23 
  •  
  • Mad də 24 
    • Mad də 28 
      •  
      • Mad də 29 
    • Mad də 32 
      •  
      • Mad də 33 
      • Mad də 34 
    • Mad də 36 
      •  
      • Mad də 41 

Yüklə 142,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə