Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə1/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   51


1
Bu kitab Wap.IXLAS.Az saytindan yuklenib
ƏBƏDİ ÖYÜD
(HƏZRƏT ƏLİ ƏLEYHİSSƏLAMIN ÖZ OĞLU
İMAM HƏSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ
ƏXLAQ DƏRSLƏRİ)
MÜƏLLİF: USTAD MİSBAH YƏZDİ
TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD TURAN


2
Entesharate Taharat
Kitabın adı:....................................Əbədi öyüd
Müəllif:...........................Ustad Misbah Yəzdi
Tərcümə edən:........................Məhəmməd Turan
Nəşr edən:...............................................Təharət
Çap növbəsi:.........................................Birinci
Çap tarixi:.....................................................2005
Tiraj:..............................................................3000
964-95613-3-1


3
ÖN SÖZ
“Nəhcül-bəlağə”  özündə  çox  qiymətli  gövhərlər  gizləmiş
sahilsiz  bir  dəryadır.  Haqlı  olaraq,  “Qur’anın  qardaşı”
adlandırılmış  bu  kitab  müxtəlif  yönümlərə  malikdir.  O,  tarix
boyu bir çox alimlərin, müsəlman və qeyri-müsəlman düşüncə
sahiblərinin  diqqət  mərkəzində  olmuşdur.  Hər  şəxs  öz  zövqü,
dərrakəsi  və  iste’dadı  səviyyəsində  bu  xəzinənin  bir  guşəsinə
baş vurmuş, onun gizli və aşkar sərvətlərindən faydalanmışdır.
Bu  kitabın  mühüm  və  üstün  mövzularından  biri  əxlaq  və
tərbiyə  mövzusudur.  “Nəhcül-bəlağə”də  bu  mövzu  nisbətən
daha  geniş  yer  tutur.  Əmirəl-mö’mininin  (ə)  bu  mövzudakı
öyüd-nəsihətləri  mə’nəviyyat  təşnəsi,  haqq  axtarışında  olan
iman yolçuları üçün yardımçı ola bilər. Bu səbəbdən də böyük
ustad, ziyalı alim ayətullah Misbah Yəzdi bir çox əxlaq dərsləri
üçün  Əmirəl-mö’mininin  (ə)  çox  mühüm  və  dəyərli
məktublarını  mehvər  seçmiş  və  ilahi  maarif,  eləcə  də  əxlaqi
söhbətlərə  təşnə  olanların  ruhunu  bu  çeşmə  ilə  sirab  etmişdir.
Bu məktub həzrətin (ə) öz aliqədr oğlu imam Həsən Müctəbaya
(ə)  çox  ali  və  misilsiz  məziyyətlərə  malik  vəsiyyətindən
ibarətdir.  Müəzzəm  rəhbərlik  məqamının  “Əmirəl-mö’minin
ili”  adlandırdığı  bu  ildə  bu  bəhslərdən  ibarət  məcmuəni  kitab
halında həzrətin (ə) dostları və vilayət ardıcıllarına təqdim edə
bildiyimiz  üçün  Allaha  şükr  edirik.  Bu  kitabdakı  bəhslər
çıxışlar əsasında tərtib olunduğundan, təbii ki, əvvəlcədən kitab
məqsədi  ilə  qələmə  alınmış  bəhslərdən  fərqlənir.  Söhbətlər
yazıya çevrilərkən bə’zi ifadələr dəyişdirilmişdir. Bununla belə,


4
bütün  kitabda  çıxış  forması  az-çox  nəzərə  çarpır.  Mövzular
həcmcə böyük olduğundan kitab iki cilddə tərtib olunmuşdur. 
Ustad Misbah Yəzdinin söhbətlərini qələmə almış cənab Əli
Zinətiyə  və  onun  son  tərtibini  öhdəsinə  götürmüş  cənab
höccətül-islam Məhəmməd-mehdi Nadiriyə təşəkkür edirik. 
Təhsil və araşdırma müəssisəsi nəşriyyatı


5
BIRINCI DƏRS
ASIMANI ÖYÜD
Bu,  ölümə  yaxın,  zamanın  qələbəsini  e’tiraf  etmiş  bir
atanın  öyüdüdür;  həyat  ondan  üz  döndərmiş,  o,  rüzgara
təslim  olmuş,  ölülər  məskənində  sakin  olmuşdur;  dünyanı
məzəmmət  etmiş,  sabah  isə  ondan  köçəsidir.  O  övlada
vəsiyyət  edir  ki,  arzularına  çatmaz;  o  övlad  ki,  həlak
olanların  yolunu  gedir,  xəstəliklərin  hədəfi,  zəmanənin
girovu  olar.  O,  dünyanın  qulu,  hiylə  və  yalan  sövdəgəri,
heçliyin  borclusu,  ölumə  giriftar,  kədərlə  və’dəli,  qüssə  ilə
yoldaş,  bəlalarla  nəfəs-nəfəsə,  nəfs  istəklərinə  məğlub,
gedənlərin canişinidir. 
Belə  ki,  dünyanın  üz  çevirməsini,  dövranın  azğınlığını,
axirətin  üz  tutmasını  gördükdə  yalnız  özümü  düşünməli,
arxada qalmış işlərə diqqət yetirməməli idim. Amma elə ki
fikrim  sadiqanə  aşkarlandı,  nəfs  istəklərimin  ardınca
getməyimin  qarşısı  alındı,  həqiqət  mənim  üçün  işi
aydınlaşdırdı,  əbəslikdən  uzaq  yola  yönəltdi  və  səni  öz
param, bəlkə də, bütün varlığım kimi gördüm. Belə ki, sənə
dəyən  zərbə  sanki  mənə  dəymişdir.  Ölüm  səni  taparsa,
mənim  həyatım  qırılar.  Gördüm  ki,  sənin  işin  nəzərimdə
mənim öz işim kimi böyükdür, sənin işin mənim işimdir. Bu
məktubu sənə yazıram ki, mən diri də olsam, dünyadan da
getsəm,  öyüdlərimə  uyğun  rəftar  edib,  onun  himayəsində
olasan.”


6
ÖN SÖZ
Allah-təalanın  me’rac  gecəsi  Peyğəmbərə  (s)  bəyan  etdiyi
hədis  və  moizələrdən  istifadə  etdikdən  və  peyğəmbərin  (s)  öz
ən üstün səhabələrindən olan Əbuzərə (r) moizəsi ilə qəlbimizi
işıqlandırdıqdan 
sonra 
Allah-təalanın 
yardımı 
ilə
Əmirəl-mö’mininin  (ə)  öz sevimli  oğlu  imam  Həsən
Müctəbaya (ə) vəsiyyətləri haqqında söhbət edəcəyik. 
Bu  vəsiyyət  mərhum  Məclisinin  “Biharul-ənvar”  kitabında
nəql olunmuşdur. Bu vəsiyyəti mərhum Hərrani “Tuhəful-uqul”
kitabında azca fərqlə zikr etmişdir. Bu nəsihət mərhum Seyyid
Rəzi  tərəfindən  tərtib  edilmiş  “Nəhcül-bəlağə”yə  daxildir.
Əlbəttə  ki,  bu  hədislə  başqa  kitablarda  da  rastlaşırıq.  Bu
nəsihətlər  əksər  mənbələrdə  Əmirəl-mö’mininin  (ə)  həzrət
imam  Həsən  Müctəbaya  (ə)  vəsiyyəti  kimi  təqdim  olunur.
Maraqlıdır ki, bə’zi mənbələrdə həzrət Əlinin (ə) bu vəsiyyətlə
Məhəmməd  Hənəfiyyəyə  müraciət  etdiyi  bildirilir.  Qarşıdakı
söhbətlərimizdə bu ehtimalı araşdıracağıq. 
Bu  vəsiyyətdə  başqa  vəsiyyətlərdə  oxşarı  olmayan
xüsusiyyətlərlə  rastlaşırıq.  Başqa  mətnlərdə  onun  ali
məziyyətlərinə  çox  az  təsadüf  olunur.  Xüsusi  müqəddiməyə
malik  bu  vəsiyyətdə  mövzulara  giriş  və  çıxışda  psixoloji  və
tərbiyəvi nöqtələr çox faydalıdır. 
VƏSIYYƏTIN MƏ’NA VƏ MƏFHUMU
“Vəsiyyət” sözü “sifariş” mə’nasında işlədilir. Araşdırdığımız
mətndə  həmin  söz  ölümdən  sonraya  aid  olan  fiqhi  mə’nada
deyil.  Cümə  namazının  xütbəsində  xətib  “sizə  təqva  vəsiyyət
edirəm”  deyərkən  bunu  nəzərdə  tutmur  ki,  onun  ölümündən
sonra insanlar təqvalı (pəhrizkar) olsunlar. Əmirəl-mö’mininin
(ə)  bu  vəsiyyəti  də  onun  ölümündən  sonra  yalnız  yaxınlarının
əməl etməsi üçün nəzərdə tutulmamışdır. 
Həzrət  Əli  (ə)  bu  vəsiyyətin  başlanğıcında  şəxsiyyətini
açıqlamaqla  özünü  təqdim  edir.  Öz  mövqeyini  və  vəsiyyətin
məqsədini  nəzərə  çatdırır.  Vəsiyyət  edən  şəxsin  kimliyi  və


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə