100
həyatınızda Qur’an və Əhli-beytdən nə qədər faydalanmısınız,
cavab verə bilmərik. Təəssüf ki, möhtaclığımız son həddə çatsa
da, Qur’an və Əhli-beyti dərdlərimizin çarəsi hesab etmirik.
Bəs Qur’ana müraciət etmədiyi üçün bədbəxt olmuş insan kimi
qınamalıdır? Allah həqiqəti batildən ayırmış, doğru yolda
nişanələr qoymuş, yetərincə xəbərdarlıq etmişdir. Əgər Allahın
göndərdiyi peyğəmbərlərə, tərbiyəçilərə biganə qalmışıqsa,
kimdir günahkar? Bəli, insan yalnız özünü məzəmmət
etməlidir. Qur’an və Qur’anın açıqlamasında Əhli-beytin (ə)
buyuruqları yeganə çıxış yolu olduğu halda nədən bir belə
biganəyik? Kitab və itrət insanın ilk bələdçiləridir. Bu
ne’mətlərdən istifadə edənlər heç vaxt şəkk-şübhəyə düçar
olub, sonradan təəssüf etmirlər. Bu iki bələdçidən üz döndərən
insan başqa yerdə işıq tapası deyil. Həzrət Peyğəmbər (s)
buyurur: “Pərvərdigara! Mənim qövmüm Qur’andan kənar
gəzdi.” Qur’an və itrətdən istifadə edənlərə Allahın başqa
yollarla da kömək etməsi mümkündür. Bu hidayətdən üz
döndərənlər isə həyatda doğru yol tapmaq, azmamaq ümidində
olmasınlar!
101
ON IKINCI DƏRS
ELM TOPLAMA
Bil, ey oğlum! Tövsiyyələrim arasından təqva, ilahi
vacibat, saleh sələflərin əməl etdikləri daxil olmaqla ən çox
sevdiklərimə diqqət yetir; çünki onlar da (keçmiş salehlər)
sizin kimi möhkəmlik və xoş düşüncəni tərk etməmişlər. Siz
necə düşünürdünüzsə, onlar da elə düşünmüşlər; nəticə
102
əldə etdikdə əməl etmiş, məs’uliyyətli olmadıqda istənilən
bir işdən çəkinmişlər.
Əgər onların yolunu tutub, həmin yolu getmək
istəmirsənsə, özün onların bildiklərini bilmək istəyirsənsə,
qorxulu şübhələrdən, yersiz mübahisələrdən çəkinərək,
onları anlamaq üçün dərin düşüncə və elmə yiyələnməlisən.
Təhqiqə başlamazdan əvvəl Allahdan yardım dilə, yardım
almaq üçün ona üz tut, səni şübhəyə salan, yoldan çıxaran
tərəddüdləri tərk et. Elə ki, əmin oldun qəlbin paklanmış və
işıqlanmışdır, qəbul etməyə hazırdır, onda yekdillik ərsəyə
gəlmişdir, onda sənə bəyan etdiklərimə yaxşı-yaxşı nəzər
sal. Xoşladığın fikir rahatlığı əldə olunamadıqda, bil ki,
atdığın addımlar kor-koranə olasıdır, qaranlığa qədəm
qoymusan. Hansı ki, din istəyən (tələbə) heç vaxt bilmədən
addım atmır və heç nəyi bir-birinə qarışdırmır. Bu
vəziyyətdə
yubanıb
dayanmaq
daha
yaxşı, daha
münasibdir.
Bu mövzuda ilk və son sözüm budur ki, öz Allahım, ilkin
və son ataların Allahı, göylərdə və yerdə olanların Allahına
layiq olduğu tərzdə, necə lazımdırsa, necə rəvadırsa,
təşəkkür deyirəm. Onun istədiyi, layiq olan şəkildə ondan
istəyirəm ki, bizim peyğəmbərimiz həzrət Məhəmməd (s) və
bütün peyğəmbərlərə bütün məxluqatın göndərdiyi salamı
göndərsin. Ondan istəyirik ki, ne’mətini bizi eşitməklə
tamamlasın. Həqiqətən, bütün layiqli işlər onun ne’mətinin
köməyi ilə yerinə yetir.”
103
Həzrət Əli (ə) vəsiyyətinin xülasə şəkilli ilk hissəsindən sonra
ətraflı söhbətə başlayır. Bildirir ki, ilahi təqvaya, vacib ilahi
əmrlərə, saleh sələflərin yoluna əməl edilməsi zəruridir. O,
övladını öz sevdiyi işlərə diqqət yetirməyə çağırır. Bu çağırış
dinləyicinin diqqətini cəlb edir. Uyğun bəyan üsulu bəlağət
qanunlarına riayət edilməsinin əlamətidir. Nəsihətlərdə təqva
ilə yanaşı ilahi vacibatlara əməl edilməsi də tapşırılır. Təqvanın
tövsiyyə olunması səbəbi aydındır. Bəs ilahi vacib əmrlər nə
üçün xatırladılmışdır? Bu sualın cavabını tapmaq üçün bə’zi
izahlara ehtiyac duyulur.
DINI MAARIFƏ YIYƏLƏNMƏ YOLLARı
Uyğun dəyərli tövsiyyəni bəyan edərkən deyilməlidir ki, ilahi
maarifə yiyələnmək üçün iki yol var: Yollardan biri dini
zəruriyyətləri ətraflı şəkildə öyrənmək və möhkəm dəlillərlə
sübuta yetirmək, şər’i hökmlərdə isə başqalarına təqlid
etməkdir. Məsələn, tövhid və nübuvvətin sübutu üçün möhkəm
dəlillər əldə etdikdən sonra ikinci dərəcəli mə’lumatları
104
başqalarından almaq olar. Eləcə də Qur’anın Allah kitabı
olmasına dəlillər vasitəsi ilə əmin olduqdan sonra bu kitabın
köstərişlərinə əməl etmək qalır. Qur’ana iman gətirən insan
mələklərin, bərzəxin, qiyamətin, cənnət-cəhənnəmin varlığı
üçün sübut axtarmaya bilər. Çünki sadalanan xəbərlər Qur’anda
bəyan olunmuşdur. E’tiqadlara belə bir münasibətlə yanaşıldığı
vaxt əməli hökmlərə də bu yolla təslim olmaq lazım gəlir.
Məsələn, namazın, orucun zəruriliyi sübuta yetdikdən sonra bu
ibadətlərə aid kiçik məsələlərdə mütəxəssislərə təqlid etmək,
onların göstərişlərini yerinə yetirmək kifayətdir. Bu yolu seçən
insan özünü artıq zəhmətə salmadan bir çox məsələləri hazır
şəkildə başqalarından öyrənir. Vəsiyyətnamədə aşkar şəkildə
bildirilir ki, insan çalışaraq e’tiqad və əməl bünövrəsini
möhkəmləndirməlidir. Dini zərurətləri sübuta yetirərək qəbul
edən insan heç vaxt şəkk-şübhəyə düşüb, yolundan azmır. Dini
əsaslara əmin olduqdan sonra insan Allahın və Peyğəmbərin (s)
buyuruqlarını istisnasız olaraq düzgün sayır və nə üçün niyəsiz
əməl edir. Məsələn, bir şəxsdən ilk qəbir gecəsi haqqında
soruşulduqda o, tərəddüd etmədən Peyğəmbər (s) və Əhli-beyt
buyuruqlarına istinad edərək cavab verir. Bu yola yolçuluq
edən bəndə dini zərurətlər dairəsində kənarda axtarışlar
aparmaqla özünü zəhmətə salmır. Bu yol digər yola nisbətən
daha təhlükəsiz və az məs’uliyyətlidir.
Dini maarifə yiyələnməyin ikinci yolu bütün e’tiqadi və əməli
işlərdə yetərli dəlillər əldə olunmasıdır. Bu yolu seçən insanlar
ən kiçik məsələlərdə belə dəlil axtarır, kimsənin mövqeyinə
istinad etmir, yalnız əldə etdiyi sübutları e’tibarlı sayır. Sözsüz
ki, ikinci yolu seçənlər və davam edənlər çox azdır. Çünki
bütün kiçik məsələləri araşdırıb, yetərli dəlillər əldə etmək
olduqca çətindir. Bu yol ideal və üstün yol olsa da, hamı üçün
müyəssər deyil. İste’dadlı və lazımınca vaxtı olan, kifayət qədər
diqqət göstərən, pak və qüvvəli insanlar bu yolu gedə bilər.
Amma şərait olmadıqda bu yola can atmaq lazım deyil. Birinci
yol daha rahat və məqsədəuyğundur. Birinci yolu gedənlər “nə
Dostları ilə paylaş: |