Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə35/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   51

122
elm yolunda hərəkət edən insan bu yolda elə səhvlərə yol verə
bilər ki, oxuduqları ona bəlaya çevrilər. Ona görə də Həzrət (ə)
buyurur:  “Səni müxtəlif cəhalət və nadanlıqlara görə
məzəmmət etdim ki,  alim olduğunu zənn etməyəsən.”  Həzrət
(ə) axirətin əhəmiyyətini, dünyanın axirətlə müqayisədə yerini
bəyan etdikdən sonra həyat yolundakı mümkün cəhalətlərdən
həzər qılır. Bildirir ki, alim cəhalətdən amanda deyil və şeytan
daim pusquda dayanıb fürsət gözləyir. Mümkün böhranlar alim
övlad üçün başqalarından daha təhlükəlidir.
QÜRUR, ELMIN BƏLASı
Təhsil
yolunda
gözlənilən
təhlükələrin
araşdırılması
gücləndirici amillərin araşdırılmasından daha əhəmiyyətlidir.
Ona görə də Həzrət  (ə)  elə məsələlərə toxunur ki,  əslində
yığcam şəkildə tə’lim-tərbiyə qaydaları açıqlanır.  Bəsirətli və
agah insan təhsil zamanı bu qaydalara hökmən əməl etməlidir.
Əks-təqdirdə təhsil üçün çəkilən zəhmətlər hədərə gedəcəkdir.
Həzrət (ə) birinci xəbərdarlıq olaraq israr edir ki, elm və alim
üçün təhlükəli olan bütün bəlaların mehvəri qürur, lovğalıqdır.
Cahil insan bilmədiyi məsələ qarşısında yalnız bir sual verə
bilər.  Yə’ni onun olanı vur-tut bircə sualdır və o öz
cəhalətindən xəbərdardır.  Belə bir hal insana icazə vermir ki,
lovğalansın.  O öz nöqsanını bildiyi üçün təvazö edir ki,  bu
nöqsan aşkarlanmasın.  Yoxsulluqdan heç vaxt bəla törənmir,
yə’ni yoxsul və bilməyən şəxs lovğalanmaq üçün bəhanəyə
malik deyil. Kimsə öz cəhaləti, nadanlığı ilə öyünüb demir ki,
bəli,  mən nadanam,  sizdən üstünəm.  Bir sözlə,  heç nəyi
olmayanın lovğalanmağa da əsası yoxdur. Amma elə ki, insan
cüz’i də olsa mə’lumat əldə etdi,  qürur,  lovğalıq üçün qapı
açılır. Ona elə gəlir ki, biliyi çox mühüm və kafidir. Bu yanlış
təsəvvür çaşqınlığın bünövrəsini qoyur və ilkin bəla toxumu
səpilir.


123
QÜRURUN SƏBƏBI
Sual oluna bilər ki, minlərlə qaranlıq məsələ, dolaşıq suallar
qarşısında gözünü döyən insan hansı əsasla qürrələnə bilər?
Maraqlıdır ki,  köklü surətdə mə’lumatsız olan insan
qürrələnmir. Elə ki, vur-tut bir məsələdən xəbərdar olur, dərhal
lovğalanmağa başlayır.  Nə üçün?  Bu suala iki cür cavab
vermək olar:
1. Elm yolunda ilk addımlarını atan insan anlamır ki, nə qədər
bilikdən xəbərsizdir. O, yalnız bilməməyindən xəbərdardır. O,
xəbərsiz olduğu mə’lumatların həcmini təsəvvür edə bilmir.
Məsələn,  ibtidai məktəbə gedən şagird bilir ki,  riyaziyyat
dərsində hansısa məsələləri həll etmək lazım gələcək.  Amma
məsələnin formasından xəbərsiz olur.  O,  “x”  və  “u”-in nə
olduğunu başa düşmür.  Bütün bunları bilmədiyi üçün o
qürrələnməyə heç bir əsas tapmır. Amma riyaziyyatdan qismən
xəbərdar olan şagird elə zənn edir ki,  onun biliyi çoxdur.  Bu
şagird anlamır ki,  onun bildikləri bilmədikləri ilə müqayisədə
bir damladır. Bu misalı başqa elm sahələrinə də aid etmək olar.
Deməli,  qürrələnməyimizin əsas səbəblərindən biri çox-çox
bilikləri bilməməyimizdən qəflətdə olmağımızdır.  Bildiyimiz
bir neçə sualın cavabı gözümüzə o qədər böyük görünür ki,
bütün məsələlərdən xəbərdar olduğumuzu düşünürük.
2. Qürurun digər səbəbi insanın özünə (nəfsinə) məhəbbətidir.
Özünü sevən insan heç vaxt öz nöqsanlarını görə bilmir.
Mə’lumatı olmayan insan öz mə’lumatsızlığını,  əlinin boş
olmasını görüb susur. Amma elə ki, bir neçə məsələ haqqında
mə’lumat toplayır, elə bilir ki, bilmədiyi bir şey qalmayıb. Belə
insan öz nadanlığını hiss edə bilmir.  Onun daxilindəki
eqoistlik, özünəvurğunluq həqiqəti görməyə imkan vermir.
Maddi işlərdə də eyni hallar müşahidə olunur.  Tam yoxsul
insan dünyada olan ne’mətlərdən,  matahlardan xəbərsiz qalır.
Amma həmin yoxsulun əlinə azca sərvət düşən kimi düz yoldan
azır,  özünü ətrafdakılardan üstün tutmağa başlayır.  Bu cüz’i


124
sərvət onun gözünü tutduğundan dərk edə bilmir ki,  hələ bir
çox şeylərdən məhrumdur.
Amma uyğun qəflət mə’nəviyyat sahəsində özünü daha
qabarıq göstərir.  Kiçik bir məsələdən xəbər tutan insan özünü
elm dəryası hesab edir.  Ona elə gəlir ki,  bilmədiyi məsələ
qalmayıb.
Yə’qin ki,  nəhv  (qrammatika-sintaksis)  aliminin hekayətini
eşitmisiniz.  Bu alim gəmidə yol gedərkən sadə tacirdən savay
həmsöhbət tapa bilmir. Alim öz alimliyini tacirə hiss etdirmək
üçün soruşur:
Siz nəhv elmindən nə qədər bilirsiniz?
Tacir cavab verir ki, bu elmdən xəbərsizdir.
Alim deyir:
Heyf! Ömrünün yarısını bada vermisən!
Bu sözlər tacirin xətrinə dəyir. Çox çəkmir ki, dənizdə tufan
qopur.  Tufan şiddətlənir.  Gəmi batmağa başlayır.  Gəminin
kapitanı sərnişinlərdən üzə bilib-bilmədiklərini soruşur.  Alim
bildirir ki, o üzə bilmir. Tacir alimə müraciətlə:
Heyf! Bütün ömrünü bada verdin – deyir...
Bəli, bə’zən bir ədəbiyyatçı elə güman edir ki, qrammatikanı
bilmək bütün elmlərdən xəbərdar olmaqdır.  Hansı ki,  sadəcə
üzgüçülüyü bilməməklə insan öz həyatı ilə vidalaşmalı olur.
QÜRUR NƏ VAXT GÜCLƏNIR?
Qürurun səbəbləri haqqında ətraflı danışmaq üçün insanın
yaranışını nəzərdən keçirməliyik.  İnsan zəif məxluqdur.  Bu
zəifliyin göstəricilərindən biri onun tutumunun kiçikliyidir.
Məsələn, 
tibb
mütəxəssisləri
bütün
elmlərin
tibdə,
ədəbiyyatçılar ədəbiyyatda, filosoflar isə fəlsəfədə cəmləşdiyini
güman edirlər. Belə bir xüsusiyyət əksər insanlara xasdır. İnsan
öz biliyini mühüm sayır.  Onun bildikləri bilmədiklərinin
üzərinə kölgə saldığından nadanlığını hiss etmir.  Hətta
bilmədiyi şeylər haqqında  “mühüm olsaydı bilərdim”  deyir.
Qur’ani-kərimdə həmin cahil qövmün dilindən oxuyuruq:


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə