77
əhəmiyyətsizdir. Amma insanların iman dərəcəsi fərqli
olduğundan çoxları dünyəvi zərərdən daha çox qorxur.
Məsələn, çoxlarını ağır xəstəlik günahdan daha çox narahat
edir. Bu münasibət mə’rifət və imanın zəifliyindən yaranır.
Amma iman nə qədər zəif olsa da, insan heç vəchlə onu itirmək
istəmir.
TƏHLÜKƏ ILƏ MÜBARIZƏDƏ IMANıN ROLU
Bəs təhlükələrdən qorunmaq üçün hansı tədbirlər
görülməlidir? Bir çox təhlükələrin yaranmasında bizim də
rolumuz var. Əksərimiz ciddi təhlükələrlə üzləşərkən zəiflik
göstərir, çıxış yolu tapa bilmirik. Məsələn, zəlzələ olduqda,
xəstəliklə üzləşdikdə qurtulmaq asan olmur. İnsan özünü aciz
gördükdə sığınacaq axtarır. Əksər insanlar belə problemlərlə
üzləşirlər. Bəli, insan daim təhlükə hədəfidir. Təhlükəni hiss
edən insan özünü qorumaq üçün vasitə axtarır. Bu axtarış onun
iman dərəcəsindən asılıdır. Əksər insanlar çətinlik zamanı
Allahı xatırlayır. Çünki o, Allahdan qüdrətli varlıq tanımır.
İnsan inanır ki, bütün güclülər öz gücünü Allahdan alır. Əgər
insan mağaraya sığınırsa, bu mağaranı da vücuda gətirən
Allahdır. Bütün şəfaverici otlar Allah tərəfindən yaradılmışdır.
Güclü iman sahibləri heç vaxt ümidsizləşmir, daim Allaha
təvəkkül edirlər. Cücə öz anasının qanadları altına sığındığı tək,
mö’min insan da Allahın rəhmətinə sığınır.
Zəif imanlı insanlar isə çətinliklə qarşılaşarkən öncə yaxın
ətrafda kömək axtarırlar. Belələri xəstələnərkən, adətən,
əvvəlcə həkimə müraciət edirlər. Həkimi aciz gördükdə Allahı
xatırlayır, Ondan yardım diləyirlər. Dünyəvi vasitələri gücsüz
görən insan mə’sum imamlara (ə) təvəssül edir, onları Allahla
öz aralarında vasitə seçirlər. Bütün bunlar insanın imanının
zəifliyini göstərir. Əslində imanlı şəxs təhlükə hiss edən kimi
Allaha üz tutmalı, Onun misilsiz qüdrətindən faydalanmalıdır.
78
Allah insanı bütün bəlalardan hifz edə biləcək yeganə varlıqdır.
Allahın qüdrəti qarşısında bütün qüvvələr acizdir.
Əlbəttə ki, Allahın əmri əsasında təbii vasitələrdən də
yararlanmalıyıq. Xəstələnərkən həkimə müraciət etməmək,
dərmandan imtina etmək düzgün deyil. Zəlzələ, sel vaxtı
Allaha təvəkkül etməklə yanaşı tədbir tökmək də zəruridir.
Təbii vasitələri də Allah yaratmışdır. Onlardan istifadə edilməsi
ilahi vəzifədir. Çətinliklər, xəstəliklər zamanı təbii vasitələrin
köməyi Allahın hikmətidir.
İnsan təhlükə zamanı öz iman səviyyəsinə uyğun sığınacaq
axtarır. Diqqətin sığınacağa yönəlməsində mə’rifət də rol
oynayır. Bu diqqət özü imanı gücləndirən amildir. Çünki iman
və mə’rifətin artmasında diqqət, düşüncə böyük rol oynayır.
Diqqət və düşüncə qəlbdə yeni hal yaradır, münasib rəftar
imanı gücləndirir. Ona görə də Əmirəl-mö’minin buyurur:
“Bütün işlərdə özünü Allaha tapşır. Belə etsən özünü çox
möhkəm bir sığınacağa tapşırmış olarsan.” Bəli, düşmən
qarşısında gücə ehtiyac duyarkən Allah-təalaya sığınanlar heç
vaxt məğlub olmur.
ALLAHDAN VƏ BAŞQALARıNDAN KÖMƏK ISTƏYI
İnsan yalnız təhlükə vaxtı yox, adi vaxtlarda da xeyir əldə
etmək üçün Allaha sığınmalıdır. Çünki bütün işlər, bəlaların
dəfi də, ne’mətə çatmaq da Allahın əlindədir. Qeyd etməliyik
ki, həm əməl meydanında, həm e’tiqad sahəsində Allahın
dərgahına üz tutmaq zəruridir. Əlbəttə ki, qəlbin halı daha
mühümdür. Təhlükə və ehtiyac hiss edən insan bütün varlığı ilə
Allaha üz tutmalıdır. Məsələn, insan nəfəs almaq üçün havaya
ehtiyac duyursa, unutmamalıdır ki, havanı onun ciyərinə
çatdıran Allahdır. Allah insana güc verməsə, insan göz
qapaqlarını hərəkətə gətirə bilməz. İnsan beyninə dərketmə
qüvvəsi verən Allah deyilmi?!
Belə bir ruhiyyə Allahın xalis bəndələrinə xasdır. İxlas odur
ki, insan vücudunda Allahdan qeyrisinə e’timad olmasın.
79
Həqiqi bəndə yalnız Allaha ümid bağlamalı, yalnız Allahdan
çəkinməlidir. Ona görə də Həzrət (ə) “arzularını yalnız öz
Allahından istə” buyurur. İnsan qəlbən inanmalıdır ki, onun
istəklərini yalnız Allah yerinə yetirməlidir. Əgər Allah əmr
edirsə ki, hansısa təbii vasitələrdən istifadə edilsin, insan Allahı
unudub həmin vasitələrə bağlanmamalıdır. Qəlb daim Allahı
düşünməli, hər şeyi Ondan istəməlidir. Həzrət (ə) buyurur:
“Bağışlamaq və məhrum etmək Onun əlindədir.”
İnsan bir şəxsə inandıqda çətinlik zamanı məhz ondan kömək
gözləyir. Ümidi puça çıxmış insan tənhalıq hiss edir. O, kömək
gözlədiyi şəxsin diqqətini cəlb etmək üçün təvazö göstərir,
özünü sındırır. Məqsədinə çatmaq üçün həmin şəxsin razılığını
əldə etmək istəyir. Bundan ötrü onun əlini öpür, qarşısında
ikiqat əyilir. Amma Allaha və Onun qüdrətinə inanan insan
başqalarına yox, məhz Allahın hüzurunda təvazö göstərir, müt’i
olur. Yalnız Allahı sığınacaq hesab edən bəndə özü kimi
insanlara münasibətdə Allah əmrini əsas götürür. Məsələn,
Allah-təala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və
valideynlərə yaxşılıq etməyi buyurmuşdur.” Əgər insan öz
ata-anası qarşısında təvazö edirsə, bu təvazö Allahın əmrinə
əsaslanır. Əslində belə bir təvazö Allah qarşısında təvazödür.
Amma çıxış yolunu yalnız və yalnız başqalarına əyilməkdə
görmək Allaha şərik qoşmaqdır. Yə’ni belə bir insan öz
taleyində Allahla bərabər başqalarını da tə’sirli bilir. Zəiflik
onun ruhuna hakim kəsilir. Allah isə öz bəndəsini zəif görmək
istəmir. Allah insanı özü kimi yaranmışlara qul olmamağa
çağırır. Yalnız ilahi hikmət səbəbindən mə’sumlar qarşısında,
valideyn önündə təvazö caizdir. Allah nəzərində hörmətli olan
şəxslərə ehtiram Allaha ehtiramdır.
Beləcə, kiminsə önündə dünya ne’mətlərinə görə əyilmək
şirk, Allaha şərik qoşmaqdır. Allah öz bəndəsinin bu şəkildə
alçalmasını istəmir. Qur’anda buyurulur: “Həqiqətən, xalis din
Allah üçün olan dindir” Başqa bir ayədə oxuyuruq: “Əmr
edilmədimi ki, dini yalnız Allaha aid edərək Ona ibadət
Dostları ilə paylaş: |