112
bu sualın cavabında baxışlar daha çox haçalanır. Müəyyən
baxışları nəzərdən keçirək:
A) ABAD DÜNYADAN VIRAN DÜNYAYA KEÇID
Dünyanın
ötəriliyinə
münasibətdə
xalqın
əqidəsini
aydınlaşdırmaq üçün əvvəlki misalı xatırlasaq yaxşı olar.
Diqqət etsək, görərik ki, təyyarə sərnişinləri iki növ olur.
Onlardan bir qismi bu səfərin yoxluqla nəticələnəcəyini
düşünərək səfər boyu yeyib-içməklə, daha çox ləzzət almağa
çalışırlar. Dünya sakinlərinin də bir hissəsi belədir. Onlar
dünyanın ötəriliyini və hər şeyin puçluqla sona çatacağını
fikirləşərək dünya ne’mətləri ardınca qaçır, ömürü fürsət
bilərək daha çox ləzzət almaq istəyirlər. Onlar hərislik göstərir,
dünya işlərində hamını ötüb-keçməyə çalışırlar. Şübhəsiz ki, bu
sayaq düşüncə tərzinin sonu fənadır. Çünki bu qrupdan olan
insan dünyanın sonunu yoxluq kimi qəbul edir. Guya dünya
üç-beş gündən ibarətdir və onu qənimət bilərək xoş güzəran
keçirmək lazımdır. Aqibətini yoxluq zənn edən insan tez-gec
həmin nöqtəyə çatasıdır.
B) DÜNYADAN ƏBƏDİ AXİRƏTƏ KEÇİD
Bir qrup sərnişinlər isə öz səfərlərinin uğurla başa çatacağını
və son nöqtə olmayacağına inanırlar. Dünya sakinlərinin də bir
hissəsi dünyanın sonunu yoxluq yox, əbədi bir həyata keçid
kimi qəbul edirlər. Onlar dünya həyatını təsadüfi yox, məqsədli
bildikləri üçün bütün işlərini həmin məqsədə çatmaq
istiqamətində nizamlayırlar. Onlar səbr və dözümlə proqramlı
həyat yaşayır, dünya ne’mətlərinə münasibətdə hərislik
göstərmirlər. Onlar üçün ən mühümü doğru həyat yolunu
seçməkdir. Dünya həyatın son olmadığına inananlar daim öz
vəzifələri haqqında düşünür, hətta birinci qrupdan olanları
yanlış düşüncə tərzinə görə məzəmmət edirlər. Onlar “dünya
beş günlükdür, fürsəti qənimət bilmək lazımdır” cavabını
alırlar. Əlbəttə ki, belə bir cavab onları qane etmir, daim öz
yaranış məqsədləri haqqında düşünür, həmin məqsədə doğru
113
hərəkət edirlər. Onlar saatları, dəqiqələri sayaraq, məqsədə
çatacaqları, dostlara qovuşacaqları anı gözləyirlər. Ali bir
məqsəd, ali bir görüş haqqında düşünən sərnişin, sözsüz ki,
acgözlüklə yeyib-içməyə girişmir.
DÜNYAYA DOĞRU DÜZGÜN BAXıŞ
Söhbətin bu hissəsinədək dünyaya üç baxış tərzi haqqında
danışıldı. Hər insan bu baxışlardan birinə uyğun şəkildə həyat
sürür. Birinci baxışı əsas götürənlər heyvani həyat yaşayır,
ikinci baxışı əsas götürənlər dünyanı ötəri saydıqlarından,
ondan daha çox faydalanmaq istəyir. Üçüncü baxışı əsas
götürənlər isə dünyanı əbədi həyata, ali bir məqsədə keçid
mərhələsi sayaraq, uyğun məqsədə doğru hərəkət edirlər. Bu
əqidələri birbəbir analiz etmədən düzgün qərar çıxarmaq
mümkünsüzdür. İlk araşdırmada birinci baxışdan imtina etmək
lazım gəlir. Qalan iki yoldan birini seçmək üçün ya dünyanın
sonunu yoxluq, ya əbədiyyət qəbul etməli oluruq, üçüncü baxış
həyatın məqsədli yaranışını, insanın vəzifəli olduğunu, onu
qarşıda vəfalı dostlarla görüş gözlədiyini özündə cəmləşdirir.
Sözsüz
ki, son
iki
baxışın
malik
olduğu
dəlillər
araşdırılmalıdır. İndi isə bu iki qrupun özünəməxsus
xüsusiyyətləri ilə tanış olaq:
Dünyanı
beşgünlük, sonunu
yoxluq
bilənlər
həris,
ləzzətpərəst, eqoist, ətrafdakılara diqqətsiz olur, ötəri hesab
etdikləri dünyada daha çox faydalanmağa çalışırlar. Onlar
yalnız yemək-içmək haqqında düşünür, kübar həyat sürməyə
can atırlar.
Amma, dünyanı, öz varlıqlarını məqsədli hesab edənlər, onu
imtahan meydanı sayanlar insanlıq vəzifələri haqqında düşünür,
bu vəzifələrə əməl etmək istəyirlər. Onlar bir müddət sonra
dünya həyatının başa çatacağına və əbədi bir həyata qədəm
qoyacaqlarına inanırlar. Qur’ani-kərimdə buyurulur: “Bu dünya
həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət
yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Ey kaş biləydilər.” Digər
114
bir ayədə oxuyuruq: “Ey kaş, həyatım üçün bir şey
fikirləşəydim.” Ayələr açıq-aşkar bildirir ki, həqiqi həyat bu
dünya həyatı yox, axirət həyatıdır.
Göründüyü kimi, həyata hər növ baxış insanı müəyyən bir
rəftara sövq edir. Kimi yalnız maddi ne’mətlər haqqında
düşünür, kimi isə mə’nəvi ne’mətlərə üstünlük verir. Həzrət Əli
(ə) buyurur ki, bir qrup insan dünyanı dəqiq tanımış, onun
mahiyyətini dərk etmişlər. Onlar quraqlıqdan yaşıllığa,
viranlıqdan abadlığa səfər edənlər kimidirlər. Yə’ni dünya
həyatı quraqlıqdan gülüstana səfərdir. Bu qrupdan olanların
məqsədi tələsik hazırlıq görüb, məqsədə çatmaqdır. Onlar bu
yolda bütün olanlarını qurban verir və təəssüflənmirlər. Çünki
istənilən sür’ətli bir vasitə ilə mənzilə çatmaq əsas hədəfdir.
Doğrudan da, ən ali məqsədə çatmaq üçün bütün olanlarından
keçməyə dəyər! Amma dünyanı rahatlıq, dünyadan sonranı
viranlıq bilən kəs yalnız dünya ləzzətlərindən daha çox
faydalanmağa çalışır. Belələri axirət həyatına inanmadıqları,
həmin səfərə hazırlıq görmədikləri üçün dünya həyatını
qənimət hesab edirlər.
HƏZRƏT ƏLININ (Ə) NƏZƏRINDƏ DÜNYA
Həzrət Əli (ə) öz övladına ən həqiqi nəzəriyyəni təqdim
edərək buyurur: “Oğlum, mən səni dünya və onun halından,
onun dəyişkənliyi və puçluğundan, əldən-ələ düşməsindən
xəbərdar etdim.” Bəli, bu dünya davamlı deyil. Dünya ilə
müqayisədə axirət misilsiz, ne’mət və şadlıqla dolu bir aləmdir.
Allah həmin aləmi öz sadiq dostları üçün hazırlamışdır. Axirət
aləmini dünya həyatı ilə müqayisə etməyiniz üçün bə’zi
nümunələr göstəririk. Bu nümunələri nəzərdən keçirib,
düşünün. Özünüz hansının üstün olduğunu müəyyənləşdirin.
Seçdiyiniz nümunəyə uyğun yaşayın. Həzrət (ə) buyurur: “Sənə
axirət və axirət əhli üçün Allahın hazırladıqlarından xəbər
verdim. İbrət götürməyin, onları öz işində rəhbər tutmağın üçün
hər ikisi haqqında misallar çəkdim. Dünyanı sınağa çəkib
Dostları ilə paylaş: |