135
özlərindən razıdırlar. Amma özlərini başqaları kimi bilsəydilər,
təvazö edərdilər. Özünü başqaları ilə eyni hüquqlu bilən insan
imtiyaz tələb etmir. Gözləmir ki, ona salam versinlər. Belə bir
münasibət açıq-aşkar izhar olunmasa da, daxildə özünü
möhkəmləndirmişdir. Ona görə uyğun xislətdən yaxa
qurtarmaq asan olmur. Hər halda özümüzü qarşı tərəfin yerində
hiss edə bilsək, bir çox problemlərin həllinə nail olmuş olarıq.
Misli olmayan vəsiyyətin vasitəsi ilə bütün ictimai əlaqələri
tənzimləmək mümkündür.
Deyilənlər xudpəsəndliyin ictimai və əməli zərərlərinin yalnız
bir tərəfi idi. Digər bir tərəfdə isə fikirə, elmə, ağıla aid
xudpəsəndliklər dayanır. Xüdpəsəndlik insanın rəftarı ilə
yanaşı, onun ağıl və düşüncəsi üçün də bəlalar yaradır. Bu
xəstəliyə yoluxmuş insanın ağlı düz işləmir. Yalnız bu
xəstəlikdən qurtulduqdan sonra insan batin və zahir
peyğəmbərin himayəsi ilə doğru yola yönəlir. Xudpəsənd
olmayan insan bəndəlik yolunu tanıyır, Allah qarşısında müt’i
olur və özünü heç bilir. İnsanın eqoistlik və qururdan azad
olmasının əlaməti onun Allaha ibadət zamanı xüzulu, xüşulu
(müti) olmasıdır. Mənəm-mənəmlik olan yerdə bəndə
mütiliyindən danışmağa dəyməz. “Mən” bütü sındıqdan sonra
təvazökarlıq peyda olur. Xüşulu, təvazökar, müti olmaq
istəyiriksə, ilahi lütfə şərait yaratmalı, maneələri aradan
qaldırmalı,
ilahi
hüzurda
acizliyimizi
dərk
edərək,
xudpəsəndliyi kənara qoymalıyıq. Yalnız bu halda xüşu əldə
olunur, ali məqsədə doğru hərəkətin vaxtı çatır.
BIHUDƏ, BOŞ SƏ’Y
Bu ilahi vəsiyyətin bə’zi nüsxələrində həzrətin (ə) daha iki
buyuruğu ilə rastlaşırıq. O buyurur: “Çox çalış və başqalarının
xəzinədarı olma. Elə ki, öz yolunu tapdın, Allah qarşısında
bacardıqca təvazökar ol.” Bə’zilərinin fikrincə, bu cümlələrin
deyilməsində məqsəd insanı tənbəllikdən uzaqlaşdırmaqdır.
Həzrət Peyğəmbərin (s) Əbuzərə moizəsində buyurulur ki,
136
tənbəllik və süstlük insanı səadətdən məhrum edir. Dünya
işində tənbəllik edən insan axirət işlərində daha çox tənbəllik
göstərir. Tənbəl insan həm dünyasını, həm də axirətini itirir.
Çünki həyat axirət səadəti qazanmaq üçün meydandır. Axirətlə
oyun oynamaq olmaz.
Uyğun cümlələr haqqında başqa bir izah da verilmişdir.
Allah-təala Qur’ani-kərimdə buyurur: “Ey insan! Əzab-əziyyətlə
Allahına doğru gedirsən və onunla görüşəcəksən.” Bu mübarək
ayədə dünya həyatının axirət həyatına təsirinə işarə edən uca
mə’nalar gizlənir. İnsan həyatının mahiyyəti Allaha doğru
hərəkətdən ibarətdir. Başqa bir ayədə oxuyuruq: “Biz Allahın
bəndələriyik və ona tərəf qayıdacağıq.” Yə’ni insan ömrü Allaha
doğru bir səfərdir. Bəli, həyat daimi bir hərəkətdir. Bu hərəkətdən
faydalanmaq lazımdır. Qeyd edək ki, insanın iki növ hərəkəti,
əməli var. Bizdən asılı olmayan təkvini (bir növ təbii) hərəkət bu
hərəkətlərdən biridir. Bu hərəkət heç də hamı üçün faydalı olmur.
Hamı axirətə doğru gedirsə, axirət bir yox, iki mənzildən
ibarətdir. Hansı mənzilə düşmək isə insanın iradi hərəkətindən
(ikinci hərəkət) asılıdır. Ali məqsədə uyğun şəkildə çalışanlar,
təbii ki, bu səfəri uğurla başa vururlar.
Nurani vəsiyyətin digər cümləsində buyurulur: “Başqalarına
xəzinədar olma.” İnsan bütün hərəkətlərində əsas məqsəd olan
axirət səadətini düşünməlidir. Əsas məqsəddən kənar olan
insanlaarın faydasını düşünmək yaramaz. Əgər insanın topladığı
var-dövlət onun axirətinə yox, başqalarının dünyasına kara
gələcəksə, vay o insanın halına! Unutmamalıyıq ki, bu gün axirət
həyatımızı bəzəyə biləcək var-dövlət sabah başqalarının əlinə
düşüb, puça çıxa bilər.
ON ALTıNCı DƏRS
137
HƏYAT DƏRSI
Bil ki, qarşıda uzun yolun, üzücü əziyyətin var; həqiqətən
bu yolda yaxşılıq axtarışı, düzgün təlaşdan ehtiyacsız
deyilsən; özünə lazımınca azuqə, ehtiyat götür; elə bir
azuqə ki, səni məqsədə çatdıra, çiynində yüngül ola;
gücündən ağır yük götürsən, sənə baha başa gələr; yükünü
qiyamətədək götürəcək, ehtiyaclı olduğun gün sənə
qaytaracaq biçarə, möhtac tapsan, onu qənimət bil;
qənimət say o kəsi ki, ehtiyacsız olduğun gün səndən borc
istəyir ki, ehtiyaclı olduğun gün sənə qaytarsın, bil ki,
qarşında çətin bir dolambac var və enəcəyin yer yalnız ya
behiştdir, ya da cəhənnəm; ora enənədək özünə bir çarə
düşün.”
Qeyd etdik ki, həzrət Əlinin (ə) vəsiyyətinin ümdə hissəsi
insanın dünya həyatında mövqeyi və dünyanın axirətlə
müqayisəsi haqqındadır. Bu mühüm məsələ ilə Həzrətin (ə) bir
çox buyuruqlarında, imam və övliyaların tövsiyyələrində
tez-tez rastlaşırıq. “Nəhcül-bəlağə”nin əksər xütbələrində bu
mövzuya toxunulur. Bu tə’kidlərin sirrinə diqqət yetirmək çox
əhəmiyyətlidir.
138
NƏ ÜÇÜN DÜNYA MƏZƏMMƏT OLUNUR?
Mə’sum imamların dilində dünyanın məzəmmət olunmasının
səbəbi insanın dünyaya əsirliyi, nəticədə axirətin inkarı ola
bilər. Başqa sözlə, dünya ona görə qınanır ki, dünya məhəbbəti
insanın axirətdən xəbərsizliyinə səbəb olur. Dünyanın aldadıcı
şirinlikləri insanın bütün vücudunu öz tə’siri altına salır, insan
bu şirinliklərin arxasınca yüyürməyə başlayır. Amma axirət
həyatı hiss üzvləri ilə duyulmadığından bir qədər diqqətdən
kənarda qalır. Ona görə də mə’sum imamlar dünyanı
məzəmmət edir, insanları dünya şirinliyinə aldanıb, axirətdən
xəbərsiz qalmamağa çağırırlar. Hiss üzvləri ilə duyulmayan
axirətin diqqətdən kənarda qalmasında təbiilik var. Axirətə
diqqətli olanlar isə ya əqli dəlillərə əsaslanır, ya peyğəmbər və
imamların buyuruqlarına istinad edirlər. Bu mə’lumatlar isə
zahirpərəst insanlara çox az tə’sir göstərir. Amma dünya
mənzərələri insanı bir anda özünə cəzb edir. Axirət həyatına
əksər müsəlmanlar şübhə etməsələr də, bu mə’rifət, bu inam
hər gün təzələnmədiyindən diri olmur. İnsanla bu məsələni
əməli şəkildə çox az xatırlayır, elə düşünürlər ki, bu üç-beş
günlük dünya daha əhəmiyyətlidir. Bir növ unudulur ki, əsas
məqsəd axirət dünyasıdır. Bu həqiqəti fasiləsiz olaraq
xatırlayan yalnız Allahın peyğəmbərləri və övliyalarıdır. Ona
görə də adi insanlara bu məsələ tez-tez xatırladılmalıdır. Onlar
gecə-gündüz əldə etməyə çalışdıqları dünya şirinliklərinin qısa
bir müddətdən sonra əldən çıxacağını bilməlidirlər. Məhz qeyd
olunan məsələlər səbəbindən Qur’anda, “Nəhcül-bəlağə”də
Əhli-beyt buyuruqlarında dünya bir bu qədər məzəmmət
olunur. Qur’ani-kərimdə buyurulur: “Dünya həyatı oyun və
əyləncədən başqa bir şey deyil”; “Bizimlə qarşılaşacaqlarına
ümid etməyən, dünyanı bəyənib ona bağlanan və ayələrimizdən
qafil olanların – məhz qazandıqları günahlara görə düşəcəkləri
yer cəhənnəmdir.” “O kəslər ki, dünyanı axirətdən üstün tutur,
Allahın yolundan döndərir və o yolu əymək istəyirlər, onlar
Dostları ilə paylaş: |