Ustadnamə



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/13
tarix28.06.2018
ölçüsü0,65 Mb.
#51980
1   2   3   4   5   6   7   8   9   ...   13

15 
 
bizə demişdi. Yəqin ki, bu belədir. O, belə demişdi: -“ Bax, elə 
bu gün e
və gedən kimi hərə özünə bir qalın dəftər tutsun, hər 
gün maraqlı nə baş versə axşam, günün sonunda ora qeyd edin. 
Bu dəftərə gündəlik deyirlər. İllər keçəcək 10 ildən, 20-ildən 
sonra nə qədər xeyirli bir iş tutduğunuzu özünüz görəcəksiz...”, 
“kim istəyir tutsun, bunu mən sizin üçün deyirəm, 
yoxlamayacam, dərsimizə aid deyil, sizin inkişafınız üçün 
vacibdir...
” Həqiqətən də Asif müəllim sonralar nə bir dəfə də 
olsun o mövzuya toxundu, nə də kimin gündəlik tutub-
tutmadığını yoxladı. Bu bizə lazım idi. O da bir dəfə deyib 
vəzifə borcunu yerinə yetirmişdi...  Keçdik beşinci sinfə 
birinci  
dərsdəcə Ədəbiyyat müəllimimiz Həsən müəllim (bu 
kitab Ədəbiyyat müəllimim Həsən müəllimin ruhuna ithaf 
olunur) belə bir sual verdi: - “Kimin evdə kitabxanası var?” – bu 
bizim ilk  
Ədəbiyyat dərsinin  lap sonları idi. O vaxt kitabxana 
anlayışın tamam fərqli  şəkildə qavradığımıza  görə,  heç kimin 
dillənmədiyini görəndə Həsən müəllim bir də soruşdu: -“ Kimin 
evdə dərsliklərdən əlavə kitabları var, şeir, nağıl və s. ?” - bu 
vaxt 
o sıradan, bu sıradan əllər qalxmağa başladı. “Əllərinizi 
salın aşağı, ola bilsin bəlkə də kiminsə bu gün heç bir dənə də 
kitabı yoxdur. Sizə bir söz deyim, kim şəhərə gedəndə, atanız, 
əminiz, dayınız, böyük qardaşınız tapşırın sizə bir kitab alıb 
gətirsin. Bugün, sabah özünüz də böyüyüb tez-tez şəhərə 
gedəcəksiz, hər gedəndə bircə kitab alıb gətirsəz,  məktəbi 
bitirəndə görəcəksiz ki, böyük bir kitabxananız var.” – bu Həsən 
müəlimin  birinci Ədəbiyyat dərsində növbəti beş il üçün evə 
verdiyi tapşırıq idi. Ruhu şad olsun. Burada daha vacib bir 
məqama toxunmaq istəyirəm. Deməli, bu hadisə məktəbə 
getməmiş baş verib. Yayda. Yəni həmin yaydan sonra 
Sentyabrda dərs açılanda birinci sinfə gedəcəkdim. Nənəm 
uşaqbağçasında aşbaz işləyirdi. Arada anam icazə verəndə 
nənəmin yanına gedib, orada uşaqlarla oynayırdıq. Bura kəndin 
mərkəzində nisbətən böyük, qapalı həyəti olan bir yer idi. 
Uşaqbağçası, kəndin kitabxanası, həkimxana və kənd klubu bir 


16 
 
– birinin yanında yerləşirdi. Biz içəridə, otaqda nənəmin 
yanında oynayırdıq. Bağçanın müəlliməsi dedi ki, gedim bir 
kitab götürüm oxuyum, mən dedim ki, mən də götürmək 
istəyirəm, təəccüblənsə də məni də apardı. Yadımdadır ki, 
müəllimə Salam Qədirzadənin o vaxt xüsusilə gənclərin çox 
oxuduğu, demək olar ki, əldən - ələ gəzən (indi adı yadımda 
deyil) bir kitabını götürdü. Mən də kitabxanaçıya dedim ki, Adil 
dayı mənə də bir kitab ver oxuyum. O isə cavabında dedi: - 
“Adil dayı yox, Adil müəllim deyərlər”- və getdi mənə kitab 
gətirməyə. Çox keçmədi, əlində jurnal şəklində olan bir qırmızı 
kitabla qayıtdı. Səhv eləmirəmsə adı “İliçin uşaqlığı” idi – dəqiq 
yadımda deyil. Onu bilirəm ki, Lenin uşaqlıq vaxtından bəhs 
edən bir kitab idi. Sonralar o kitabı bəlkə də on dəfə təkrar-
təkrar oxudum. Nəsə, Adil müəllim kitabı gətirdi, mənim adıma 
abunəçi vərəqi açdı, yazdı-pozdu və kitabı mənə verib dedi: - 
“Get oxu, gedəndə gətirib təhvil verərsən. Cırma, pozma, 
ləkələmə.” Mən də - “oldu” – deyib getdim oxumağa. Elə 
kitabxanadan çıxan kimi həyətdə aşmış böyük qoz 
ağacının  kötüyünün üstündə oynayan uşaqlar məni də çağırdılar 
oynamağa. Təbii ki, mən də kitabı kötüyün üstünə qoyub, onlara 
qoşuldum. Başladıq oynamağa. Bir vaxt ayıldıq ki, artıq 
axşamdı. Belə olanda adətən nənəmiz deyərdi: - “Bala, bala 
yenə şeytan sizi kirayə tutmuşdu???” – mənasını anlamasam da 
bu sözün mayasında bizim gördüyümüz nəsə qəbahət bir işin 
dayandığın anlayırdım. Sən demə, Adil müəllim də əvvəlcədən 
göz qoyurmuş, görüb ki, mən heç kitabı açmadan necə kötüyün 
üstünə qoydumsa, eləcə də götürüb gəlirəm təhvil verməyə.... 
Əlimdə kitab yaxınlaşdım Adil müəllimə, kitabxananın 
qarşısındakı hündür talvarın altında stul qoyub oturmuşdu. 
Kitabı verib, getmək istəyirdim ki, Adil müəllim soruşdu: - 
“Oxudun?” Mən də ani olaraq cavab verdim ki, bəli. Adil 
müəllim kitabı açıb ordan-burdan suallar verməyə başladı. Təbii 
ki, cavab verə bilməzdim. Çünki, kitabı apardığım kimi də 
gətirmişdim. Adil müəllim də bunu yaxşı bilirdi. O gün Adil 


17 
 
müəllim “Oxudun?” – sualından başqa mənə heç bir söz 
demədi... Ancaq mənim o günkü pərtliyim bu gün də hər yadıma 
düşəndə məni narahat edir... Bu kitab mənim kitabxanadan 
götürdüyüm ilk kitab kimi yadımda elə qaldı ki, bu hadisədən 
sonra nəin ki, kitabxandan götürdüyüm,  dost-tanışdan aldığım 
kitabları hətta hardasa gördüyüm bir elanı, afişanı mütləq 
oxumalıyam... 
Beləcə maraqlı məktəb həyatı başa çatdı. Orta məktəbi bitirəndə 
Həsən müəllimin dedikləri düz çıxmışdı. Artıq təxminən 450-
500 kitabdan ibarət özümə görə zəngin bir kitabxanam var idi. 
Düzdü, kitabların çoxunu atam almışdı, ancaq bu mənim 
kitabxanam 
idi. Həm də birinci şəxsi  kitabxanam. Bakı Dövlət 
Universitetinin tələbəsi oldum. Bu məktəb o vaxtlar prorektor 
olmuş Rasim müəllimlə bir-iki maraqlı söhbətdən bir də birinci 
kursda uşaqlarla çəkdirdiyim  fotodan başqa heç nə ilə yadda 
qalmadı. Bircə, o vaxtlar əsas binanın girişində asılmış Birinci 
Qarabağ Müharibəsində şəhid olan tələbələrin portretləri hələ də 
gözümün önündən getmir. Hamısa da yuxarı kurs tələbələri idi... 
Sonralar nədənsə o portretləri oradan yığışdırdılar.  Elə oldu ki, 
mən də orduya qoşuldum. Birinci Qarabağ Müharibəsində 
iştirak etdim. Ancaq, harda olsam da ən azı yanımda bir-iki 
kitab, cibimdə isə mütləq qələm və dəftərçə var idi. Bunu məni 
yaxından tanıyanların hamısı təsdiq edə bilər. Bütün əsgərlik 
boyu mənim dolabım olduğum bölüyün kitabxanası olub. Bu 
gün də həmin kitablardan ən azı ikisi mənim kitabxanamda 
qalmaqdadır. Beləcə atəşkəs oldu. Daha bir il də ötdü. 
Komandirlərin təşəbbüsü  və əsgər yoldaşlarımın təkidi ilə 
təhsili davam etdirmək qərarına gəldim. Hərbi hissədən beş 
günlük məzuniyyət verdilər ki, sənədlərimi toplayım. 
Sənədlərimi topladım, hərbi hissəyə qayıtdım. Yenidən 
müddətsiz məzuniyyət verib oxumağa göndərdilər. Sənədlər 
qovluqda gəldim Bakı Dövlət Universitetinə. Rasim müəllimlə 
elə onun kabinetində xeyli söhbət etdikdən sonra bir az onun 
məsləhəti, bir az da xeyir duası ilə sənədlərimi verdim Bakı Ali 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə