Ustadnamə



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix28.06.2018
ölçüsü0,65 Mb.
#51980
1   2   3   4   5   6   7   8   9   ...   13

18 
 
Birləşmiş Komandanlıq Məktəbinə və təhsilimi orada davam 
etdirdim. Beləliklə kursant həyatı başladı onu qeyd edim ki
oxumaq, öz üzərində məşğul olmaq üçün kursantın imkanı, vaxtı 
tələbəninkindən qat-qat çox olur. Bu vaxtlar mən artıq üçüncü 
böyük kitabxanamı yaratmışdım. Bu məktəbdə çox yaxşı 
müəllimlərim olub. Ancaq burada mövzuya aid olduğuna görə, 
dörd il bizə “Atış və döyüş işi” – fənnindən dərs demiş Loğman 
m
üəllimin adını çəkməyi özümə borc bilirəm. Yadımdadır, 
dördüncü kursun son günləri idi. Loğman müəllimin fənnindən 
dövlət imtahanlarına hazırlaşırdıq. Loğman müəllim bu 
imkand
an istifadə edib bizə öz tövsiyələrini   verirdi. Sizcə 
birinci məsləhət nə ola bilərdi? Onun  dediyi sözbəsöz 
yadımdadır: - “ Harda olursuz olun başınızın üstündə kitab 
qoymağa heç olmasa bir gözlü rəfiniz olsun” Loğman müəllimin 
bu tövsiy
əsinə bütün xidmətim boyu əməl etdim. Rəf olmayanda 
kitablarımı mərmi qutularında saxladım. Dördüncü 
kitabxanamın kitabları sözün əsl mənasında barıt qoxulu kitablar 
idi. Ordu həyatı da başa çatdı. Unutma ki, dünyada daimi heç nə 
yoxdur. Zaman ən iti dağ çayından belə sürətlə axır. Elə ki, 
mülki həyata başladım, gördüm ki, oxumadan olmur. Lap elə bu 
g
ün də maraqlı bir kurs diqqətimi cəlb edən kimi tez ora yazılıb 
iştirak edirəm, öyrənirəm. Belə kursların birində Mustafa Ünlü 
adlı müəllimimin kitab haqqında növbəti bir tövsiyyəsini 
eşitdim: - “İçimizdən birisini hansısa bir mövzu narahat edirsə 
və ya kimsə hiss edirsə ki, onun deməyə, kimlərəsə çatdırmağa 
sözü var mütləq bunu kitab kimi yazmalı özündən sonra gələcək 
nəsillərə ötürməlidir” İnanın ki, bu məqama qədər heç vaxt kitab 
yazmaq xəyalında olmamışdım. Onu qeyd edim ki, bu hadisədən 
heç bir il keçm
əmış “Oriyentir Ulduzu” çapdan çıxan kimi 
dərhal birini yazıb dəyərli müəllimim Mustafa Ünlüyə 
göndərdim. Düzü, indi bu sətirləri yazarkən düşünürəm, niyə 
“Oriyentir Ulduzu” – ndan əvvəl çapdan çıxmış üç şeir 
kitabların deyil məhz onu göndərmişəm müəllimimə??? 
Ümumiyyətlə, nə qədər araşdırsaq da, dəqiq olmağa çalışsaq 


19 
 
da  
həyatımız suallarla doludur. Mövzunun  sonunda  nəzərinizə 
çatdırmaq istəyirəm ki, bu gün həyatımın müxtəlif dövürlərində 
mövcud olmuş beş fərqli kitabxanamın  hamısından (zabitlik 
dövrü i
stisna olmaqla, çünki, bu kitablar çətin tapılan sırf ixtisas 
kitabları olduğuna görə bütün  kitabxanamı elə ağzı bağlı – 
böyük mərmi qutusunda xidmətdə qalan zabit yoldaşlarıma 
hədiyyə etdim) heç olmasa bir – iki nümunə olmaqla təxminən 
min kitabdan ibarət olan, zəngin bir 
kitabxanaya  
sahibəm.  Daha maraqlısı odur ki, bu kitabların 
içərisində ondan artıq kitabın müəllifi mən özüməm. İndi mən 
də düşünürəm və eyni zamanda sizə də sual edirəm, əgər 
müəllimlərimin məsləhət və tövsiyyələrinə əməl etməsəydim bu 
nəticəyə nail ola bilərdimmi? – Sizin nə cavab  verəcəyinizi 
gözləmədən öz qənaətimi sizinlə bölüşmək istəyirəm. Bu günə 
qədər qazandığım bütün naliyyətlərimə görə əvvəl 
müəllimlərimə  sonra isə kitablara borcluyam.... 
İndi gələk, ikinci məsələyə. İlk əvvəl onu qeyd edim ki, (mən 
bunu dəfələrlə qeyd etmişəm) sözü kimin deməyindən, qələmə 
almağından asılı olmayaraq mənbəyi təkdir, ancaq zaman və 
məkan şərtdir. Buradan məntiqi olaraq belə nəticəyə gəlmək olar 
ki, eyni məzmunlu sözü müxtəlif insanlar, başqa-başqa 
zamanlarda, dünyanın dəyişik yerlərində bir –birindən xəbərsiz 
şəkildə deyə və ya qələmə ala bilər. Əlbətdə, bu mənim 
subyektiv fikrimdir. Hamı azad düşüncə haqqına sahib olduğuna 
görə əksini  də  iddia  edə və ya sadəcə  razılaşmaya bilər. 
Məncə, söz yaradıcılığı (fərqi yoxdur nəsr və ya nəzm) üç əsas 
şərtə söykənir. Birinci bu genlə, nəsillə bağlıdır. İkinci mühitlə, 
yəni gələcək yazarı əhatə edən, təbiət, insanlar və yaşam tərzi, 
həyat şəraiti. Üçüncü isə daha maraqlı şərti ruhdur. Gələcək 
yazarın ruhu. Mən tam məsuliyyətlə deyirəm ki, 4 yaşlı Zaurun 
ruhu ilə 40 yaşlı Zaurun ruhunun arasında heç bir fərq yoxdur. 
Zaur  
14 yaşında yazdığı şeirlərdə işlətdiyi sözləri 41 yaşında da 
işlədir. O vaxt da şeirdə ard-arda muncuq sapa düzülən kimi 
sözləri yazanda çoxunun mənasın bilmirdim. İndi də belə olur. 


20 
 
Onu qeyd edim ki, mənim bütün bu dediklərim söz gələndə 
kağız – qələm axtaran və ya indiki  müasir dövürdə telefona, 
planşetə yazan adamlara aiddir. Yoxsa, kağız - qələmi qabağına 
qoyub söz axtaran adamlara 
deyil. Mən hətta bir az irəli gedib 
söz yaradıcılığının  reinkarnasiya hadisəsini sübut edən tutarlı 
dəlillərdən biri olduğunu iddia edərdim. Çünki, yenə qeyd 
edirəm, istər nəsr, istər nəzm söz yazılanda bir-birinin ardınca 
elə gəlir ki, sanki, kimsə sözbəsöz diktə edir. Yazanın boynuna 
sadəcə vaxt tapıb bu sözləri qəbul etdiyi kimi qeyd etmək qalır. 
Məhz buna görə də ilk vaxtda anlamını bilmədiyimiz sözü 
yazmağımız məntiqi cəhətdən doğrudur. Mən yazıları müxtəlif 
adlarla növlərə bölməyi xoşlamıram. Bəlkə də bacarmıram. 
Mənim üçün bütün yazılar iki qrupa bölünür. Tamlar və 
natamamlar. Əgər söz gələn məqamda imkanın olub onu olduğu 
kimi qeyd edirsənsə, bu olur tam. Yox əgər həmin məqamda 
yazmaq alınmırsa, sonradan onu yadında qalan kimi yazırsansa 
bax bu olur 
natamam. Bu yazlar ilk oxunuşdaca seçilir. Şeirləri 
hansısa başqa dilə tərcümə etməyin əleyhinəyəm. Uzaqbaşı bir 
şeiri eyni köklü ana dilin başqa-başqa qruplarına, şivələrinə, 
ləhcələrinə uyğunlaşdırmaq olar. Məsələn biz ana dilmizdə 
yazdıqlarımızı Osmanlı türkcəsinə, türkmən ləhcəsinə  və ya 
özbəkcəyə uyğunlaşdırmaq olar. Yoxsa, sən bunu çevir rus 
dilinə, ingilis dilinə, fars dilinə və s. Bu yol verilməz bir haldır. 
Yəni bu vaxt sən yazdığın qalır bir kənarda, ortaya tamam 
qondarma bir məhsul çıxır. Bu barədə sözümü öz başıma gələn 
bir misalla yekunlaşdırmaq istəyirəm. Demək “Tuncaya” 
şeiri  bəlkə də 10-15 dəqiqə ərzində gəlib:  
Tanrı tutub, ağ torpaqdan mayanı, 
Gündoğandan Günbatana  sənindi! 
Nişan verib, yeddi günlük Ayını 
Əksi düşən tüm torpaqlar sənindi 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə