Ustadnamə



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix28.06.2018
ölçüsü0,65 Mb.
#51980
1   ...   5   6   7   8   9   10   11   12   13

36 
 
AY  KAMAN 
Nədir, yenə nalə çəkirsən nədən? 
Aman, elə, fəryad qoparma, Kaman! 
Bəsdir,  diddin, parçaladın qəlbimi, 
Aman elə, ruhumu yorma, Kaman! 
*         *          * 
Dərdli ürək bircə, himə  bənddi bil, 
Bir himə bənddi ki, o, ötsün dil-dil, 
Yatmış duyğuları oyatma qəfil, 
Gəl, sarı simlərə toxunma, Kaman! 
*         *          * 
Onsuz da canımda elə bir hal yox, 
Beynimdə, qəlbimdə fikirlər nə çox, 
Dərdli ürəyimə dərman edən yox, 
Gəl, mənim qəsdimə durma, ay  Kaman! 
*         *          * 
Yenə nalə çəkib, ah qoparırsan, 
Səsinlə qəlbimdə od qalayırsan, 
Ağır bir hava tək məni boğursan
Könlümə yaralar vurma, ay Kaman! 
  


37 
 
*         *          * 
Nə edim, neyləyim, öldürdün məni, 
Ahın, fəryadınla  sökdün qəlbimi, 
Heç, çəkə bilmirəm öz dərdlərimi, 
Yükümün üstünə yük vurma, Kaman! 
*         *          * 
Kaman,  
aman elə, batır səsini, 
Dindirib, sızlatma, sızlar qəlbimi, 
Nalənlə artırma, nisgil, qəmimi, 
Nədən həsrətliyəm sorma, ay Kaman! 
*         *          * 
Söylə, sənin səsin niyə belədir? 
Səsinin ahəngi kədərdir, qəmdir, 
Bütün qəmginlərin ilk həmdəmidir, 
Kədərimə şərik durma, ay Kaman! 
 
 
 
 
 
 


38 
 
*         *          * 
Sən, yalnız qəmimə qəm artırırsan, 
Dərdimin üstünə dərd artırırsan, 
Ay Kaman, özünü nahaq yorursan. 
Dünyayla aramı vurma, ay Kaman!!! 
  
Tərtər. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


39 
 
DAĞLAR 
                                    
Ruhuna min rəhmət dədə Ələsgər...  
Nədəndi, ürəyim döyünür yenə, 
Gördükcə hüsnündə məlalı, dağlar?! 
Yağı cövlan edir, dağıdır yenə, 
Qoynunda büsatı, cəlalı, dağlar! 
*      *      * 
De, çoxmu çəkərik zülüm-zilləti???? 
Mövcud hal-
vəziyyət üzür milləti, 
Onsuz da düşmənin puçdu niyyəti, 
Ordumun 
beşiyi, vüsalı, dağlar! 
*      *      * 
Dünya belə qalmaz, dəyişər zaman, 
Yenə dövran olar, həmənki dövran, 
Bulaqlar başında məclislər quran, 
Oğullar ərsəyə gələli, dağlar! 
 
 
 
 
 


40 
 
*      *      * 
Ustac bulud kimi dolub, ağlamır, 
Köksünün yarası qaysaq bağlamır, 
Bir bilsən ruhumu nələr çuğlamır, 
Doğacaq nə zaman Hilalın, dağlar?! 
07.05.1995.  
Marağa. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


41 
 
ANA 
Sənsən xəyalların tuşlandığı yer, 
Ümdə arzuların məkanı, ANA! 
Nə qədər, möcüzəli, sirli bir dünya, 
Kəşf olunmamış dünyamsan, ANA! 
*         *          * 
Nə deyim, nə yazım yaraşsın sənə, 
Yüksələ biləydim kaş mənsəbinə, 
Dünyalar sığınar mərhəmətinə, 
Özün boyda böyük dünyamsan, ANA! 
*         *          * 
Bir, şirin kəlməni eşidəydim kaş, 
Kipriyim islanıb, oldu yenə yaş, 
Olaydım, ayağın altda qalan daş, 
Biləydim, başımın üstəsən, ANA! 
 
 
 
 
 
 


42 
 
*         *          * 
Elə, kövrəlmişəm, körpə uşaq tək, 
Qəlbimi yandırır odlu bir, istək, 
Ay Ana, saçıma yüngül sığal çək, 
Ən böyük dövlətim, qayğındır, ANA!!! 
  
28.08.1995.  
Bakı. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


43 
 
QÖNÇƏLƏR 
Yenə də duyğular hər şeydən təmiz, 
Necə görmüşdünsə, elə qalıbdır... 
Ən zərif hisslərin ünvanı sənsən, 
Arzular qəlbimdə çığır salıbdır... 
*         *          * 
Zəriflik içində zəriflik gəzən, 
Ən incə duyğular qəlbimdə yaşar. 
Müdhiş gözəlliyə məftun olaraq
Ürək cəmalına nəğmələr qoşar... 
*         *          * 
Ən ali hissləri qoruyub, inan, 
Gündə neçə kərə süzdüm qəlbimdən... 
Nələr düşünmüşəm, nələr çəkmişəm, 
Bilməyirsən, nələr keçir qəlbimdən??? 
 
 
 
 
 
 


44 
 
*         *          * 
Arzular içində arzu yaşayır, 
Səfinə düzülmüş durnalar kimi. 
İçimdən neçə min SABAH boylanır, 
Əsən mehə təşnə qönçələr kimi... 
  
Bakı. 
  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 


45 
 
 
ÖMÜR 
Budağından qopmuş, yaşıl yarpağam, 
Təbiət alıbdı, qoynuna məni. 
Haraya gedirəm, özüm də bilməm, 
Tanrım yönəldir, yoluma məni... 
*      *      * 
Rüzgar əsdikcə dəyişir dövran
Məskənim gah dərə, gah dağ olubdu. 
Həsrətdən, nisgildən, həm ayrılıqdan, 
“Yaşıllıq” saralıb, rəngi solubdu.... 
27.09.1996.   
Bakı. 
  
 
 
 
 
 
 
 
  


46 
 
DOSTUM 
Dostum, haqq yoluna qayıt indidən, 
Sonra əməlindən olma peşiman. 
Gördüyün işlərə, dediyin sözə 
Bir gün, sorğu-sual olacaq inan! 
*         *          * 
Yaşama, dünyanı hədər yerə, sən! 
Sabahkı gün üçün yaşa bugündən, 
Nəfsin güdazına vermə ömrünü, 
Sabahkı yaşayış doğur  bu, gündən! 
*         *          * 
Xül
yalar yolunda olma canfəşan, 
Arzu, istəyini inam üstə qur! 
Bugün elə yaşa, elə iş gör ki, 
Peşiman olma, çalınanda “sur”! 
  
Bakı. 
  
  
  
  


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə