Ustadnamə



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix28.06.2018
ölçüsü0,65 Mb.
#51980
1   ...   5   6   7   8   9   10   11   12   13

47 
 
HƏQİQƏT 
Nə qədər Günəş var, yaşayar insan, 
İnsan öz ömrünü son edə bilməz. 
Dünyasın dəyişər, nizamı ilə, 
O, bir varlıq kimi yox ola bilməz! 
*         *          * 
Heçdən heç yaranmır, hrç nə heç olmur, 
Bulud göydə dolur, yerdə su olur, 
Sular buxar olub, göylərə uçur, 
Bu, 
“dünya” nizamsız qurula biməz! 
*         *          * 
Gecələr, gündüzlər, Ay və ulduzlar, 
Səhradakı qumlar,  dəryada buzlar, 
Acılı, şirinli, rəngli dənizlər, 
Bir təsadüfdürmü? – bu ola bilməz! 
*         *          * 
Bütün yaranmışın öz nizamı var, 
Canlılar, cansızlar, dərələr, dağlar, 
Bütün xəstəliklər, bütün bəlalar, 
Heçdən mövcud deyil, heç ola bilməz! 
  


48 
 
*         *          * 
Dünyamız qurulmuş, bir nizam üstə, 
Daşları daş üstə, otu ot üstə, 
İnan ki, göz tökən acı tüstü də, 
Heçdən yaranmayıb, heç ola bilməz! 
  
*        *         * 
  
Dostum, yaxşı düşün, düşün bir az da, 
İnsan bu, mətləbi duymaya bilməz!!! 
  
Bakı. 
  
  
  
  
  
  
  
  
  


49 
 
DÜŞÜNCƏLƏR 
Arzular üzünə güləndə sənin
Elə bil,  yüz dəfə cavanlaşırsan. 
İşin bərkə düşüb, çətinləşəndə, 
O an qəm-kədərlə qucaqlaşırsan... 
*         *          * 
Belə olmamalı düşün, ey insan! 
Səni xəlq edəndə ulu yaradan, 
Mayanı  tutmuşdu, “sabit” torpaqdan, 
Mənbəyin, mənsəbin torpaqdır, İNSAN!!! 
*         *          * 
Şükür bəzək olsun şirin dillərə, 
Ağıl çəpər olsun əsən yellərə, 
Düzlük mayak olsun, tüm əməllərə, 
Bir gün, bu işlərə hesabatçısan! 
*         *          * 
Enib asimandan, yerdə qərar tut, 
Şirin xülyaları biryolluq unut, 
“Həsədi”,  “həvəsi” qəlbində ərit, 
Həvəsə aldanıb, uduzacaqsan! 
 


50 
 
*         *          * 
İnam et həmişə axirətinə
Ümid et, tanrının mərhəmətinə, 
İlahi inama sədaqətinə, 
Bir gün m
ükafatın olacaq inan!!! 
  
Bakı. 
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  


51 
 
ANA 
Sönməz bir od kimi, adın qövr edər, 
İçimdən atəşlə boylanar, ANA! 
O, hansı duyğudur, hər şeydən uca, 
Qəlbimin yağıyla qovrular, ANA?! 
*         *          * 
Nə qədər cismimdə dövr edər qanın, 
Nə qədər yaşayar, bir para canın, 
Özünün əmridir, Cənabi-haqqın, 
Borcluyam, qarşında daima, ANA! 
*         *          * 
Ümidim, təsəllim sənin duandır, 
Həmişə çin olan röyalarındır, 
Ən yüksək mərtəbə analarındır, 
De, səni unutmaq olarmı, ANA?! 
  
Bakı. 
  
  
  
  


52 
 
BELƏDİR 
Elə bil, yüzillik yuxudayam mən, 
Dünyanın işləri pərdə dalında. 
İnsanlar yalançı, həyat kələkbaz, 
Dünya öz işində, qalmaqalında... 
*         *          * 
Saxtalıq, dumduru göz yaşı kimi, 
Açıqdan açığa eləyir tüğyan... 
Qənşərində durub gözünə girir, 
Tay ehtiyac deyil, sağ-sola boylan... 
*         *          * 
Riyadır, yalandır büsbütün həyat, 
Ərşəmi çəkilib, itib həqiqət? 
Dünya belə qalmaz-işartı, ümid 
O Gün, haçan doğar, bilinmir fəqət?! 
  
Bakı. 
  
  
  
  


53 
 
İSTƏRƏM 
Gül üzünün  
gülməsini  duymaq istərəm üzümdə, 
Gözlərinin baxışını duymaq istərəm gözümdə, 
Bu həyatın şirinliyin duymaq istərəm sözündə
Gəl həyatı qaytar mənə, həyat sənin kölgən olub... 
*      *      * 
Gör haçandır duymamışam həyat verən nəfəsini, 
Ovlamısan ürəyimin döyünməyə həvəsini, 
Sənsiz ürək döyünsə də itiribdi qüvvəsini
Gəl həyatı qaytar mənə, sənsiz həyat çoxdan solub... 
*      *      * 
Qaranlığın işığı tək qonağım ol, gülsün ürək! 
Həyat bizi tərk etsə də biz həyatı tərk etməyək! 
Nəzər sal ki, baxışının hərarəti sevgimizi isidəcək! 
Sən xəbərsiz, mən xəbərsiz bu sevdasa çoxdan  donub... 
29.11.1997. Bakı. 
  
  
  
 
  


54 
 
GÜLÜM 
Ümidini üzmə, heç vaxt sabahdan, 
Ümidsiz düşmənin qoy olsun, Gülüm! 
Özünü sən qoru, nagahan ahdan, 
Sabahın gülərüz, xoş olsun, Gülüm! 
*         *          * 
Aldım eşq badəsin, içdim əlindən, 
Öpdüm yanağından, sordum dilindən, 
Dirilik suyunu əmdim ləbindən, 
Gülə-gülə dedin: - “Nuş olsun”,  Gülüm! 
*         *          * 
Vardı bu dünyanın acı, xoş günü, 
Vardı bu dünyanın quru, yaş günü, 
Hansıdır dünyanın yaranış günü? 
Dedin: - 
“Biz görüşən gün olsun”, Gülüm! 
 Culfa. 
  
  
  
  
 


55 
 
GƏZDİM 
Gəzdim, qarış-qarış VƏTƏN  TORPAĞIN, 
Hər dağda, dərədə izim var mənim! 
Hələ keçilməmiş, uca dağların, 
Uca zirvəsində gözüm var mənim! 
*         *          * 
Gəzdim, yorulmadan aranı, dağı, 
Seyr etdim, ən ucqar  çəməni, bağı, 
Heç vaxt qınamadım zamanı, çağı, 
Çox bulaq başında üzüm var mənim! 
*         *          * 
Gəzdim, bu TORPAĞI,  mən oymaq-oymaq, 
Ən adi daşa da olmuşam qonaq
Hər otun, çiçəyin halın soraraq, 
Sinəmə yığdığım, sözüm var mənim!!! 
 Batabat. 
  
  
  
 
  


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə