V mövzu. DƏRi öRTÜKLƏri sistemi



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix12.10.2018
ölçüsü2,77 Mb.
#73656
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

Bədənin müxtəlif sahələrində dəri müxtəlif struktur quruluşuna və qalınlığa malikdir. Göz 

qapağı  dərisi  və  kirpiklər  zərif,  nazik,  yumşaq  olduğu  halda  ona  yaxın  yerləşən  qaşlar  nisbətən 

qalın  dəriyə,  sıx  və  cod  tüklərə  malikdir;  alnın  dərisi  piy  ifraz  etdiyi  halda  çənə  dərisində  piy 

sekresiyası çox azdır, lakin tüklərlə zəngindir. Qalın dəriyə malik olan ovuc və ayaqaltında tüklər 

olmasa  da  tər  vəzilərinin  ən  çox  rast  gəlindiyi  nahiyədir.  Ayaq  və  əl  barmaqları  dərisinin  səthi 

yaxşı  inkişaf  edərək  dərinlik  və  hündürlüklərdən  ibarət  olub,  ilgəklər,  qövslər,  əyriliklər 

formalaşdıraraq  dermatoqlifiya  (dermatoglyphs  -  barmaq  izi)  adlanır.  Bu  fetal  dövrdə  əmələ 

gəlib  fərdi  xarakterli  olub,  bütün  ömür  boyu  dəyişilməz  qalır.  Dərinin  bu  xüsusiyyətindən 

məhkəmə təbabətində şəxsiyyətin təsdiqlənməsi (identifikasiyası) üçün istifadə olunur.  

Ektodermal mənşəli çoxqatlı  yastı  buynuzlaşan epiteldən təşkil olmuş epidermis 4 növ hüceyrə 

populyasiyasından ibarətdir . (şək 3)  

 

 



 

 

 



 

 

 



 

Şək. 3 

Əsas  populyasiyanı  keratinositlər  təşkil  etsə  də,  melanositlər,  Langerhans  və  Merkel 

hüceyrələri  də  onların  arasında  səpələnmişdir.  Tipik  epiteliosit  olan  -  keratinositlər  bir-biri  ilə 

desmosomlarla,  bazal  zarla  isə  yarımdesmosomlarla  birləşir.  Yüksək  regenerasiya  qabiliyyətinə 

malik  keratinositlərin mitotik aktivliyi  xüsusən  gecələr artıb  yaşama müddəti 2 - 4 həftə davam 

edir.  Yeni  əmələ  gələn  hüceyrələr  səthi  qata  doğru  yerini  dəyişdikcə  differensiasiyaya  məruz 

qalır, sitoplazmasında keratin ara filamenti-sitokeratinlər toplanır. Sitokeratin fibrilyar quruluşlu 

zülal  olub,  epidermisin  əsas  komponentini  təşkil  edir.  Epidermisin  müxtəlif  qatlarında  fərqli 

sitokeratinlər ekspressiya olunur. Qeyd edək  ki,  bazal qat  keratinositlərində sitokeratin 5  və 14, 

eyni  qatda  olan  sütun  hüceyrələrində  isə  sitokeratin  15  ekspressiya  olunur.  Epidermisin  səthi 

qatında terminal differensiasiya stadiyasında olan hüceyrələr üçün sitokeratin 1 və 10, ara qatda 

yerləşən keratinositlər üçün isə sitokeratin 4 və 13 xarakterikdir. Ovuc və ayaqaltı epidermisində 

dərinin digər hissələrində rast gəlinməyən xüsusi sitokeratin 9 hasil olur.  

Bazal  qat  üzərində  yerləşən  bir  sütun  hüceyrəsindən  başlanğıc  götürüb  epidermisin  bütün 

qatlarını  əmələ  gətirərək  səthi  qata  doğru  miqrasiya  edən  differensiasiyanın  müxtəlif 

mərhələlərində olan sütun şəklində keratinositlərin cəmi epidermisin proliferativ vahidi adlanır 



(şək 4). 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Şək. 4 

Dinamik  populyasiyaya  məxsus  keratinositlər  səthi  qata  çatdıqda  həyat  fəaliyyətlərini 

bitirib  14  bucaqlı  buynuz  pulcuqlar  və  ya  korneositlərə  differensiasiya  edərək  məhv  olur.  Bu 

proses  20-30  gün  davam  edir.  Keratinositlərin  inkişaf  və  böyüməsini  EGF  (epidermal  böyümə 

faktoru)  və  İL-1α  (interleykin  1  α)  stimullaşdırsa  da  TGF  (transformasiya  böyümə  faktoru) 

onların proliferasiya və differensiasiyasını ləngidir. (şək 5;6) 

 

 

 



 

 

 



 

Şək. 5 


 

 

 



 

 

 



 

 

 

Şək 6 

Bazal  qatdan  səthi  qata  miqrasiya  etdikcə  keratinositlərin  sitomorfozuna  görə  epidermisdə 

daxildən xaricə doğru 5 qat müəyyənləşdirilir  

·

 



Stratum basale - əsas qat 

·

 



Stratum spinosum - tikanlı qat 

·

 



Stratum granulosum - dənəli qat 

·

 



Stratum lucidum - şəffaf qat 

·

 



Stratum corneum - buynuz qat 

Məhz  epidermisin  qalınlığına  və  bəzi  qatların  olub  -  olmamasına  görə  nazik  və  qalın  dəri 

müəyyən  edilir.  Qalın  dəri  ovuc  və  ayaqaltını  örtür,  qalınlığı  400-600  μm,  5  qata  malikliyi  ilə 

xarakterizə olunur. Bu dəridə tük follikulları, tükü qaldıran saya əzələ, piy vəziləri olmasa da tər 

vəziləri çoxluq təşkil edir . (şək 7). 

 

 

 

 

 

 

 

 

 

 

  

 

Şək 7 




Bədənin  yerdə qalan hissəsini örtən nazik dəri epidermisinin qalınlığı 75-150 μm, nazik buynuz 

qat, bəzi nahiyələrdə isə şəffaflıqla yanaşı, bəzən dənəli qatın da yoxluğu ilə xarakterizə olur. Bu 

tip dəridə tər və piy vəziləri, tük follikulları, tükü qaldıran saya əzələ mövcuddur (şək 8). 

  

 

 



 

 

 



 

 

 



 

 

 

Şək 8 

Epidermis və dermanı bir-birindən ayıran bazal membranın üzərində yerləşən, epidermisin 

ən  dərin  bazal qatı  tək  qatda  yerləşən  kubabənzər  və  ya  alçaq  silindrik  bazofil sitoplazmalı  iri 

nüvəli  keratinositlərdən  ibarətdir.  Bazal  qat  keratinositləri  arasında  G

0

  -periodda  olan  kötük 



hüceyrələri, bölünən hüceyrələr və bölünmə qabiliyyətini itirmiş differensasiya etməyə başlayan 

hüceyrələr  vardır. Onların bazal səthi  yarımdesmosomlarla bazal zarla,  lateral  və apikal  səthləri 

qonşu  hüceyrələrlə  desmosomlarla  əlaqələnir  Elektron  mikroskopik  görünüşdə  differensasiya 

etməyə  başlamış  hüceyrələrin  sitoplazmalarında  bir  neçə  mitoxondri  və  endoplazmatik  şəbəkə 

sisternləri,  kiçik  holci  kompleksi  və  çoxsaylı  ribosomlar,  10nm  qalınlıqlı  ara  filamentlər  - 

tonofilamentlər  də  müəyyən  edilir.  Bazal  keratinositlərin  mitotik  aktivliyi  müxtəlif  böyümə 

faktorları  və  hormonların  təsiri  ilə  tənzimlənir.  Bu  faktorlar  arasında  EGF  (epidermal  böyümə 

faktoru), FGF7 (fibroblast böyümə faktoru 7) və hissi sinir  liflərinin terminalından  xaric olan P 

maddəsi keratinositlərdə mitozu stimullaşdırır.  

Epidermisin  qalın  tikanlı  qatı  bir  neçə  sırada  yerləşən  çoxbucaqlı  nisbətən  yastılaşan 

hüceyrələrdən  ibarətdir  (şək.  20.6).  Bu  qatın  keratinositləri  bazal  qat  hüceyrələri  kimi 

sitoplazmalarında  desmosom  kompleksinə  daxil  olan  desmoplagin  adlı  zülal  sintez  edərək 

mitotik  aktiv  olub,  orqanel  tərkibinə  görə  onlara  bənzəsələr  də  tonofilamentlərin  dəstələrlə 

yerləşməsi  ilə  fərqlənir.  Perinuklear  sahədən  plazmolemmaya  doğru  şüa  şəklində  uzanan 

tonofilament  dəstələri  desmosomlarla  əlaqələnərək  hüceyrəarası  sahədə  sanki  “tikanlar”  əmələ 

gətirirlər (şək 9)  

 

 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə