V mövzu. DƏRi öRTÜKLƏri sistemi



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix12.10.2018
ölçüsü2,77 Mb.
#73656
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

Ovuc  və  ayaqaltı  müstəsna  olmaqla  dərinin  hər  yerində  yayılan  sadə  alveollu  şaxələnmiş  piy 

vəziləri  bakterisid  xüsusiyyətli,  dərinin  xüsusi  quruluş  və  elastikliyini,  bədən  temperaturunun 

sabitliyini  təmin  edən  xolesterol,  triqliseridlər  və  məhv  olmuş  hüceyrələrdən  ibarət  dəri  piyi  - 



sebum  hasil  edir.  Bəzi  sahələrdə  (tük  follikulu olmayan  sahələrdə)  müstəsnalıq  təşkil  edib  dəri 

səthinə  açılan  piy  vəziləri  adətən  apokrin  tər  vəziləri  kimi  tük  follikulu  kanalının  yuxarı  1/3-nə 

açılır.  Cinsi  hormonların  təsiri  ilə  fəaliyyət  göstərən  və  yetişkənlik  dövründə  aktivliyi  artan  piy 

vəziləri  paycıqlı  quruluşda  olub,  sebositlərdən  ibarət  sekretor  şöbəsi  -  asinus  çoxqatlı  yastı 

epitellə  örtülən  qısa  tək  axacağa  açılır.  Mərkəzdə  yerləşən  iri,  dairəvi  sebositlər  və  onları  əhatə 

edən bazal səfhədə yerləşən periferik kiçik hüceyrələr asinusun əsasını təşkil edir. Daima mitotik 

bölünməyə məruz qalan kiçik bazal hüceyrələr sferik nüvə, endoplazmatik şəbəkə, lipid damlalar 

ilə,  iri  dairəvi  hüceyrələr  isə  zəngin  saya  endoplazmatik  şəbəkə  və  çoxsaylı  lipid  damlaları  ilə 

seçilirlər.  Sekresiya  tipi  holokrin  olan  piy  vəzi  asinusunun  mərkəzi  hissəsində  degenerasiyanın 

müxtəlif stadiyalarında olan sebositlər diqqəti cəlb edir ( şək 14). 



 

 

 

 



 

 

 



 

 

 



Şək 14 

Sebositlərin nekrozu ilə nəticələnən lipid sintezi qısa müddət ərzində baş verir.  

Buynuzlaşan  filamentoz epidermal  törəmə olan tüklər dodaqların  vemilion  nahiyəsi, ovuc 

və ayaqaltı, əl və ayaq barmaqları distal falanqalarının dorzal səthi, glans penis, labia minora və 

labia majoranın dəhliz səthindən başqa dərinin bütün səthi boyunca inkişaf edir. İnsan bədənində 

3 tip tüklər seçilir: uzun tüklər (saçlar, saqqal, bığ, qoltuqaltı, xarici cinsiyyət üzvündə); terminal 

hairs-  cod,  möhkəm  tüklər  (qaş,  kirpik,  burun  boşluğu,  qulaq  keçəcəyində);  vellus  hairs  -  qısa, 

nazik,  yumşaq  tüklər  (bədənin  digər  nahiyələrini  örtən).  Lakin  qeyd  etmək  lazımdır  ki,  döl 

dövründə  lanugo  adlanan  səthi  nazik  tüklər  də  mövcuddur.  İnsanda  tüklərin  sayı  və  növü 

primatlara  bənzəsə  də  onlarda  vellus,  primatlarda  isə  terminal  tipdə  tüklər  üstünlük  təşkil  edir. 

Heyvanlarda bu törəmələr termal izolyasiya, insanlarda isə taktil stimulyasiyanı təmin edir.  

Əsası  3-cü  ayda  qoyulan  tüklər  epidermisin  derma  və  hipodermisə  invaginasiyasından 

formalaşan  tük  follikulundan  inkişaf  edir.  İlk  növbədə  qaş,  çənə,  yuxarı  dodaq  nahiyələrində 

tüklər  əmələ  gəlsə  də  artıq  bətndaxili  dövrün  5-6  aylarında  dölün  bütün  bədən  səthi  doğuşdan 

sonra  qısa  müddət  ərzində  tökülən  lanugo  ilə  örtülür.  Cinsi  yetişkənlik  dövründə  isə  gələcəkdə 

periodik dəyişilən son tüklər formalaşır.  

Tipindən  asılı  olmayaraq  epidermisin  törəməsi  olan  tük  ətrafındakı  derma  ilə  birgə  xüsusi  tük

tük follikuludermal yataq və əlavə törəmələrdən ibarət kompleks əmələ gətirir ( şək 15) 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Şək 15 

. Uzunluğu boyunca tük soğanağı (tükün  genişlənmiş  əsası), kök (qıf  adlanan epidermal çuxura 

qədər  uzanan  hissə)  və  mildən  (dəridən  xaricdə  yerləşən  hissə)  təşkil  olan  xüsusi  tük  kutikula 

(nazik  səthi  qat),  qabıq  (tükün  əsas  kütləsini  təşkil  edən  qat),  beyin  maddəyə  (yalnız  uzun  və 

cod tüklərdə mövcud olan qat) malikdir ( şək 16) 

 

 

 



 

 

 



 

 

 



 

Şək 16 


Epitel mənşəli olan tük  follikulu tük soğanağı və tük kökünü, qıf  səviyyəsində sonlanan 

daxili epitel yataq və epidermisə keçən xarici epitel yatağı özündə birləşdirir. Tük follikulunu 

hər  tərəfdən  əhatə  edən  birləşdirici  toxuma  mənşəli dermal  yataq  kollagen  liflərdən  ibarət  olub 

tük  soğanağının  aşagı  basıq  hissəsində  tük  məməciyini  formalaşdırır.  Derma  tük  follikulu 

epitelindən  qalın  şüşəyəbənzər  bazal  membran  -  Glassy  membran  vasitəsi  ilə  ayrılır.  Tük 

kompleksinin əlavə törəmələrinə tük qıfına açılan piy vəziləri, tükü qaldıran saya əzələ aid edilir. 

Çəp  istiqamətdə  yerləşən  tükü  qaldıran  saya  əzələ  bir  tərəfdən  tük  kisəsinə,  digər  tərəfdən 

dermanın  məməcikli  qatına  birləşir.  Stress  və  soyuq  termoreseptorlarının  qıcıqlanmasından  bu 

saya  əzələnin  yığilması  nəticəsində  tükün  kökü  dəri  səthinə  perpendikulyar  vəziyyət  alıb  mil 

hissəsinin  qaldırılmasına  səbəb  olur.  Beləliklə  “qaz  dərisi”  formalaşır.  Dəri  səthindən  uzanan 

tükün  mil  hissəsi  dermisdə  yerləşən  kök  hissədən  əsaslı  surətdə  fərqlənir.  Tük  soğanağı  tükün 

ən aşağı hissəsini təşkil edib tük follikulunun fizioloji aktivliyini tənzimləyən, qidalı maddələr və 

oksigenlə  zəngin  qan  kapillyarları  ilə  təchiz  olan  tük  məməciyi  ilə  birbaşa  əlaqədə  olur.  Məhz 

tük  soğanağında  daxili  və  xarici  epitel  kök  yataqlarının  birləşməsi,  hüceyrələrin  qabıq  və beyin 

maddəyə differensiasiya edib miqrasiyası baş  verir. Matriks adlanan tük  kökünün  əsasını təşkil 

edən  epidermisin  bazal  qatındakı  keratinositlərə  bənzəyən  hüceyrələrin  proliferasiyası  tükün 

böyüməsini  təmin  edir.  Bölünən  matriks  hüceyrələri  tükün  hər  üc  qat  hüceyrələrinə  və  daxili 

epitel yataq hüceyrələrinə başlanğıc verir.  

 Tük  soğanağı  hüceyrəvi  elementləri  arasında  melanositlər,  Langerhans  hüceyrələri, 

Merkel  hüceyrələrinə  də  rast  gəlinir.  Matriks  hüceyrələri  arasında  dermal  məməciyə  yaxın 

yerləşən  iri  melanositlərin  uzun  çıxıntılarından  tükün  piqmentasiyasını  təmin  edən  melanin 

melanosomların  tərkibində  qabıq  maddəyə  nəql  olunur.  Yaş  artdıqca  tirozin  amin  turşusu 

sintezinin  azalması  melanin  hasilatının  azalmasına  və  nəticə  etibari  ilə  saçın  ağarmasına  səbəb 

olur.  Tükün  beyin  maddəsi  tükün  kökü  nahiyəsində  bir-biri  üzərində  (dəmir  pulcuqlar  kimi) 

yerləşən  poliqonal  formalı  tədricən  buynuzlaşmaya  məruz  qalan  keratinositlərdən  təşkil  olunur 

və  bu  hüceyrələr  yeni  yaranan  hüceyrə  populyasiyalarının  təzyiqi  nəticəsində  tükün  mililnə 

doğru yerini dəyişirlər. Buynuzlaşma prosesi epidermisdə olduğu kimi gedir. Kökün milə kecən 

yerində buynuzlaşma prosesi bitir, ona görə də tükün mil hissəsində beyin maddə yalnız buynuz 

pulcuqlardan  ibarət  yumşaq  keratindən  ibarət  olur.  Bu  hüceyrə  strukturlarında  həm  də  melanin 

və hava qovuqcuqları olur.Tükün qabıq maddəsi və kutikulada buynuzlaşma beyin maddədən 

fərqlidir.  Əvvəla,  buynuzlaşma  sürətlı  gedir  və  kökün  aşağı  3/1-də  bitir.  Keratohialin  dənələri 

əmələ  gəlmir  və  pulcuqlarda  sərt  keratin  toplanır  (sistein  amin  turşusunu  cox  olduğu  ücün 

disulfid  əlaqələrinin  coxluğu  ilə  yumşaq  keratindən  fərqlənir).Qabıq  maddədə  olan  buynuz 

pulcuqlar  uzunsov  cox  yastılaşmış  vəziyyətdə,  yelpik  kimi  tükün  oxuna  perpendikulyar  olaraq 

kutikulaya  doğru  istiqamətlənirlər.  Kutikula  pulcuqları  qısadır,  keramit  kimi  yerləşərək  tükün 

oxu  ilə  bucaq təşkil edirlər.  Qabıq  maddə pulcuqlarında  da piqment  dənələri  və  hava  qovuqları 

olur.  


Aşağıda  tük  soğanağından  başlayan  piy  vəzilərinin  axacaqları  səviyyəsində  sona  çatan 

daxili kök epitel yatağı əsasən 3 komponentdən ibarətdir: 

·

 



Henle  qatı-xarici epitel  yatağının daxili qatını  təşkil edən tək sırada  yerləşən kub şək. li 

hüceyrələr 

·

 

Huksley qatı-bir və ya iki qatda yerləşən yastı hüceyrələr 



Daxili epitel yatağın kutikulası ( şək 17). 

 

 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə