V. Nazirliyin fəaliyyətinin təşkili



Yüklə 15,35 Kb.
tarix10.05.2018
ölçüsü15,35 Kb.
#43404

V. Nazirliyin fəaliyyətinin təşkili

12. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən nazir rəhbərlik edir.

 

13. Rabitə və İnformasiya Texnologiyaları naziri Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.



 

14. Rabitə və İnformasiya Texnologiyaları nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır. Nazir müavinləri onların arasında nazir tərəfindən aparılmış vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.

 

15. Rabitə və İnformasiya Texnologiyaları naziri :



 

15.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

 

15.2. Nazirliyin səlahiyyətlərinə daxil olan məsələlər üzrə hazırlanmış qanunvericilik aktlarının layihələrini müəyyən edilmiş qaydada baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;



 

15.3. Nazirliyin fəaliyyət dairəsinə daxil olan məsələlərlə əlaqədar səlahiyyətləri daxilində qanunvericilikdə müəyyən edilmiş qaydada xarici ölkələrin dövlət orqanları və hüquqi şəxsləri ilə, beynəlxalq təşkilatlarla danışıqlar aparır, rabitə və informasiya texnologiyaları sahəsi üzrə beynəlxalq müqavilələri (sazişləri) imzalayır.

 

15.4. nazir müavinləri arasında vəzifə bölgüsü aparır;



 

15.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

 

15.6. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;



 

15.7. Nazirlyin aparatının işçilərini, tabeliyində olan qurumların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, rabitə və informasiya texnologiyaları sahəsində xüsusi fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş fəxri adlarla təltif edir;

 

15.8. səlahiyyətləri daxilində Nazirlyin aparatının, habelə nazirlyin tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, normativ-hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir.



 

16. Nazirlikdə nazirdən (kollegiyanın sədri), nazir müavinlərindən, Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları nazirindən, nazirliyin aparatının, tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

 

17. Nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.



 

18. Nazirliyin kollegiyası öz iclaslarında nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

 

19. Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.



 

20. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, protokollarla rəsmiləşdirilir və bir qayda olaraq nazirin əmrləri və sərəncamları ilə həyata keçirilir.

 

21. Nazirliyin kollegiyasının qərarının qəbul edilməsində kollegiyanın sədri ilə üzvləri arasında fikir ayrılığı yarandıqda, sədr öz qərarını həyata keçirir və yaranan fikir ayrılığı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.



 

22. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda baxılan məsələlərə bilavasitə aidiyyatı olduqda iştirak etmək üçün digər icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların, habelə ictimai təşkilatların nümayəndələri dəvət edilə bilərlər.

 

23. Nazirliyə həvalə edilmiş vəzifələrin həlli məqsədilə, rabitənin inkişafına və işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmək üçün onun strukturuna daxil olan dövlət müəssisələrinin xalis mənfəətindən könüllü ayırmalar hesabına xəzinə nəzarətinə cəlb olunmaqla mərkəzləşdirilmiş fond yaradıla bilər.



 

24. Rabitə və informasiya texnologiyaları sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirməsi üçün Nazirlikdə ictimai əsaslarla Elmi-Texniki Şura yaradılır. Elmi-Texniki Şura haqqında Əsasnamə nazir tərəfindən təsdiq edilir.



Yüklə 15,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə