V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

 
45 
müəyyənləĢdirmək mümkün olmur.  Lakin,  yataq üzərində sıxlığın 
dəyiĢməsini riyazi düstur əsasında hesablamağın
 
mümkünlüyü gös-
tərilmiĢdir [15]. Yataq üzərində sıxlığın lateral istiqamətdə dəyiĢmə  
qiymətinin  çox    kiçik  (≈  -3  kq/m
3
)  olmasına  baxmayaraq,  yatağa 
qədər  çöküntü  kompleksinin  böyük  qalınlığa  malik  olması,  nəzərə 
çarpacaq qravitasiya effekti (≈ -0.1-0.3 mQal) yaradır. 
Lateral  istiqamətdə  maqnit  qavrayıcılığının  dəyiĢməsi  yalnız 
Muradxanlı  sahəsində  9,  6,  3,  16,  8  saylı  quyulardan  keçən  profil 
üzrə  araĢdırılmıĢ, strukturun  tağından  qanadlarına  döğru,  effuziv 
süxurlarda  maqnit  qavrayıcılığının  artması  müəyyənləĢdirilmiĢdir. 
KəsiliĢi təĢkil edən çökmə süxurların maqnit qavrayıcılığı az oldu-
ğundan,  onlara  lazımi  diqqət  yetirilməmiĢ,  onlar  “praktiki  maq-
nitləĢməmiĢ”  kimi  qiymətləndirilmiĢdir.  Lakin,  Kür  çökəkliyində 
süxurların  maqnit  qavrayıcılığının  təyini  üzrə  laboratoriya  məlu-
matları  (T.M.Salehli    və  b.,  1978,  1986)  təhlil  edilmiĢ,  Ģaquli  və 
lateral  istiqamətlərdə  maqnit  qavrayıcılığının  dəyiĢməsi  Murad-
xanlı və Cəfərli sahələri timsalında müəyyənləĢdirilmiĢdir. Məlum 
olmuĢdur ki, maqnit qavrayıcılığı  yataq zonasında, ətrafa nəzərən, 
çökmə süxurlarda  (20-436) ·10
-6
  SQS,  vulkanogen  süxurlarda  isə 
850  ·10
-6
  SQS  qədər  azalır  [15].  Maqnit  qavrayıcılığının  geoloji 
kəsiliĢdə belə paylanması neftli-qazlı strukturların axtarıĢında maq-
nit kəĢfiyyatının tətbiqi üçün olduqca əlveriĢli Ģərait yaradır. 
 
 
 
                                       


 
46 
FƏSĠL 
III 
 
ÇÖL ĠġLƏRĠNĠN  APARILMA  METODĠKASI, 
MƏLUMATLARIN  EMALI  VƏ DƏQĠQLĠYƏ  OLAN  
TƏLABAT 
 
 
Qravi-maqnit kəĢfiyyatı  üsulları  ilə  lokal strukturların  axtarıĢı 
və  onların  neftli-qazlılığının  qiymətləndirilməsi  məsələlərinin  sə-
mərəli  həlli  üçün  çöl  iĢlərinin  metodikasının,  emal  prosedurlarının 
seçilməsi və yüksək dəqiqliyin təmin olunması tələb olunur. 
 
 
              3.1. Çöl iĢlərinin aparılma metodikası 
 
Ümumiyyətlə, çöl iĢlərinin metodikası qarĢıya qoyulan geoloji 
məsələnin xarakteri ilə  müəyyənləĢdirilir. Lokal strukturların axta-
rıĢı, geoloji kəsiliĢdə vulkanik süxurların paylanmasının öyrənilmə-
si  və  çöküntülərin  neftli-qazlılığının  qiymətləndirilməsi  baxımın-
dan detal kəĢfiyyat iĢlərinin aparılması tələb olunur. Bu zaman mü-
Ģahidə  nöqtələri  arasındakı  məsafənin  seçilməsi  və  buna  uyğun 
olaraq profillər arasındakı  məsafənin  müəyyənləĢdirilməsi  olduqca 
əhəmiyyətlidir. Kür çökəkliyi  ərazilərində müəyyən  edilmiĢ struk-
turların  ölçülərinin  çox  da  böyük  olmaması  (≈(2-3)  ×(4-5)  km), 
müĢahidə nöqtələri arasındakı məsafənin 100-200 m götürülməsini 
kafi  edir.  Daha  kiçik  addımla  müĢahidələrin  aparılması  böyük 
əmək  sərfi  tələb  etməklə  yanaĢı,  əlavə  informasiya  alınmasını  tə-
min  etməyəcəkdir.  Çünki,  bu  çökəklikdəki  strukturlar  2-4  km  və 
daha  artıq  dərinlikdə  yerləĢdiyindən,  onların  yer  səthində  kiçik 
məsafələrdə (məs. 25-50 m) qravi-maqnit sahələrində yaratdığı də-
yiĢmələr  nəzərə  çarpan  olmayacaqdır.  Lakin,  qırılma  və  ya  paz-
laĢmaları  əks  etdirən  qradiyentli  zonalarda  müĢahidə  addımlarını 
50,  25  m-ə  qədər  azaltmaq  olar.  Bu  zaman  ensiz  zona  daxilinə 
düĢən müĢahidənin  sayını  artırmaqla  yanaĢı,  müĢahidə qiymətləri-


 
47 
nin  bir-birinə  uyğunluğunu,  həmçinin  qırılma  və  pazlaĢmanın 
yerini daha dəqiq müəyyənləĢdirmək mümkün olar. 
MüĢahidə  profilləri  arasındakı  məsafə  qravimetrik  planalma-
nın aparılması təlimatlarına [27] uyğun olaraq 1 : 5 nisbətində gö-
türülür. Ona görə də, planalma iĢlərində profillər arasındakı məsafə 
500-1000 m  götürülmüĢdür. Maqnitometrik  və  qravimetrik  kəĢfiy-
yatlar kompleksdə aparıldığından çöl iĢlərinin metodikası maqnito-
metrik planalma üçün də eyni seçilmiĢdir. Lakin, qravimetrik plan-
almada sıravi reyslər tədqiqat sahəsi üzrə bərabər paylanmıĢ dayaq 
məntəqələri  Ģəbəkəsinə,  maqnitometrik  planalmada  isə  yoxlama 
məntəqəsinə (YM) bağlanmaqla həyata keçirilmiĢdir. 
Strukturların  həndəsi  vəziyyətini  və  neftli-qazlılığını  öyrən-
mək məqsədilə tədqiq olunan bütün ərazi üzrə müĢahidələrin bəra-
bər paylanması lazımdır. Bunun üçün bütün  ərazinin profillər üzrə 
öyrənilməsi, yəni profilli-sahəvi planalmanın tətbiq olunması daha 
effektlidir. Uzun illər Orta və AĢağı Kür çökəkliklərində aparılmıĢ 
qravi-maqnit tədqiqatların analizi göstərir ki, profillərin düzxətli və 
paralel  olmasının  böyük  üstünlüyü  və  əhəmiyyəti  vardır.  Düzxətli 
profil  potensial  sahənin  (qravitasiya  və  ya  geomaqnit)  bir  istiqa-
mətdə dəyiĢməsini əks etdirdiyindən, potensial sahənin həmin isti-
qamətdəki dəyiĢmələrini texniki olmayan (məsələn geoloji) səbəb-
lərlə əlaqələndirmək olar. Profil əyri və ya sınan xətlər üzrə iĢlənil-
dikdə isə, potensial sahənin anizotropluğu nəticəsində müxtəlif isti-
qamətlərdəki  dəyiĢmələrin  müxtəlif  olması  səbəbindən  müĢahidə 
olunmuĢ  sahənin  geoloji  interpretasiyası  zamanı  yanlıĢ  nəticələr 
alına bilər. Profillərin bir-birinə paralel olaraq iĢlənilməsi potensial 
sahələrdə  müĢahidə  edilən  və  geoloji  amillərlə  əlaqələndirilən  də-
yiĢmələri  sahə  üzrə  izləməyə  və  korrelyasiya  etməyə  imkan  verir. 
Bu zaman, hər hansı profildə ola bilən təsadüfi səhvi üzə çıxarmaq 
mümkündür.  Beləliklə,  lokal  strukturları  və  onların  neftli-qazlılı-
ğını, kəsiliĢdəki vulkanik qrumları müəyyənləĢdirmək üçün tədqiq 
olunan  ərazilərdə  profilli-sahəvi  planalma  aparılmıĢ,  profillər  yal-
nız düzxətli və paralel olaraq iĢlənilmiĢdir. 
Qravimetrik  planalmanın  dəqiqliyini  artırmaq,  təsadüfi    xəta-


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə