V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   2   3   4   5   6   7   8   9   ...   57

 

Geologiya-mineralogiya elmləri namizədi 
Vaqif Qədir oğlu Qədirovun 
 
“Azərbaycanın  Kür çökəkliyində neftli-qazlı strukturların 
axtarıĢında qravi-maqnit kəĢfiyyatının tətbiqi” 
monoqrafiyasına 
 
 
RƏY 
 
Təqdim  olunan  monoqrafiya  Kür  çökəkliyi  sahələrində  qravi-
metrik və maqnitometrik kəĢfiyyatın tətbiqi ilə neftli-qazlı struktur-
ların axtarıĢı məsələlərinə həsr edilmiĢdir. Monoqrafiya giriĢ, yeddi 
fəsil  və  xülasədən  ibarətdir.  Çoxsaylı  cizgi,  cədvəl,  qrafiklərlə  tə-
min olunmuĢdur. 
Birinci və ikinci fəsillərdə ədəbiyyat məlumatları əsasında Kür 
çökəkliyinin geoloji-geofiziki öyrənilməsinə baxılır, onun struktur-
tektonik  xüsusiyyətləri,  çöküntülərin  neftli-qazlılığı  araĢdırılır, 
ayrı-ayrı  neftli-qazlı  rayonlar  üzrə  kəsiliĢi  təĢkil  edən  süxurların 
litoloji-petrofiziki xüsusiyyətləri analiz edilir. Eyni zamanda, qravi-
maqnit kəĢfiyyatının tətbiqini əsaslandırmaq üçün süxurların sıxlıq 
və maqnit parametrlərinin Ģaquli və lateral istiqamətlərdə dəyiĢmə-
ləri  öyrənilmiĢ,  izafi  sıxlıqlı  sərhədlər  müəyyənləĢdirilmiĢ,  maqnit 
qavrayıcılığının  effuziv  sıxurlarda  yüksək  olması,  yataq  üstündəki 
zonada onun lateral azalması və s. məsələlər araĢdırılmıĢdır. 
Üçüncü fəsil qravi-maqnit çöl iĢlərinin aparılma metodikasına, 
məlumatların emalına həsr olunmuĢdur. Burada müəllif çöl müĢahi-
dələrinin düzxətli və paralel profillərdə aparılmasının əhəmiyyətini 
göstərir.  Belə  ki,  düzxətli  profil  potensial  sahənin  bir  istiqamətdə 
dəyiĢməsini  əks  etdirdiyindən,  potensial  sahədə  müĢahidə  olunan 
lokal  anomaliyaları  geoloji  amillərlə  daha  etibarlı  əlaqələndirmək 
olur.  Profillərin  bir-birinə  paralel  iĢlənilməsi  isə  potensial  sahədə 
müĢahidə  edilən  və  geoloji  amillərlə  əlaqələndirilən  dəyiĢmələri 
sahə üzrə izləməyə və korrelyasiya etməyə imkan verir. 


 

Bu  fəsildə  planalmalarda  istifadə  edilmiĢ  qravimetrlərin  tex-
niki göstəriciləri araĢdırılır, müĢahidələrin emalı  zamanı hansı dü-
zəliĢlərin  verilməsinin  vacib  olduğu  göstərilir.  Müəllif  aralıq  qat 
sıxlığının  planalma  aparılan  rayona  məxsus  sıxlıq  kimi  götürül-
məsini vacib sayır və bunu hesablamalarla izah edir. 
Dördüncü  fəsil  qravitasiya  və  maqnit  sahələrində  lokal  struk-
turların və neft-qazlılığın əks olunmasına həsr olunmuĢ və özündə 
3  paraqrafı  birləĢdirir.  Burada  müəllif  yer  qabığının  üst  hissəsinin 
geoloji  quruluĢunun  öyrənilməsində,  çöküntülərin  neft-qazlılığının 
qiymətləndirilməsində  bir  çox  dünya  ölkələrində,  eləcə  də,  Azər-
baycanda aparılmıĢ geniĢ həcmli qravi-maqnit kəĢfiyyatı məlumat-
larını analız etmiĢdir. 
Müəllif  tərəfindən  aparılmıĢ  nəzəri  tədqiqatlar  və  praktiki 
misallar əsasında qalxımların qravi-maqnit sahələrdə  əks olunması 
əsaslandırılmıĢdır. Qalxımlarla və neft-qazlılıqla əlaqələndirilən lo-
kal qravitasiya və maqnit anomaliyalarının ayrılması yolları göstə-
rilmiĢ, mövcud üsulların kritik analizi verilmiĢdir. 
V.Q.Qədirov  eyni  zamanda,  mövcud  seysmik  ÜDN  və  qra-
vimetrik  materiallara  istinad  edərək,  qeyri-antiklinal  tələləri  əmələ 
gətirən pazlaĢmaların da qırılmalar kimi, qravitasiya sahəsində əks 
olunduğunu, bu zaman kəskin, pilləvari dəyiĢmələr yaratdığını ay-
dınlaĢdırmıĢdır. 
BeĢinci fəsildə qravi-maqnit anomaliyaların geoloji yozumuna 
baxılmıĢ, öncə Kür çökəkliyində müĢahidə edilən geopotensial sa-
hələrin  və  onların  lokal  təĢkiledicilərinin  xüsusiyyətləri  araĢdı-
rılmıĢdır. Bu araĢdırmalar Buge anomaliyasının və geomaqnit sahə-
nin 2- və 3- ölçülü təsvirləri, həmçinin müxtəlif radiuslarda hesab-
lanmıĢ lokal anomaliyalar xəritəsi əsasında həyata keçirilmiĢdir. 
Müəllif  Orta  Kür  çökəkliyində  lokal  qravitasiya  maksimum-
larının  üst  TəbaĢir  çöküntülərindəki  qalxımlarla  əlaqədar  olması 
fikrini  əsaslı  surətdə,  faktiki  materiallar  əsasında  sübut  edir.  O, 
Qazanbulaq sahəsində iki profil üzrə seysmik ÜDN və qravimetrik 
məlumatların  müqayisəsini  aparmıĢ  və  üst  TəbaĢir  horizontunun 
səthindəki  qalxımların  qravitasiya  sahəsindəki  lokal  maksimum-


 
10 
larla üst-üstə düĢməsini təsdiqləmiĢdir. 
V.Q.Qədirov  qravitasiya  və  maqnit  sahələrinin  horizontal 
qradiyentlərinin  araĢdırılmasına  xüsusi  fikir  verilməsini  ön  plana 
çəkir.  O,  sahənin  tektonikasının  müəyyənləĢdirilməsində  yüksək 
qradiyentli zonaların izlənilməsinin əhəmiyyətini vurğulayır və bu-
nun  əsasında  Pənahlı-Oruclu,  Qazanbulaq-Borsunlu,  Bəndovan, 
Göytəpə  (Qarabağlı-Babazənən  strukturları  arasında)  sahələrinin 
tektonik sxemlərini hazırlamıĢdır. 
Altıncı  fəsildə  qravi-maqnit  kəĢfiyyatı  əsasında  Kür  çökək-
liyində aĢkar edilmiĢ lokal strukturların paylanması məsələsinə ba-
xılır. Orta Kür çökəkliyində Mezozoy çöküntü kompleksinin dərin-
liyinin  qravimetrik  kəĢfiyyat  məlumatları  əsasında  təyin  edilmə-
sinin  mümkünlüyü  əsaslandırılmıĢdır.  Riyazi  modelləĢdirmə  ilə 
müəllif  Mezozoy  horizontunun  dərinliyinin  dəyiĢməsinin  ağırlıq 
qüvvəsi  sahəsində  yaratdığı  dəyiĢmələri  hesablamıĢ  və  bu  dəyiĢ-
mələrin  müasir  qravimetrlərlə  qeyd  etməyin  mümkünlüyünü  gös-
tərmiĢdir. 
V.Q.Qədirov  faktiki  materiallar  əsasında  Mezozoy  komplek-
sinin  dərinliyi  ilə  Buge  anomaliyası  arasında  yüksək  korrelyasi-
yanın olduğunu göstərmiĢ, konkret sahələr üçün Mezozoyun yatım 
dərinliyini hesablamağa imkan verən riyazi düsturlar çıxarmıĢdır. 
Yevlax-AĢcabədi çökəkliyinin cənub-Ģərq hissəsində qravime-
trik məlumatlar əsasında 70-ə qədər lokal strukturun aĢkar edildiyi, 
onlardan bir qisminin məlum strukturları əks etdirdiyi, bir qisminin 
isə  seysmik  kəĢfiyyat  və  dərin  qazıma  quyuları  ilə  təsdiqləndiyi 
göstərilir.  Onlarla  yeni  aĢkar  edilmiĢ  lokal  qalxımın  isə  bir  daha 
dəqiqləĢdirilməsi və qazımaya cəlb olunması tövsiyə edilmiĢdir. 
Yeddinci fəsil Kür  çökəkliyinin ayrı-ayrı sahələrində  neft-qaz 
yataqlarının axtarıĢı və kəĢfiyyatına həsr olunmuĢdur. Müəllif qra-
vi-maqnit, eləcə də digər geoloji-geofiziki məlumatları cəlb etmək-
lə geniĢ tədqiqatlar aparmıĢ, Yevlax-Ağcabədi çökəkliyində Pənah-
lı-Oruclu,  ġimali  Naftalan-Gödəkboz-Duzdağ,  Qazanbulaq-Bor-
sunlu-Ziyadxan,  Bozqobu,  AĢağı  Kür  çökəkliyində  Bəndovan, 
Hacıqabul, Nəvahi, Göytəpə, Ərəbqubalı və d. sahələrdə neft-qaz-


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə