V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   2   3   4   5   6   7   8   9   ...   57

 
11 
lılıqla əlaqələndirilən lokal qravitasiya minimumlarının (yataq tipli 
anomaliyaların)  aĢkar  edildiyini  və  bu  sahələrdə  yeni  neft-qaz 
yataqlarının  açılması  perspektivliyini  göstərmiĢdir.  Müəllif,  eyni 
zamanda, konkret sahələrdə axtarıĢ qazımasının yerini göstərmiĢ və 
əsaslandırmıĢdır. 
Ümumiyyətlə,  monoqrafiya  yüksək  elmi  səviyyədə  hazırlan-
mıĢ,  müəllifin  irəli  sürdüyü  fikirlər,  təkliflər  elmi  və  geoloji-geo-
fiziki məlumatlarla  əsaslandırılmıĢdır. Monoqrafiyada verilmiĢ  xə-
ritələr,  sxemlər,  qrafiklər,  cədvəllər  yüksək  səviyyədə  tərtib  edil-
məklə bərabər, Kür çökəkliyində neft-qaz perspektivli strukturların 
kəĢf  olunması,  axtarıĢ-kəĢfiyyat  geofiziki  və  qazıma  iĢlərinin  isti-
qamətləndirilməsi üçün böyük praktiki əhəmiyyət kəsb edirlər. 
Monoqrafiyanın  dərc  olunması  Kür  çökəkliyinin  öyrənilməsi 
ilə məĢğul olan geoloq-geofiziklərə, elmi iĢçilərə, elmi və istehsalat 
təĢkilatlarına  dəyərli  məlumatlar  verməklə,  gələcək  axtarıĢ-kəĢ-
fiyyat iĢlərini istiqamətləndirməyə əsaslı tövhə verə bilər. 
 
 
 
AMEA Respublika Seysmoloji  
Xidmət mərkəzi “Seysmoloji və  
geofiziki tədqiqatların elmi araĢ- 
dırılması” Ģöbəsinin müdiri, 
g.-m.e.d.,  professor      
 
 
 
ġ.Ə.BalakiĢibəyli   
 
 
 
 
 
 


 
12 
Geologiya-mineralogiya elmləri namizədi 
Vaqif Qədir oğlu Qədirovun 
 
“Azərbaycanın  Kür çökəkliyində neftli-qazlı strukturların 
axtarıĢında qravi-maqnit kəĢfiyyatının tətbiqi” 
monoqrafiyasına 
 
 
RƏY 
 
Dağlararası  Kür  çökəkliyi  çox  mürəkkəb  dərinlik  geoloji 
quruluĢu  ilə  səciyyələnir.  AparılmıĢ  geoloji-geofiziki  kəĢfiyyat 
iĢləri bu ərazidə çoxsaylı dərin regional və lokal tektonik qırılma-
ların  mövcudluğunu,  çöküntütoplanma  Ģəraitinin  müxtəlifliyini, 
geoloji  kəsiliĢdə  çökmə,  effuziv  və intruziv  süxurların,  palçıq vul-
kanlarının  varlığını,  çöküntülərin  neft-qazlılığını  və  digər  geoloji 
məsələləri aydınlaĢdırmağa imkan vermiĢdir. Son dövrlərdə çökək-
liyin  müxtəlif  qanad  hissələrində  seysmik  kəĢfiyyatın  ÜDN  üsulu 
ilə  böyük  məsafələrə  uzanan  pazlaĢma  zonalarının  aĢkar  edilməsi 
burada  neft-qaz  yığımları  üçün  əlveriĢli  olan  qeyri-antiklinal  tip 
tələlərin də formalaĢdığını göstərir. 
Belə  mürəkkəb  geoloji  Ģəraitdə  neftli-qazlı  strukturların  aĢkar 
edilməsi  və  öyrənilməsi  üçün  digər  geofiziki  üsullarla  yanaĢı  qra-
vimetrik  və  maqnitometrik  kəĢfiyyat  üsullarının  tətbiqi  olduqca 
faydalı və əhəmiyyətlidir. V.Q.Qədirovun hazırladığı bu monoqra-
fiya da bu baxımdan böyük  əhəmiyyət  kəsb edir. Müəllif Kür çö-
kəkliyinin  geoloji  quruluĢunu,  onun  struktur-tektonik  xüsusiyyət-
lərini,  neftli-qazlı  strukturların  ərazi  üzrə  paylanmasını  mövcud 
geoloji-geofiziki məlumatlar əsasında araĢdırmıĢ, qravi-maqnit kəĢ-
fiyyatın tətbiqini fiziki-geoloji əsaslandırmaq üçün çökəkliyi təĢkil 
edən süxurların petrofiziki xüsusiyyətlərini analiz etmiĢdir. 
Müəllifin  apardığı  tədqiqatlar  nəticəsində  Kür  çökəkliyindəki 
bir  çox  strukturun  tağ  və  tağyanı  hissələrində,  çöküntülərin  həm 
Ģaquli,  həm  də  lateral  istiqamətdə  sıxlıqlarının,  maqnit  qavrayıcı-


 
13 
lığının,  temperaturun  qanunauyğun  dəyiĢdiyi  aĢkar  edilmiĢdir  ki, 
bu  da  izafi  sıxlıqlı  fiziki-geoloji  sərhədlərlə  əlaqədar  lokal  qal-
xımların  və  neft-qazlılığın  qravitasiya  və  geomaqnit  sahələrində 
əks olunmasına gətirib çıxarır. Bundan baĢqa,  yataq üzərində sub-
vertikal zonanın fiziki parametrlərinin kənar mühitə nisbətən, kəs-
kin  dəyiĢdiyi  müəyyənləĢdirilmiĢdir  ki,  bu  da  perspektivli  struk-
turların  axtarıĢında  və  onların  neft-qazlılığının  proqnozlaĢdırıl-
masında  qravimetrik  və  maqnitometrik  kəĢfiyyat  üsullarının  tət-
biqini mümkün edir. 
Monoqrafiyada çöl  qravi-maqnitometrik iĢlərin müasir aparıl-
ma metodikası, alınmıĢ məlumatların emalı və interpretasiya üsul-
ları əks olunmuĢ, tədqiqatların aparılmasının blok-diaqramı iĢlənib 
hazırlanmıĢdır. Müəllifin toxunduğu əsas məsələlərdən biri də paz-
laĢma tip qeyri-antiklinal  neft-qaz tələlərinin qravitasiya sahəsində 
əks olunmasına həsr edilib. Bəndovan strukturunun cənub-qərb qa-
nadı  üzərində  ÜDN  üsulu  ilə  alınmıĢ  seysmik  profillərdə  Ağcagil 
mərtəbəsinin  aĢağı  laylarının  Məhsuldar  Qatın  səthinə  pazlaĢ-
maları,  bu  profillərə  yaxın  qravimetrik  profillərdə  alınmıĢ  ağırlıq 
qüvvəsi  sahəsinin  horizontal  qradiyentlərinin  dəyiĢmə  yerləri  ilə 
müqayisə  edilmiĢ  və  onların  üst-üstə  düĢdüyü  müəyyənləĢdiril-
miĢdir.  Bütün  bunlar  seysmo-qravimetrik  profil  üzrə  verilmiĢ  kə-
siliĢdə,  həmçinin,  ağırlıq  qüvvəsi  sahəsinin  kəskin  dəyiĢmələrinin 
seysmik  məlumatlarla  müəyyənləĢdirilmiĢ  pazlaĢma  zonaları  ilə 
müqayisəsi qrafikində inandırıcı olaraq göstərilmiĢdir. Müəllif düz-
gün  olaraq  belə  qərara  gəlir  ki,  potensial  geofiziki  sahələrin  hori-
zontal qradiyentlərinin öyrənilməsi və onların kəskin dəyiĢmə  yer-
lərinin  profillərdə  korrelyasiya  edilərək  sahə  üzrə  izlənilməsi  kəĢ-
fiyyat  sahəsinin  geoloji  quruluĢunun  müəyyənləĢdirilməsində  çox 
əhəmiyyətlidir. 
Qravi-maqnit  üsullarla  alınmıĢ  geoloji  nəticələri  daha  çox  
əsaslandırmaq  üçün  müəllif  rəy  verdiyimiz  monoqrafiyada    ÜDN 
və  SDÜ  seysmik  materiallarına  müraciət  edir,  onların  kompleks 
analizini  həyata  keçirir.  Orta  Kür  çökəkliyində  lokal  qravitasiya 
maksimumlarının  geoloji  təbiətini  izah  edən  müəllif  onların  Me-


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə