V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   2   3   4   5   6   7   8   9   ...   57

 
14 
zozoy  çöküntülərinin  səthindəki  lokal  qalxımlarla  əlaqədar  olması 
fikrini  irəli  sürür  və  əsaslandırır.  Qazanbulaq  sahəsində  isə  yeni 
iĢlənilmiĢ  ÜDN  profillərinin  dinamik  dərinlik  kəsiliĢləri  ilə  Buge 
anomaliyasının  qrafikləri  müqayisəli  analiz  olunmuĢdur.  Nəticədə 
lokal qravitasiya maksimumlarının doğrudan da üst TəbaĢir çökün-
tülərinin səthindəki  nisbi lokal qalxımlara uyğun  gəldiyi  aydınlaĢ-
dırılmıĢdır. Bu  faktın özü qravimetrik məlumatlar  əsasında Mezo-
zoy  çöküntülərinin  səthi  üzrə  qurulmuĢ  struktur  xəritələrə  inamı 
artırmaqla  bərabər,  onlara  diqqət  yetirilməsini  və  praktiki  istifadə 
olunmasını da ön plana çəkir. 
Monoqrafiyada qravi-maqnit üsullarla neft və qaz yataqlarının 
axtarıĢı  və  kəĢfiyyatı  istiqamətləri  ayrıca  bir  fəsildə  verilmiĢdir. 
Müəllif  Orta  və  AĢağı  Kür  çökəkliklərində  yeni  aĢkar  edilmiĢ 
strukturların neft-qazlılığı barədə maraq kəsb edən yeni məlumatlar 
əldə  etmiĢ,  axtarıĢ  qazıma  iĢlərini  istiqamətləndirmək  üçün  tutarlı 
tövsiyələr vermiĢdir. 
Qeyd  etmək  istərdim  ki,  V.Q.Qədirovun  təqdim  etdiyi  mono-
qrafiya yüksək elmi səviyyədə yazılmıĢ, çoxsaylı xəritələr, sxemlər, 
qrafiklərlə zənginləĢdirilmiĢdir. VerilmiĢ ədəbiyyat siyahısı müəlli-
fin  böyük  həcmdə  elmi-tədqiqat  və  araĢdırma  iĢlərini  həyata  ke-
çirdiyini göstərir. 
AlınmıĢ  geoloji-geofiziki  nəticələr,  monoqrafiyada  təsbit  olu-
nan sahələrdə yeni geofiziki və ya qazıma iĢlərinin aparılması üçün 
perspektivlər açmaqla yanaĢı, neft-qaz yataqlarının axtarıĢı ilə məĢ-
ğul  olan  geoloqlara  və  geofiziklərə  olduqca  qiymətli  məlumatlar 
verir  və  bununla  da  təqdim  olunan  monoqrafiyanın  dərc  olunma-
sının məqsədəuyğunluğunu və əhəmiyyətini göstərir. 
 
 
 
Geofizika ETĠ-nin “Seysmik  
kəĢfiyyat” laboratoriyasının 
 müdiri, g.-m.e.d.                                                  B.M.Qarayev 
 


 
15 
Həmişə elmə, oxumağa səsləyən  atamın  
 əziz xatirəsinə həsr edirəm. 
 
 
GĠRĠġ 
 
Dağlararası  Kür  çökəkliyinin  Azərbaycanı  əhatə  edən  ərazi-
sində  AĢağı  Kür  çökəkliyi  bütövlükdə,  Orta  Kür  çökəkliyinin  isə 
böyük bir hissəsi  yerləĢmiĢdir. Bu çökəklik çox mürəkkəb hetero-
gen geoloji quruluĢa malikdir. 
Çökmə kompleksin qalınlığı Orta Kür çökəkliyində 12- 14 km, 
AĢağı Kür çökəkliyində isə 20 km kimi qiymətləndirilir. Orta Kür 
çökəkliyində  gömülmüĢ  maqmatik  vulkanlar,  AĢağı  Kür  çökəkli-
yində isə gömülmüĢ və fəaliyyətdə olan palçıq vulkanları mövcud-
dur.  Bu  regionda  yüzlərlə  qalxım  aĢkar  edilmiĢ,  40-dan  çoxunda 
neft-qazlılıq  müəyyənləĢdirilmiĢ,  onlarla  yataq  istismara  verilmiĢ-
dir. Son dövrlərdə çökəkliyin  müxtəlif  qanad hissələrində seysmik 
kəĢfiyyat üsulu ilə 100 km-lərlə uzanan pazlaĢma zonalarının aĢkar 
edilməsi burada qeyri-antiklinal tələlərin də formalaĢdığını göstərir. 
Neft-qazlılıq baxımından maraq doğuran bu regionun dərinlik 
geoloji quruluĢu və neft-qazlılığının öyrənilməsi geofiziki kəĢfiyyat 
üsulları əsasında həyata keçirilmiĢ və keçirilməkdədir. 
1927-ci  ildən  baĢlayaraq  çökəkliyin  ayrı-ayrı  sahələrində  qra-
vimetrik və maqnitometrik  tədqiqatlar aparılmıĢ,  regionun  tektoni-
kası,  struktur  elementlərin  sərhədləri  müəyyənləĢdirilmiĢ,  bir  sıra 
yeni  qalxımlar  aĢkarlanmıĢ,  onların  neft-qazlılığı  proqnozlaĢdırıl-
mıĢdır.  1930-cu  illərdən  elektrik  kəĢfiyyat  iĢləri  aparılmıĢ,  Mezo-
zoy çöküntülərinin tektonikasının öyrənilməsində elektrik kəĢfiyya-
tının  tətbiqinin  imkanları  aydınlaĢdırılmıĢdır.  1935-ci  ildən  aparıl-
mıĢ seysmik kəĢfiyyat iĢləri ilə (ƏDÜ, ÜDNÜ, SDÜ, DSZ, SDKÜ) 
regionun  iri  struktur  elementləri,  dərinlik  qırılmaları  dəqiqləĢdiril-
miĢ, çoxsaylı antiklinal və qeyri-antiklinal strukturlar aĢkar edilmiĢ 
və  qazıma  üçün  hazırlanmıĢdır.  Ayrı-ayrı  illərdə  bu  regionda  ra-
diometrik və termometrik planalma iĢləri də yerinə yetirilmiĢdır. 


 
16 
AparılmıĢ geofiziki kəĢfiyyat iĢləri, ümumiyyətlə, bu regionun 
mürəkkəb geoloji quruluĢa malik olduğunu, çoxsaylı dərin qırılma-
ların  mövcudluğunu,  çöküntütoplanma  Ģəraitinin  müxtəlifliyini, 
kəsiliĢdə  çökmə,  effuziv  və  intruziv  süxurların,  rif-biogen  mənĢəli 
kütlələrin  olmasını,  pazlaĢma  zonalarının  varlığını,  çöküntülərin 
neft-qazlılığını və digər məsələləri aydınlaĢdırdı. 
Bütün  bunlara  baxmayaraq,  Kür  çökəkliyinin  ayrı-ayrı  sahə-
lərində  yeni  neft-qaz  yataqlarının  kəĢfi  son  dərəcə  aĢağıdır.  Bunu, 
əslində,  geofiziki  üsulların  kompleksindən  istifadənin  zəif  həyata 
keçirilməsi  ilə  də  əlaqələndirmək  olar.  Bu  faktlar,  ümumiyyətlə, 
geofiziki kəĢfiyyat iĢlərinə, o cümlədən neft-qaz perspektivli sahə-
ləri  müəyyənləĢdirməkdə  böyük  səmərəliliyə  malik  olan,  tez  və 
ucuz baĢa gələn qravimetrik və maqnitometrik kəĢfiyyat üsullarına 
diqqətin artırılmasını tələb edir.  
Kür  çökəkliyində  geoloji  kəsiliĢi  təĢkil  edən  süxurların  fiziki 
parametrlərinin  (sıxlıq,  maqnit  qavrayıcılığı)  laborator  analizləri 
onların strukturların tağ və tağyanı hissələrində həm Ģaquli, həm də 
lateral istiqamətdə qanunauyğun dəyiĢdiyini göstərir ki, bu da izafi 
sıxlıqlı sərhədlərlə əlaqədar lokal qalxımların və neft-qazlılığın qra-
vitasiya  və  geomaqnit  sahələrində  əks  olunmasına  gətirib  çıxarır. 
Bundan baĢqa, yataq üzərində subvertikal zonanın fiziki parametr-
lərinin kənara nəzərən kəskin dəyiĢdiyi müəyyənləĢdirilmiĢ, nəticə-
də  qravi-maqnit  sahələrində  nəzərə  çarpacaq  dəyiĢiklik  yarandığı 
göstərilmiĢdir. Bütün  bunlar neft-qaz perspektivli strukturların ax-
tarıĢında  qravimetrik  və  maqnitometrik  kəĢfiyyatın  tətbiqi  üçün 
olduqca əlveriĢli Ģərait yaradır. 
Kitabda çöl qravi-maqnitometrik iĢlərinin aparılması metodikası, 
məlumatların  emalı  və  interpretasiyası  üsulu  əks  olunur.  Lokal 
qalxımlarla  və  neft-qazlılıqla  əlaqələndirilən  qravi-maqnit  anomali-
yaların  ayrılması,  pazlaĢmalardan  yaranan  qeyri-antiklinal  tələlərin 
qravitasiya  sahəsində  əks  olunması  məsələlərinə  baxılır.  Kür  çökək-
liyində  aĢkar  edilmiĢ  lokal  strukturların  paylanma  xüsusiyyət-
ləri,onların neft-qaz perspektivliyi göstərilir və geofiziki tədqiqatların, 
eləcə də, axtarıĢ qazımasının aparılması üzrə tövsiyələr verilir.                                            


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə