V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   2   3   4   5   6   7   8   9   10   ...   57

 
20 
yaĢları  da  müxtəlifdir.  AĢağı  Kür  çökəkliyinin  cənub-qərb  yama-
cında,  Muğan  monoklinalında  əsasən,  Məhsuldar  Qat  çöküntülə-
rinin,  AĢağı  Kür  çökəkliyinin  Ģimal-Ģərqində  (Hacıqabul,  Nəvahi 
sinklinallarının  Ģimal-Ģərqi)  MQ  və  Ağcagil  çöküntülərinin,  Yev-
lax-Ağcabədi  çökəkliyinin  cənub-qərb,  cənub-Ģərq,  Ģimal-Ģərqində 
Eosen və Maykop lay dəstəsinin pazlaĢdığı müəyyənləĢdirilmiĢdir. 
Bu  çökəkliyin  dərinlik  geoloji  quruluĢunu,  struktur-tektonik 
xüsusiyyətlərini  daha  dəqiq  öyrənmək  məqsədilə  1927-çi  ildən  
baĢlayaraq burada geofiziki tədqiqatlar aparılmaqdadır. 
1927-1934-cü  illərdə  AĢağı  Kür  çökəkliyinin  Neftçala,  Baba-
zənən,  Kürsəngə,  Qalmaz  və  d.  sahələrində  tektonik  qırılmaların 
izlənilməsi,  qalxmaların  aĢkarlanması  və  konturlanması  məqsədilə 
variometrlərlə qravimetrik iĢlər aparılmıĢdır (L.V.Sorokin, Ġ.N.Dru-
qov) [19, 20].  1929-1931-ci  illərdə  L.V.Sorokin  və  V.V.Fedınskiy 
tərəfindən  aparılmıĢ  rəqqaslı  qravimetrik  planalma  nəticəsində 
TalıĢ dağlarının ətəklərindən baĢlayaraq Böyük Qafqazda Vəndama 
qədər  böyük  ərazidə  yüksək  intensivli  qravitasiya  maksimumu 
aĢkar  edildi.  TalıĢ-Vəndam  qravitasiya  maksimumunun  yaranma 
səbəbini V.V.Fedınskiy bu zonada yığılmıĢ vulkanik kütlələrin var-
lığı ilə izah edirdi .  
1941-ci  ildə  Azərbaycanda  ilk  dəfə  statik  qravimetrlərin  tət-
biqindən sonra Kür çökəkliyi sahələrində geniĢ miqyaslı qravimet-
rik planalma iĢləri aparılmağa baĢlanıldı. Orta Kür çökəkliyinin cə-
nub-qərb  hissəsində  Mezozoy  çöküntülərinin  yer  səthinə  yaxınlaĢ-
dığını nəzərə alaraq burada qravimetrik iĢlər geniĢləndirildi. 1945-
1946-cı  illərdə  Tərtər  strukturu,  1949-cu  ildə  Kür-Qabırrı  çayları 
arasında  Palantökən,  Eldaroyuğu,  Alandərə,  Kəsəmən  və  b.  lokal 
anomaliyalar  (T.Ġ.YaĢtaykina,  V.A.BolĢakov)  aĢkarlandı.  Bu  ano-
maliyaların  geoloji  interpretasiyasını  1950-ci  ildə  D.L.TereĢko, 
sonra isə, Ġ.O.Tsimelzon verdilər. 1962-ci ildə Ġ.O.Tsimelzon qravi-
metrik materiallar  əsasında Muradxanlı sahəsində  Paleogen-Mezo-
zoy kompleksinə görə qalxımın olduğunu aĢkarladı [60].    
Ötən əsrin 50-60-cı  illərində Buge  reduksiyasında qravitasiya 
anomaliyalarının  analizi  əsasında  (V.Ġ.Kulikov,  Ġ.O.Tsimelzon, 


 
21 
R.H.Hacıyev  və b.) Azərbaycanın (NQR-lar da daxil olmaqla)  bü-
tün ərazisində iri tektonik elementlər aĢkarlandı, rayonların dərinlik 
quruluĢu  müəyyənləĢdirildi  [13,  34,  40,  60].  Eyni  zamanda, 
aparılmıĢ  qravimetrik  planalmanın  nəticələri  ümumiləĢdirilmiĢ  və 
analiz  edilmiĢdir.  Ağırlıq  qüvvəsinin  yüksək  qradiyentli  zonaları 
müəyyənləĢdirilmiĢ,  onların  dərinlik  qırılmaları  ilə  əlaqəli  olduğu 
göstərilmiĢdir.  Qravitasiya  anomaliyalarının  analizinə  əsaslanaraq 
dağlararası  Kür  çökəkliyində  kristallik  bünövrənin  quruluĢu,  onun 
struktur planı haqqında əlavə məlumatlar verilmiĢdir [13, 29].  
Dağlararası  Kür  çökəkliyi  qravitasiya  sahəsinin  I  tərtib  mini-
mumu ilə səciyyələnir. Bu sahə daxilindəki II tərtib maksimum və 
minimumlar iri geostrukturlarla və sərbəst tektonik bloklarla əlaqə-
dardır. Bu ərazidə Ģərqdən qərbə doğru Yavandağ-Səngəçal, Nəva-
hi, Sabirabad-Kürdəmir, Göyçay-Mingəçevir, Eldar maksimumları, 
AĢağı Kür, Alazan-Əyriçay, Yevlax-Ağcabədi, Çatma minimumları 
ayrılır  ki,  bunlar,  kristallik  bünövrənin  enməsi  və  ya  qalxması  ilə 
əlaqələndirilir [13]. Kristallik bünövrənin ən çox enmiĢ yeri  AĢağı 
Kür  çökəkliyini  əhatə  edir  və  18-20  km-ə  çatır.  Bu  zonada    geo-
maqnit sahənin  Ģaquli  təĢkiledicisinin   anomaliyası mənfi qiymət-
lərlə  (-150  ÷  -250  nTl  )  səciyyələnir.  Maqnit  anomaliyalarının  
sakit  xarakterli  olması  AĢağı  Kür  çökəkliyinin  Mezokaynozoy 
çöküntülərinə maqmatik kütlələrin daxil olmadığını göstərir [13].    
1965-1970-ci  illərdə  Kür  çökəkliyinin  Carlı,  Saatlı,  Zərdab, 
Ucar,  AğdaĢ,  Müsüslü  sahələrində  detal  qravimetrik  iĢlər  aparıldı 
(V.A.BolĢakov, N.V.Monina, D.L.TereĢko, A.A.PiĢnamazov və b.) 
1972-ci  ildən  baĢlayaraq  Yevlax-Ağcabədi  çökəkliyinin  Ģərq  və 
qərb  bortlarında,  eləcə  də  cənub-Ģərq  hissəsində,  Sabirabad-Kür-
dəmir qravitasiya maksimumunun mərkəzi hissəsində, Kür-Qabırrı 
çaylararası sahələrdə yüksək dəqiqlikli qravimetrik iĢlər aparılmıĢ, 
sahələrin  geoloji  quruluĢu  və  tektonikası  öyrənilmiĢ,  bir  sıra  yeni 
lokal  qalxımlar  aĢkarlanmıĢ  və  onların  neftli-qazlılığı  proqnozlaĢ-
dırılmıĢdır (S.H.Məmmədov, V.Q.Qədirov, F.Ġ.Əliyev, Ə.Q.Novru-
zov,  N.B.Xanbabayev,  Ə.S.Həsənov  və  b.).  Bu  dövr  ərzində  dərin 
qazıma  quyuları  ilə  Muradxanlı  (Ġ.O.Tsimelzon,  1962),  Cəfərlı, 


 
22 
Qərbi  Muradxanlı,  Bozqobu  strukturlarının  (S.H.Məmmədov, 
V.Q.Qədirov, 1977-1979) neftli-qazlılığı təsdiqləndi [20].  
Sonrakı  illərdə (90-cı  illərin ortalarına qədər) ġamaxı-Qobus-
tan, AĢağı Kür, Yevlax-Ağcabədi, Gəncə NQR-lərində və d. sahə-
lərdə,  gömülmüĢ  qurumların  aĢkarlanması,  mühitin  geoloji  mode-
linin yaradılması, Mezozoy çöküntülərinin tektonikasının dəqiqləĢ-
dirilməsi, qravitasiya sahəsinin və onun lokal təĢkiledicilərinin geo-
loji  təbiətinin  araĢdırılması  məqsədilə  böyük  həcmdə  detal  qra-
vimetrik planalma iĢləri aparılmıĢdır .     
1927-ci  ildən  baĢlayaraq  Neftçala  və  Babazənən  sahələrində 
təcrübi  maqnitometrik  iĢlər  qoyuldu.  Nisbətən  yüksək  maqnitliyə 
malik olan MQ çöküntülərinin Babazənən qırıĢığının nüvəsində üzə 
çıxması,  Neftçala  qırıĢığında  uzununa  qırılmanın  varlığı  maqnito-
metrik  ölçmələr  üçün  geoloji  Ģəraiti  əlveriĢli  etmiĢdir  [19].  1935-
1936-cı  illərdə  maqnit  kəĢfiyyatı  TalıĢönü-Muğan  zonasında  apa-
rıldı və dərində yatmayan vulkanogen süxurlarla əlaqələndirilən bir 
sıra  intensiv  anomaliyalar  aĢkar  olundu  (A.K.Demidova  və 
M.A.Berezin). AxtarıĢ  effekti zəif olduğu  üçün 1938-ci  ildə  Azər-
baycanda maqnit planalma iĢləri dayandırıldı. 
1945-ci  ildə,  yeddi  illik  fasilədən  sonra  Kiçik  Qafqazönü 
zonada  alınmıĢ  qravitasiya  anomaliyalarının  təbiətini  araĢdırmaq 
məqsədilə maqnitometrik tədqiqatlar bərpa edildı. Həmin ildə Tər-
tər  rayonunda  maqnit  sahəsinin  horizontal  təĢkiledicisinin  ölçül-
məsi həyata keçirildi və tezliklə Azərbaycanın demək olar ki, bütün 
ərazisi  örtüldü,  maqnit  sahəsinin  dəyiĢməsinin  ümumi  qanunauy-
ğunluqları öyrənildi [19].  
1975-ci  ildən  baĢlayaraq  Azərbaycan  geofizika  elmi-tədqiqat 
institutu  Azərbaycanın  NQR-lərində  aparılan  bütün  qravimetrik 
profillərdə  geomaqnit  sahənin  Ģaquli  və  tam  təĢkiledicilərini  ölç-
məklə  maqnitometrik  müĢahidələr  aparır.  Bu  iĢlərin  əsas  məqsədi 
geoloji  kəsiliĢdə  yüksək  maqnit  xüsusiyyətli  süxurların  müəyyən-
ləĢdirilməsi, onların fəza (həndəsi) vəziyyətinin təyini, lokal maqnit 
anomaliyalarının neftlilik-qazlılığın proqnozlaĢdırılmasında istifadə 
imkanlarının müəyyənləĢdirilməsi olmuĢdur [ 15, 20, 67 ].   


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə