V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

 
23 
Orta  Kür  çökəkliyində  qravimetrik  kəĢfiyyatın  kompleksində 
aparılan maqnit kəĢfiyyatının kəsiliĢdə vulkanogen süxurların aĢkar 
olunmasında  və  onların  fəza  vəziyyətinin  müəyyənləĢdirilməsində 
böyük rola malik olması göstərilmiĢdir [15, 43]. Qeyd edək ki, Orta 
Kür çökəkliyinin Dəliməmmədli, Tərtər, Ağcabədi, Borsunlu, Duz-
dağ, Gödəkboz, Beyləqan-Boluslu, Muradxanlı, Zərdab və bir çox 
digər  sahələrində  çoxsaylı  quyularla  geoloji    kəsiliĢdə  vulkanogen 
süxurlar aĢkar edilmiĢ, Muradxanlı sahəsində bir sıra quyuda (3, 6, 
11,  13,  16,  27,  47,  207  və  s.)  bu  süxurların  açılmıĢ  qalınlığı  300-
2000 m  olsa da, tam qalınlığı açmaq mümkün olmamıĢdır. Bu da, 
Mezozoy  yaĢlı  effuziv  əmələgəlmələrin  çökmə  qatın  “loja”sını  
(“söykənəcəyini”) təĢkil etdiyini, daha dərin qatlarda bu əmələgəl-
mələrin altında çökmə kompleksə rast gəlinməyəcəyi fikrini forma-
laĢdırmıĢdır.(Yalnız 11 saylı Muradxanlı quyusunda 3877 m dərin-
likdə  ≈1400  m  qalınlıqlı    vulkanogen  suxurlardan  sonra  yenidən 
çökmə süxurlar açılmıĢdır). Ona görə də, sonradan effuziv süxurları 
bir neçə 100 m açan quyularda qazıma iĢləri dayandırılmıĢdır. 
1975-1986 -cı illərdə Orta Kür çökəkliyinin cənub-Ģərq hissə-
lərində aparılmıĢ qravi-maqnit  materialların  analizinə  əsaslanaraq  
regionda vulkanogen süxurların ayrı-ayrı zonalar Ģəklində yayıldığı 
müəyyənləĢdirilmiĢ və lokal maqnit anomaliyalarının bu  cür pay-
lanmaya  uyğun gəldiyi  göstərilmiĢdir [15, 67]. Tədqiqatlar effuziv 
əmələgəlmələrin  altında  yenidən  çökmə  qatın  olmasını,  effuziv 
süxurların qalınlığının tam açılmasının mümkün olduğunu göstərir 
ki,  bu  da  axtarıĢ-kəĢfiyyat  qazıması  üçün  olduqca  əhəmiyyətlidir. 
Digər tərəfdən, bu nəticə  Orta Kür çökəkliyində  çökmə  süxurların 
daha  böyük  qalınlığa  malik  olduğunu  əsaslandırır  və  daha  dərin 
qatların neft-qazlılıq baxımından öyrənilməsini ortaya qoyur. 
XX  əsrin  30-cu  illərinin  əvvəllərindən  baĢlayaraq  Kür  çökək-
liyinin  ayrı-ayrı  sahələrində  (AĢağı  Kür  çökəkliyi,  Gəncə  NQR, 
Qabirrı-Acınohur sahələri) sabit cərəyan üsulları ilə Ģaquli elektrik 
zondlaması  (ġEZ) və dipol zondlaması  (DZ) üsulları   ilə  elektrik  
kəĢfiyyat iĢləri aparılmağa baĢlandı (S.Y.Litvinov, V.A.Levi və b.). 
AlınmıĢ məlumatlar sahələrin tektonikası və litologiyası və bir sıra 


 
24 
qalxımların aĢkarlanmasına imkan verdi. Sonrakı illərin tədqiqatları 
ilə Beyləqan, Qazanbulaq, Ağcabədi qalxımları aĢkar edildi. 
Sonrakı  illərdə  elektrik  kəĢfiyyat  iĢləri  müxtəlif  modifikasi-
yalarda (TC,  MTZ, MTП və  s.) Gəncə, ġamaxı-Qobustan, Acıno-
hur  NQR-lərinın,  Yevlax-Ağcabədi  çökəkliyinin  ayrı-ayrı  sahələ-
rində  aparıldı.  Mezozoy  çöküntülərinin  tektonikasının  öyrənilmə-
sində elektrik kəĢfiyyatının tətbiqinin mümkünlüyü aydınlaĢdırıldı.   
Azərbaycanda  ilk  seysmik  təcrübi  kəĢfiyyat  iĢləri  əks  olunan 
dalğa üsulu ilə (ƏDÜ) 1935-1936-cı illərdə Pirsəhhət-Xıdırlı sahə-
sində aparılmıĢ (S.F.BolĢix, P.Ġ.ġeĢin), sahənin geoloji quruluĢunun 
öyrənilməsində üsulun böyük imkanlara malik olduğu aydınlaĢmıĢ-
dır. Bundan sonra, müxtəlif illərdə Kür çökəkliyinin müxtəlif sahə-
lərində  tektonikanın  öyrənilməsi,  antiklinal  qırıĢıqların  aĢkarlan-
ması, horizontların pazlaĢma zonalarının müəyyənləĢdirilməsi və s. 
geoloji  məsələlərin  həllində  seysmik  kəĢfiyyat  üsulu  təkmilləĢ-
dirilərək tətbiq olundu. 
1969-cu  ildə  Azərbaycanda  ilk  dəfə  ümumi  dərinlik  nöqtəsi 
üsulu (ÜDNÜ) tətbiq olunmağa baĢlandı. Bu üsulun tətbiqi ilə daha 
dərin  horizontların  xəritələnməsi,  pazlaĢma  zonalarının  müəyyən-
ləĢdirilməsi, qeyri-antiklinal tələlərin aĢkar edilməsi mümkün oldu. 
Azərbaycanın bir sıra NQR-də iri  geostruktur elementlər dəqiqləĢ-
dirildi,  onların  daxilində  çoxsaylı  antiklinal  və  qeyri-antiklinal  lo-
kal  strukturlar  aĢkar  edildi, böyük  bir  ərazi  üçün  tektonik  sxem 
tərtib  olundu  [14,  22].  1970-1974-cü  illərdə  Gürzündağ,  Qaracalı, 
Zərdab,  Əmirarx,  Sor-Sor,  Carlı,  Cənubi  Ağcabədi,  Ləmbəran, 
1975-1980-cı illərdə ġirinqum, Sərxanbəylı struktur çıxıntıları, ġər-
qi  Xəlfəli, Bozyeri, Qarabat,  Mürsəl,  Qərbi Qarasu, 1981-1985  -ci 
illərdə  Müsüslü,  Tərsdəllər,  Ağgöl,  ġıxbağı,  Cəfərli,  Kəbirli,  Qar-
ğalı, ġahsünü, 1986-1996-cı illərdə isə Soyuqxanlı, Həsənli, ġərqi 
ġıxbağı,  Bəyimli,  ġm.Naftalan,  Varvara,  HəĢimxanlı,  Söyüdlər  və 
d. strukturlar dərin axtarıĢ-kəĢfiyyat qazımasına hazırlandılar [20].      
Kür çökəkliyinin dərinlik quruluĢunun və tektonikasının öyrə-
nilməsi,  iri  struktur  elementlərin  aĢkar  edilməsi  məqsədilə  1960-
1970-ci  illərdə  ərazidə  DSZ  və  SDKÜ  ilə  regional  profillər  iĢlə-


 
25 
nildi.  1984-cü  ildən  isə  Kür  çökəkliyinin  Mezokaynozoy  çöküntü 
kompleksinin  tektonikasını  öyrənmək  üçün  ÜDN  üsulu  ilə  (qravi-
metriya,  maqnit,  elektrik  kəĢfiyyatları  kompleksində)  Tumarxanlı-
Pirsəhhət,  Beyləqan-Kəlaməddin,  Ağcabədi-Zərdab-Qaraməryəm, 
Ağgöl-Saatlı-Kürovdağ və d. profillər üzrə regional geofiziki iĢlər 
aparıldı [20]. Tumarxanlı-Pirsəhhət profili iri struktur element olan 
AĢağı Kür, Cəlilabad, nisbətən kiçik Xırmandalı çökəkliyinin geo-
loji  quruluĢunun  və  çöküntütoplanma  Ģəraitinin  əsas  xüsusiyyət-
lərini üzə çıxartdı. Mezozoy kompleksinin səthi, eləcə də vulkano-
gen  süxurların  yayılmaları  izlənildi,  Paleogen-Miosen  və  Pliosen- 
Antropogen  struktur  mərtəbələrinin  quruluĢu  dəqiqləĢdirildi,  ilk 
dəfə  olaraq  Muğan-Salyan  sinklinalında  Məhsuldar  Qat  çöküntü-
lərinin qalınlığı (2750 m) müəyyənləĢdirildi. Beyləqan-Kəlaməddin 
profili üzrə Yevlax-Ağcabədi çökəkliyinin, AĢağı Kür çökəkliyinin 
Ģimal-qərb hissəsinin əmələgəlmə Ģəraiti haqqında yeni məlumatlar 
əldə  edildi,  Məhsuldar  Qat  çöküntülərinin  pazlaĢma  zonaları  izlə-
nildi, Beyləqan qalxımından Ģimal-Ģərq istiqamətdə ilk dəfə olaraq 
yeni antiklinal qalxım müəyyən edildi [20].        
Dağlararası Kür çökəkliyində aparılmıĢ geofiziki kəĢfiyyat iĢ-
ləri,  ümumiyyətlə,  bu  regionun  mürəkkəb  geoloji  quruluĢa  malik 
olduğunu, çoxsaylı dərin qırılmaların mövcudluğunu, regionda çö-
küntütoplanma Ģəraitinin müxtəlifliyini, kəsiliĢdə çökmə, effuziv və 
intruziv süxurların, rif-biogen mənĢəli kütlələrin olmasını, regionda 
100 km-lərlə uzanan pazlaĢma zonalarının varlığını, üst TəbaĢirdən 
baĢlamıĢ Məhsuldar Qatın yuxarılarına qədər ayrı-ayrı horizontların 
neftli-qazlılığını və s. məsələləri aydınlaĢdırdı.  
Son dövrlərdə aparılmıĢ yüksək dəqiqlikli qravimetrik kəĢfiy-
yat  üsulu  (S.H.Məmmədov,  1997)  ilə  Kür  çayının  sağ  sahilində, 
Kürovdağ-Neftçala tektonik blokuna paralel “QayıdıĢ” adlandırılan 
yeni qalxım zonasının varlığı aĢkar edildi. 
Dağlararası  Kür  çökəkliyində  mövcud  neft-qaz  yığımları  çö-
küntülərin  geniĢ  stratiqrafik  spektrini  əhatə  edir.  Burada  üst  Plio-
sendən  üst  TəbaĢirə  qədər  stratiqrafik  mərtəbələrdə  net-qaz  yataq-
ları  rast  gəlinir.  AĢağı  Kür,  ġamaxı-Qobustan  çökəkliklərində, 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə