V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

 
26 
Ələt-Ləngəbiz  qırıĢıqlıq zonasında, əsasən, Məhsuldar Qat  çökün-
tüləri, onun ayrı-ayrı horizontları və Ağcagil çöküntüləri ilə kontakt 
zonalarda, həmçinin Maykop (Umbakı sahəsi)  çöküntülərindən sə-
naye  əhəmiyyətli  neft  və  qaz  alınmıĢdır.  Burada  Çokrak  çöküntü-
lərində  neft-qaz  təzahürləri  qeyd  edilmiĢdir.  ġamaxı-Qobustanda 
Mezozoy  horizontunun  qalxdığı  sahələrdə  (Səngəçal-Yavandağ, 
DaĢmərdan-ġeytanud)  üst  TəbaĢir,  həmçinin  MQ  çöküntülərinin 
pazlaĢan lay dəstələrinin perspektivli  olması  söylənilir [1]. Çökmə 
süxur  kompleksinin  15  km-dən  artıq  yığıldığı  AĢağı  Kür  çökək-
liyində  Mezozoy-Paleogen  kompleksinin  çox  dərində  yatmasına 
baxmayaraq,  palçıq  vulkanları  materiallarına  əsasən  bu  çökün-
tülərin  də  neftli-qazlı  olması  güman  edilir.  Bu  çökəkliyin  cənub-
qərb  bortunda  Məhsuldar  Qat  çöküntülərinin  qumlu-alevritli  Ģöbə-
lərinin  pazlaĢdığı  zonalarda neft-qaz  yığımlarının olması  da müm-
kündür.  Belə  ki,  MQ-nin  alt  Ģöbələri  Qərbi  Xəzər  dərinlik  qırıl-
masına  qədər  tamamılə  pazlaĢır  və  pazlaĢma  xətti  karbohidro-
genlərin generasiya oblastının sərhədi ilə üst-üstə düĢür [1]. 
Orta  Kür  çökəkliyində  (Yevlax-Ağcabədi  çökəkliyi,  Kiçik 
Qafqazönü  monoklinal,  Kür-Qabırrı  çaylararası  sahə)  üst  TəbaĢir, 
orta Eosen, Maykop çöküntülərinin neftlı-qazlılığı müəyyənləĢdiril-
miĢdir. Çökəkliyin cənub-Ģərqində Muradxanlı, Zərdab sahələrində 
üst TəbaĢir, orta Eosen, Maykop, Cəfərli sahəsində orta Eosen, Ģi-
mal-qərb  hissələrdə,  Qazanbulaq,  Acıdərə,  Naftalan,  Tərtər  və  b. 
sahələrdə, əsasən, Maykop çöküntüləri məhsuldar  olmuĢdur. Dəli-
məmmədli, Qazanbulaq, Borsunlu, Acıdərə, Saryaldağ, Gödəkboz, 
Naftalan, Tərtər sahələrində qazılmıĢ kəĢfiyyat quyuları orta Eosen 
və üst TəbaĢir çöküntülərinin də yüksək perspektivliyə malik olma-
sını göstərmiĢdir. Tərtər sahəsində 152 saylı quyuda 2005-2315 m 
dərinlik  intervalında  orta  Eosen  qatının  terrigen-karbonatlı  süxur-
larından 100-150 t/sut debitlə neft və külli miqdarda qaz alınmıĢdır. 
Qazanbulaq  sahəsində  I  mergel  horizontunun  (alt  Eosen)  yüksək 
debitli neftliliyi (20-80 t/sut) qırıĢığın cənub periklinalında qazılmıĢ 
quyularla  təsdiqlənmiĢdir.  6  və  24  saylı  quyuların  debiti  isə  ilk 
günlər 100-150 t/sut olmuĢdur [48, 53 ].  
Qazanbulaq sahəsində 9 saylı quyuda Paleosen və üst TəbaĢir 


 
27 
çöküntülərinin kontaktından 500 t/sut baĢlanğıc debiti ilə neft fon-
tanı baĢ vermiĢdir. Sovetlər sahəsində 1 saylı quyuda 3900-3920 m 
intervalında  göstərilən  kontakt  zonasından  150  m
3
/sut  flyuid  alın-
mıĢdır ki, bunun 20 t-u neft olmuĢdur. 2 saylı quyudan isə 3919 m 
dərinlikdə  üst  TəbaĢir  çöküntülərindən  4000  m
3
/sut  debitlə  maye 
fontanı baĢ  vermıĢdir ki, (10 gündən sonra debit  500 t/sut düĢmüĢ-
dür) bunun  18 t-u neft, 20000 m
3
 isə qaz olmuĢdur [52, 53 ]. 
Tərsdəllər  sahəsində  4  saylı  quyuda  3054-3111  m  intervalda 
üst TəbaĢir çöküntülərindən 160 t/sut debitlə neft alınmıĢdır. 1, 8, 9 
saylı  quyular  isə  orta  Eosen  çöküntülərinin  məhsuldar  olduğunu 
göstərdi.  Orta  Kür  çökəkliyinin  bəzi  sahələrində  Miosen  çöküntü-
lərində də neft-qaz yığımı müəyyənləĢdirilmiĢdir. Muradxanlı sahə-
sində Çokrak çöküntülərindən sənaye əhəmiyyətli neft, Kür-Qabırrı 
çaylararası  sahədə  isə  Sarmat  horizontundan  neft-qaz  təzahürləri 
alınmıĢdır. 
Beləliklə,  Kür  çökəkliyinin  neftli-qazlılığının  üst  Pliosen-üst 
TəbaĢir  (və  daha  dərin)  mərtəbələrini  əhatə  etməklə,  aĢkar  edilən 
lokal  qalxımlarla  və  böyük  ərazidə  mövcud  olan  pazlaĢma  zona-
larındakı tələlərlə əlaqədar olması gözlənilir. 
Bütün  bunlara  baxmayaraq,  Kür  çökəkliyinin  ayrı-ayrı  sahə-
lərində yeni neft-qaz yataqlarının kəĢfi son dərəcə aĢağıdır. Belə ki, 
1975-ci ildə Muradxanlı, 1983-cü ildə Tərsdəllər, 1984-cü ildə Cə-
fərli yataqları açılmıĢdır. Onlarla struktur üzərində qazılmıĢ quyular 
isə  məhsuldar  olmamıĢ  və  həmin  sahələri  yeni  yataqlara  çevirə 
bilməmiĢdir.  Məsələn,  Qərbi  Qarasu,  Qaralı,  Ağaməmmədli,  Hə-
sənli,  Gödəkboz,  Duzdağ,  ġirinqum,  Əmirarx,  Babazənən,  Padar, 
Ağcabədi,  Sovetlər,  Beyləqan,  Ağgöl  və  digər  strukturlar  buna 
misal ola bilər. Bu faktlar, ümumiyyətlə geofiziki kəĢfiyyat iĢlərinə 
diqqətin  artırılmasını,  emal,  interpretasiya  üsullarının  təkmilləĢdi-
rilməsini,  yeni  texnologiyaların  tətbiqini,  çöl  iĢlərinin  aparılma 
metodikasının  dəqiqləĢdirilməsini,  gefiziki,  o  cümlədən  qravimet-
rik  və  maqnitometrik  kəĢfiyyat  üsullarının  geoloji  səmərəliliyinin 
artırılması yollarının araĢdırılmasını ön plana çəkir.    


 
28 
FƏSĠL II 
 
KÜR ÇÖKƏKLĠYĠNDƏ KƏSĠLĠġĠ TƏġKĠL EDƏN                                  
SÜXURLARIN LĠTOLOJĠ-PETROFĠZĠKĠ 
XÜSUSĠYYƏTLƏRĠ 
 
Dağlararası  Kür  çökəkliyi  sahələrində  süxurların  fiziki  xüsu-
siyyətlərinin (əsasən sıxlıq, maqnit qavrayıcılığı, məsaməliyi) öyrə-
nilməsi qazılmıĢ quyulardan çıxarılmıĢ kernlər əsasında həyata ke-
çirilmiĢ  və  bir  çox  mənbələrdə  göstərilmiĢdir (T.M.Salehli və b., 
1973, 1978, 1986) [6, 50]. 
Bu  çökəklik  müxtəlif  geotektonik  Ģəraitlərdə  inkiĢaf  etdiyin-
dən burada geniĢ çeĢiddə çökmə, vulkanik-çökmə, vulkanik və in-
truziv süxurlar kompleksinə rast gəlinir. Buna görə də, eyni forma-
siya  daxilində  müxtəlif  petrofiziki  xüsusiyyətlər  müĢahidə  olunur 
və ya müxtəlif formasiyaların petrofiziki xüsusiyyətləri eyni olur.  
Ümumiyyətlə,  regionun  geoloji  kəsiliĢində  Dördüncü  dövr-  
Yura yaĢlı süxurlar kompleksi açılmıĢ və öyrənilmiĢdir. Yura yaĢlı 
süxurlar  (vulkanogen)  Saatlı  və
 
Carlı  sahələrində,  TəbaĢir  komp-
leksi  (vulkanogen  və  çökmə)  Orta  və  AĢağı  Kür  çökəkliklərinin 
ayrı-ayrı sahələrində (Muradxanlı, Zərdab, Sovetlər, Beyləqan, Qa-
zanbulaq, Duzdağ, Qıraxkəsəmən, ġorsulu, Orta Muğan), Paleogen 
çöküntüləri  Orta  Kür  çökəkliyi
 
sahələrində,  Neogen  və  Dördüncü 
dövr çöküntüləri isə regionun bütün sahələrində rast gəlinir. 
Yevlax-Ağcabədi,  AĢağı  Kür,  ġamaxı-Qobustan  çökəkliklə-
rində, Kür-Qabırrı çaylararası vadidə, Kürdəmir-Sabirabad, Biləsu-
var-Qaradonlu  qalxım  zonasında  çoxsaylı  quyuların  qazılması  ilə 
bu sahələrin geoloji kəsiliĢini təĢkil edən süxurların litologiyası və 
fiziki xüsusiyyətləri kifayət qədər geniĢ öyrənilmiĢdir.
 
 
2.1. Yevlax-Ağcabədi çökəkliyi 
 
Bu  çökəklik  daxilində  geofiziki  üsullarla  çoxsaylı  strukturlar 
müəyyənləĢdirilmiĢ, dərin axtarıĢ-kəĢfiyyat quyuları qazılmıĢ və bir 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə