Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə14/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

 
62 
və  yeganə  hadisədi.  Doğum  haqqında  şəhadətnamə 
insanın varlığını təsdiqlədiyi kimi müstəqilliyin elanı 
da  millətin  özünütəsdiq  möhürüdü.  Yeni  doğulan 
uşaq bir ailənin, yeni yaranan millət isə bəşəriyyətin 
nemətidi...  
 
*** 
 
Münəvvər  nənəmin  xatirələrindən:  “Tiflisə  bir-
iki  il  idi  gəlmişdim.  Bir  gün  əmim  arvadı  gəldi  ki, 
bəs biri sənə elçi düşüb. Əmin razılıq vermək istəyir, 
sən  nə  deyirsən?  Şuşalıdı,  qazı  nəslindəndi,  özü  də 
varlı-hallıdı...  Gedib  gördüm  qara  bir  kişidi.  Amma 
iti,  sərt  baxışlarından  xoşum  gəldi.  Məni  teatrda  gö-
rübmüş. Zəhmli olsa da, nəzakətliydi... Nəysə, razılıq 
verdim,  sonra  məni  faytona  qoyub  gəlin  apardılar”. 
Söhbətin bu yerində qızların sualının sayı hesabı ol-
mazdı.  
Oğlanlara  isə  davalı  söhbətlər  maraqlı  idi:  “Biz 
uşaq olanda ermənilər Naxçıvanda çox türk qırıb. O 
vaxt  bizə  türk  deyirdilər. Onlar  bizi  hər  yerdə  öldü-
rürdülər. Bizim arvadların döş gilələrini kəsib sapdan 
keçirir, təsbeh kimi bizimkilərin səngərinə atırmışlar. 
Buna dözməyib irəli çıxanları da gülləylə vururmuş-
lar. Adamların belinə qaynar samovar bağlayıb qaçır-
dırmışlar”. Bu qorxunc söhbətdən sonra qan-tər için-
də  külünglə  evimizin  alt  otağına  qapı  açan  erməni 
fəhləsi Cavanşirə çay süzüb, yemək çəkəndə nənəmi 
başa  düşmürdüm.  “Sənin  kürəyinə  qaynar  samovar 
bağlayana necə çay-çörək vermək olar?” Acığımı za-


 
63 
vallı  Cavanşirin  armud  ağacının  dibində  cütlənmiş 
ayaqqabılarını islatmaqla çıxırdım...  
 
*** 
 
Münəvvər  nənəmin  xatirələrindən:  “Türklər  gə-
ləndə  Həbif  (babamın  adını  belə  çəkirdi)  dost-tanış, 
qohum-əqrəbadan  dəstə  düzəldib  onların  qabağına 
çıxıbmış. O vaxt bizimkilər vuruşmurlarmış. Yevlax-
da türk əsgərinin bir kişiyə şallaq çəkib söyməsi xə-
bəri onu da pərt edibmiş: “Kişilər bizi qorumağa gə-
lir,  biz  də  girmişik  evə”.  Beləcə  qoşulubmuş  Müsa-
vat ordusuna. Əsgəran tərəfdə dizindən yaralanıbmış. 
Yarasının  yeri  sonralar  da  göynəyirdi.  Babanız  belə 
kişi olub”. 35 il əvvəl ölən əri haqqında elə danışırdı 
ki, elə bil dünənin söhbətini edirdi. 
 
*** 
 
Yazıçı  Oleq  Volkov  1928-ci  ildə  uzaq  Solovki 
həbs düşərgəsindəki müsavatçıları belə xatırlayır: “Я 
решил  умереть,  –  твердо  сказал  нам  староста.  – 
Мы и на Соловки-то привезены с тем, чтобы по-
кончить с остатками нашей самостоятельности. В 
Баку  мы  для  них  реальные  и  опасные  противни-
ки... Но не стоит об этом. Мы и наши цели слиш-
ком  оболганы,  чтобы  я  мог  коротко  объяснить 
трагедию своего народа... – Напоследок он пошу-
тил:  –  Я  потребовал  перевода  с  острова...  в  сол-
нечную  Шемаху!  Случится  мимо  ехать  –  покло-


 
64 
нитесь  милым  моим  садам,  кипарисам,  веселым 
виноградникам... Прощайте, друзья”. 
 
*** 
 
Münəvvər  nənəmin  xatirələrindən:  “Ruslar  Mü-
savatı devirəndən sonra il ildən ağır gəldi. Babangilin 
Tiflisdə  bir  restoranı  vardı  –  “Arşın  mal  alan”.  Əl-
lərindən  aldılar.  Sonra  Şuşadakı  mülklər  də  əldən 
çıxdı.  Özünə  yer  tapmırdı.  Ordubada  –  bizimkilərin 
yanına getdik. Dükan açdı, İrandan mal gətirirdi. İş-
ləri  pis  getmirdi.  Atan  da  elə  Ordubadda  doğuldu. 
Amma  çox  çəkmədi,  burda  da  babanı  ilişdirdilər. 
Onun təzə hökumətdən zəhləsi gedirdi. Sərhədi adla-
yıb İrana, oradan da Türkiyəyə getmək istəyirdi, qə-
rara  gələ  bilmirdi.  Qayıdıb  Ağdama  gəldik.  Köhnə 
dostlar  sayəsində  özünə  iş  qurdu,  amma  fikri  köhnə 
hökumətdəydi.  Deyirdi  ki,  onlar  qalsaydı,  indi  bu 
murdarlıqlar  da  olmazdı.  Nə  orduya  yazıldı,  nə  mü-
haribəyə  getdi.  Ondan  sonra  mən  də  oğlanlarımı  rus 
ordusuna  göndərmədim.  “Voyennilər”  gələndə  atanı 
taxtapuşda gizlədirdim. Babanız bu ölkədə özünə yer 
tapmadı.  Axırda,  məni  körpə  uşaqlarla  tək  qoyub 
öldü. Çərləyib öldü. Beləcə, qara günlərimiz başladı. 
Tək qaldım. Sonra qəbrini də tapa bilmədik”. 
 
*** 
 
İki ilə yaxındı ayrı-ayrı nazirliklər, dövlət idarə-
ləri  90  yaşını  bayram  edir,  müxtəlif  tarixi  günlər 


 
65 
qeyd olunur. Bütün bunlar Azərbaycan Xalq Cümhu-
riyyətinin  yaranması  və  ondan  sonrakı  çoxsaylı  əla-
mətdar günlərlə bağlıdı. Növbə 11 yanvara çatıb.  
11 yanvar 2010-cu il Parisdə Müttəfiq Dövlətlə-
rin  Ali  Şurasının  Azərbaycan  Xalq  Cümhuriyyətini 
tanımasının 90 illiyidi.  
Bu  yazını  Cümhuriyyəti  quranlara,  onun  yolunda 
ölənlərə və onu sevənlərə bayram hədiyyəsi kimi yaz-
dım.  11  yanvar  Azərbaycan  dövlətçilik  tarixinin  Şərəf 
zirvəsidi. Sonra 28 aprel gəlir. Şanlı maydan sonra gə-
lən qara aprel!? Bütün zirvələrin o biri üzü uçurumdu. 
Bizə  zirvəylə  yanaşı  uçurum  da  qismət  imiş.  90  illik 
yubiley silsiləsi 28 aprellə bitir. Süqutun yubileyi mən-
lik deyil deyə yazını bu günə həsr etdim. 
Cümhuriyyətin süqutunun 90 illiyi. Amma o, süqu-
ta  yox,  günəş  kimi  “oğlumun  topuna”  dövrə  vurub, 
yenidən doğmağa getmişdi. Bu barədə M.Ə.Rəsulzadə 
İ.V.Stalinə  88  il  əvvəl  yazmışdı:  “За  два  года  в 
Москве я понял: восточные народы все равно обре-
тут свою независимость. Вы не добьетесь того, что 
хотите. Народы Востока будут жить так, как захот-
ят сами, а не по коммунистическим нормам и прин-
ципам”.  
11  yanvar  1920-ci  ildə  bizi  gördülər,  tanıdılar.  2 
mart  1992-ci  ildə  bütün  dünya  bizi  daha  yaxından 
görüb bir daha tanıdı. “İmzalar içində imzamız” tapıldı.  
Biz necə, özümüzü tapdıqmı?  
 
6 yanvar 2010 
 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə