Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə29/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   29

 
126 
Florensiyalı  tacir  Çertaldo  XIV  əsrin  60-cı  illə-
rində  yazırdı:  “Səni  əhatə  edənlərin  tamah  obyekti 
olduğundan öz əmlakın uğrunda mübarizə aparmalı-
san,  çünki  onu  saxlamaq  indi  azadlığı  və  ya  qadını 
qorumaqdan daha çətindir”, “Əgər xalq etiraz edirsə, 
çıxmağa tələsmə! Otur evdə, özünü elə apar ki, guya 
heç nə bilmirsən!”.
 
Onun  müasiri  Lapo  Masseyi:  “Bizim  kədərli 
dünyamızda adamların minindən doqquz yüzü məna-
sız və rəzil düşüncələrə qapılaraq qoyun kimi başını 
yerə  əyib...  Hər  kəs  acgöz,  bədbəxt,  lovğa,  paxıl  və 
yalnız  özünə  vurğundur,  əgər  başqasına  sevgisini 
söyləyirsə,  bunu  tacirlər  kimi  “Ver  mənə,  verim 
sənə” prinsipiylə edir”. 
 
Zəmanəsinin  məşhur  tacir  humanisti  Morelli: 
“Başın çıxmayan işlə məşğul olma, aldadacaqlar səni”, 
“Heç  vaxt  böyük  gəlirlərinlə,  var-dövlətinlə  öyünmə! 
Tamam əksinə, əgər 1000 florina qazanmısansa, de 500 
qazanmışam. Qazancını heç vaxt heç kimə – ən yaxın 
dostuna, qohumuna belə bildirmə. Vergilərin, xərclərin 
çoxluğundan şikayət et! Çoxlu borca girdiyini, ticarətdə 
ziyana  düşdüyünü  de!”,  “Həmişə  hakimiyyətdəkilərlə 
təmas qur, iradə və əmrlərinə tabe ol. Onların ən ağılsız 
əməllərini  belə  pisləmə;  ya  sus,  ya  da  yalnız  təriflə! 
Əgər kimsə sözarası belə onların əleyhinə danışsa, qu-
laq asma və hər vasitəylə uzaqlaş”. 
 
Sərfəli nikahı ictimai uğurun əsası sayan B.Pitti: 
“Eşidəndə  ki,  Palaco  Florensiyanın  ən  nüfuzlu  ada-
mıdır,  kimliyi  və  necəliyindən  asılı  olmayaraq  onun 
qohumlarından biriylə evlənməyə qərar verdim”. 
 


 
127 
Davam edim? Mənzərə tanış gəlir?  Sanki 1360-
cı ilin Florensiyası yox, 2010-cu ilin Bakısıdı.
 
Bəli,  dostum  oxucu!  Məhz  bu  fikirlərin  yiyələri 
XIV əsrdə İtaliyada yaranıb iki yüz il sonra Avropa-
nın  başqa  ölkələrinə  yayılan  böyük  İntibahın  vacib 
elementi kimi klassik humanizmin özülünü qoydular. 
Böyük zəka sahibi olan bu humanistlər tezliklə yaşa-
dıqları  torpağın  altında  min  ildir  qalan  antik  mədə-
niyyəti  gördülər,  yiyə  durub  ac  ehtirasla  öyrəndilər, 
dərk edib yeni can verdilər. Beləcə, dilimizə Dirçəliş 
kimi çevirdiyimiz Renessans adlı era başladı. 
 
Yuxarıdakı  sitatları  tarixin  məntiqiylə  özümüzə 
şamil  etsək,  görərik  ki,  Azərbaycan  bu  gün  özünün 
Renessansqabağı  dövrünü  yaşayır.  Kapital  da  var, 
onun  ilkin  dövrünə  xas  yeni  təfəkkür  və  ictimai 
münasibətlər də. Qəribə səslənir, elə deyilmi, dostum 
oxucu? Görürəm, gülürsən... Amma bilmək olmaz!
 
XIX əsrin ikinci yarısından ilkin kapitalist müna-
sibətlərinin ortaya çıxardığı maarifçi təbəqə sayəsin-
də formalaşan yeni ictimai şüurun yetişdirdiyi Azər-
baycan  istiqlalçıları  da  beləcə,  əvvəlcə  özlərini  ta-
nıdılar, sonra milli kimliklərinə sahib çıxdılar, milli-
mədəni  tarixin  tədqiqinə  girişdilər,  dünyanın  inkişaf 
yolunun Avropanın mədəni, hüquqi, siyasi sistemin-
dən  keçdiyini  dərk  etdilər,  yüzillərlə  formalaşmış 
beynəlmiləlçi ümmət doqmasını dağıdıb yerinə Azər-
baycan  türkü  adlı  millət  təklif  etdilər.  Azərbaycan 
Dirçəlişinin özülünü qoydular.  
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan hu-
manistlərinin Dirçəliş ərəfəsi özülqoyma hadisəsi idi! 


 
128 
Prosesi üstünü örtməklə də dayandıra bilmədilər. Ta-
rix  üçün  yetmiş  illik  örtük  toz  kimidi,  pencəyinin 
qoluyla da silərsən, gedər. 
 
Mənəvi  aşınma  dövründə  Dirçəlişdən  danışmaq 
həmişə  absurd  görünür.  Əsas  bu  deyil,  vacib  olanı 
odur  ki,  nə  vaxtsa  baş  verə  biləcək  Dirçəlişimizə 
təməlimiz var. Yanvarın 31-də baş təməlçi Məmməd 
Əmin Rəsulzadənin doğum günüdü. Martın 6-da isə 
ölümünün 55 ili tamam olur. Təməlimizə və təməlçi-
lərimizə yiyə dursaq, Dirçələcəyik.
 
Daha gülmürsən ki, dostum oxucu?! 
 
... Gərək uşaqlarıma yeni kitablar alam, yoxsa 20–
25 ildən sonra ciyərləri kitab tozuna tab gətirməz.
 
 
30 yanvar 2010 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
129 
 
Xilas missiyalı ölüm 
 
Sevdiyim neçə-neçə dostun vətənini qan gölünə çe-
virən  ötən  həftəki  Qırğızıstan  faciəsinə  sarsılmışdım. 
Özü də elə dostların ki, bu ölkə üçün canlarını verməyə 
hazır  olduqlarını  dəfələrlə  sübut  eləyiblər.  Mən  onların 
vətənlərində azadlıq ağacı əkmək üçün uzun illər iynəylə 
quyu  qazmalarının  şahidi  olmuşam.  İndi  də  onların 
qırılmış xəyal sümüklərinin xırçıltısına şahidlik edirəm.  
Qırğızıstandan  gələn  qara  xəbərin  tozanağı  çəkil-
məmiş Polşa prezidentinin ölüm sorağı duman kimi hər 
yanı sardı, bütün dünyanı şoka saldı. Təyyarəsi minlərlə 
polyak  zabitinin  uyuduğu  Katın  yaxınlığında  qəzaya 
uğradı. Prezident Lex Kaçinski 70 il əvvəl verilmiş bir 
əmrlə  qazılan  məzarlığa  gül  qoymağa  gedirdi,  canını 
qoydu.  
Bu  yazıya  başlamazdan  öncə  iki  il  əvvəl  Polşa-
dan  gətirdiyim  “Katın”  filminə  baxmışdım.  Tək-tük 
ortaq slavyan sözlərindən savayı polyakca heç nə an-
lamasam  da,  filmi  tam  başa  düşmüşdüm.  Elə  həmin 
axşam  Rusiya  telekanallarından  birində  filmə  yeni-
dən baxanda gördüm ki, mahiyyətini birinci seyrdən 
düz anlamışam. Bunun tək izahı var: sevinclər müx-
təlif, dərdlər birdillidi. 
 
*** 
Xəritədə  Katını  tapdım.  Sonra  Bişkekə  baxdım. 
Aralarında adı iri hərflərlə yazılan şəhəri gözüm aldı 
– MOSKVA...  


 
130 
*** 
 
... 2005-ci ildə bizi Lex Kaçinskiylə İrena Lasota 
tanış eləmişdi. Şəhər meriyasının düzənlədiyi sərgiyə 
biz də qatılmışdıq. Varşavanın meri prezidentliyə ən 
real namizədlərdən biriydi. Polyak dostlar ona ümid-
lə baxır, qalib gələcəyi təqdirdə Polşanın istər daxili, 
istərsə də xarici siyasətində ciddi dəyişikliklər olaca-
ğını deyirdilər. O, gülərüz, hamıyla zarafat edən, sə-
mimi  adama  bənzəyirdi.  Biz  şərqlilərdən  fərqli  ola-
raq, Qərb adamı, xüsusilə siyasətçisi daim gülümsə-
yir,  istiqanlı  görünməyə  çalışır,  ələlxüsus  da  seçki 
ərəfəsində. Siyasətçilərə skeptik yanaşmağım hələ də 
arzulanan  demokratiyanı  qura  bilmədiyimiz  post-
kommunist  ölkənin  vətəndaşı  olmağımdandı  yəqin. 
Dostlarım isə təkidlə onun fərqli bir siyasətçi, ideya 
adamı,  “Solidarnost”  dönəmindən  üzüağ  çıxmış,  bir 
sözlə,  “bizim  adam”  olduğunu  deyirdilər.  Dostlara 
inanmayıb  kimə  inanasıydım  ki?!  Həmin  il  o,  prezi-
dent seçildi, sonrakı illərdə dostların dediklərini təs-
diqləyib başlarını uca elədi.  
 
*** 
 
Avropada Polşa qədər başıbəlalı ölkə azdı. Əsr-
lər boyu  yad ordular onun üstündən Şərqdən Qərbə, 
Qərbdən  Şərqə  keçib,  parçalayıb,  bölüb,  əsarətdə 
saxlayıb,  insanlarını,  ziyalılarını  qırıb,  şəhərlərini 
yerlə-yeksan  edib.  Amma  heç  kim  polyak  ruhunu 
sındıra bilməyib, əksinə, iradəsi dəmir kimi bərkiyə-
rək  faşizmə,  kommunizmə  qarşı  mübarizənin  önünə 


 
131 
çıxıb,  neçə-neçə  xalqa  azadlıq  mayakı  olub.  Bütün 
bu  iztirablardan  sonra  insanpərvərliyini  saxlamaq 
(indi Avropa ölkələrini bürüməkdə olan ultramillətçi 
qüvvələrə  orada  rast  gəlməmişəm,  heç  eşitməmişəm 
də),  ona  zülm  edənlərə  nifrət  bəsləmədən  “Avropa 
hər iki ciyəriylə nəfəs almalıdır”  – deyən Roma Pa-
pası II Pavelin arzuları yolunda cəsarət göstərmək fe-
nomenal hadisədi, mərhəmət missiyasıdı... 
 
*** 
 
Yəqin ki, mətbuat xeyli müddət bu təyyarə qəza-
sının  min-bir  səbəbindən  yazacaq.  Elə  o  qədər  də 
şübhə  hələ  uzun  illər  ürəkləri  tərk  etməyəcək.  Dün-
yada  xeyli  sayda  “qocalmış”  şübhə  yaşayır:  Mosart 
şübhəsinin  “beli  əyilib,  çəliklə  gəzir”;  Kennedinin 
ölümü hələ “canısulu”du, Ağcanın Papaya atdığı gül-
lənin  gilizi  soyumayıb.  Birinci  Katın  şübhəsi  70  il 
çəkdi.  İkinci  Katın  üzərindən  şübhə  dumanı  70  ilə 
çəkilərmi görən?  
Rusiyalı dissident Valeriya Novodvodskaya əmin-
dir  ki,  “Lex  Kaçinski  Gürcüstana  dəstəyin,  Tbilisiyə 
edilən  qəhrəman  səfərin,  universitetlərdə  Belarus  tələ-
bələrinə yer və təqaüd ayırmağın, çeçen qaçqınlarına və 
saytlarına sığınacaq verməyin, Yaruzelskini ittiham et-
məyin,  antisovet  və  antikommunist  fəaliyyətin,  Qərb 
oriyentasiyalı olmağın, “Katın” filmi, Katınla bağlı sua-
lların və NATO-da fəallığın bədəlini ödəyir...”  
O,  hamıya  Polşanın  birləşmiş  Avropada  yerini 
göstərdi. Onun Şərqi Avropadakı status və missiyası-
nı təsdiqlətdi. 


 
132 
*** 
 
Lex Kaçinski arvadı ilə, hərbçi, siyasətçi, elm və 
mədəniyyət xadimlərindən ibarət Polşa elitasının bir 
dəstəsiylə  doğma  vətəninin  sinəsinə  çalın-çarpaz 
dağlar çəkmiş bir ölkənin meşəsində azıb qalan min-
lərlə həmvətəninin illərlə inləyən ruhunu xilas etmə-
yə getmişdi. 70 il həsrətlə qovrulan qolu kəndirli ruh-
ların azadlıq basırığının yaratdığı sevinc burulğanına 
düşməklə  onları  xilas  elədi.  Öz  ruhunu  girov  qoyub 
xalqının  vuran  qolu,  düşünən  beyni  olmuş  bir  ordu-
luq  ruhu  əsirlikdən  qurtardı.  Onları  son  200  ilin  ən 
bəxtəvər dövrünü yaşayan Polşaya yola saldı. 
... Katın yenə Rusiyanın qərbində ruhlar düşərgəsi 
olaraq qaldı. Yeni xilaskar gələnədək qalacaq da. 
 
26 aprel 2010 
 
Esse polyak dilinə tərcümə olunaraq Polşa mət-
buatında dərc edilib. 
 
 
 
 


 
133 
 
Cahillər və snoblar 
 
Özümü  cəmiyyəti  çoxrəngli  görmək  istəyən, 
onun çoxsaylı zümrələrin qarşılıqlı təması ilə inkişaf 
edə biləcəyinə inananlara aid edirəm. Belələri sosial 
təbəqələrin  bərabərhüquqlu  ünsiyyətini  quran  bu 
şərtləri  qəbul  edənlərdi:  işlək  Qanun,  hamının  əməl 
elədiyi  Qayda,  bu  qanun-qaydalarla  yaşamaq  Vərdi-
şi, cəmiyyət həyatına hakim kəsilən Ədalət və Əxlaq.  
Arzuladığımız  cəmiyyət  üçün  bunlar  yetərlidi. 
Təki hamısı cəm şəklində, birlikdə olsun, birinin, ya 
ikisinin olması kifayət eləməz, mırıq diş kimi pis gö-
rünər. Sadalanan prinsiplər bir-birinə bağlıdı. Halqa-
lardan  biri  qırılanda  zəncirin  nizamı  pozulan  kimi 
bunların da biri sıradan çıxanda digərləri kəsərini iti-
rir,  vaxtilə  təmtəraqlı  səslənən,  indisə  arxaikləşən 
sözlər təki əhəmiyyətsiz ifadəyə çevrilir. Təzəkdə sa-
ralan  samanın  nə  vaxtsa  yamyaşıl  ot  olduğunu  dü-
şünməklə saman göyərəsi deyil... 
Bir  ilməsinin  qaçmasıyla  sökülən  xalça  kimi 
dəyərlər sistemi pozulmuş cəmiyyətin sonucu belədi 
–  işləməyən  qanun,  əməl  olunmayan  qayda,  yadır-
ğanmış vərdiş, üzü sürtülmüş ədalət, pozulmuş əxlaq. 
Təsvir  eləməyə  çalışdığımız  cəmiyyət  azlaylıdı,  bu-
rada  rənglər  də  çox  deyil,  yalnız  ağ  və  qaradan  iba-
rətdi. Bu, qətiyyən o anlama gəlməsin ki, ağ yaxşını, 
qara pisi ehtiva edir. O, nağıllarda qaldı. Eyni mühit-
də  uzun  müddət  yaşasa,  ağ  qaralar,  qara  da  ağarar. 
“Atı  yan-yana  bağlasan...”  məsəlini  mən  deməmi-
şəm, müdriklər deyib.  


 
134 
Bütün  başqa  dəyərləri  bir  kənara  qoyub  cəmiy-
yətin  mənəvi  düzənindən  danışaq.  Bugünkü  mənə-
viyyat  müstəvisindəki  zümrələr  bir-birinə  qarışma-
yan iki kimyəvi məhlul kimidi. Söhbəti artıq çoxdan 
mənəvi tablomuzda başqa rəngləri udub yalnız ağ və 
qaradan ibarət öz sərhədlərini cızan iki anti-mənəvi-
dən – cahillər və snoblardan salmaq istəyirəm. 
Cahil  bərk  olmadığından  qoyduğun  yerdə  dur-
maz, aşar. O, maye də deyil, axmır. Qaz da deyil ki, 
uçub  gedə.  Bərk,  maye,  qaz  halında  olmayan  şeyə 
təbiətdə nə deyirlər, bilmirəm. Cəmiyyətdə isə bunun 
adını elə cahil bilirəm. Təmtəraqlı səslənməsinə, gö-
rüntü yaratmasına baxma, cahilə heç nə təsir eləmir, 
özü  də  kiməsə  təsir  edəsi  deyil.  Amma  mövcuddu. 
Mövcuddusa,  demək,  canlıdı,  canlıdısa,  artandı.  Bir 
şeyin artıb çoxalması üçünsə münasib şərait, münbit 
zəmin  olmalıdı.  Cahillərin  artıb  başına  götürdüyü 
mühitə isə cəhalət deyilir.  
…  Haqqında  bəhs  edəcəyim  ikinci  qrupun  adı 
snobdu.  Sürətlə  yayılır,  gərək  dilçilərimiz  bu  sözün 
qarşılığını  tapa.  “Aristokrat  cəmiyyətinin  zövq  və 
ədalarını  kor-koranə  təqlid  etməyə  çalışan  və  digər 
hər  şeyə  xor  baxan  adam”.  Lüğətdə  snob  belə  izah 
olunur.  Bir  az  sadələşdirim:  snob  mənşəyini  guya 
unudub  zahirən  zər-ziba  içində  göz  oxşayan,  ilk  nə-
fəsdə adamı az qala bihuş edən, ancaq təkrar iyləmə-
də  üfunət  qoxuyan,  yüngül  təmasda  yırtıq  tuluqdan 
axırmış kimi çirkab olub üstünə tökülən insan zümrə-
sidi.  O,  sağlam  cana  yoluxa  bilməyən  virus,  gün 
işığına  tab  gətirməyən  kif  göbələyi  kimidi.  Münbit 


 
135 
yerdə  (oxu:  xəstə  cəmiyyətdə)  isə  özünü  rahat  hiss 
edir, sərbəst dolaşır, epidemiya kimi yayılır.  
Cəmiyyət cahillər və snoblardan ibarət iki qütblü 
kimi  görünür.  Biri-birlərindən  elə  məsafədədilər  ki, 
dağ  zirvəsindən  baxırsanmış  kimi  əyilsən,  başın 
gicəllənər,  bir  şey  görməzsən.  Amma  bir-birləriylə 
təmas  qurmadığına,  ünsiyyətə  girmədiyinə  baxma. 
İkisi  də  bir  boyda,  eyni  çəkidə,  mahiyyətdədi,  “bir 
bezin qıraqları” təkidi. Onların yaşam tərzi də, həyat 
mənbəyi də eynidi. 
 
*** 
 
Hər  yerin  öz  yetirməsi  var.  Səhra  bataqlıq  gülü 
bitirməz, bataqlıq da çöllər gözəli yovşanı. Şehçiçəyi 
gözəldi.  Ləçəkləri  çəhrayı,  ortasındakı  dişiciyi  sarı, 
onu əhatəyə alan erkəkciyisə ağ rəngdə olan bu çiçək 
göz oxşayır, dərib yaxandan asarsan, sevgilinə çələng 
hörərsən. Amma bataqlıqda yetişir. Bu da onun tale-
yidi. 
Qanun,  qayda,  ədalət,  əxlaq  olmayan  yer  də  bir 
mühitdi. Burda yalnız cahillər və snoblar bitir, kökü 
dərinə işləyir, qol-budaq atır, çiçəkləyir, bar verir.  
Yerdə qalanlar solur, quruyur, çürüyür...  
Çöldə qalanlar isə boğulur, çərləyir, ölür... 
 
24 iyun 2010 
 


 
136 
 
Demokratiyanın yarımçıq 
təbəssümü 
 
Hələ  10  il  əvvəl  Varşavada  Polşanın  xarici  işlər 
naziri  Bronislav  Geremeklə  ABŞ-ın  dövlət  katibi 
Madlen Olbraytın təşəbbüsü ilə yaradılan Demokrati-
yalar  İcmasının  imzalanma  törənində  bəxtəvər-bəxtə-
vər gülümsəyib əl çalanda demokratiyanın dünya do-
lusu böyüyüb icma-icma bütün Yer üzünü tutacağına 
inanmışdım.  Bəlkə  (həm  də),  ona  görə  ki,  dünyanı 
yönləndirməyə  iddialı  dövlətin  xanım  təmsilçisinin 
mühafizəsindəki boynuyoğun, lay divar oğlanlarla ya-
naşı,  yalan  olmasın,  bir  metr  boyunda  vahiməli  itlər 
basılmaz  qoruqçu  təsiri  bağışlayırdı.  Düşünürdüm  ki, 
demokratiyalar da beləcə mühafizə olunacaq. 
İyulun əvvəlində Polşanın bu dəfə başqa  bir şə-
hərində  –  Krakovda  Demokratiyalar  İcmasının  10 
illik yubileyində iştirak edəndə ta o itləri görmədim. 
Heç  o  boynuyoğun,  lay  divar  oğlanlar  da  gözə  dəy-
mədi.  Onların  yerini  adi  mühafizəçilər  tutmuşdu. 
Baxmayaraq ki, xanım Madlen Olbrayt da orada idi, 
onun  xələfi,  indiki  dövlət  katibi  xanım  Hillari  Klin-
ton  da  gəlmişdi,  “xalqa  çağırış”  üslubunda  çıxış  da 
elədi. Maraqlı, düşündürücü, lap 10 il əvvəlki sələfi-
nin çıxışı kimi. 
 
*** 
 


 
137 
Demokratiya  münbit  olmayan  torpaqda  kövrək 
bir  ağacı  bəsləməyə  bənzər.  Köksüzdü,  gücsüzdü, 
həssasdı, qayğıya ehtiyacı var. Amma tutdumu, cücə-
rib yarpaqladımı, min-min köklü-budaqlı ağacdan da 
sevimli  olacaq.  Balasını  gec  tapan  ailənin  sevinci 
kimi. 
Demokratiya qarşılıqlı münasibətdə, daim ünsiy-
yətdə olanların harmonik davranış məkanıdı. İncəlik 
sevər, qabalıq ona yaddı. Demokratiya elə mexaniki 
düzümdü ki, iştirakçıların hamısının bu prosesdə rolu 
və  payı  var:  saat  zəngi  saatın  içindəki  irili-xırdalı 
neçə-neçə detalın bir-birinə bağlı hərəkətinin, “birgə 
əməyinin” məhsuludu, bir nəfərin qol gücü ilə hərə-
kətə gəlib çalınan kilsə zəngi deyil. 
Demokratiyanın problemi, çətinliyi ondadı ki, o, 
insanları  inandırmalıdı.  İnandırmaq  demokratiyanın 
mahiyyətindədi.  Avtoritarizm  buna  ehtiyac  duymur. 
Adamları inandırmaq aldatmaqdan çətindi. (Adamla-
rın  inanmağa  yox,  aldanmağa  meyilli  olması  başqa 
mövzudu, bunu demirəm.) Odur ki, avtoritar idarəet-
mə demokratik idarəetmədən asandı... 
 
*** 
 
Yalnız  demokratiya  sabit  inkişafa,  nəsillərdən-
nəsillərə ötürülən rifaha təminat verir. Demokratiya-
sız  bazar  iqtisadiyyatı  mümkün  deyil.  Bazar  iqtisa-
diyyatı  model  olaraq  başqa  yerlərdə  də  tətbiqə  gü-
vənli  görünməlidi.  Çinin  son  30  ildəki  nəhəng  inki-
şafı  mifdi.  Zəngin  ərəb  ölkələrinin  də  rifahı  “beli 


 
138 
bağlı”  deyil.  Çünki  model  olaraq  ixraca  yaramır. 
Azad və demokratik olmayan ölkə rifah modeli yara-
da bilməz.  
İqtisadi  inkişaf  ölkədə  urbanizasiyanı  gücləndi-
rir. Buna görə avtoritar rejimlər kənddə daha güclü-
dü.  Urbanizasiya  avtoritar  rejimləri  çökdürür.  Çinin 
qüdrətli  gələcəyi  iqtisadi  yüksəlişlə  demokratiyanın 
simbiozundan  (biologiyada  simbioz  belə  başa  düşü-
lür: iki orqanizmin bir-birindən istifadə edərək müş-
tərək yaşaması) keçir.  
 
*** 
 
Bu günün bəlası korrupsiyadı. O, artıq epidemi-
yaya  çevrilib.  Kimi  bu  xəstəliyin  daşıyıcısıdı,  kimi 
də yenicə yoluxub. Kimi epidemiyanın kənarında, ki-
mi episentrindədi, biz də elə bura yaxınıq. Korrupsi-
ya demokratiyanın düşmənidi, şoran torpaq bitkilərin 
qənimi  olan  kimi.  Demokratiyanın  kökünü  qazsa, 
korrupsiya qazacaq. 
Rusiyanın keçmiş oliqarxı, indiki siyasi məhbusu 
Mixail Xodorkovski “Vaşinqton Post” qəzetinə gön-
dərdiyi məktubunda belə yazır: “Dünya üçün təhlükə 
nüvə  müharibəsi  deyil,  korrupsiyadı.  Əgər  dünya 
korrupsiyanın  qarşısını  almasa,  korrupsiya  dünyanın 
inkişafını durduracaq”. 
Mənim qorxum da elə demokratiyanın korrupsi-
yalaşması qorxusudu...  
 
*** 


 
139 
Konfransda  neçə-neçə  ölkənin  indiki  və  keçmiş 
lideri,  dünya  çaplı  siyasətşünaslar,  iqtisadçılar,  de-
mokratiya  fədailəri  çıxış  edirdi.  Bu  çıxışlardan  son 
illər  dünya  boyu  demokratiyaya  qarşı  təhdidlərin  nə 
qədər artdığı aydın görünürdü. Mövqeyi xeyli zəiflə-
sə  də,  yenə  ümid  demokratiyayadı.  Üzü  Birmadan 
bəri,  yönü  Kubaya  qədər  danışanlara  mən  də  qulaq 
kəsilmişdim. Onlara baxıb 10 il əvvəlimi – demokra-
tiyanın  dünya  dolusu  böyüyüb  icma-icma  bütün  Yer 
üzünü  tutacağına  inandığım  vaxtı  xatırladım.  Onlar 
mənim  kimi  ümidli  görünmürdülər.  Dünyanın  ən 
qapalı  ölkələrinin  təmsilçilərinin  üzündəki  yarımçıq 
təbəssümü görəndə demokratiyanın minlərlə tərifinin 
biri də beləcə yarandı: “Demokratiya ümiddi”. 
...  Krakova  səfər  xərclərimi  Soros  Fondu  ödədi-
yindən  (sağ  olsun)  hesabat  yazmalı  idim.  Əvəzində 
bu yazı alındı... 
 
16 iyul 2010 


 
140 
 
 
 
 
 
 
 
 
 
Qazi Vahid Pərviz oğlu 
 
YADDAŞ LƏPİRLƏRİ  
Demokratiya yazıları 
 
Bakı, «MHS – poliqraf», 2011
 
 
 
 
 
 
 
 
 
Няшриййат редактору:
 
Техники редактор:  
Бядии редактор: 
Сящифяляйиъи:  
 
Суьра ОСМАНОВА 
Рауф КЯРИМОВ 
Елнур ЯЩМЯДОВ 
Сядагят КЯРИМОВА 
 
Йыьылмаьа верилмишдир: 28.06.2011. 
Чапа имзаланмышдыр: 12.07.2011. 
Няшрин юлчцсц

57х82 1/16.  
Физики чап вяряги: 8,75.  
Сифариш: 16.
 
Сайы: 500 ядяд.
 
Мцгавиля гиймяти иля. 
 
 
 
 
 
Bak
ı
, Az1122, 
Zərdabi
 pr. 78 
Т
el: (+994 12) 433 86 01 
Mob.: (+994 50) 230 99 20, (+994 70) 290 15 05 
Е
-
poçtu
: mhs.poligraf@gmail.com
 

Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə