Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə4/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   29

 
20 
yildim. O vaxtlar bizdə belə bir infantil əminlik vardı 
ki, dünyanın diqqəti Balkanlardadı, burada müharibə 
ocağını söndürsünlər, Qarabağa növbə bundan sonra 
çatacaq.  İndi  artıq  oranın  məsələsini  çoxdan  həll 
ediblər,  başqa  problemlər  də  yoluna  qoyulub  .  Bircə 
bizə  növbə  çatmır.  1967-ci  ildən  Bakının  “26  Bakı 
komissarı” rayonunda mənzil növbəsinə duran və bu-
günədək ümidini itirməyən bir qoca tanışım kimi biz 
də hələ növbəmizi gözləyirik.  
Deyəsən, növbəmiz çatır axı?! 
 
*** 
 
1997-ci  ilin  ilıq  oktyabr  günləri  idi.  Beynəlxalq 
Plüralizm  Mərkəzləri  Şəbəkəsinin  növbəti  konfran-
sında  iştirak  etmək  üçün  Bosniyanın  Tuzla  şəhərinə 
gedirdim.  Beynəlxalq  aeroport  paytaxt  Sarayevo  şə-
hərində  yerləşdiyindən  bütün  konfrans  iştirakçıları 
burada toplaşıb avtobuslarla Tuzlaya getməliydi. Elə 
də çox gözləməli olmadıq, son təyyarə enən kimi yo-
la  düşdük.  O  günlərdən  yadımda  qalanlar  kifayətdir 
ki,  insan  vəhşiliyinin  “yaratdıqları”  haqda  gördüklə-
rimi və həyatımda ən böyük dozada aldığım adrenali-
ni – duyduğum Qorxunu, indi qısaca da olsa, anlada 
bilim.  
…  Avtobusdakı,  dünyanın  dörd  bir  tərəfindən 
gələn  insanların  heyrət  dolu  baxışlarını  unutmaq 
mümkün deyil. Sarayevo–Tuzla yolunda gördükləri-
mizin  bir  nidası  vardı:  HEYRƏT!  Nə qədər  yol  gəl-
diyimizi hələ bilmirdik – 50–100 kilometr… İlahi, bu 


 
21 
qədər  yolda  bir  salamat  ev  yox  idi!  Yanıb  dağılan 
evlərin divarlarında müxtəlif işarələr vardı. Bizə izah 
etdilər bu işarələrin mənasını. Serblər müsəlmanların 
yaşadıqları evləri əvvəlcədən işarələyirmişlər ki, han-
sı  evi  dağıtmaq,  qarət  etmək  və  sakinlərini  öldür-
məyin lazım olduğunu bilsinlər. Səhv salmasınlar…  
Serb evlərini də sonra müsəlmanlar dağıtmışdı. 
Konfransın Tuzlada keçirilməsinin bir rəmzi an-
lamı da vardı. Tuzlada serblər, xorvatlar, müsəlman-
lar  və  başqa  etnik  xalqlar  birgə  yaşayırdılar.  Bura 
Bosniyanın  yeganə  şəhəriydi  ki,  millətlər  bir-birinə 
güllə atmamışdılar. Tuzlalılar bununla fəxr edirdilər. 
Bu, ilk növbədə şəhər meri Səlim bəy Beşlagicin xid-
məti  hesab  olunurdu.  Hətta  onun  namizədliyi  Nobel 
sülh  mükafatına  irəli  sürülmüşdü.  Nəysə,  bunları 
sonra biləcəkdik. Hələliksə yoldayıq. 
Avtobuslar  yolun  təxminən  yarısında,  xeyli  yük-
səklikdəki meşədə dayandı. On kilometrlərlə uzanan bu 
ensiz dağ yollarında rahat dayanacaq yeri tapmaq o qə-
dər də asan deyildi.  Konfrans nümayəndələri avtobus-
lardan düşüb meşənin oksigen dolu havasını ciyərlərinə 
çəkir, gərnəşir, əsnəyir, bir sözlə, qırışıqlarını açırdılar. 
Özlərini meşəyə verənlər də az deyildi. Hərə bu bir ne-
çə dəqiqəlik istirahətdən ehtiyacına uyğun yararlanırdı. 
Mən də meşəyə üz tutmuşdum. Meşə mənim ya-
ralı  yerimdi.  Onun  özünəməxsus  aurası  var.  Bura 
həm  də  təbiətdə  ilk  formalaşan  cəmiyyətdi,  canlıdı, 
nəfəs alır, danışır, onun sakinləri dörd bir yana hərə-
kətdədi  – ağacları  yerin  və  göyün  dərinliklərinə,  sa-
kinləri isə bütün coğrafi səmtlərə doğru.  


 
22 
“Deyəsən,  çox  uzağa  gəldim”.  Arxaya  baxıram. 
150–200 metrədək meşə boyu dərəyə düşmüşəm.  
Buralara  bir  milyonadək  mina  basdırılıb!  Qəfil 
beynimin damarlarını yarıb keçdi bu fikir. Bədənim-
də qanın bir anda buzladığını, sonra bu buzun tədri-
cən əridiyini, əriməkdə olan qan buzlarının bir-birinə 
dəyib çıxardığı ürpədici səsləri apaydın eşidirdim.  
Bu  xəbəri  hələ  Bosniyaya  gəlməmişdən  əvvəl 
qəzetlərdən  oxumuşdum.  Qanımın  donu  açılırdı, 
ayaqlarımın  qıcı  isə  yox.  “Necə  yəni,  o  bir  milyon 
minanın  bircə  dənəsi  burada  deyil?”  Yupyumru  bir 
minanın  üstündə  durmuşdum.  Bir  balaca  tərpən,  cə-
hənnəmə vasil ol! Həyat, doğrudan da, bir andan iba-
rətdir. Bütün həyat bir anın içinə necə sığmışdı? Kip-
riklərimə  toxunub,  lap  burnumun  ucundan  sivişib 
keçdi  bütöv  bir  həyat,  meşənin  dərinliyindən  gələn 
sarımtıl  kəpənək  kimi.  “Əlvida,  həyat.  Hələlik,  ata, 
ana. Bağışla, hələ dünyaya gəlməyən körpəm” – be-
ləcə, həyat iynə deşiyi boyda nöqtədən keçib getdi… 
və mən ayıldım. Ayılıb gördüm ki, həminki meşədi. 
Minalar  var,  mütləq  var,  bir  Allah  bilir  hardadı,  bir 
də onları basdıranlar. Ümid qalır Allaha. Bir O bilir 
minaların  yerini.  Məni  yalnız  O  sağ  çıxara  bilər  bu 
mina labirintindən.  
Geriyə  baxıb,  gəldiyim  yolu  axtarıram.  Yol  nə 
gəzir? Mən ki, cığırla, yolla gəlməmişəm. Yalnız təx-
mini  səmti  tutub  qayıda  bilərəm.  Bir…  iki  …  üç... 
Yox, belə olmaz. Bura Bakı bulvarı deyil, belə yeri-
mək olmaz. Kinolarda baxmamısan, gözlə görünmə-
yən tük kimi nazik məftillərə? Minalar bir-birinə bu 


 
23 
məftillərlə bağlanır. Ayağına ilişsə, vəssalam. “Bu nə 
işdir  düşdüm?  Bəlkə,  avtobusdakıları  köməyə  çağı-
rım? Yox! Ayıbdır! Yüz adamın içində tək azərbay-
canlı olasan, özün də qorxasan. Hər şey cəhənnəmə, 
bir o qalıb erməniləri özümə güldürüm. Hələ ameri-
kalı, avropalı qızları demirəm. Yox, ölsəm də, çağır-
maram” – cürətlənirəm. 
Ayaqlarımı  dizim  hündürlüyündə  qaldıraraq  irəli-
ləyirəm.  Dörd…  beş…  Onuncu  addım.  “Dayan!  Axı 
məftillər  yalnız  yerlə çəkilmir, o, adam boyu istənilən 
hündürlükdə  ola  bilər.  Əlbəttə,  niyə  də  yox”  –  indi 
ayaqlarım kimi əllərim də kor adam təki havada boşluq 
əlləyir, yaltaq məmur kimi rəhbər yola salır. Mən belə 
halımla əlahəzrət minaya yaltaqlanmırammı?! 
“Gör bir gəlib harda ölürsən... Camaat nə deyə-
cək?  Qarabağda  ölmədi,  gedib  Bosniyada  minaya 
düşdü.  Allahım,  sən  məni  bu  biabırçılıqdan  qurtar. 
Əcəlimi  elə  Qarabağda  verərdin…  Bağışlayın  məni, 
dayıoğlu  Anar,  mamaoğlu  Eldəniz.  Sizinlə  birgə  ölə 
bilmədim. Bu da mənim qismətimmiş…” 
Sabah dünya qəzetləri yazacaq ki, Bosniyada bey-
nəlxalq konfrans iştirakçısı, dinc sakin minanın qurbanı 
olub. Hamı müharibə tərəfdarlarını lənətləyəcək. BMT 
minaların təmizlənməsi işini sürətləndirmək üçün əlavə 
pul  ayıracaq.  Pis  deyil,  ölümüm  nəyəsə  yarıya  bilər. 
Dünyanın  diqqəti  bu  yazıq  ölkəyə,  onun  bu  gözəl 
torpaqlarına basdırılmış bir milyon minaya yönələ bilər. 
Amma yooox!!! Mən ölmək istəmirəm. Mən yaşamalı-
yam.  Və  bu  dərədən  tez  çıxmalıyam.  Lənətə  gəlsin 
BMT də, ATƏT də, elə bu saat onlar çatmırdı! 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə