Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə5/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   29

 
24 
Bədənimdə  bütün  maddələr  adrenalinə  çevril-
mişdi  ki…  aha,  budur,  avtobuslar!  Şükür  sənin  bö-
yüklüyünə,  Allahım!  Sənə  inanmayan  kafirdi.  Artıq 
yola çatmağıma üç-beş ağac qalıb…  
İnsanlar  gülür,  danışır.  Həyat,  doğrudan  da,  gö-
zəldi. Ölmədim. “Salam, ata, ana, hələ dünyaya gəl-
məyən  körpəm!” Elə  bu  vaxt  saqqallı,  uzun  saçı ar-
xadan  “at  quyruğu”  yığılmış,  qulağı  sırğalı  biri  ya-
nımdan keçib meşəyə doğru getdi. “Ey, tuda nelzya, 
tam  minı!!!”  dedim.  “Seryozna?”  “Tı  ne  çital,  çto 
zdes  milyon  min  zakapali?”  – boğazımın  quruduğu-
nu,  dilimin  damağıma  yapışdığını  indi  hiss  elədim. 
Onun  meşəyə  niyə  getdiyini  öz  təcrübəmdən  bilir-
dim. Vacib məsələ idi, amma getmədi, qayıdıb avto-
busa mindi, dözüb oturdu. 
Səhəri  gün  konfransda  bildim  ki,  bu  sırğalı  kişi 
erməni  hüquq  müdafiəçisi  Mikael  Danielyan  imiş. 
Bax, mən bir ermənini beləcə “xilas” etdim. Xilas et-
məyinə  dəyərmiş,  çünki  onu  uzun  illər  öz  ölkəsində 
döyüb təqib edirlər, həm də “Mı zaxvatili ix zemlyu” 
dediyinə görə. 
 
*** 
 
Belə  baxıram,  deyəsən,  dövran  yenə  tərsinə  fır-
lanmağa başlayır. Daha erməni öldürmək yox, ermə-
ni  xilas  etmək  gündəmi  tutacaq.  Kampaniyaçılıqda 
isə  bizə  çatan  olmaz.  Hələ  2007-ci  ilin  fevralında 
“Susmaq hüququ” adlı məqaləmdə yazmışdım ki, sa-
bah  Qarabağ  məsələsinin  kompromis  yolla  həlli 


 
25 
“məsləhət”  bilinsə,  kamera  qarşısında  növbəyə  dü-
zülmək  uğrunda  daxili  savaş  başlayacaq.  Deyəsən, 
mənim bu lənətə gəlmiş gümanım doğrula bilər, axı! 
Xilaskar olmaq savab işdir, düşməni də xilas et-
mək olar. Amma mən birinci Qarabağın xilaskarı ol-
maq istəyirəm. Bəlkə də, Allah Bosniya meşələrində-
ki dualarımı eşidib məni Qarabağ meşələri üçün sağ 
saxlayıb. Allah böyük və ədalətlidir! 
… Qulağımı isə hələ partlayacaq minaların, istər 
torpaqaltı, istər sətiraltı serenadası deşir.  
Gəlin tutun qulaqlarımı… 
 
15 iyul 2009 
 
 
 
 


 
26 
 
Qəmli gözlərin süitasi 
 
Analar  inciməsin,  məncə,  oğul  nigarançılığı  çəkən 
qəmli ata gözlərindən təsirli heç nə yoxdu bu dünyada. 
Belə bir kədər yüklü GÖZLƏRlə rastlaşdım o gün... 
 
*** 
 
“Mən  həmişə  ağdərililərin  də,  qaradərililərin  də 
zorakı hökmranlığına qarşı mübarizə aparmışam. Bü-
tün insanların birlikdə, harmoniyada yaşayacaqları və 
bərabər imkanlara malik olacaqları demokratik, azad 
bir cəmiyyətin qurulması xəyalları ilə yaşamışam. Bu 
xəyalları  gerçəkləşdirmək  həyatımın  mənasını  təşkil 
edir.  Və  əgər  lazım  gələrsə,  onlar  uğrunda  ölməyə 
belə hazıram”.  
Böyük azadlıq carçısı Nelson Mandelanın sözləri-
di.  Bu  sözlərin  arxasında  29  illik  həbsxana  həyatı,  bu 
həyatın içində dəmir insan iradəsi, bu iradənin qarşısın-
da məqsədyönlü uzun mübarizə  yolu və bu mübarizə-
nin sonunda azad ölkənin məğrur prezidenti dayanır.  
CAR-ın prezidenti kimi Mandela, andını bu söz-
lərlə  bitirir:  “Bu  gözəl  ölkə  bir  də  heç  zaman,  heç 
vaxt insanların bir-birinə işgəncə verdiyi, bütün dün-
yada nifrətlə anılan bir yer olmayacaq.”  
 
*** 
 
...  2004-cü  ilin  fevralında  Bakının  soyuq  qışın-
dan ayrılıb dünyanın o başına – isti Afrikanın yayına 


 
27 
gedirdim.  Demokratiya  Uğrunda  Dünya  Hərəkatı 
dünyanın  dörd  bir  tərəfindən  yüzlərlə  demokratiya 
fəalını  Cənubi  Afrika  Respublikasının  Durban  şəhə-
rində  keçirilən  Üçüncü  Assambleyasına  toplamışdı. 
Başqa bir dünyaya düşmüşdüm: ekvatorun o üzü, xəri-
tənin dibi, fərqli adamlar, ağaclar və dalğalar ölkəsi. 
Səfər hazırlığı günlərində az-çox məlumat topla-
mışdım  bu  ölkə  barədə.  Onun  xalqları,  xüsusilə  zu-
lusların məşəqqətli taleyi, tarixin ən üzüqara rejimlə-
rindən  olan  aparteid  və  onun  onilliklər  boyu  yerli 
xalqları  ölkənin  yalnız  12  faiz  ərazisini  təşkil  edən 
xüsusi  rezervasiyalarda  (Şimali  Amerikada,  Cənubi 
Afrikada və Avstraliyada imperialistlərin yerli tayfa-
ları zorla yerləşdirdikləri pis yerlər – lüğətdən götür-
müşəm) yaşamağa məhkum edən seqreqasiya (zənci-
lərin ağlarla bir evdə, hətta şəhərin bir hissəsində ya-
şamalarına, ağların olduğu yerə gəlmələrinə icazə ve-
rilməməsindən  və  s.  ibarət  irqçilik  siyasəti  –  bu  da 
lüğətdəndi) siyasəti və başqa səthi bilgilərim vardı.  
Bu ölkədə hər üç nəfərdən birinin “SPİD” olma-
sından da xəbərdar idim. Qarşılaşdığım hər üç adam-
dan birinin QİÇS daşıyıcısı olduğunu təsəvvür edən-
də  indi  də  qarışıq  hislər  bürüyür  canımı.  Hər  halda 
vərdiş etmədiyim mənzərəydi.  
Elə ilk gündən tədbir iştirakçıları şəhərə tək çıx-
mamaq,  qiymətli  əşyaları,  hətta  hotel  otaqlarındakı 
seyflərdə saxlamamaq və s. barədə zəruri xəbərdarlıq 
almışdılar.  Deyilənləri  ciddiyə  almayanlar  şəhərdən 
ya  telefonsuz,  ya  da  fotoaparatsız,  gah  gözünün  altı 


 
28 
“bandajlı”, gah da ayağını çəkə-çəkə, biri pencəksiz, 
digəri papaqsız qayıdırdı.  
Bəli,  bura  demokratiyanın  yenicə  qurulmağa  baş-
ladığı “hirsli” qara insanlar ölkəsiydi. Mən heç vaxt bu 
qədər  aqressiv  insanı  belə  cəm  görməmişdim.  Onlar 
onilliklərin,  yüzilliklərin  acısını,  ağrısını,  hirsini  ağlar-
dan  belə  çıxarırdılar.  CAR  küçə  cinayətlərinin  sayına 
görə  dünyada  liderdi.  Mənə  inanmayanlar  gələn  yay 
futbol üzrə dünya çempionatını gözləsin... 
 
*** 
 
– Gedək çimək! Şıxov plyajı deyil e, Hind okea-
nıdı,  dalğaların  hündürlüyünə  bax!  –  deyəndə  onun 
GÖZLƏRİ atəş saçırdı. 
– Sabah çimərik, gəl gedək şəhəri gəzək, – dedim.  
– Nu, ladno, poydyom, ne boişsya? 
Cavaba  ehtiyac  qalmadı,  piyada  düşdük  şəhərin 
canına.  Yaşıllığı  bol,  küçələri  təmiz,  binaları  gözəl, 
dükanları  dolu,  insanları  sərbəst  –  kişiləri  arxayın, 
qadınları mehriban.  
“Bəs  deyirlər,  burda  adamı  soyurlar?”  Həmsöh-
bətimin informasiya ilə zəngin, hərdən fəlsəfi, hərdən 
də məzəli söhbətinə qulaq kəsilərək Durbanın dərin-
liklərinə  necə  gəldiyimdən  xəbər  tutmadım.  Çox-
mərtəbəli  evlərin  sıralandığı  uzun  küçə  ilə  gedirdik. 
Sanki  epidemiya  səbəbindən  boşaldılıbmış  kimi  bu 
böyüklükdə  küçədə  ins-cins  yox  idi.  Avtobus  daya-
nacağının  yaxınlığında  meyvə-tərəvəz  satan  kök  qa-
dından savayı.  
– Manqo alım, yeyək?  


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə