Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə6/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   29

 
29 
– Pis olmaz, – dedim.  
Dostum “Təzə bazar”da armudun qiymətini soruş-
urmuş  kimi  barmağını  manqoya  uzadıb  qara,  yekəpər 
qadına müraciət elədi, təbii ki, bakılı ləhcəsiylə:  
– How much this one?  
İlahi,  bu  nə  səs  idi  çıxdı  qadından!..  Sifətindən 
bədheybətlik yağan satıcı bizə baxıb xortdan görürmüş 
kimi başını tutub qaçdı. Meyvə arabasını da qoyub, çox 
güman  ki,  bizi  Afrika  cəngəlliklərindəki  ləhcələrin  bi-
riylə söyə-söyə binanın tinində qeyb oldu. Küçənin va-
himəli  sükutu  çox  çəkmədi.  Binaların  arasından  qara-
qura uşaqlar ikibir, üçbir çıxıb bizə doğru gəlməyə baş-
ladılar. Hər şey aydındı, pis yerdə axşamladıq… 
– Belə yerdə bilirsən Koroğlu nə deyib? – silah-
daşım dilləndi.  
– Deyirsən, qaçaq? Bu uşaqlarla ayaqlaşa bilmə-
rik. Ağsaqqalsan da, dur qabağa.  
–  Pulun  hamısını  götürmüsən  özünlə?  Qorxma, 
mən onlarla danışaram.  
–  Sən  danışarsan  ey,  onlar  danışmayacaq.  Dö-
yüb, biabır edəcəklər bizi.  
Bütün  pis  variantları  gözümüzün  qabağına  gəti-
rib  artıq  iyirmi  nəfərə  çatmış  dəstənin  qabağına  rus 
tanklarının  qarşısına  çıxırmış  kimi  çıxdıq.  Qərara 
gəldim  ki,  döyüşsüz  təslim  olum,  nə  istəyirlərsə  ve-
rim,  təki  hotelə  sifəti  “bandajlı”  qayıtmayım.  Alın-
masa,  gərək  sifətimi  qoruyam,  başqa  yerə  nə  qədər 
istəyirlər, döşəsinlər, daha öldürməyəcəklər ki.  
Yəqin,  dostumun  da  qərarı  beləymiş.  Amma 
ümid üzülməz, elə “soyulmağa” hazırlaşırdıq ki, tin-


 
30 
dən  uzun  bir  avtobus  burulub  dayanacaqda  saxladı. 
İnanmaram  ki,  qədim  Yunanıstanın  olimpiya  qaça-
ğanları bizimlə ayaqlaşa bilərdilər...  
Bir  neçə  dəqiqədən  sonra  avtobus  sürücüsünün 
atasına rəhmət diləyirdik.  
GÖZLƏR sevincdən çiçəkləmişdilər.  
–  Belə  bir  quldurxanada  Mandela,  Qandi  kimi 
humanistlər necə yetişib?  
Ağsaqqal  demokrat  dostum  mənim  bu  ritorik 
sualıma  yolboyu  çox  maraqlı  cavablar  verdi.  O, 
insanların əsrlərlə apardığı azadlıq mücadiləsi, əzilən 
xalqlar,  onların  liderləri,  demokratiya,  liberalizm  və 
onun  tarixi,  ümumiyyətlə,  bəşəriyyətin  inkişafında 
əsl demokrat şəxsiyyətlərin rolunu özünəməxsus jest-
lərlə ərz eləyirdi.  
Hotelə çatanda zarafatından da qalmadı: 
– Sən bildin də o arvad bizi görən kimi niyə qaçdı? 
– Yoox, niyə qaçdı ki?..  
–  Sifətimizə  baxan  kimi  bilmişdi  ki,  Azərbay-
candan gəlmişik, – GÖZLƏR şeytanvari gülürdü. 
Növbəti  günün  axşamı  dostumdan  daha  orijinal 
təklif gəldi. Yerli xuliqanlara və dünənki qara uşaqla-
ra etiraz əlaməti olaraq kazinoya, özü də piyada get-
məyə  qərar  verdik.  Hoteldə  hamı  yaxınlıqdakı  kazi-
nonun əzəmətindən danışırdı. Biz də gedib baxmağı, 
hələ bir şansımızı sınamağı da düşünürdük.  
Bu dəfə, həqiqətən, qorxmurduq, çox da qaranlıq 
düşmüşdü.  Yaxın  deyilən  yol  bir  kilometrdən  çox 
uzandı.  Və  biz  dostumun  “demokratiyanın  uzun  və 
məşəqqətli yollarına” bənzətdiyi məsafəni qəhrəman-


 
31 
casına qət etdik. “Şəhər uşağı” olmasına rəğmən yol 
yoldaşım qətiyyən qorxaq deyilmiş. 
Kazino deyilən yer bizim Əl Oyunları Sarayımız 
boyda iki ayrı nəhəng zaldan ibarət idi. Birində siqa-
ret çəkənlər, digərində çəkməyənlər şanslarını yoxla-
yırdılar.  Sözləşdik  ki,  adama maksimum  50–60  dol-
larlıq  (udsaq  da,  uduzsaq  da,  olanı  budu)  jeton  alıb 
bəxtimizi sınayaq.  
Kazinodaşım “ruletkanı” seçdi.  
–  Buna  böyük  pul  lazımdı,  tez  uduzub  çıxacaq-
san, – deyib oyun avtomatları olan cərgəyə keçdim.  
Bəxtim  gətirirdi.  Kazinodaşım  isə  ayrılmağı-
mızdan 15 dəqiqə keçməmiş qayıtdı. Uduzmuşdu. 
–  Hakimiyyəti  də  belə  tez  uduzdunuz  ey!  – 
yerində, amma amansız və çox pis zarafat elədim.  
– Neyləyək, ay brat, belə oldu də, – əlini yellədi.  
Özünü  laqeyd  aparmağa  çalışdı,  amma  GÖZ-
LƏRindəki  pərtlik  gözümü  deşirdi.  Avtomatdan  tö-
külən  jetonların  səsindən  xüsusi  zövq  ala-ala  udluq 
pula aldığım “Amstel”dən içir, “Marlboro”dan dərin 
qullab vururdum. 
– “Udmusan, dur, sonra uduzacaqsan”, – qulağı-
ma çox məxfi bir söz deyirmiş kimi pıçıldadı, sonra 
əllərinin ikisini də cinsinin ciblərinə dürtüb, çiyinlə-
rini çəkə-çəkə oyun avtomatları arasında gözdən itdi. 
Bir xeyli sonra qayıdanda mənim tamam “müflis” ol-
duğumu görüb acı-acı güldü:  
–  Dedim  axı,  uzatma!  –  Məndən  fərqli  olaraq 
amansız və pis zarafat eləmədi. 
 
 


 
32 
*** 
 
1996-cı il idi. “İnam” Plüralizm Mərkəzi fəaliy-
yətinə  təzə-təzə  güc  verirdi,  çoxsaylı  layihələr,  təd-
birlər, səfərlər...  
Bir gün məni heyrətləndirəcək dərəcədə çox tele-
fon pulu gəldi, gözüm kəlləmə çıxmışdı. Dollar hesa-
bıyla  80  dollaracan  pul  idi.  Ola  bilməz  axı!  Bizim 
aylıq telefon xərcimiz 20–25 dollar civarında olurdu.  
Getdim ATS-ə yoxlatdırdım, mənə danışdığımız 
telefonların  nömrələri  olan  siyahı  verdilər.  ABŞ-ın 
hansı şəhəriyləsə 56 dollarlıq danışılıb. Mümkün de-
yil!  İşdəkiləri,  ofisə  gedib-gələnləri  bir-birinə  vur-
dum. Heç kim boynuna almadı.  
“Aztelekom”, Rabitə Nazirliyi, çoxsaylı məmurlar 
ordusu  ilə  günlərlə  çənə  vurdum.  Komissiya  göndər-
dilər,  gəlib  kabelləri  yoxladı.  Kimin  əməli  olduğunu 
ayırd edə bilmədilər. Qonşuların bizim kabelə qoşulub 
istifadə etmə ehtimalını da nəzərdən keçirdilər.  
Heç nəyə yaramayıb çıxıb getdilər. Mənim məh-
kəməylə hədələrimin də xeyri olmadı. Qışqırıb-bağı-
rıb  sakitləşdim  və  gedib  pulu  ödədim.  Əvvəldən  də 
zəhləm gedən qonşuya daha heç salam da vermirdim. 
Şübhələnməyə ondan yaxşı obyekt yox idi. 
Baiskarı  iki  aydan  sonra  tapdım.  Nyu-Yorkdan, 
Kolumbiya Universitetindən bildiriş gəlmişdi. Mister 
Hikmət Hacızadə bu universitetdə insan hüquqları və 
din mövzusunda tədqiqat aparacaqmış. 
–  Tapdım!  –  ofisdəkilərə  sanki  çoxdan  gözlədi-
yim  şad  xəbəri  deyirdim.  Əlbəttə,  onun  11  səhifəlik 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə