Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə7/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   29

 
33 
anketini Nyu-Yorka faksla göndərmişdik, özü də çat-
dığına əmin olmaq üçün bir neçə dəfə.  
Bilmirdim sevinim, ya pərt olum – iki hissin arasın-
da  qalmışdım.  Hər  halda  növbəti  gündən  əvvəldən  də 
xoşum gəlməyən qonşuma salam verməyə başladım.  
Nyu-Yorka  gedən  dostum  isə  yerə-göyə  sığmır-
dı, GÖZLƏRİNDƏ sevinc Luis Armstronqun “What 
a Wonderful World” mahnısını oxuyurdu. 
 
*** 
 
Analar  inciməsin,  məncə,  oğul  nigarançılığı  çə-
kən  qəmli  ata  gözlərindən  təsirli  heç  nə  yoxdu  bu 
dünyada.  Mən  belə  bir  qəm  yüklü  GÖZLƏRlə  rast-
laşdım o gün...  
Məhkəmənin  qarşısında  səkidə  oturub  siqaretin 
acısını  sümürürdü  ciyərinə.  Kədər  GÖZLƏRinin  ən 
dərin və hündür yerində bardaş qurub uzun müddətə 
gələn çağırılmayan qonaq kimi ərklə oturmuşdu. Bir 
anda bu GÖZLƏRin Durbanda bərq vurmasını, Nyu-
York  ərəfəsində  çiçəkləməsini  xatırladım  və  beləcə 
bu yazı əmələ gəldi.  
Hamı kimi o da məhkəmənin qərarını gözləyirdi. 
Oğlu  da  özü  kimi  uzun,  çox  uzun  yolun  yolçusuy-
muş. Bu yolun məhkəmə aşırımını keçirmiş o gün...  
Eh, yoluna hələ nə qədər dağ, çay, dərə çıxacaq, 
neçə qaçaq-quldur, qurd-canavar görəcəksən... 
Cəmi  bir  neçə  həftə  əvvəl  FACE  klubda  bir  qrup 
gənclə  son  illər  ən  çox  sevdiyim  filmə  –  almanların 
çəkdiyi  “Başqaların  həyatı“na  (“The  life  of  others”) 
baxırdım. Rəşad Şirinov çağırmışdı. Emin Milliylə də o 


 
34 
tanış elədi məni. Yəqin, Adnan da oradaydı, bilmədim. 
Mən  bu  filmə  yox  (onu  dəfələrlə  görmüşdüm),  filmə 
gəncliyimizin  reaksiyasına  baxmağa  getmişdim.  Onlar 
da filmin qəhrəmanı kimi başqalarının həyatına biganə-
yə  oxşamırdılar.  Sevinmişdim,  kommunist  xofundan 
uzaq, sərbəst gəncliyimiz var deyə...  
Əlbəttə, zaman bütün bağlı qapıları açır, məhbus-
lar  da  beləcə  azadlığa  çıxır.  Mustafa  Cəmilov  17  il 
məhbəs həyatından sonra Krım tatarlarının lideri kimi 
Ukrayna  Radasında  oturmadımı,  Mandela  29  illik 
zindan  yolu  keçib  prezident  kürsüsünə  qalxmadımı?! 
Bu, uzun, çox uzun yolu oğluna sən tanıtmadınmı? 
...  Elə  bu  sözləri  də  sən  yazmamışdınmı  10  il 
əvvəl: “Taleyini öz əlinə almaq, öz həyatında kəskin 
dönüş yaratmaq keçmiş sovet adamı üçün böyük sar-
sıntı,  postsovet  Azərbaycanında  həyata  qədəm  qoy-
muş gənc üçünsə adi bir hərəkətdir”. 
Oğlun azad olacaq, əlbəttə. Onda GÖZLƏRində ən 
hündür yerdə bardaş qurub oturan Kədərin gözləri Se-
vincin al şəfəqlərindən kor olacaq və Durbanda bizi gö-
rüb qorxan satıcı qadın kimi başını tutub qaçacaq.  
...  Bax  onda,  GÖZLƏRin  bir  də  çiçəkləyəndə 
“İnam”ın 56 dollarını qaytararsan, faksımız xarab olub. 
 
19 iyul 2009 
 


 
35 
 
Açılmayan süfrənin qonağı 
 
Əsgəran-Xocalı  yolundan  sağa,  Şimal-Qərbə  üz 
tutub  Kolatağ,  Dovşanlı  kəndlərinin  yaxınlığından 
ötüb,  Saraysuyu  və  Xaçın  çaylarını  keçib  Vəngdə 
Gəncəsər  alban  kilsəsinə  baş  çəkməyi  Dağlıq  Qara-
bağa gedən çexiyalı jurnalist dostuma tövsiyə edəndə 
onun  bu  çətin  yolu  qət  edəcəyinə  və  hətta  “Boz 
dağlar qurtaran yer” adlı məqalə yazıb, fotolar çəkib 
göndərəcəyinə inamım az idi.  
Çex dissidenti, məşhur “Xartiya 77” hərəkatının 
fəalı, keçmiş siyasi məhbus, Vaslav Havel hökuməti-
nin  ilk  daxili  işlər  komendantı,  jurnalist,  tərcüməçi 
və  nəhayət  beş  uşaq  anası  Petruşka  Şustrova  bu  ya-
xınlarda – Türkiyə, Ermənistan, Azərbaycan münasi-
bətlərində  yeniliklər  dolu  indiki  gərgin  bir  vaxtda  – 
Dağlıq Qarabağa səfər etdi. Azərbaycanın qalan his-
səsində olmuşdu, Qarabağı da gördü, Ermənistana da 
baş çəkdi. Çox yerləri gəzdi, çox adamlarla görüşdü, 
çox süfrələrin qonağı oldu.  
Elə bu yazı da məhz  “Qarabağ”, “süfrə”, “bələ-
diyyə seçkisi” kimi beynimdə əks-səda yaradan söz-
lərin  konqlomerat  birləşməsindən  yarandı  (konqlo-
merat - müxtəlif şeylərin və hissələrin nizamsız yığı-
nı, birləşməsi deməkdi. Mənim bu sözün taqqıltısın-
dan xoşum gəlir).  
Sərkisyan  üçün  açılan  şahanə  süfrəyə  qoyulan 
Gül  qoxulu  yeməklər  “süfrə”ni  bir  mövzu  kimi  nə 
qədər maraqlı eləsə də, 10 il əvvəl ilk bələdiyyə seç-


 
36 
kimizi  müşahidə  edən  xanım  Şustrovaya  seçki  mən-
təqəsində açılan möhtəşəm süfrəni qətiyyən boyatlaş-
dırmadı mənim üçün. Günümüzün mövzu süfrəsində 
“Qarabağ”  nə  qədər  qaynar  olsa  və  məşhur  reklam-
dakı kimi “cənnət həzz  etsə” də, “bələdiyyə seçkisi” 
o qədər soyuq və dadsızdı. 
 
*** 
 
Vəngdən üzüaşağı Kolatağadək (biz ona Koladayı 
deyirdik)  uzanan  yaşıl  meşənin  Damğanlı  kəndilə 
Turşsu  bulağı  arasındakı  yolun  üstündə  böyüklərimi-
zin  qurduğu  çadır  alaçıqların  əl  içi  kimi  göründüyü 
yerində “qala” quranda uzaq  1975-ci ilin qızmar iyul 
ayı idi. Biz – bir dəstə uşaq ulu babalarımızın da yay-
lamağa gəldiyi Koladayı meşələrində ən “strateji” ye-
rin  kol-kosunu  təmizləyib,  torpağından  “qala”  düzəl-
dəndə,  ağac  budaqlarından  cürbəcür  silahlar  qayıran-
da, çəpər çəkib “hərbi” düşərgə salanda, bir gün üzü-
yoxuşa  –  Gəncəsər  kilsəsinə,  o  biri  gün  üzüyenişə  – 
nənəmizin  alaçığına  ərzaq  dalınca  gizli  “hərbi  yürüş-
lər” edəndə hələ heç “Rembo” filmi çəkilməmişdi.  
 
 
“Fateh” süfrəsi 
 
Kilsəni  bir  həmləylə  “alırdıq”,  amma  “saxlaya” 
bilmirdik. Çünki onun ən hündür yerinə, vaxtilə zən-
gi  sallanan,  bizi  görüb  perikən  yüzlərlə  göyərçinin 
yuva  qurduğu  hissəsinə  çıxmaq  mümkün  olmurdu. 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə