Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə8/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

 
37 
Heç kilsənin yarıqaranlığında ziyarətçilərin ortası yo-
nulmuş  qalın  daş  sandıqçaya  atdığı  qəpikləri  də 
götürmürdük.  Olmazdı.  “Qənimətsiz”  kilsəyə  maraq 
tez  itirdi  və  biz  zirvəni  yenidən  “fəth”  etmək  üçün 
oranı “döyüşsüz” tərk edirdik. Beləcə, ona yiyə dur-
murduq.  Çox  sonralar  dərk  edəcəkdik  ki,  tarixi  abi-
dələr  gözəl  qadın,  qiymətli  zinət  kimidi,  sən  yiyə 
durmasan, başqası mütləq sahib çıxacaq.  
Alaçığa girib torbaya ərzaq yığmaq asan idi, çə-
tini “trofeyi” çadır şəhərciyindən (sonralar buradakı-
lar  başqa  bir  çadır  şəhərciyinin  də  sakini  oldular) 
“hərbi düşərgə”yə daşımaq idi. Bir qayda olaraq hü-
cum nənənin alaçığına edilərdi, çünki onun qapısı yi-
yəsinin qəlbi kimi açıq və geniş idi. Digər  alaçıqlar-
dan fərqli olaraq ora “qorunmurdu”. Amma çıxanda 
bir neçə alaçığın qapısı ağzından və çoxsaylı güdük-
çü gəlinlərin yanından keçmək lazım gəlirdi. Təcrü-
bəli kəşfiyyatçılar bu işi yaxşı bacarırlar. 
Hərdən  Damğanlıya  “sülhməramlı”  səfər  edir-
dik. Kənd bizə döyüşsüz “təslim” olurdu. Tay-tuş er-
məni oğlanları bizə nifrət etsələr də, “qalib ordunun” 
əsgərlərinə yol verirmiş kimi geri çəkilirdilər. İçimi-
zin  ən  böyüyü  olan  dayıoğlu  Elşənsiz  bu  kəndə  gir-
məzdik. Onlar Elşən olanda bizdən, biz də Elşən ol-
mayanda onlardan çəkinirdik.  
Cibimizə  bir-iki  manat  girən  kimi  ədəb-ərkanla 
dükana gedirdik, özü də hərbi yürüşlərimizdəki taxta 
atlarla  yox,  məftil  maşınlarla.  İndinin  diliylə  desək, 
ən  “full”  maşın  pensilin  şüşəsindən  düzəldilən  gecə 
faraları  olan  idi.  Əyin-başımızı  da  qaydaya  salırdıq, 


 
38 
axı bulaq başında göz vurub qaş oynatdığımız erməni 
qızlarının kəndinə gəlirdik.  
Bütün bu hərbi yürüş və sülhməramlı səfərlər bi-
zim düşərgəmizdə böyük bir süfrəylə nəticələnirdi  – 
kilsədən kəndəcən yerləri fəth edənlərin süfrəsi. Bu-
rada  nə  yox  idi?  Ləmbəran  qarpızından  Əsgəran  li-
monadınacan,  soyutma  Xocalı  kartofundan  “Sport” 
peçenyesi,  “Barbaris”əcən,  hərdən  lap  toyuq  qızart-
masından Spanakert (Stepanakert) dondurmasınacan. 
Əsl fateh süfrəsiydi. 
 
 
Çöl süfrəsi 
 
Şənbə-bazar  günləri  gur  keçirdi.  Şəhərdən  xeyli 
qohum-əqrəba,  dost-tanış  gəlirdi.  Hamısı  da  maşın 
dolu ərzaqla. Qarpız-yemiş üst-üstə taya qurardı. Eh-
tiras bolluqdan yaranır – az olmayıb üzüaşağı qarpız 
diyirlətməyimiz.  
Samovar tüstülənər, ocaq qalanar, manqal közə-
rərdi.  
Kənar adam olmayanda bir böyük süfrə, meşəbəyi 
Şahin  kirvə  və  bu  sayaq  yad  adamlar  gələndə  isə  üç 
süfrə açılırdı: kişi, qadın, uşaqlar üçün. Danışırdılar ki, 
Şahin  kirvə  bir  dəfə  meşədə  ayı  ilə  qarşılaşıb  və  onu 
öldürüb.  Bəlkə  də,  beləydi,  bəlkə  də,  uzun  illər  boyu 
buraları  yaylağa  çevirən  müsəlman  türklərin  hər  gəli-
şindən  pəjmürdə  olan  ermənilərin  onu  çox  güclü  igid 
kimi  əfsanələşdirmək  istəyindən  irəli  gəlirdi  –  “Bizim 
Şahin on kişiyə cavab verər, o, meşədə ayı boğub!”  


 
39 
Şahin  kirvə  süfrəyə  əliboş  gəlməzdi.  İxtiyarında 
olan ucsuz-bucaqsız meşədən cürbəcür heyvan, çaydan 
torba dolu forel gətirərdi. Əlbəttə, çuxasından tut arağı 
da  çıxardı.  Onun  gətirdiyi  çay  balığını  həvəslə  yeyir-
dim.  Çünki  biz  balıq  tuta  bilmirdik.  Çarşabı  düşəndə 
utandığından  tumanını  başına  keçirən  məşhur  filmin 
qəhrəmanı Gülçatay kimiydi Xaçınçayın balıqları. Ça-
yın suyu o qədər duruydu ki, balıqlar bu aydınlıqda ey-
bi görünürmüş kimi dəli sıçrayışla ya lilə girib suyu bu-
landırır, ya da daşlar arasında gizlənirdilər.  
Bir dəfə meşəbəyi Şahin kirvə əlik gətirmişdi. Cey-
randan balaca, quzudan bir azca böyük əlik. Özü soydu, 
özü  bişirdi.  O  gündən  ona  da,  onun  kürən  atına  da, 
həmişə  heyrətlə  baxdığım  beşatılanına  da  nifrət  etdim. 
Neçə  müddət  idi  uzaqdan,  meşədəki  “düşərgəmizdən” 
hər gün eyni vaxtda, çayın eyni yerində su içməyə gələn 
bir  əliyi  seyr  edirdim.  Ürkək  baxışları,  titrək  ayaqları 
vardı.  Onunla  aramda  indiki  internet  çatlardakı  virtual 
sevgiyə bənzəyən xüsusi münasibət yaranmışdı. İndi içi 
atam qarışıq bir dəstə kişi, bəlkə də, həmin balaca əliyi 
yeyirdilər. Bu, həyatımın ilk “qanlı” süfrəsi oldu. Həmin 
gecə  nənəmin  alaçığındakı  Nikolaydanqalma  dəmir 
çarpayıda gözüyaşlı yuxuya getdim. 
Səhər yerimdən duranda üz-gözüm nəm idi. Amma 
bu,  göz  yaşının  nəmi  deyildi.  Gecə  yağış  yağmışdı. 
Mənim üçün alaçığın brezent tavanını döyəcləyən yağış 
damlalarının  çıxardığı  səsdən  doğma  təbiət  səsi  yoxdu. 
Bu bir damla  yağış suyu çadırın sıx iplərindən keçərək 
min  yerə  parçalanıb  üzümə  nəmlik  çiləmişdi.  Mənim 
növbəti qarabağlı xoşbəxt səhərim beləcə açılırdı... 


 
40 
... 35 il sonra Qarabağsız açılan səhərlərimin bi-
rində isə orada, “boz dağların qurtaran yerində” dos-
tuma başqa bir süfrə açılırdı. Mənim olmayan süfrə... 
 
 
Seçki süfrəsi 
 
... 1999-cu ilin 12 dekabrında keçirilən ilk bələ-
diyyə  seçkisinə  qatılan  beynəlxalq  müşahidəçilərin 
arasında  Petruşka  Şustrova  işini  hamıdan  tez  bitir-
mişdi. Onunla görüşüb belə qərara gəldik ki, şəhərin 
mərkəzində, onların qaldıqları yerə yaxın məktəbdəki 
seçki məntəqəsində müşahidə aparan gürcü dostları-
mızı  da  götürüb  şam  yeməyinə  gedək.  Yaxadan 
asılan müşahidəçi vəsiqəsi heç bir problem olmadan 
bizə dostlarımızla görüşməyə imkan yaratdı.  
Onlar  işlərini  bitirməmişdilər.  Ləngiyəsi  olduq. 
Bizi görən məntəqə sədri yüz ilin dostu kimi qollarını 
yana  açıb  üstümüzə  gəldi,  mehribancasına  qarşıladı. 
Salamdan sonra gürcü dostlarımızdan incik olduğunu 
dedi, bizim onları dilə tutmağımızı xahiş etdi. Məlum 
oldu ki, həm də məktəb direktoru olan məntəqə sədri 
otaqların  birində  süfrə  açıb,  amma  bu  tərs  mü-
şahidəçilər yemək istəmirlər.  
Gürcülər isə bizə izah elədilər ki, məntəqədə sax-
takarlıq  olub  və  komissiya  üzvləri  hər  vəchlə  onların, 
bir neçə dəqiqəlik də olsa, otağı tərk etmələrini gözlə-
yir. Komissiya sədri isə əldən-ayaqdan gedərək bu fikri 
qətiyyətlə  rədd  edir,  süfrəni  qonaqpərvərlik  nümunəsi 
kimi açdıqlarını deyirdi. “Klyanus, vsyo ostıl”. 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə