Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə9/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

 
41 
Uzun  minnətdən  sonra  belə  razılaşdıq  ki,  hamı-
mız  keçirik  süfrə  başına,  amma  gürcülər  növbə  ilə 
yeyəcəklər. Əlbəttə, qərar komissiya sədrinin xoşuna 
gəlmədi.  Geriyə  yol  yox  idi.  Hamı,  biz  də, onlar  da 
(məktəb direktoru, “zavuç”, “zavxoz” və yaşlı müəl-
limə) süfrəyə könülsüz yanaşsaq da, yeməyə həvəslə 
girişdik.  
“Belə  görürəm,  əlac  bunları  kefləndirməyə  qa-
lıb”  –  gözləri  pişik  gözü  kimi  parıldayan  “zavxoz” 
direktora irişdi. “Hə, aç süz, görək. Səhərdən bir lox-
ma da yeməmişəm. Sən bu  gombulu keyfləndirə bi-
lərsən...  Pivə  boçkasına oxşayır”  –  bunu da  direktor 
dedi.  “Zavuç”un  qımışaraq  “Özü  də  çex  pivəsinə” 
əlavəsi qonaqlarda söhbətin çex pivəsinin əsrarəngiz-
liyindən getdiyi təəssüratı yaratdı. 
İki butulka araq boşalandan sonra gürcü müşahi-
dəçisi  növbə  dəyişikliyi  üçün  seçki  qutuları  olan 
“strateji”  otağa  keçdi.  Direktorun  qanı  yenə  qaral-
mışdı;  məclisə  ayıq  adam  gəlirdi.  Dəqiqələr  keçir, 
sağlıqlar  bir-birini  əvəzləyirdi.  Rus  dilində  başlayan 
təriflər  Azərbaycan  dilində  təhqirlərlə  davam  edirdi. 
“Mı  bratı,  dolqo  i  şastlivo  jili  vmeste.  Za  nas.  İt 
uşağı, it, öldüm axı, ta getmir. Sizin ...”  
Dalını gətirə bilmədi, ağız-burnunu büzüb başını 
silkələdi. Turşu xiyar onun da, elə bizim də dadımıza 
çatdı, söyüşün dalı gəlmədi. “Bu alçaqdan gözüm su 
içmir,  özü  də  heç  vurmur  deyəsən.  Mən  ölüm  buna 
bax,  elə  bil  nemesdi.  Qəfil  çönmə,  başa  düşər”  – 
direktor  “zavuç”a  dedi.  Üzünü  mənə  tutaraq  davam 
etdi:  “Qospaja  Petruxa  xanım  tvoy  tyotka?”  Açıq 


 
42 
məzələnməyə  keçmişdi.  “A  çto,  poxoj?”  dedim. 
“Oçen”. Onlar məni də çex bilib hamımızla dilxoşluq 
edirdilər, direktorun keyfi tamam açılmışdı.  
Məclisin şirin yerində “zavxoz” arağın qurtardı-
ğını  bildirdi:  “Gedim  alım?”  “Yox,  konyakı,  çaxırı 
aç.  Qoy  qarışdırsınlar,  bəlkə,  belə  keyflənələr”. 
“Zavxoz”  badələrə  konyak  süzərək  dodaqaltı  mızıl-
danırdı:  “Onlar  yox  ey,  deyəsən,  biz  keyflənəcəyik. 
Bunların qarnını doyurmaq olar?”  
Nəhayət,  o,  badəni  götürüb  çex  xalqının  qəhrə-
manlığından, 68-ci ildə əsgərliyinin Çexoslovakiyada 
keçməsindən,  orada  vurulduğu  çex  qızından  uzun-
uzadı danışırdı ki, Petruşka qəzəblə dilləndi: “Sən iş-
ğalçı olmusan, özün də bununla fəxr edirsən. Amma 
həmin il məni tutub işgəncə vermişdilər, uzun müd-
dətə  həbsə  atmışdılar”  –  deyərək  sovet  ordusunun 
1968-ci  ildə  Praqa  üsyanını  vəhşicəsinə  yatırmasına 
işarə vurdu.  
Məclis  sükuta  qərq  oldu.  “Zavxoz”  işləri  korla-
mışdı.  Direktor  “zavxoz”u  otaqdan  çıxarıb  ikinci 
gürcünü  “tovlayıb”  gətirməyə  yollamaqla  vəziyyəti 
düzəltməyə çalışdı. 
Daha mən də hövsələdən çıxmışdım. Qədəhi gö-
türüb  ayağa  qalxdım.  Rusca minnətdarlıq  çıxışından 
sonra  öz  dilimizə  keçdim.  Onların  heç  bir  təhqirinə 
cavab vermədim. Sadəcə, müəllimlərimizin, ziyalıla-
rımızın gününə acıdığımı, təəssüfləndiyimi dedim.  
Mənim azərbaycanlı olduğumu bilən direktor əv-
vəlcə başını əllərinin arasına aldı. Sonra o əllər qeyri-
ixtiyarı  yanına  düşdü,  qaşlar  yuxarıya  dartılıb  qırış-


 
43 
lara tay oldu. Gözlər yerindən çıxıb üstümə tullandı. 
Qıpqırmızı  sifətdən  keçi  əmcəyi  tər  axdı.  “Sən 
azərbaycanlısan?”  –  o,  ayılmışdı.  “Yox,  nemesəm!” 
dedim. 
Burada baş verənləri, əlbəttə ki, qonaqlara danış-
madım.  Amma  mənim  sözümdən  sonra  komissiya 
sədrinin,  digərlərinin  pərtliyi  açıq-aydın  görünürdü. 
Ayağa  qalxıb  gürcülərə  “Xvatit,  poşli”,  dedim.  On-
suz da işimizin heç bir əhəmiyyəti qalmamışdı. Belə-
cə,  erməni  Şahinin  “qanlı”  süfrəsi  kimi  buranı  da 
qanıqara tərk etdim... 
 
*** 
 
Xanım Şustrovaya, hələ açılmayan süfrəmin qo-
nağına  Qarabağda  üç  süfrə  bəzəmək  istəyirəm: 
FATEH süfrəsi, ÇÖL süfrəsi və SEÇKİ süfrəsi.  
Buyurun, siz də süfrəmə,  dostlar! “Yeməkdənsə 
ümid yaxşıdı”.  
 
26 oktyabr 2009 
 
 
 
 
 


 
44 
 
Şərq hüzuru 
 
Bir yağışlıq canı olan əhəngi yol boyu düzülmüş 
daşlara  sürtən  fəhləyə  göstərişlərini  verib  parkın 
ortasında yenicə tikilmiş fontana doğru getdi. Əvvəl-
ki adı və görünüşü dəyişdirilən parkın 40 yaşı vardı. 
Təzəcə  əkilmiş,  yerli  təbiətə  yad  ağaclar  “Sevil”  ta-
maşasında  möhtərəm  qonaqlara  təqdim  etmək  üçün 
Balaşın qiyafəsini dəyişdirdiyi atasını xatırladırdı. 
 
Parkın  ən  hündür  yerində  daşın  üstünə  çıxdı. 
Burdan ətraf daha aydın görünürdü. Yerini rahatlayıb 
qarnını azca qabağa verdi. Sağ əlini irəli – süpürgəçi-
lərə göstəriş verən park müdirinə uzatdı: “O uşaqları 
qov! Baş-beynim getdi”. Bir dəstə yeniyetmə parkın 
küncündə yeni qurulmuş idman qurğularında güc sı-
nayırdı. 
 
Bu mənzərəni rayon mərkəzlərinin birində, yeni-
lənmiş  parka  bitişik  çayxanada  dünənki  qəzetlərə 
ötəri baxa-baxa izləyirdim. Bugünkü qəzetlər günor-
tadan sonra gələcəkdi. Parkdakı olaylar qəzetdə yazı-
lanlardan maraqlı idi. Odur ki, bayaqdan bəri işçilərə 
göz  verib,  işıq  verməyən,  park  müdirinin  gücü  çat-
mayan  uşaqları  yağlı  söyüşlərə  qonaq  edib,  polislə 
qorxuzub parkdan qovan bu əlahəzrətin kim olduğu-
nu  qonşu  masada  çay  içənlərdən  soruşdum.  “Başçı-
dı!” Marağım daha da artdı.
 
“Stadiondan  da  qovurlar.  Bəs  harada  məşğul 
olaq?  Vitrin  üçündür  bunlar?”  –  deyə  uşaqların  ən 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə