Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu 7 noyabr 2001-ci IL, 30 aprel 2002-ci IL, mart 2006-cı IL, 17 aprel



Yüklə 207,38 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü207,38 Kb.
#68804


Valyuta tənzimi haqqında 

Azərbaycan Respublikasının Qanunu 

 

(27 noyabr 2001-ci il, 30 aprel 2002-ci il, 3 mart 2006-cı il, 17 aprel 

2007-ci il,7 dekabr 2007-ci il və 30 iyun 2009-cu il tarixli qanunlarla qəbul 

edilmiş dəyişikliklər və əlavələrlə) 

 

Bu qanun Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata 



keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının 

səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta 

sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində 

sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta 

qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. 

 

I fəsil. Ümumi Müddəalar 

Maddə 1. Əsas anlayışlar 

Bu qanunda aşağıdakı anlayışlardan istifadə edilib: 

1. «Azərbaycan Respublikasının milli valyutası» (bundan sonra «milli 

valyuta»): 

a) tədavüldə olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan 

pul nişanlarına dəyişdirilə bilən Azərbaycan Respublikası Milli 

Bankının buraxdığı kağız və metal pul nişanları; 

b) Azərbaycan Respublikasında banklarda və digər kredit 

təşkilatlarında hesablarda olan manat vəsaiti; 

v) Azərbaycan Respublikasından kənarda yerləşən banklarda və digər 

kredit təşkilatlarında hesablarda olan manat vəsaiti. 

2. «Milli valyutada qiymətli kağızlar» — manatla ifadə edilmiş ödəniş 

sənədləri (çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, 

istiqrazlar) və digər borc öhdəlikləri. 

3. «Xarici valyuta»: 

a) müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində 

tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən 

çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul 

nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr 

şəklində pul nişanları; 

b) xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya 

hesablaşma vahidlərində hesablarda olan vəsaitlər. 

4. «Valyuta sərvətləri»: 

a) xarici valyuta; 

b) xarici valyutada qiymətli kağızlar — xarici valyutada ifadə edilmiş 

ödəniş sənədləri ( çeklər, veksellər, akreditivlər və s.), fond 

sərvətləri(səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; 

v) qiymətli metallar — istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə 

və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə 

xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, 




kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, 

sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, 

gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, 

rodium və rutenium); 

q) qiymətli daşlar — işlənilmiş və işlənilməmiş şəkildə olan təbii 

almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər.. 

Qiymətli metallardan və qiymətli təbii daş-qaşdan hazırlanmış məmulatın, 

zərgərlik və digər məişət məmulatına, yaxud onların qırıntılarına aid 

edilməsi qaydası və şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti 

müəyyən edir. 

5. «Rezidentlər»: 

a) Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən 

Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti qalan 

fiziki şəxslər; 

b) Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə 

yaradılmış hüquqi şəxslər; 

v) Azərbaycan Respublikasında yerləşən və Azərbaycan 

Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış, lakin 

hüquqi şəxs olmayan müəssisə və təşkilatlar; 

q) Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən 

Azərbaycan Respublikasının diplomatik və digər rəsmi 

nümayəndəlikləri; 

ğ) bu bəndin «b» və «c» yarımbəndlərində göstərilmiş rezidentlərin 

Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən filialları və 

nümayəndəlikləri. 

6. «Qeyri-rezidentlər»: 

a) Azərbaycan Respublikası hüdudlarından kənarda daimi yaşayış yeri 

olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki 

şəxslər; 

b) xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış 

Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən hüquqi 

şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar; 

v) Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər 

rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların 

nümayəndəlikləri və filialları; 

q) bu bəndin «b» yarımbəndində göstərilmiş qeyri-rezidentlərin 

Azərbaycan Respublikasında yerləşən filialları və nümayəndəlikləri 

(büro və agentlikləri). 

7. «Valyuta əməliyyatları»: 

a) valyuta sərvətlərinə mülkiyyət hüququnun və digər hüquqların 

keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi 

xarici valyutadan və xarici valyutada ödəniş sənədlərindən istifadə 

edilməsi; 

b) valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və 

göndərilməsi, eləcə də Azərbaycan Respublikasından çıxarılması və göndərilməsi; 



v) beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. 

8. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari 

və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünürlər. 

9. «Cari valyuta əməliyyatları»: 

a) malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 

hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən 

artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların 

həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına 

və Azərbaycan Respublikasından köçürülməsi; 

b) 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması 

və verilməsi; 

v) əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı 

başqa əməliyyatlar üzrə faizlərin, dividentlərin və digər gəlirlərin 

Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından 

köçürülməsi; 

q) Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından 

qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək haqqı, təqaüd, 

aliment və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi 

əməliyyatlar. 

10. «Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları»: 

a) birbaşa investisiyalar, yəni gəlir əldə etmək və müəssisənin idarə 

edilməsində iştirak etmək hüququna malik olmaq məqsədi ilə 

müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə; 

b) qiymətli kağızların əldə edilməsi; 

v) torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də 

yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən 

digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak 

üzərində başqa hüquqların ödənilməsi üzrə köçürmələr; 

q) malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən 

artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması; 

ğ) müvəkkil banklar tərəfindən valyuta vəsaitlərinin 180 gündən artıq 

müddətə depozitə cəlb edilməsi; 

d) cari valyuta əməliyyatları olmayan bütün digər valyuta 

əməliyyatları. 

11. «Müvəkkil banklar» — valyuta əməliyyatlarının aparılması üçün 

Azərbaycan Respublikasının Milli Bankının lisenziyasını almış banklar və 

digər kredit təşkilatlarıdır. 

II fəsil. Valyuta Tənzimi 

Maddə 2. Milli valyuta ilə əməliyyatlar 

1. Rezidentlər arasında milli valyuta ilə hesablaşmalar heç bir məhdudiyyət 

qoyulmadan aparılır. 

2. Azərbaycan Respublikasında qeyri-rezidentlər tərəfindən milli valyutanın 

əldə edilməsi və ondan istifadə edilməsi gaydası Azərbaycan Respublikası 

Milli Bankı tərəfindən müəyyən edilir. 

3. Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın və milli 



valyutada ifadə edilmiş qiymətli kağızların Azərbaycan Respublikasından 

çıxarılması və göndərilməsi eləcə də Azərbaycan Respublikasına gətirilməsi 

və göndərilməsi Azərbaycan Respublikasi Milli Bankının və Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin birgə müəyyən etdikləri qaydada həyata 

keçirilir. 

Maddə 3. Azərbaycan Respublikasının daxili valyuta bazarı 

1. Azərbaycan Respublikasının MilliuBankının müəyyən etdiyi qaydada və 

məgsədlər ücün Azərbaycan Respublikasının daxili valyuta bazarında xarici 

valyutanı satmag və almag hüguguna malikdirlər. 

2. Azərbaycan Respublikasında xarici valyutanın alınması və satılması 

Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil 

banklar vasitəsilə həyata keçirilir. Xarici valyutanın alqı- satqısı əqdləri 

bilavasitə müvəkkil banklar arasında, eləcə də Azərbaycan Respublikası 

Milli Bankının müəyyən etdiyi gayda və şərtlər daxilində fəaliyyət göstərən 

valyuta birjaları vasitəsilə həyata keçirilə bilər. 

Müvəkkil bankların iştirakı olmadan xarici valyutanın alınması və 

satılmasına icazə verilmir. 

3. Bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarını pozmaqla bağlanan 

xarici valyutanın alqı-satqısı əqdləri etibarsız sayılır. 

4. Azərbaycan Respublikası Milli Bankı manatın sabitliyini təmin etmək 

məqsədi ilə xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar aparmaqla 

valyuta bazarına müdaxilə edə və satış məzənnəsinin alış məzənnəsindən 

kənarlaşmasına hədd qoya bilər. 



Maddə 4. Valyuta sərvətləri üzərində mülkiyyət hüququ 

1. Azərbaycan Respublikasında valyuta sərvətləri həm rezidentlərin, həm də 

qeyri-rezidentlərin mülkiyyətində ola bilər. 

Onlar, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş 

hallar istisna olmaqla, valyuta sərvətləri ilə hər hansı əqdlər bağlamaq və 

əməliyyatlar aparmaq hüququna malikdirlər. 

Azərbaycan Respublikasında valyuta sərvətləri üzərində mülkiyyət hüququ 

digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət 

tərəfindən müdafiə olunur. 

2. Azərbaycan Respublikasında qiymətli metallar və təbii daş-qaşla əqdlərin 

bağlanması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti və 

Azərbaycan Respublikasının Milli Bankı tərəfindən birgə müəyyən edilir. 



Maddə 5. Azərbaycan Respublikasının valyuta ehtiyatlarının formalaşması və 

ondan istifadə edilməsi 

1. Azərbaycan Respublikasının ərazisi vahid valyuta ərazisidir və bu ərazidə 

milli valyuta kimi manatın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsini 

təmin edən pul-kredit və valyuta siyasəti yeridilir. 

2. Azərbaycan Respublikasının valyuta ehtiyatları milli valyutanın alıcılıq 

qabiliyyətini qorumaq, dövlətin iqtisadi tələbatı və sosial inkişafı ilə bağlı 

ehtiyacları ödəmək, xarici borcun ödənilməsi sahəsində öhdəlikləri yerinə 

yetirmək məqsədi ilə mərkəzləşdirilmiş xarici valyuta və digər valyuta 

sərvətləridir. 



3. Azərbaycan Respublikasının valyuta ehtiyatları respublika büdcəsinin 

valyuta gəlirlərindən və sabitləşdirmə fondundan ibarətdir. 

Azərbaycan Respublikasının valyuta ehtiyatlarının formalaşması qaydası 

Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilir. 

4. Sabitləşdirmə fondu manatın məzənnəsinin sabitləşdirilməsini təmin 

etmək məqsədi ilə yaradılır və ondan istifadə edilməsi barədə sərəncamı 

Azərbaycan Respublikasının Milli Bankı verir. 

Maddə 6. Müəssisə və təşkilatların valyuta vəsaitinin formalaşması 

Həm rezident, həm də qeyri-rezident olan hüquqi şəxslərin valyuta vəsaiti 

xarici iqtisadi fəaliyyətdən, daxili valyuta bazarında valyuta alınmasından, 

valyuta kreditləri formasında, habelə Azərbaycan Respublikasının 

qanunvericiliyinə zidd olmayan digər formalarda əldə edilən valyuta hasilatı 

hesabına formalaşır. 



Maddə 7. Rezidentlərin xarici valyutada hesabları 

1. Rezidentlər Azərbaycan Respublikasında müvəkkil banklarda xarici 

valyuta hesablarına malik ola bilərlər. 

2. Azərbaycan Respublikasının Milli Bankı tərəfindən başqa hal müəyyən 

edilmədikdə rezident müəssisə və təşkilatlar əldə etdikləri xarici valyutanı 

məcburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər. 

3. Rezidentlər Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi hal 

və şərtlər daxilində Azərbaycan Respublikasının hüdudlarından kənarda 

xarici valyuta hesabı aça bilərlər. 

4. Müvəkkil banklar tərəfindən rezidentlərin xarici valyuta hesablarının 

açılması və bu hesablar üzrə əməliyyatların aparılması qaydasını 

Azərbaycan Respublikasının Milli Bankı müəyyən edir. 



Maddə 8. Hüquqi şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta 

əməliyyatları 

1. Hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının 

həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur. 

2. Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları hüquqi şəxs olan 

rezidentlər tərəfindən Azərbaycan Respublikası Milli Bankının müəyyən 

etdiyi qaydada aparılır. 



3. Hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə 

Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından 

çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə 

gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. 

Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan 

Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan 

Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını 

Azərbaycan Respublikasının Milli Bankı müəyyən edir. 

Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatların aparılması ilə bağlı 

münasibətlər «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan 

Respublikasının Qanunu ilə tənzimlənir. 



4.  Azərbaycan  Respublikası  ərazisində  xarici  investisiyaların  iştirakı  ilə  hüquqi 

şəxslərin  öz  məhsulunun  ixracından  əldə  etdikləri  valyuta  hasilatından  istifadə 

etməsi qaydası «Xarici investisiyanın qorunması 

haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir. 



Maddə 9. Fiziki şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta 

əməliyyatı 

1. Fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına 

köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikasından maneəsiz 

köçürmək hüququna malikdirlər. 

2. Fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına 

köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikası Milli Bankının 

müəyyən etdiyi qaydalara uyğun olaraq müvəkkil banklar tərəfindən 

verilmiş arayışlar əsasında gömrük prosedurlarına əməl etməklə nağd 

şəkildə Azərbaycan Respublikasından çıxara bilərlər. 

3. Fiziki şəxs olan rezidentlər valyuta sərvətlərini gömrük prosedurlarına 

riayət etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər. 

Fiziki şəxs olan rezidentlər tərəfindən Azərbaycan Respublikasının ərazisinə 

gətirilən valyuta sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları 

ekvivalentindən artıq olduqda, gömrük orqanları vəsaitlərin məbləği, 

gətirilmə tarixi, gətirmiş şəxs və onların gətirildiyi ölkə barəsində məlumatı 

7  (yeddi)  gün  müddətində  Azərbaycan  Respublikasının  Milli  Bankına



maliyyə 

monitorinqi orqanına və müvafiq icra hakimiyyəti orqanına təqdim edir. 

4. Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd 

şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta 

sərvətlərini onların gətirilməsini təsdiqləyən gömrük sənədləri əsasında 

Azərbaycan Respublikasından kənara köçürə bilərlər. Fiziki şəxs olan 

rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 

valyuta sərvətlərindən 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq 

məbləğdə valyuta sərvətlərini Azərbaycan Respublikasından kənara 

köçürdükdə, valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit 

təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən 

arayış təqdim etməlidirlər. 

5. Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd 

şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta 

sərvətlərini gömrük prosedurlarına əməl etməklə Azərbaycan 

Respublikasından nağd şəkildə çıxara bilərlər. 

6. Bu maddənin 1-5-ci bəndlərinə müvafiq qaydada Azərbaycan 

Respublikasına köçürülmüş və ya nağd gətirilmiş valyuta sərvətləri istisna 

olmaqla fiziki şəxs olan rezidentlərin digər valyuta sərvətlərinin Azərbaycan 

Respublikasından köçürülməsi və gömrük prosedurlarına əməl etməklə nağd 

çıxarılması qaydalarını Azərbaycan Respublikasının Milli Bankı, valyuta 

sərvətlərinin nağd çıxarılması zamanı ödənilməli olan rüsumların dərəcəsini 

isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

7. Fiziki şəxs olan rezidentlər özlərinin valyuta vəsaitlərini, o cümlədən 

Azərbaycan Respublikasında əldə etdikləri vəsaiti müvəkkil banklarda olan 




valyuta hesablarına sərbəst daxil edə bilərlər. 

Maddə 10. Qeyri-rezidentlərin xarici valyutada və milli valyutada hesabları. 

Qeyri-rezidentlər müvəkkil banklarda xarici valyutada və milli valyutada 

hesablarını aça bilərlər. Bu hesabların açılması və onlardan istifadə edilməsi 

qaydasını Azərbaycan Respublikasının Milli Bankı müəyyən edir. 



Maddə 11. Qeyri-rezidentlərin Azərbaycan Respublikasında valyuta 

əməliyyatları 

1. Qeyri-rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan 

Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə 

gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və 

çıxarmaq hüququna malikdirlər. 

2. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər köçürülmüş valyuta 

sərvətlərini Azərbaycan Respublikasından maneəsiz köçürmək hüququna 

malikdirlər. 

3. Qeyri-rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta 

sərvətlərini Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi 

qaydalara uyğun olaraq müvəkkil banklar tərəfindən verilmiş arayışlar 

əsasında gömrük prosedurlarına əməl etməklə nağd şəkildə Azərbaycan 

Respublikasından çıxara bilərlər. 

4. Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük prosedurlarına riayət 

etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər. Qeyrirezidentlər 

tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən valyuta 

sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq 

olduqda, gömrük orqanları vəsaitlərin məbləği gətirilmə tarixi, gətirmiş şəxs 

və onların gətirildiyi ölkə barəsində məlumatları 7 (yeddi) gün müddətində 

Azərbaycan  Respublikasının  Milli  Bankına



maliyyə  monitorinqi  orqanına  və 

müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. 

5. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə 

gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini 

onların gətirilməsini təsdiqləyən gömrük sənədləri əsasında Azərbaycan 

Respubliksından kənara köçürə bilərlər. Qeyri-rezidentlər Azərbaycan 

Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50 

(əlli) min ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini 

Azərbaycan Respublikasından kənara köçürdükdə, valyuta gətirilən ölkənin 

müvafiq bank və ya diger kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd 

şəkildə verilməsini təsdiq edən arayış təqdim etməlidirlər. 

6. Fiziki şəxs olan qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər 

nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta 

vəsaitlərini gömrük prosedurlarına əməl etməklə Azərbaycan 

Respublikasından nağd şəkildə çıxara bilərlər. 

7. Bu maddənin 1-6-cı bəndlərinə müvafiq qaydada Azəçrbaycan 

Respublikasına köçürülmüş və ya nağd gətirilmiş valyuta sərvətləri istisna 

olmaqla fiziki şəxs olan qeyri-rezidentlərin digər valyuta sərvətlərinin 

Azərbaycan Respublikasından köçürülməsi və gömrük prosedurlarına əməl 

etməklə nağd çıxarılması qaydalarını Azərbaycan Respublikası Milli Bankı 




müəyyən edir. 

8. Qeyri-rezidentlər Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi 

qaydada valyuta sərvətlərini manatla almaq və satmaq hüququna 

malikdirlər. 



Maddə 12. Valyuta tənzimi sahəsində Azərbaycan Respublikası Ali Sovetinin 

funksiyaları: 

Azərbaycan Respublikasının Ali Soveti valyuta siyasətinin ümumi 

prinsiplərini, xarici dövlət borcunun limitini, xarici ölkələrə verilən 

kreditlərin həcmini, Azərbaycan Respublikası büdcəsinin tərkib hissəsi kimi 

valyuta planını müəyyən edir, valyuta tənzimi və nəzarəti məsələlərinə dair 

qanunvericilik aktları qəbul edir. 



Maddə 13. Azərbaycan Respublikası Milli Bankı valyuta tənzimlənməsinin əsas 

orqanı kimi. 

1. Azərbaycan Respublikasının Milli Bankı Azərbaycan Respublikasında 

valyuta tənzimini həyata keçirən əsas orqandır. 

2. Azərbaycan Respublikasının Milli Bankı bu qanuna müvafiq olaraq: 

a) Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada 

qiymətli kağızların tədavülü sahəsini və qaydasını müəyyən edir; 

b) valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar 

qəbul edir; 

v) rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında 

xarici valyuta ilə və xarici valyutada olan qiymətli kağızlarla 

əməliyyatlar aparması qaydalarını, habelə Azərbaycan 

Respublikasında qeyri-rezidentlərin milli valyuta ilə və milli 

valyutada qiymətli kağızlarla əməliyyatlar aparması qaydalarını 

müəyyən edir; 

q) rezidentlərə məxsus xarici valyutanın və xarici valyutada olan 

qiymətli kağızların Azərbaycan Respublikasına məcburi köçürülməsi, 

gətirilməsi və göndərilməsi qaydasını, habelə Azərbaycan 

Respublikasının hüdudlarından kənarda rezidentlər tərəfindən xarici 

valyuta hesablarının açılmasının hal və şərtlərini müəyyən edir; 

ğ) valyuta əməliyyatları aparmaq üçün banklara və digər kredit 

təşkilatlarına lisenziya verilməsinin ümumi qaydalarını müəyyən edir 

və onlara bu məqsədlə lisenziyalar verir; 

d) valyuta əməliyyatları üzrə uçotun, hesabatın, sənədləşmənin və 

statistikanın vahid formalarını, habelə onların təqdim olunması 

qaydasını və müddətlərini müəyyən edir; 

e) qəbul edilmiş beynəlxalq standartlar əsasında Azərbaycan 

Respublikası üzrə valyuta əməliyyatlarının statistikasını hazırlayır və 

dərc edir; 

ə) bu qanunda və «Azərbaycan Respublikasının Milli Bankı 

haqqında» Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş 

digər funksiyaları yerinə yetirir. 

III fəsil. Valyuta Nəzarəti 

Maddə 14. Valyuta nəzarətinin məqsəd və istiqamətləri. 



1. Valyuta nəzarətinin məqsədi valyuta əməliyyatları aparılarkən valyuta 

qanunveriliciyinə əməl olunmasını təmin etməkdir. 

2. Valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır: 

a) aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunveriliciyə 

uyğunluğunu və bunun üçün lisenziya və icazələrin olmasını müəyyən 

etmək; 


b) dövlət qarşısında xarici valyuta üzrə və Azərbaycan 

Respublikasının valyuta bazarında valyutanın satışı üzrə öhdəliklərin 

rezidentlər tərəfindən yerinə yetirilməsi vəziyyətini yoxlamaq; 

v) xarici valyuta ilə ödənişlərin əsaslandırılmış olduğunu yoxlamaq; 

q) valyuta əməliyyatları, o cümlədən qeyri-rezidentlərin milli valyuta 

ilə əməliyyatları üzrə uçot və hesabatın tamlığı, və obyektivliyini 

yoxlamaq. 

Maddə 14-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 

leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması 

14-1.1.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  aşağıdakı 

əməliyyatlar  barədə  məlumatları  dərhal  maliyyə  monitorinqi  orqanına  təqdim 

etməlidir: 

14-1.1.1.  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasında,  terrorçuluğun  maliyyələşdirilməsində,  transmilli  mütəşəkkil 

cinayətkarlığı,  habelə  silahlı  separatizmi,  ekstremizmi  və  muzdluluğu 

dəstəkləməsində,  narkotik  vasitələrin  və  ya  psixotrop  maddələrin  qanunsuz 

dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı 

eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) 

vətəndaşları, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) 

olan  şəxslər,  eləcə  də  göstərilən  dövlətlərdə  (ərazilərdə)  qeydiyyatdan  keçmiş 

bankda  hesaba  malik  olan  şəxslər  tərəfindən  valyuta  sərvətlərinin  Azərbaycan 

Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması; 

14-1.1.2.  ilkin  çıxış  məntəqəsi  bu  qanunun  14-1.1.1-ci  maddəsində  göstərilən 

dövlət  (ərazi)  olan  valyuta  sərvətlərinin  hər  hansı  şəxs  tərəfindən  Azərbaycan 

Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması. 

Maddə 15. Valyuta nəzarəti orqanlapı və agentləri. 

1. Azərbaycan Respublikasında valyuta nəzarəti orqanları və onların 

agentləri tərəfindən həyata keçirilir. 

2. Azərbaycan Respublikasının əsas valyuta nəzarəti orqanı Azərbaycan 

Respublikasının Milli Bankı və müvafiq icra hakimiyyəti orqanıdır, valyuta 

nəzarəti agentləri isə müvəkkil banklardır. 

3. Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirən icra 

hakimiyyəti orqanı rezident və qeyri-rezident tərəfindən milli və xarici 

valyutanın, eləcə də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə 

uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən 

keçirilməsinə, habelə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə 

nəzərdə tutulmuş digər hallarda valyuta nəzarətini həyata keçirir. 



Maddə 16. Valyuta nəzarəti orqanları və agentlərin səlahiyyətləri. 

1. Valyuta nəzarəti orqanları öz səlahiyyətləri daxilində bütün rezident və 




qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasında icrası məcburi 

hesab edilən normativ aktlar qəbul edirlər. 

2. Valyuta nəzarəti orqanları və agentləri öz səlahiyyətləri daxilində: 

a) Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlər 

tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının mövcud 

qanunvericiliyə, lisenziya və icazələrin şərtlərinə nə dərəcədə uyğun 

gəlməsinə, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə 

yetirlməsinə nəzarət edirlər; 

b) rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyətlarını 

yoxlayırlar; 

v) rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları üzrə 

uçotun, hesabatın və sənədləşmələrin formsı və qaydalarını müəyyən 

edirlər. 

Maddə 17. Rezident və qeyri-rezidentlərin hüquq və vəzifələri. 

1. Azərbaycan Respublikasında valyuta əməliyyatları həyata keçirən 

rezident və qeyri-rezidentlər, həmçinin milli valyuta ilə və bu valyutada 

qiymətli kağızlarla əməliyyatlar aparan qeyri-rezidentlər aşağıdakı 

hüquqlara malikdirlər: 

a) valyuta nəzarəti orqanları və agentləri tərəfindən aparılmış 

yoxlamaların nəticələri ilə tanış olmaq; 

b) valyuta nəzarəti agentlərinin fəaliyyəti barədə müvafiq valyuta 

nəzarəti orqanlarına, valyuta nəzarəti orqanlarının fəaliyyəti barədə isə 

Azərbaycan Respublikasının ganunvericiliyinə müvafiq qaydada 

şikayət etmək; 

v) bu qanunla və Azərbaycan Respublikasının başqa qanunvericilik 

aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək. 

2. Azərbaycan Respublikasında valyuta əməliyyatları həyata keçirən 

rezidentlər və qeyri-rezidentlər, həmçinin milli valyuta ilə əməliyyatlar 

aparan qeyri-rezidentlər aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 

a) valyuta nəzarəti orqanları və agentlərinə valyuta nəzarəti 

funksiyalarının yerinə yetirlməsi üçün zəruri olan informasiya və 

sənədləri təqdim etmək; 

b) valyuta nəzarəti orqanları və agentlərinə onlar tərəfindən 

yoxlamaların aparılması zamanı, eləcə də yoxlamaların nəticələri üzrə 

izahatlar təqdim etmək; 

v) valyuta nəzarəti orqanları və agentləri tərəfindən aparılan yoxlama 

aktlarında göstərilmiş faktlarla razılaşmadıqda aktın imzalanmasından 

imtina edilməsinin səbəbləri barədə yazılı izahat təqdim etmək; 

q) onlar tərəfindən həyata keçirilən valyuta əməliyyatları üzrə uçot 

aparmaq və hesabat hazırlamaq, onları 5 ildən az olmayan müddətə 

saxlamaq; 

ğ) aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasına dair valyuta 

nəzarəti orqanlarının tələblərini (göstərişlərini) yerinə yetirmək; 

d) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər 

vəzifələri yerinə yetirmək. 




Maddə 18. Valyuta qanunveirciliyinin pozulmasına görə məsuliyyət. 

1. Müvəkkil banklar da daxil olmaqla, bu qanunun müddəalarını pozmuş 

rezidentlər və qeyri-rezidentlər aşağıdakı şəkildə məsuliyyət daşıyırlar: 

a) bu qanuna görə etibarsız hesab edilən əqdlər üzrə, habelə əqdlər 

üzrə deyil, qeyri-qanuni fəaliyyətlər nəticəsində əldə edilən gəlirlərin 

dövlətin mədaxilinə silinməsi; 

b) müvəkkil banklar da daxil olmaqla rezidentlər və qeyri-rezidentlər 

valyuta əməliyyatları uçotunu aparmadıqlarına və onu müəyyən 

edilmiş qaydaların pozulması ilə həyata keçirdiklərinə, bu qanunun 

17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq valyuta nəzarəti 

orqanlarına və agentlərinə sənədləri və məlumatları təqdim 

etmədiklərinə və ya vaxtında təqdim etmədiklərinə görə Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 

məsuliyyət daşıyırlar. 

2. Bu maddədə göstərilən sanksiyaların tətbiq edilməsi valyuta nəzarəti 

orqanları tərəfindən, o cümlədən valyuta nəzarəti agentlərinin təqdimatı ilə 

hüquqi şəxslər üzrə mübahisəsiz qaydada, fiziki şəxslər üzrə isə məhkəmə 

qaydasında həyata keçirilir. 

3. Valyuta qanunvericiliyinin pozulmasına görə rezident və qeyri-rezident 

olan müəssisə və təşkilatların, o cümlədən müvəkkil bankların vəzifəli 

şəxsləri, eləcə də fiziki şəxslər Azərbaycan Respublikasının 

qanunvericiliyinə müvafiq surətdə inzibati, mülki-hüquqi və cinayət 

məsuliyyəti daşıyırlar. 

Maddə 19. Valyuta nəzarəti orqanları və agentlərinin vəzifəli şəxslərinin hüquq 

və vəzifələri. 

1. Valyuta nəzarəti orqanlarının və agentlərinin vəzifəli şəxsləri bu 

orqanların səlahiyyətləri daxilinda aşağıdakı hüquqlara malikdir: 

a) onlar tərəfindən həyata keçirilən valyuta nəzarəti funksiyaları ilə 

əlaqədar bütün sənədləri yoxlamaq, yoxlamalar zamanı meydana 

çıxan məsələlər üzrə zəruri izahatlar və məlumatlar almaq, eləcə də 

valyuta qanunvericiliyi sahəsində pozuntuları əks etdirən sənədləri 

götürmək; 

b) bu maddədə göstərilən sənədlərin və məlumatların təqdim 

edilmədiyi təgdirdə müvəkkil banklarda hesablar üzrə əməliyyatları 

dayandırmaq; 

v) müvəkkil banklar da daxil olmaqla rezidentlərə, eləcə də qeyrirezidentlərə 

valyuta əməliyatlarını həyata keçirmək hüququ verən 

lisenziya və icəzələrin qüvvəsini dayandırmaq və ya onları ləğv 

etmək; 

q) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş 



digər hüquqlara. 

2. Valyuta nəzarəti orqanları və agentləri, onların vəzifəli şəxsləri valyuta 

nəzarəti funksiyasını yerinə yetirərkən rezident və qeyri-rezidentlərin onlara 

məlum olmuş kommersiya sirlərini qorumalıdırlar. 

3. Valyuta nəzarəti orqanları və onların vəzifəli şəxsləri onlara həvalə 



edilmiş vəzifələri lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikası 

qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna 



bilərlər. 

Azərbaycan Respublikasının Prezidenti 

Heydər ƏLİYEV 

Bakı şəhəri, 21 oktyabr 1994-cü il 

№ 910

 


Yüklə 207,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə