Vaqif aslan seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 6,31 Mb.
Pdf görüntüsü
səhifə1/230
tarix05.10.2017
ölçüsü6,31 Mb.
#3216
  1   2   3   4   5   6   7   8   9   ...   230


Milli Kitabxana

 

 



 

1

VAQİF ASLAN 

 

 

 



 

 

 



 

 

SEÇİLMİŞ  ƏSƏRLƏRİ 

 

 

4 CİLDDƏ 



 

1-Cİ  CİLD 

 

 

ŞEİRLƏRİ 

 

 



 

 

   



UniPrint 

 

Bakı   2009 



 

 

 

 



 

 

 



Redaktoru   

Pərviz Əliyev 

 

Rəssam  



Cavad Həmidov 


Milli Kitabxana

 

 



 

2

 



Nəşrinə məsul   Əzizağa Mollazadə                     

 

 



 

 

 



Vaqif Aslan. Seçilmiş əsərləri, I cild, UniPrint, Bakı, 2009. 

 

 



Bu kitabda şair Vaqif Aslanın lirik-fəlsəfi  şeirləri, ovqat və 

məqamdan doğan ruhi-mənəvi çalarları  əks etdirən poetik 

düşüncələri toplanmışdır. Göründüyü kimi olmaq, olduğu kimi 

görünmək özünüdərk yolunda şairin necə  də inadcıl olduğunu 

göstərir. 

İnsan taleyinə  ədəbi-fəlsəfi baxış, insan-təbiət, insan və 

dünya münasibətlərinin poetik ifadəsi bu əsərlərin ana xəttini 

təşkil edir. 

 

 

ISBN 978-9952-440-36-3 



 

 

 



 

© V.Aslan, 2009




Milli Kitabxana

 

 



 

3

 



 

 

                                   



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Milli Kitabxana

 

 



 

4

 



 

TANIŞ OLUN 

 

 

 

    Vaqif Aslanovu çoxunuz tanımırsınız.İnstitutun koridorların-

da, auditoriyalarda onu görməmiş deyilsiniz. Amma o da 

başqaları kimi sizin diqqətinizi cəlb etməmişdir. Bir neçə tələbə 

yanında Vaqifin dayanıb söhbət etdiyini, hündürdən, lakin 

inamla danışaraq, nəyisə sübut etməyə çalışdığını görsəydiniz, 

yəqin ki, bu coşqun gəncin söhbətini dinləmək üçün ayaq 

saxlar, ona diqqət yetirərdiniz. 

   Bəli, Vaqif də zahirən çox sakit, bir qədər də melanxolik 

adama bənzəyir.Bəlkə  də qaraqabaqdır. O, yoldaşlıqda, 

məişətdə güzəştə getməyi bacarır. 

    Lakin  məsələ  ədəbiyyata,  şerə aid olduqda, o çox çiddi və 

tələbkar olur, bəzən qəzəbini də gizlədə bilmir. Klassik müasir 

şairlərdən əzbərlədikləri şeirlər ədəbi mübahisədə onun məntiqi 

silahına çevrilir. 

    Vaqifin fərdi psixi xüsusiyyətlərinin izlərini onun şeirlərində 

də aydın görmək olur. Vaqifin şeirləri hərarətlidir. Bu şeirlərdə  

bəzən hisslər pərişanlığı, bəzən dəlisov bir məhəbbət, bəzən də 

ürək bir bədii cürət duyulmaqdadır. Şair olmaq istəyən şəxs şeir 

mövzusunun sahə  çərçivəsini vurub dağıtmalı, duyğular 

dünyasının  əsrarəngiz ormanlarından rəngarəng çiçəklər 

toplamağı bacarmalıdır. Bu ormanlarda çalışmaq üçün hisslər 

köhlənini idrakın kompasına tabe etmək də əsas şərtdir. Vaqifə 

belə şair olmağı arzu edirəm. 

 

 

ALLAHVERDİ   



TAĞIZADƏ 

 

“Bilik” qəzeti; APXDİ-nin orqanı 



1972-ci il 

             


Milli Kitabxana

 

 



 

5

                 QƏLƏM DOSTUMUZ VAQİF ASLAN 



 

    Adlı-sanlı şairlər,ədiblər haqqında yazmaq nə qədər asandır-

sa,sənət aləminə yeni qədəm qoyan,özünə  məxsus sənət cığırı 

seçməyə çalışan gənclər barədə danışmaq bir o qədər çətindir. 

    Şair Vaqif Aslanov belələrindəndir.O,yetkinliyini,dolğunlu-

ğunu hələ tam kəsb etməsə də,böyük ümid verir. 

    Vaqif sənət aləminə “Səbuhi” ədəbi məclisinin köməyilə gə-

lib.Oxucu  qəlbinə ilk addımlardan yol tapmaq,şübhəsiz,gənc 

şairin sənət uğuru hesab olunmalıdır. 

    Səmimiyyət onun şeirlərində  nəzər-diqqəti cəlb edən  əsas 

xüsusiyyətdir. Toxunduğu mövzudan asılı olmayaraq,onun 

yazıları dağ çeşməsi kimi saf,uşaq gülüşü qədər səmimi-

dir.Gözünü açan gündən  ətrafda gördüyü mühit,təmtəraqdan 

uzaq zəhmətkeş kənd həyatı ona qəlbin çırpıntılarını,duyğu və 

düşüncələrini səmimi ifadə etmək üçün ilham vermişdir. 

 

                       Çəkilir qızların göyə insafı, 



                       Qoymurlar hal qala gəncdə,cavanda. 

                       Ay zalım,onsuz da yanıram axı, 

                       Ələfsər zurnası havalananda. 

 

    Vaqifin  şeirlərinin mərkəzində  həmişə insan,onun hiss və 



həyəcanları durur.Həm də onun bəhs etdiyi,haqqında 

düşündüyü insan quru,sxematik əmək aləti deyildir.Xalq şairi 

Səməd Vurğunun dediyi kimi, “...bu canlı insan bəzən 

sevir,sevilir,bəzən iztirab çəkir,xəyallara dalır,bəzən müxtəlif 

təbiət gözəlliklərindən daha saf,daha dərin təsirlər alır”.İnsanda 

yaxşılığı, xeyirxahlığı axtaran gənc şair bəzilərinin mənsəbpə-

rəstliyinə irad tutur. 

 

                        Ağac gördüm,sarmaşıqlar içində – 



                        Alçaq,uca,hamısı da yan-yana, 

                        Ağac gördüm,bir boyda,bir bişimdə, 

                        Ağaclar da bənzəyirmiş insana. 

                                     (“Ağaclar  da insan kimidir”) 

 



Yüklə 6,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə