Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə5/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   2   3   4   5   6   7   8   9   ...   101

 

 

19 



 

Burda pullu gürzə huri-mələkdir, 

Əldə bayraq olan yalan, kələkdir, 

Ġnsanlıq büsbütün ələk-vələkdir, 

Allahın bu yerdən xəbəri yoxdu. 

 

Güclünün baltası hər Ģeyi kəsir, 



Ġmkanın yoxdursa, yetimsən, yesir 

Bura sənlik deyil, ay Vaqif Nəsir 

Allahın bu yerdən xəbəri yoxdu. 

 

2007 

 

 

*** 

 

DOSTUM RAFİQİN ƏZİZ XATİRƏSİNƏ 

 

Çəkinərdi səndən yolun azanlar, 



Əyri yazıb, sonra düzü pozanlar; 

ĠĢığına toplaĢardı insanlar 

Çoxlarını gətirirdin dinə sən. 

 

Düz sözünü söyləyərdin birbaĢa, 



Haqq yolunda giriĢərdin savaĢa; 

Arxa idin daim qohum-qardaĢa, 

Dosta oldun önə çıxan sinə sən. 

 

Zalım əcəl yenə öz iĢindədir, 



Pisi qoyub, yaxĢının peĢindədir, 

Dirilər var, Vallah ölü gündədir

YaĢayırsan ürəklərdə yenə sən. 

 

2007 



 

 


 

 

20 



 

                                NƏ VAXT YAŞADI Kİ... 

 

Nə yaxın tanıdı, nə də ki, uzaq, 



Dikdi yad ağıza qıpıq gözünü. 

Ona hakim oldu tək Ģəxsi maraq, 

Qəlbdə dustaq etdi ürək sözünü. 

 

Əlin uzatmadı heç köməksizə, 



Özüsə özgədən həmiĢə umdu; 

O qənim kəsildi hətta düz sözə, 

Haqqı görməməkçün gözlərin yumdu. 

 

Özünə iĢlədi zəkası, ağlı 



Öz kiçik dünyası yuvası oldu. 

Dost-tanıĢ üzünə qapısı bağlı, 

Qohum-əqrəbaya bir ası oldu. 

 

Daim uzaq gəzdi xeyirdən, Ģərdən 



Gah lala, gah kara, gah kora döndü

Bir qonaq qapısın açanda hərdən, 

Onunçün öz evi lap gora döndü. 

 

Nə el yası bildi, nə də toy-düyün, 



Ömrü yola saldı o yazıq belə; 

Deyirlər dünyasın dəyiĢib bu gün, 

Dünən yaĢadı ki, bu gün də ölə?!... 

 

2008 

 

                              



 

 



 

 

21 



 

NOVRUZ BACI OĞLUNUN 60 İLLİYİNƏ 

 

Həyatın məktəbdir, böyük örnəkdi



Qismətin halal duz, halal çörəkdi, 

Amalın insana qayğı, köməkdi 

Əzəldən bənzərsən qaynar bulağa. 

 

                     Sözü olmayana sağ demək olmaz, 



Sıska təpəciyə dağ demək olmaz

Meyvəsiz bağlara bağ demək olmaz, 

Uğurun qəlbimi döndərdi dağa. 

 

Sən düzü seçmisən, gəl düzü yaĢa, 



GünəĢdən nur alan gündüzü yaĢa, 

Tanrı yüzü versin, sən yüzü yaĢa 

Bu arzuyla gəldim doğma ocağa. 

 

2008 

 

 

ÖYRƏN 



 

Gəlin köçən Vəfa qızımıza 

 

UĢaqlığı baĢından at, 



Yeni ocaq - yeni həyat; 

Sabahlarçün yaĢa yarat 

Bu həyatı gəlin, öyrən. 

 

BoĢ keçməsin bircə anın, 



Yoxdu cilovu zamanın, 

Sən sevimli qaynananın, 

Ürəyinin dilin, öyrən. 

 



 

 

22 



 

Bu həyatın kəmi də var, 

Sevinci də, qəmi də var, 

Zili də var, bəmi də var 

Onun bəmin, zilin öyrən. 

 

                              Yeni həyat səhifəsi,- 



Qulağımda körpə səsi... 

Ömrümüzdü fəsil, fəsil 

Günün, ayın, ilin öyrən. 

 

ÇalıĢ həyat məktəbində, 



Adi kağızdı, kəbin də 

Bundan belə ər evində 

YaĢamağın sirrin öyrən. 

 

2008 



 

QONŞUMUN DƏRDİ 

 

Xaricdə bir qonĢum vardı, 



Gözləri ac, qəlbi dardı; 

Gecə-gündüz özgəsinin 

Pullarını o sayardı. 

 

Evlərimiz qoĢa idi, 



Görkəmi bir, içi birdi

Hər gələndə qonĢum bizə, 

Dərdə-qəmə bürünürdü, 

Günki onun ğözlərinə, 

Mənim evim onunkundan 

Əzəmətli görünürdü. 

 

2006 

 



 

 

23 



 

MİLLƏTİN GÜNAHI NƏDİR 

 

Sənsən ağa qara deyən, 



Haram yeyən, haram geyən; 

Kiri, millətini söyən, 

Millətin günahı nədir? 

 

Haqqa qarĢı duran da sən



Min bir fitnə quran da sən, 

Azan da, quduran da sən 

Millətin günahı nədir? 

 

Hər sözünə hakim- yalan, 



RüĢvət verib, rüĢvət alan; 

El-obası əsir, talan 

Millətin günahı nədir? 

 

Millət kimdir? Mənəm, sənsən, 



Kimi qınayırıq nədənsə... 

Can baĢsız quru bədənsə, 

Millətin günahı nədir? 

 

2007 

 

  

*** 



 

RAHAT YAT, QARDAŞ 

 

S.Məmmədovun əziz xatirəsinə 

 

Ölüm xəbərini alantək DadaĢ, 



Qəlbimi dünyanın qəmi bürüdü; 

Ürəkdən gözümə süzülən o yaĢ, 

Kipriklərə çatçaq, dönüb qurudu. 



 

 

24 



 

 

 



Canım, ölüm hara, axı sən hara?! 

Yoxsa, sınayırsan dostu, sirdaĢı. 

Bizi səbrimizdən çəkirsən dara, 

Bütün yaxınların əziz DadaĢı. 

 

 

Axı yenilməzdi sənin varlığın, 



Ona söykənmiĢdi gör neçə insan; 

Tanrı qismətiydi ilham bulağın 

Qidasın alırdı ətrafın hər an. 

 

Allah, bu dərd məni necə sürüyür, 



Bilmirəm mən nəyə hazıram indi... 

Qəlbimi amansız dəhĢət bürüyür, 

Sənin ölümündən yazıram indi. 

 

Yazdıqca əzizim, sinəmdə ürək 



Əlimdə tutduğum qələm ağlayır; 

Bahar təbiətli, ürəyi kövrək

Ələm içindəyəm, ələm ağlayır. 

 

Elimin, obamın alim balası, 



Hörmətin saxlardı bütün tanıyan. 

Necə yaĢayım bu dəhĢətli yası? 

Gözümdə od tutub, alıĢır hər yan. 

 

Mənim ana yurdum, əziz Masallım 



Qoynuna gör kimi gətirmiĢəm mən? 

Çətin anlarımda oydu təsəllim, 

Səbr, təsəllimi itirmiĢəm mən. 

 

 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə