Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə9/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   5   6   7   8   9   10   11   12   ...   101

 

 

42 



 

 

Ġnsan dəyiĢir məkanı, 



Zaman dəyiĢir insanı, 

DəyiĢmək olmaz zamanı 

Onun öz gərdiĢi var. 

 

Adam var kiĢidir adı, 



Xəyanət kamı, muradı; 

Evində yazıq arvadı 

Sanır ki, bir kiĢim var. 

 

SevməmiĢəm alçalanı, 



Alçalaraq ucalanı, 

Haqsızlığa əl çalanı- 

Mənim bu vərdiĢim var... 

 

                                     2013 



                   

*** 


 

YaxĢı tanıdığım dərdli insanlar

Toylarda  rəqs edir, gülüb oynayır; 

Sanki içlərində iki adam var, 

Həyatda göz yaĢı töküb ağlayır. 

 

DüĢmənə sevinci verməsin deyə 



Ələmi içində saxlayan insan! 

QoĢa əllərini qaldırıb göyə 

Xəlvətə çəkilib, ağlayan insan! 

 

Açanda qəlbini dərd baĢdan aĢır, 



Fəqət özgəni yox, özün qınayır; 

Adamla dil açıb dərdi danıĢır, 

Dözümlə zamanı belə sınayır. 



 

 

43 



 

 

O kimdir?! O sənsən, o mənəm qardaĢ, 



Özgə qüruru var bizim millətin. 

YağıĢ əvəzinə göydən yağsa daĢ, 

Ġtirməz qürurun, əsla qüdrətin... 

 

                                                              2013 



 

*** 


 

YAĞIŞ  VƏ  TORPAQ   ƏFSANƏSİ 

 

Yaman vurulubdu Torpağa YağıĢ, 



Fəqət çox qısqanır anası Bulud; 

Böyük məhəbbətdən ilham almamıĢ, 

Ana tələb edir, bu eĢqi unut. 

Deyir övladına: “Bilmirəm sənin, 

Axı bu sevdadan nəyin qalacaq?! 

Göylərdir məskənin, doğma vətənin 

Bu vüsal axırın, sonun olacaq!” 

Bulud arxasından çıxaraq GünəĢ, 

Seyr edir məhəbbət macərasını; 

Torpağa göndərir qəlbindən atəĢ, 

Sağaltmaq istəyir eĢq yarasını. 

Həsrətdən torpağın sinəsi çat-çat, 

Əlləri göylərdə, dua eyləyir. 

Seyr etmək olmayır bunları rahat, 

Hicranlı məhəbbət ürək göynədir. 

YağıĢın halına acıyır Külək, 

Qovur sola, sağa o buludları... 

Alıb damcıları ondan gülərək, 

Göndərir birbaĢa Torpağa sarı. 

Elə ki, çalınır vüsal nəğməsi 

Yenə öz yerində GünəĢ görünür; 



 

 

44 



 

Hər yanı bürüyür quĢların səsi, 

YaĢıl paltarına Torpaq bürünür. 

Yaman yanılmıĢdı deyəsən, bulud 

Təbiət bu eĢqdən qüvvət, güc aldı; 

Bu eĢqdən gül-çiçək, bağlar, baxçalar 

YaĢıl paltar geymiĢ meĢələr qaldı. 

QoĢulub çaylara sevinclə YağıĢ, 

ġır-Ģırla gör necə mahnı oxudu. 

Torpaq da sevgidən vurub min naxıĢ, 

Sinəsində güllü xalı toxudu.   

 

2014 



 

                      *** 

 

            



ATA  VƏ  OĞUL 

                                 

 Qulam kişinin xatirəsinə 

 

Dörd övlad böyütdü, baĢa yetirdi 



Hərəsi bir ocaq sahibi oldu; 

Baxça çiçəkləndi, bar-bəhər verdi

Bağbanın ürəyi fərəhlə doldu. 

 

Bir çöp də ummadı heç bir övladdan 



Öz həyat yükünü daĢıdı, ata. 

Çəkdiyi zəhməti çıxarıb yaddan, 

Öz alın təriylə yaĢadı, ata. 

 

Yüz manat göndərdi bir oğlu bir gün, 



Ata uçmaq üçün istədi qanad; 

Mənasın dəyiĢdi tamam ömür-gün, 

Övlad qaygısıyla gözəldi həyat! 

 



 

 

45 



 

Saxlayıb yüzlüyü Ģax-Ģax cibində, 

Öz ürəyi kimi qorudu onu. 

“Oğlum göndəribdir” dedi hər yerdə

Göylərə qaldırdı ata oğlunu. 

 

Bəzən ehtiyacı olsa da belə, 



Əsla əl vurmadı oğul payına. 

Birindən bir sual gələndə dilə, 

“Oğlumdan aylıqdır” deyirdi ona. 

 

Dəf edib o pulla el qınağını, 



Övlad Ģərəfinə çəkirdi üzlük; 

Ölüm yetirəndə öz sınağını 

Atanın cibindən çıxdı o yüzlük... 

 

2013 



*** 

 

ÜRƏK   AĞRISI 

 

Hər dəfə gələndə 



təlatüm qoparır içimdə, 

QarıĢır bir-birinə 

gündüzüm də, 

gecəm də. 

DəhĢətli ağrılar 

canıma zəhər buraxır; 

Beynim təlaĢda, 

alnımdan çaylar axır. 

Sinəmə ağır yük 

basılır, 

Həyatım bu anlar 

 sanki tükdən asılır. 

Dəmirçi körüyü kimi 

sinəm asta-asta 




 

 

46 



 

qalxıb, enir. 

Ürək tənbəlləĢir, 

döyünməyə ərinir. 

Gözlərim dikilir 

bir nöqtəyə, 

Qəribə hisslər bürüyür, 

 ölürəm deyə. 

Sanıram indi qırılacaq 

qolum, qanadım; 

Gözlərim önündən keçir 

olub, ötənlər- 

bütün həyatım. 

Yer tapmıram  

qoyam canımı, 

Allah bağıĢla, 

əfv et günahlarımı. 

Beləcə çəkir məni 

çətin sınağa, 

Bircə vəsiyyət etmək 

qalır arvad-uĢağa. 

Hər gəliĢiylə 

ağrılar təzələnir, 

Deyəsən o mənimlə 

məzələnir. 

Dadıma yetir korvalol, 

validol, nə bilim nə ol 

bu an, 


indi anlayıram nə ĢirinmiĢ 

bu həyat, bu dünya, 

bu cahan! 

O gedir... 

Bilirəm qayıdacaq, 

gəliĢiylə bir ocağı 

soyudacaq, 



 

 

47 



 

Bir ürəyi yuvasından  

qoparacaq, 

Məni də bir gəliĢində 

özüylə aparacaq... 

2013        



*** 

 

DƏRMAN  TORBASI 

 

Evdə bir torbam var,  



          içi dolu dərman; 

Hərəsi bir dərd üçün 

         həkimin verdiyi fərman. 

O həmiĢə mənimlədir, 

        yaxın və ya uzaq səfərlərə 

            mənimlə gedir. 

Onsuz bir gün yaĢamağa 

             yox gümanım, 

Onsuz ağrıdan, açıdan 

             yox amanım! 

Malımdan, varımdan keçərəm, 

             torbamdan keçmərəm, 

Onsuz yemərəm, içmərəm... 

Odur bu günüm, sabahım, 

             həyatım. 

Odur yaĢamaq qarantım. 

O mənim azımdı, 

         çoxumdu, 

O, gündüzlər rahatlığım, 

        gecələr Ģirin yuxumdu. 

Kəsəsi, divin canı 

               butulkada, 

Mənimkisə, bu torbada... 

                                            2013 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə