Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə14/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

 
 44  
müəyyən  “düzəliĢ”  edə  bilər.  Vay  o  haldan  ki,  əvvəldən 
auditoriyanı boĢ buraxsın. Məncə bu sərbəst oturuĢla əlcəzairli 
tələbələr  özlərini  fransız  həmyaĢıdlarına  bənzədirlər.  Bir  dəfə 
bizim  müəllimlərdən  biri  tələbəsinin  sərbəst  oturuĢuna 
“düzəliĢ”  vermək  üçün  ona  deyir  ki,  bura  bax,  elə  oturmusan 
ki,  sanki  öz  evindəsən.  Tələbə  nə  cavab  versə  yaxĢıdır?: 
“Cənab, mən öz evimdəyəm, siz öz evinizdə deyilsiniz”. 
Bumerdes gənclik Ģəhəri olsa da, orada nisbətən yaĢlılar da 
yaĢayırlar.  Bunlar  əsasən  ali  məktəblərin  iĢçiləri,  ticarətçilər, 
habelə məiĢət xidmətçiləridirlər. 
ġəhərdə  bir  dövlət  mağazası  (buna  Unipri  deyirlər  –  sabit 
qiymətli  mağaza),  bir  kooperativ  mağaza  (buna  Suk-əl-Fəllah 
deyirlər,  burada  Ģeylərin  qiyməti  dövlət  mağazasına  nisbətən 
baha  olur),  20-dən  artıq  isə  xüsusi  mağaza  vardır.  Xüsusi 
mağazalarda  malların  qiyməti  kooperativ  mağazalardakından 
da  bahadır.  Bu  o  demək  deyildir  ki,  xüsusi  mağaza  sahibləri 
satdıqları  mallara  istədikləri  qiymətləri  qoya  bilərlər.  Bu 
mağazalardakı  qiymətlərə  Dövlət  tərəfindən  nəzarət  olunur. 
Xüsusi mağazalardakı malların qiyməti dövlət mağazalarındakı 
qiymətin 5%-indən baha ola bilməz. 
ġəhərdə  bazar  da  vardır.  Bazarla  bağlı  bir  hadisə  məncə 
oxucular üçün maraqlı olar. 
Ġstirahət  günü  ailəmizlə  birlikdə  bazara  getdik.  Əlcəzairin  
bir  sıra  Ģəhərlərində  bazarlar  səyyaridirlər.  Xüsusi  maĢınlarla 
tacirlər  Ģəhər  kənarındakı  meydana  öz  mallarını  çıxarırlar.  Bu 
meydan bazar üçün ayrılmıĢdır. Bazarda alver səhər saat 6-dan 
günorta  12-yə  kimi  davam  edir.  Burada  həm  ərzaq,  həm 
sənaye,  həm  də  təsərrüfat  malları  satılır.  Sonra  onlar  malları 
yığıĢdırıb evlərinə dağılıĢırlar. Bumerdesdə bu bazar həftədə üç 
dəfə  yığıĢır.  Yerdə  qalan  günləri  həmin  tacirlər  öz  mallarını 
baĢqa  Ģəhərlərə  aparırlar.  Bu  üç  gündən  biri  istirahət,  yəni 
cümə gününə düĢürdü. Biz mütəxəssislər yalnız istirahət günü 
bazara    gedə  bilərdik  (bu  bizim  sovet  rəhbərliyinin  sərəncamı 
idi). Ona görə də biz bir həftəlik bazarlıq edirdik. Iki zənbil Ģey 


 
 45  
aldıq,  üçüncü  qabımızı  doldurmağa  baĢladıq.  Bazarda  çox 
tünlük  olduğundan  uĢaqların  da  əllərindən  tutmuĢduq  ki, 
itməsinlər.  Beləliklə,  evə  qayıtdıqdan  sonra  məlum  oldu  ki, 
zənbilin  birini  yaddan  çıxarıb  bazarda  qoymuĢuq.  Həyat 
yoldaĢım  təklif  etdi  ki,  bazara  qayıdım.  O,  hansı  satıcının 
yanında  zənbilimizi  qoyduğumuzu  təxminən  bilirdi.  Mən  isə 
bazara  qayıtmağın  mənasız  olduğunu  ona  inandırmağa 
çalıĢdım.  Hava  da  çox  isti  idi.  Çox  söhbətdən  sonra  bazara 
qayıtmalı  oldum.  DəhĢətli  istidə,  tərin-suyun  içində  gəlib 
bazara  çıxdım.  BirbaĢa  güman  etdiyimiz  yerə  yönəldim.  Nə 
görsəm  yaxĢıdır? Zənbil olduğu kimi  yerində dururdu. Qəribə 
də  olsa,  həmin  gün  baĢıma    baĢqa  bir  hadisə  gəldi.  Bizim 
klubda  abunə  olduğum  qəzetləri  alıb,  yoldaĢlarla  bir  qədər 
Ģahmat  oynadım.  Necə  oldusa  qəzetləri  yaddan  çıxarıb  evə 
getdim.  On  dəqiqədən  sonra  qayıtdım  və...qəzetləri  yerində 
görmədim. 
Ġrəlidə çəkdiyim misalla mən heç də sübut etmək istəmirəm 
ki, Əlcəzairdə oğrular yoxdur. Xeyir, orada oğrular da, canilər 
də  vardır.  Mənim  zənbilim  oğruya  rast  gəlsəydi,  Ģübhəsiz  ki, 
onu  yaddan  çıxardığım  yerdə  tapmazdım.  Maraqlı  orasıdır  ki, 
mənim  zənbilim  o  boyda  izdihamın  içərisində  oğruya  rast 
gəlməmiĢdi. 
 
BİZİM   AİLƏ 
 
Çox  güman  ki,  oxucular  üçün  Əlcəzairdəki  adət  və 
ənənələr,  əhalinin  həyat  və  iĢ  Ģəraiti,  bizə  münasibət  və  s.-lə 
yanaĢı,  orada  yaĢayan  sovet  mütəxəssislərinin,  xüsusilə 
azərbaycanlıların həyat Ģəraiti, iĢi və istirahəti də maraqlı olar. 
Ona görə də mən bizim qürbətdəki həyatımız barədə onlarda az 
da olsa, təsəvvür yaratmaq istəyirəm. 
Əlcəzairdə  çoxlu  sovet  mütəxəssisi,  o  cümlədən 
azərbaycanlı  mütəxəssislər  iĢləyir  və  yaĢayırlar.  Bumerdes 
Ģəhərində  27  azərbaycanlı  ailəsi  yaĢayırdı.  Onların  bir  qismi 
müəllim,  digər  qismi  isə  neftçi,  geoloq,  tərcüməçi  və  baĢqa 


 
 46  
sənət sahibləri idilər. Ümumiyyətlə Bumerdesdə 1000-dən artıq 
sovet  vətəndaĢı  vardır.  Bunlar  mütəxəssislər  və  onların  ailə 
üzvləri idilər. Burada baĢqa “növ” sovet vətəndaĢlarına da rast 
gəlinirdi.  Onlar  vaxtilə  ölkəmizdə  təhsil  almıĢ  əlcəzairli 
oğlanlarla ailə qurmuĢ qadınlardırlar. Onlardan birisi lap bizim 
qonĢuluqda yaĢayırdı... 
Əlcəzairin  nigah  haqqında  qanunu  hər  kiĢiyə  üç  dəfə 
evlənmək  hüququ  verir.  Bir  Ģərtlə  ki,  kiĢi  həmin  qadınların 
normal  həyat  Ģəraitinə  tam  təminat  vermiĢ  olsun.  Həmin 
qonĢumuz ikinci arvad almaq qərarına gəlmiĢdi. Rus arvadı isə 
buna  tam  etiraz  edirdi  (Axı  bizdə  rəsmi  olaraq  belə  qanun 
yoxdur). KiĢi birinci arvadını (rus arvadını) Fransaya gəzməyə 
göndərdi  və  ikinci  arvadı  aldı.  Birinci  arvad  səfərdən 
qayıtdıqdan  sonra  çox  haray-həĢir  qopardı,  lakin  nəticəsi 
olmadı. Bədbəxtlikdən birinci arvad heç yerdə iĢləmirdi. Bizim 
səfirliyin  yaxından  köməyi  nəticəsində  iĢə  düzəldi  və  istər-
istəməz  ailədə  yaranan  yeni  Ģəraitlə  razılaĢmalı  oldu. 
Bumerdesdə digər rus qadınları da var idi ki, ərləri bizimlə bir 
institutda  çalıĢır,  həmin  qadınların  müəyyən  qismi  də  bizimlə 
iĢləyirdilər.  Hər  dəfə  onlarla  söhbət  edəndə  hiss  olunurdu  ki, 
nədənsə  bu  qadınlar  özlərini  xoĢbəxt  göstərməyə  çalıĢır,  öz 
üstünlüklərini  (?)  büruzə  verməyə  cəhd  göstərirdilər.  Söhbət 
əsnasında  Fransaya,  Ġspaniyaya,  ABġ  və  digər  kapitalist 
ölkələrinə  səfərlərindən,  bankda  olan  dollar  hesabının 
üstünlüklərindən,  ailələrinin  firavan  yaĢamasından  ağızdolusu 
danıĢırdılar.  Gözlərinə  diqqətlə  fikir  verəndə  görürsən  ki, 
baxıĢlarının  dərinliyində  bir  kədər,  bir  həsrət  özünə  həmiĢəlik 
yuva salmıĢdır. Fəxrlə danıĢdıqları da həmin kədər və həsrətin 
içərisində  boğularaq  göz  yaĢlarına  çevrilirdi.  Bu  zaman 
ixtiyarsız olaraq müdrik el bayatısı yada düĢürdü: 
 
ġaftalıyam, kalam mən
Dilim yoxdu, lalam mən
Eldən ayrı düĢmüĢəm – 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə