Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə5/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   2   3   4   5   6   7   8   9   ...   52

 
 16  
yanvar  1984-cü  ildən  ƏXDR  prezidentinin  dekretiylə 
Bumerdes eyni adlı vilayətin mərkəzinə çevrilib. Həmin tarixə 
kimi  Bumerdesdə  bir  neçə  ali  məktəb  (Neft  Ġnstitutu,  Yüngül 
Sənaye  Ġnstitutu,  Mexanika  və  Sənaye  Ġnstitutu)  və  bir  də 
SONATRAK neft Ģirkətinin laboratoriyaları yerləĢirdi. 
Vaxtilə  fransız  müstəmləkəçilərinin  hərbi  bazası  yerləĢən 
və həm də onların istirahət zonası sayılan bu Ģəhər (Bumerdes 
Aralıq  dənizi  sahilindədir  və  çox  gözəl  çimərlikləri  vardır) 
hazırda  Əlcəzairin  müasir  və  ən  perspektivli  Ģəhərlərindəndir. 
Əhalisi  5  mindən  çox  olan  bu  Ģəhərdə  mindən  artıq  sovet 
mütəxəssisi və onların ailə üzvləri yaĢayırdı. 
Bumerdesin  mərkəzində  bir  villa  var.  Həmin  villa  Yüngül 
Sənaye  Ġnstitutunda  iĢləyən  sovet  mütəxəssislərinin  klubudur. 
Klubun  qarĢısında  geniĢ  meydan  vardır.  Avtobusumuz  həmin 
meydana  yaxınlaĢanda  “Ura”  səsləri  və  alqıĢlar  bizim 
heyrətimizə  səbəb  oldu.  Sən  demə  bu  bir  adətdir  ki,  hər  dəfə 
yeni  sovet  mütəxəssisləri  Əlcəzairə  gələndə  “köhnələr”  bu 
meydana  yığıĢır  və  yeni  gələnləri  təntənəylə  qarĢılayırlar.  Və 
sonra  da  köməkləĢib  hər  ailəni  öz  evinə  ötürürlər.  Ənənəyə 
görə  qarĢılayanların  içərisində  hökmən  hər  bir  mütəxəssisin 
iĢlədiyi  kafedranın  bir  əməkdaĢı  da  olmalıdır.  Yenə  də  həmin 
ənənəyə  görə  qarĢılayan  səhəri  gün  yeni  gələni  ailəsi  ilə  öz 
evinə nahara dəvət edir və Ģəhəri gəzdirir. Çox gözəl qaydadır. 
Məhz  səni  qarĢılayan  yeni  düĢdüyün  mühitə  alıĢmaqda  sənə 
böyük kömək göstərir. 
Bizim  ailəni  qarĢılayan  gələcək  kafedramızın  əməkdaĢı 
L.Vaselyova idi. Ġrkutsk Politexnik Ġnstitutundan gəlmiĢ 45-46 
yaĢlı bu qadın  o qədər dilli (hətta mənimlə də arada fransızca 
danıĢırdı)  və  qıvraq  idi  ki,  elə  birinci  gündən  ailəliklə  ona 
heyran qalmıĢdıq. 
Gecə  saat  3-də  (yəni  səhər)  Bumerdesdə  bizim  üçün 
ayrılmıĢ  dörd  otaqlı  mənzilə  gəlib  çatdıq.  UĢaqlar  ayaq  üstə 
yatırdılar. Mən özüm də elə yorulmuĢdum ki, yatmaqdan baĢqa 
heç bir Ģey barədə düĢünmürdüm. 


 
 17  
ġeyləri  evə  daĢıdıq.  Veselyovadan  baĢqa  bir  kiĢi  də  bizə 
kömək  edirdi.  MaĢını  boĢaltdıqdan  sonra  mən  Veselyovaya, 
sürücüyə  (demə  sürücü  də  mütəxəssis  imiĢ)  və  həmin  kiĢiyə 
“çox  sağ  olun”  dedim.  Və  birdən  həmin  kiĢi  azərbaycanca 
“dəyməz” dedi. Mən həyəcanla: - QardaĢ, sən azərbaycanlısan? 
–  deyə  soruĢdum.  O  isə  belə  dedi:  -  Siz  yoldan  gəlmiĢsiniz, 
istirahət  edin,  hələ  çox  görüĢəcəyik.  Sonralar  yaxından  tanıĢ 
olduq.  Bu  Bakı  Rabitə  Texnikumunun  müəllimi  Fərman 
Hüseynov  idi.  Bumerdesdə  Yüngül  Sənaye  Ġnstitutunda 
iĢləyirdi. 
ġeylərimizi  evin  ortasına  yığdıq  və  təzə  mənzilimizi 
nəzərdən  keçirib,  öz-özümə  düĢündüm:  “Ġlahi,  yəni  bu 
mənzildə biz dörd il yaĢaya biləcəyikmi?” 
 
ƏLCƏZAİRDƏ  TƏHSİL SİSTEMİ 
 
Əlcəzairdə  milli-azadlıq  inqilabının  qələbəsindən  sonra, 
yəni 1965-ci ildə Afrika Neft və Toxuculuq mərkəzi yaradılmıĢ 
və  sonralar  (1975-ci  ildə)  bu  mərkəz  iki  müstəqil  institutun  – 
Milli  Neft  və  Qaz,  Milli  Yüngül  Sənaye  Ġnstitutunun  bazası 
olmuĢdur.  Milli  Yüngül  Sənaye  Ġnstitutu  (MYSĠ)  yarandığı 
vaxtdan indiyə kimi  ölkə sənayesi  üçün təxminən 4000 texnik 
və  mühəndis  hazırlamıĢdır.  Institutda  18  ixtisas  üzrə  1700-ə 
yaxın  tələbə  təhsil  alır.  Hər  il  institutu  400-ə  yaxın  tələbə 
bitirir.  Institutda  fəaliyyət  göstərən  26  kafedra,  5  dekanlıq 
arasında bölüĢdürülmüĢdür. Bizim fizika kafedrası fundamental 
elmlər fakultəsinə daxildir. Ümumtəhsil  kafedralarında dərslər 
“Tron-komən” (bu proqramı fransızlar təklif etmiĢlər) adlanan 
proqram  üzrə  aparılır.  Bu  proqram  1983-cü  ildə  ölkənin  ali 
təhsil  nazirliyi  tərəfindən  bütün  ali  məktəblər  üçün  təsdiq 
olunmuĢdur. Əlcəzairin bütün ali məktəblərində tələbələr iki il 
müddətində  eyni  proqramla  ümumtəhsil  fənləri  üzrə    dərslər 
keçirlər.  Əgər  tələbə  həmin  müddətdə  öz  ixtiasını  dəyiĢmək 
fikrinə  düĢsə,  deməli  asanlıqla  bir  institutdan  digərinə  və  ya 


 
 18  
universitetə  keçə  bilər  (Proqramın  ümumiliyi  məhz  bundan 
ötəridir). 
MYSĠ-də tələbələr üç bölmədə təhsil ala bilərlər. Bunlardan 
birincisi  dövlət  mühəndisləri  bölməsidir.  Ikinci  bölmə  tətbiqi 
mühəndislər,  üçüncüsü  isə  texniklər  bölməsi  adlanır.  Birinci 
bölmədə  təhsil  müddəti  5  il,  ikincidə  4  il,  üçüncüdə  isə  2  il 
yarımdır. Üçüncü bölmə bəzən də texnikum adlanır. 
Birinci  bölməyə  daxil  olmaq  üçün  abituriyent  hökmən 
bakalavra  malik  olmalıdır.  Birinci  iki  bölmədə  abituriyentlər 
həmiĢə  çatıĢmadığından  qəbul  imtahanları  keçirilmir.  Bu 
bölmələrdə  qəbul  yalnız  sənədlər  əsasında  aparılır.  Üçüncü 
bölməyə daxil olmaq istəyənlər isə qəbul imtahanı verirlər (bu 
da  abituriyentlərin  sayı  ilə  bağlıdır).  Qəbul  imtahanları  üç 
fəndən  yazılı formada aparılır: fizika, riyaziyyat və kimyadan. 
Abituriyentlər bir gün ərzində bütün imtahanları verib evlərinə 
qayıdırlar.  Günün  birinci  yarısı  (3  saat  müddətində)  fizika  və 
kimyadan,  ikinci  yarısı  isə  riyaziyyatdan  imtahan  verirlər. 
Ġmtahanın nəticəsi 20 ballı sistemlə qiymətləndirilir. Tələbələr 
pulsuz  yataqxana,  gündə üç dəfə pulsuz  yeməklə və üç aydan 
bir təqaüdlə təmin olunurlar (üç aylıq təqaüd 1500 dinardır). 
Ġnstitutun  tədris  binaları,  yataqxanaları  və  yeməkxanası 
eyni  ərazidə  yerləĢir.  Həmin  ərazidə  dindar  tələbələr  üçün 
xüsusi  məscid  də  vardır.  Həmin  məscidin  üstündə  qurulmuĢ 
ucadandanıĢanlar  gündə  5  dəfə  tələbələri  namaz  qılmağa 
çağırır. 
MYSĠ-də dərslər səhər saat 8-də baĢlayır. Bir qoĢa saat iki 
50  dəqiqədən  ibarətdir.  Hər  50  dəqiqədən  bir  10  dəqiqə 
tənəffüs  verilir.  Saat  12-dən  13-ə  kimi  günorta  fasiləsi  elan 
olunur. Sonra dərslər saat 13-dən 17-ə kimi davam edir. Böyük 
birləĢmələrdə  mühazirələr  bir  saat  yarım  ərzində  fasiləsiz 
aparılır. 
Ümumiyyətlə 
tələbələr 
həmiĢə 
vaxtın 
azlığından 
Ģikayətlənirlər. Doğrudan da tələbələrin hər dəfə dərs cədvəlini 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə