Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə6/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   2   3   4   5   6   7   8   9   ...   52

 
 19  
nəzərdən  keçirdikdə  onlara  ürəkdən  acıyırsan.  Həqiqətən 
müstəqil iĢ üçün vaxt qalmır. 
Tələbələrin  semestr  ərzində  hazırlığına  nəzarət  xüsusi 
sistem üzrə aparılır. Bu “illik qiymət” sistemi adlanır. Tələbələr 
hər  semestrdə  iki  kompozisiyon  (bizdəki  kollokviumlara 
bənzəyir)  və  iki  interraqasiyon  verməlidirlər.  Kompozisiyon 
hökmən  yazılı  (burada  hər  variant  bir  nəzəri  sualdan  və  bir 
neçə  məsələdən  ibarət  olur),    interraqasiyon  isə  (fransız 
sözüdür,  sorğu  deməkdir)  Ģifahi  də  ola  bilər.  Tələbənin  illik 
qiyməti  belə  hesablanır:  kompozisiyon  və  interraqasiyonların 
ümumi  balları  toplanır  və  onun  əlli  faizi  götürülür  və  bu  öz 
növbəsində  laboratoriya  məĢğələsindən  alınan  balın  əlli  faizi 
ilə  toplanır.  Həmin  hesablama  əməliyyatı  bütün  fənlər  üzrə 
aparılır, toplanıb fənlərin sayına bölünür və ümumi orta qiymət 
tapılır. Əgər ümumi orta qiymət 10-dan (yəni maksimum balın 
yarısından)  böyükdürsə,  onda  tələbə  heç  bir  imtahan  vermir. 
(Əgər  tələbə  bir-iki  fəndən  10  baldan  kiçik  qiymət  alsa  belə). 
Əgər ümumi orta qiymət 10-dan kiçik olsa, onda həmin tələbə 
10-dan kiçik qiymət aldığı bütün fənlərdən imtahan verməlidir. 
Əgər tələbənin ümumi orta qiyməti 10-dan böyük, lakin bir və 
ya  iki  fəndən  qiyməti  7-dən  kiçikdirsə,  onda  o,  hökmən 
(baxmayaraq  ki,  ümumi  orta  10-dan  böyükdür)  həmin 
fənlərdən  imtahan  verməlidir.  Bu  cür  hallar  olur.  Məsələn, 
deyək ki, tələbə fizikadan 6, ərəb dilindən isə 16 bal almıĢdır. 
Əlbəttə  orta  qiymət  10-dan  böyükdür.  Lakin  belə  olan  halda 
həmin  tələbə  fizikadan  hökmən  imtahan  verməlidir.  Bundan 
əlavə tələbənin illik orta qiyməti 10-dan böyük olarsa və həmin 
tələbə  ayrı-ayrı    fənlərdən  aldığı  qiymətləri  yaxĢılaĢdırmaq 
istəyirsə,  onda  o,  könüllü  imtahan  verə  bilər.  (Belələri  çox  az 
olur)  Ayrı-ayrı  fənlərin  çətinlik  dərəcəsini  müəyyənləĢdirmək 
üçün balların hesablanması zamanı əmsal daxil edilir. Məsələn 
ərəb dili üçün əmsal 1-dirsə, fizika və riyaziyyat üçün əmsal 2-
dir.  Bu  o  deməkdir  ki,  ümumi  orta  qiymət  hesablananda  ərəb 


 
 20  
dilindən  alınan  qiymət  1-ə,  fizika  və  riyaziyyatdan  alınan 
qiymət 2-yə vurulur. 
Təqaüd qazandığı müvəffəqiyyətdən asılı olmayaraq bütün 
tələbələrə  verilir.  Tələbə  buraxdığı  dərslərin  miqdarına  görə 
təqaüddən məhrum edilə bilər. Ümumiyyətlə MYSĠ-də son illər 
intizama  böyük  diqqət  yetirilir.  Belə  ki,  tələbə  üzürsüz 
səbəbdən  3  saat  dərs  buraxmıĢsa,  o,  institutdan  xaric  edilir. 
Ümumiyyətlə  irəlidə  qeyd  etdiklərimiz  təkcə  MYSĠ-na  aid 
olmayıb, bütün Əlcəzair ali məktəblərinə Ģamil oluna bilər. 
 
ƏLCƏZAİRLİ   TƏLƏBƏLƏRLƏ   GÖRÜŞ 
 
Mən  Əlcəzairə  gələndə  ali  məktəblərdə  artıq  dərslər 
baĢlanmıĢdı.  Dərslər  sentyabrın  1-dən  deyil,  havanın 
temperaturundan  asılı  olaraq  bir  qədər  gec  də  baĢlana  bilir. 
Mən iĢlədiyim dörd il müddətində dərslər hər dəfə bir tarixdə 
baĢlanırdı və mənim tələbələrlə ilk görüĢüm gəliĢimdən üç gün 
sonra  baĢ  verdi.  Adətən  yeni  gələn  müəllim  tərcüməçi 
müəllimin  müsahibəsindən  keçir,  sınaq  mühazirəsini  oxuyur 
(sınaq  mühazirəsində  kafedranın  bütün  əməkdaĢları,  dekan, 
habelə  tərcüməçi  iĢtirak  edir)  və  bu  mühazirədən  müvəffəq 
qiymət  aldıqdan  sonra  auditoriyaya  buraxılır.  Onu  da  qeyd 
edim  ki,  sınaq  mühazirəsi  müəllimin  biliyini  deyil,  dil 
hazırlığını  yoxlamaqdan  ötrüdür.  Qəbul  olunan  qaydaya  görə 
yeni  gələn  müəllimlər  tərcüməçi-müəllimlərin  tutduqları  plan 
üzrə  bütün  il  boyu  fransız  dilini  təkmilləĢdirmək  üzərində 
iĢləyir və ilin sonunda imtahan verirlər. 
Ġlk  mühazirəni  ikinci  kurs  tələbələrinə  oxumalı  idim. 
BirləĢmədə  150  tələbə  var  idi.  Müvafiq  auditoriya 
olmadığından  həmin  mühazirə  tələbə  yeməkxanasının  böyük 
salonuna  təyin  olunmuĢdu.  (Qeyd  edim  ki,  bir  il  ərzində 
institutun  ərazisində  iki  böyük  mühazirə  zalı  –  amfiteatr 
tikdilər). Auditoriyaya daxil olan kimi tələbələr yeni müəllimi 
görüb əl çalmağa baĢladılar. Düzü bu məni bir qədər çaĢdırdı. 
Yazı  taxtasının  qarĢısına  keçib  bir-biriylə  çox  sıx  Ģəkildə 


 
 21  
oturmuĢ  tələbələri  nəzərdən  keçirib  özümü  təqdim  etməyə 
baĢladım. 
Tənəffüsdə  kiçik  “mətbuat  konfransı”    özü-özünə  yarandı:  
Ölkənizdə çoxlu Bakı Ģəhəri var. Siz hansındansınız? 
- Azərbaycan Özbəkistanda yerləĢirmi? 
      - Ölkənizdə nə qədər müsəlman var? 
       - Siz necə oldu ki, bura iĢləməyə gəldiniz? Öz istəyinizlə, 
yoxsa sizi məcbur edib buraya göndəriblər? 
- Ailəniz haqqında bizə danıĢın. 
       - Bizim ölkə barədə ilk təəssüratınız və s. 
Hər  suala  cavab  verdikcə  yenisi  ortaya  çıxırdı.  Dərsin 
ikinci  hissəsinin  baĢlanması  canımı  bu  suallardan  qurtardı. 
Dərs  qurtaran  kimi  özümü  evə  yetirdim.  Hiss  etdim  ki, 
həyatımda  bugünkü  kimi  heç  vaxt  yorulmamıĢam.  Beləliklə 
mənim həyatımın qürbətdəki fəal hissəsi baĢlandı. 
 
QÜRBƏTDƏ  HƏYAT 
 
Ġnsan  qəribə  məxluqdur.  Taleyin  ondan  əsirgəmədiyi  Ģeyə 
o,  çox vaxt  biganə qalır. Bəzən  görürsən ki,  bir  əziz adamınla 
illərlə görüĢməyir və hətta görüĢməyə can atmırsan. Lakin onu 
həmiĢəlik itirdikdən sonra isə, həmin adam  haqqında xatirələr 
toplayır,  onun  çəkdiyi  siqaretdən  tutmuĢ  əlyazmasına  qədər 
yığır və saxlayırsan, əzizləyirsən. 
Qürbətdə  həyat  nələri  adama  xatırlatmır?  Kimləri  görmək 
istəmirsən?  Elə  adamları  ki,  vətəndə  onlar  bəlkə  də  ildə  bir 
dəfə  yadına düĢmür belə. Bəli qəriblikdə, qürbət  eldə Vətənlə 
bağlı  nə  varsa,  hamısı  sənə  əziz  olur;  hamısı  sənin  xatirində 
özünə  yer  tapır.  Arada  bir  “Mayak”  radiostansiyası  vasitəsilə 
Moskvanı  dinləmək  imkanına  malik  olanda,  heç  bilmirsən 
sevindiyindən nə edəsən. Sənə elə gəlir ki, indi eĢitdiyin veriliĢ 
və yaxud musiqi sənin illərlə eĢitdiklərindən deyildir. 
Kosmonavtlar  qeyd  edirlər  ki,  Yer  kürəsinin  gözəlliyini, 
cazibəsini  hiss  etmək  üçün  gərək  kosmosa  çıxasan.  Doğrudan 
da  Vətənin  cazibəsini,  əzizliyini,  doğmalığını  və  ona  olan 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə