Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə7/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   2   3   4   5   6   7   8   9   10   ...   52

 
 22  
böyük məhəbbəti hiss etmək üçün bu doğma torpaqdan azacıq 
uzaqlaĢmaq  kifayətdir.  Məhz  buna  görə  də  Vətəndən  ayrılan 
kimi  bu  müqəddəs  torpaq  üçün,  el-oba  üçün  darıxmağa 
baĢlayırsan: 
 
Mənzil uzaq, ayaq iĢdə, baĢ iĢdə, 
Bax beləcə karıxmıĢam, ay Vətən. 
Balalarım dörd yanımı tutsa da
Mən səninçün darıxmıĢam, ay Vətən... 
 
Qürbətdə Vətən həyatını yaĢamaq üçün bizim mütəxəssislər 
xeyli iĢ görmüĢlər. Həm Neft Ġnstitutu və həm də MYSĠ sovet 
mütəxəssisləri üçün xüsusi klublar ayırmıĢdı. Klub deyəndə bu 
heç  də  bizim  baĢa  düĢdüyümüz  mənada  klub  deyildir.  Ġrəlidə 
qeyd  etdiyim  kimi  beĢ-altı  otaqlı  villalardır.  Orada  bizim 
kitabxanamız, bufetimiz, kiçik iclas zalımız (biz iclassız keçinə 
bilmərik)  var  idi.  ĠĢdən  sonra  mütəxəssislər  ailə  üzvləri  ilə 
birlikdə hər iki klubun  qarĢısına  yığılır, bir-birindən hal-əhval 
tuturdular.  Klublardan  birinin  (Neft  Ġnstitutunun)  iclas  salonu 
nisbətən böyük olduğundan orada kinoqurğu  yerləĢdirilmiĢ  və 
həftədə  iki  dəfə  rus  dilində  filmlər  nümayiĢ  etdirilirdi. 
Klubların  nəzdində  iki  musiqi  məktəbi  vardı.  Orada  bizim 
uĢaqlar  təhsil  alırdılar.  Musiqi  məktəbində  dərs  deyən 
müəllimlər  mütəxəssislərin  həyat  yoldaĢları  olub,  ali  təhsilli 
musiqiçilərdirlər.  Bəzi  ərəb  uĢaqları  da  bizim  musiqi 
məktəbində  təhsil  alırdılar.  Bunlar  atası  ərəb,  anası  rus  olan 
uĢaqlar  idilər.  Musiqi  müəllimləri  demək  olar  ki,  ictimai 
əsaslarla iĢləyirdilər. 
Ayda iki dəfə məktub alır və yola salırdıq. Bizim məktublar 
kluba  gəlir  və  oradan  paylanırdı.  Məktublar  əvvəlcə  institut, 
sonra  isə  kafedralar  üzrə  bölünürdü.  Hər  kafedranın  öz 
poçtalyonu  vardı.  Poçtalyon-müəllim  məktubları  sahiblərinə 
çatdırırdı. 


 
 23  
Həyatımın  ən  dəhĢətli  günləri  evdən  məktub  almadığım 
günlərdir.  Məktublar  paylananda  hansı  hissləri  keçirmirsən? 
Məktub almayanda nələri düĢünmürsən? 
 
...Ġndi qərib diyarda 
Həsrətlə gözləyirəm 
Dörd bükülü varağı – 
Adi varaq deyil o
Mənim əziz anamın 
Mürəkkəbli dodağı. 
 
Hər iki institutdakı mütəxəssislərimiz nəqliyyat kooperativi 
yaratmıĢdılar.  Hər  iki  kooperativin  bir  neçə  avtobus  və  minik 
maĢını  var  idi.  Ekskursiyaları  bizim  nəqliyyat  kooperativləri 
təĢkil  edirdi.  Bu  yerli  ekskursiya  bürolarının  təĢkil  etdiyi 
səyahətlərdən  çox-çox  ucuz  baĢa  gəlirdi.  Təbiidir  ki,  bu 
kooperativin  sürücüləri  biz  mütəxəssislər  idik.  Bizim 
kafedranın  əməkdaĢı,  Leninqrad  Elektrotexnika  Ġnstitutunun 
dosenti  L.Ulpe  həmin  kooperativin  sürücülərindən  idi.  Əsil 
səyahət aĢiqi olan L.Ulpe zarafatla deyirdi ki, evə qayıtdıqdan 
sonra beynəlxalq nəqliyyat xətlərində sürücü iĢləyəcək. 
Klubda  tez-tez  nərd,  Ģahmat  və  dama  yarıĢları  keçirirdik. 
Bundan  əlavə  bizim  yaxĢı  voleybol  və  futbol  komandalarımız 
var  idi.  Sovet  mütəxəssislərindən  ibarət  yığma  Ģahmat 
komandası  hətta  Əlcəzairin  milli  yığma  komandasına  qalib 
gəlirdi. 
Bumerdesdə bir tibb məntəqəmiz var idi. Təkcə məntəqənin 
müdiri Ģtatlı idi. Yerdə qalan iĢçilərin  hamısı  ictimai  əsaslarla 
iĢləyirdilər.  Mənim  həyat  yoldaĢım  da  həmin  məntəqədə 
həkim-allerqoloq vəzifəsini daĢıyırdı. 
Sovet  səfirliyinin  səkkizillik  məktəbi  də  Bumerdesdə 
yerləĢir.  Əlcəzairin  müxtəlif  Ģəhərlərində    iĢləyən  sovet 
mütəxəssislərinin  uĢaqları  oxumağa  bu  məktəbə  gəlirdilər. 
Paytaxtın  özündə  belə  səkkizillik  məktəb  olmadığından 
diplomatların  uĢaqları  da  bu  məktəbdə  oxuyurdular  (1978-ci 


 
 24  
ildə  Əlcəzair  Ģəhərində  də  sovet  səfirliyinin  yeni  səkkizillik 
məktəb açıldı). 
 
ƏLCƏZAİRƏ BALACA PARİS  DEYİRLƏR 
 
Deyirlər ki, avropalılar ƏXDR-in paytaxtı Əlcəzair Ģəhərini 
balaca  Paris  adlandırırlar.  Mən  Parisdə  bir  ilə  yaxın 
yaĢadığımdan bu iki Ģəhəri müqayisə edə bilərdim. Ona görə də 
Əlcəzair  Ģəhərinə  ayaq  basan  kimi  onunla  Paris  arasındakı 
oxĢar  cəhətləri  axtarmağa  baĢladım.  Tezliklə  belə  qərara 
gəldim ki, bu Ģəhər bizim Bakı ilə əkiz qardaĢdır. Aralıq dənizi 
sahilində  yerləĢən  Əlcəzair  özünün  ruhu,  binalarının 
arxitekturası,  bizim  ĠçəriĢəhərə  bənzər  “Qasba”sı  ilə  Bakıya 
daha çox bənzəyir, nəinki Parisə. 
Fransız ĢərqĢünası Marsel Eqreto Bakını Əlcəzair Ģəhərinə 
bənzədir.  Mən  onun  bənzətməsinə  Ģərik  olaram,  bir  Ģərtlə  ki, 
Bakı Əlcəzairə yox, Əlcəzair Bakıya bənzəyir. 
Əlcəzairlə ilk tanıĢlıq Lunaparkdan baĢlayır. Paytaxta gələn 
səyyahların  demək  olar  ki,  hamısının  yolu  buradan  keçir. 
Buradakı  attraksionları amerikalılar tikiblər. Parka ayaq basan 
kimi 
sanki 
yerimizdə 
donub 
qaldıq. 
Parkda 
ucadandanıĢanlardan  Z.Xanlarovanın  səsi  gəlirdi.  Zeynəb 
xanım necə də həzin-həzin oxuyurdu: 
 
Sən MüĢfiqin yanında qal, sənə qurban
Istəsən bu canımı al, sənə qurban... 
 
Böyük oğlum Emin sevincək: 

 
Ata, Zeynəbdir oxuyan – dedi. 
UĢağın  sevincdən  gözləri  par-par  parıldayırdı.  Onda 
Eminin 9 yaĢı vardı. Bu baxıĢlarda qəribliyin, vətən həsrətinin 
ilk  təzahürləri  özünü  göstərirdi.  Axı  biz  cəmisi  üç  ay  idi  ki, 
vətəndən ayrılmıĢdıq. 
Lunaparkla  tanıĢ  olduqdan  sonra  hədiyyələr  mağazasına 
baxdıq. Üzərində Lunaparkın emblemi olan müxtəlif əĢyalar bu 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə