Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə9/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

 
 28  
iki  dəqiqə  keçmədi  ki,  həmin  qız  “Muzaya”  adlı  mineral  su 
gətirdi.  (Muzaya  Əlcəzairdə  Ģəhər  adıdır.  Həmin  mineral  su 
orada  istehsal  olunur.)  Büllur  stəkanlarda  bizə  həmin  mineral 
sudan  verdilər,  içdik.  Mən  qocaya  təĢəkkür  edib  Azərbaycan 
haqqında  nə  bildiyi  ilə  maraqlandım.  KiĢi  mənə  baxdı  və 
gözlərini bir məchul nöqtəyə zilləyərək dedi: 
-  Mən  fransız  ordusunun  tərkibində  Ġkinci  Dünya 
müharibəsində  vuruĢmuĢ  və  əsir  düĢmüĢdüm.  Əsirlikdə 
Məhəmməd  adlı  bir  azərbaycanlı  ilə  tanıĢ  oldum  və 
dostlaĢdıq.  Igid,  qorxmaz,  kiĢi  adam  idi.  Əgər  sağdırsa, 
allah  onun  canını  salamat  eləsin,  ölübsə,  rəhmət  eləsin. 
Halal  olsun  ona.  Allahı  sevən  halal  adam  idi.  O,  çətin 
Ģəraitdə də ibadətindən qalmırdı. 
KiĢinin gözləri yaĢardı. 
Artıq  maĢınımızın  təkəri  hazır  idi.  Qocaya  bir  daha 
təĢəkkürümü bildirib, ayrıldıq. Yol boyu qoca və adını ilk dəfə 
eĢitdiyim el oğlumuz barədə düĢünürdüm. 
 
BİZİM  PİONER   DÜŞƏRGƏMİZ 
 
Heç  ağlıma  gəlməzdi  ki,  xarici  ölkədə  pioner  düĢərgəmiz 
olsun.  Bir  gün  sovet  mütəxəssislərinin  rəhbəri  məni  çağırıb 
pioner  düĢərgəsində  rəis  iĢləməyi  təklif  etdi.  Bu,  1984-cü  ilin 
yayı  idi.  Əvvəlcə  tərəddüd  etdim.  Axı  biz  hamımız  bir  illik 
gərgin  iĢdən  sonra  Vətənə  qayıtmaq,  doğma  el-oba  ilə 
görüĢmək arzusu ilə alıĢıb yanırdıq. 
SSRĠ-nin  ƏXDR-dəki  Fövqəladə  və  Səlahiyyətli  səfiri 
V.N.Taratuta  ilə  söhbətdən  sonra  mən  Tipaza  Ģəhərində 
yerləĢən pioner düĢərgəsinə rəis təyin olunmuĢdum. 
DüĢərgə  ölkənin  paytaxtından  75  km-lik  məsafədə,  dəniz 
kənarında  yerləĢir.  DüĢərgənin  ərazisi  bizim  dövlət  tərəfindən 
icarəyə  götürülmüĢdü.  Orada  yüzdən  artıq  uĢaq,  o  cümlədən 
Sovet  səfirliyi  və  sosialist  ölkələri  səfirlikləri  əməkdaĢlarının, 
habelə sovet mütəxəssislərinin uĢaqları dincəlirdilər. 


 
 29  
DüĢərgənin  bütün  iĢçiləri  qadınlar  idilər.  Bir  sürücü,  bir 
keĢikçi (bu ərəb idi) və bir də mən kiĢi cinsinə mənsub idik. 27 
qadına rəhbərlik etmək çətindən də çətin idi. 
DüĢərgənin  açılıĢı  mərasimi  çox  təntənə  ilə  keçdi.  BaĢda 
səfir  olmaqla  səfirliyin  bütün  əməkdaĢları  açılıĢda  iĢtirak 
edirdilər.  Komsomolun  mərkəzi  komitəsinin  Moskvadan 
gəlmiĢ  məsul  iĢçisi,  sosialist  ölkələri  səfirliklərinin 
nümayəndələri də burada idilər. 
Söz  mənə  verildi.  ÇıxıĢımı  bitirən  kimi  səfirliyin  məsul 
iĢçisi mənə yaxınlaĢıb həyəcanla dedi: 
       - Bilirsinizmi, yoldaĢlar ət tapa bilməyiblər. 
Mən: 
      -  Ola  bilməz  –  dedim.  Axı  yaxındakı  mağazada  bizə  söz 
veriblər. 
       -  Yox,  onlar  verdikləri  sözdən  imtina  edirlər.  Deyirlər  ki, 
orucluqdur, ət özümüzə lazımdır. Siz təcili gedin, görün onlarla 
dil tapa bilərsinizmi. 
Doğrudan da əlcəzairlilər adətən az ət yeyirlər. Onlar “kus-
kus”  deyilən  darıya  bənzər  bir  məhsuldan  daha  çox  istifadə 
edirlər,  nəinki  ətdən.  Lakin  orucluq  vaxtı  ət  növbəsindən 
mağazalara yaxınlaĢmaq mümkün olmur. 
DüĢərgə  rəisi  üçün  ayrılmıĢ  “Folsvaqen”  markalı  maĢına 
minib  birbaĢa  mağazaya  getdim.  Mağaza  müdirini  tapıb 
soruĢdum: 
       -  Cənab  Seyyid  (müdirin  adı  Seyyid  idi),  siz  bizə  söz 
vermiĢsiniz. Axı uĢaqları ac qoymaq olmaz. 
O isə: 
      - Cənab, məni düz baĢa düĢün, - dedi. Ġndi ramazan ayıdır. 
Bizim özümüzə ət lazımdır. Bu gün isə normadan iki dəfə az ət 
almıĢıq. 
Mən: 
       - Bizə xarici ət lazımdır, - dedim. Yerli ət istəmirik. 
        - Nə fərqi var, ət ətdir. Ya xarici olsun, ya yerli. 
Mən gülə-gülə: 


 
 30  
      -  ġəriətə  görə  müsəlman  xarici  ət  yeməməlidir,  xüsusilə 
orucluqda, - dedim. 
O təəccüblə: 
       - Nəyə görə? – soruĢdu. 
       -  Müsəlman  o  əti  yeyə  bilər  ki,  həmin  heyvan  müsəlman 
qaydası  ilə  kəsilsin.  Üzü  qibləyə  tutulsun.  Filan  dua  oxunsun. 
(həmin duanı ərəbcə oxudum) 
O gülümsəyərək mənə dedi: 
       - Siz bunu haradan bilirsiniz? 
        -  Axı,  mən  də  müsəlmanam  –  deyə  cavab  verdim.  Sovet 
müsəlmanı. 
O  məni  buzxanaya  apardı.  Buzxananın  içərisi  kəsilib 
soyulmuĢ  heyvanlarla  dolu  idi.  Seyyid  cəmdəklərin  birinə 
yaxınlaĢaraq,  onun  üzərinə  yapıĢdırılmıĢ  kağızı  mənə  tərəf 
çevirdi, gülə-gülə dedi: 
       - Oxuyun. 
Oxudum  və  heyrətdən  donub  qaldım  (Buzxananın  soyuğu 
məni  dondura  bilməmiĢdi).  Kağızda  bu  sözlər  yazılmıĢdı: 
“Mən Əhməd ibn  Abdulla filan tarixdə bu heyvanı  müsəlman 
qaydası  ilə  Ġspaniyada  kəsdim”.  Yazının  altında  qəssab  öz 
imzasını  atmıĢdı.  Mənimsə  ağlım  bizdə  satılan  xarici  ətlərə 
getmiĢdi. 
Seyyid üzünü mənə çevirərək dedi: 
      -  Gördünüzmü,  ət  xarici  olsa da təmizdir. “Təmiz” sözünü 
xüsusi vurğuyla dedi. Sonra sözünə davam etdi: 
      -  Siz  ki,  bu  qaydaları  belə  bilirsiniz,  bundan  sonra  ət 
probleminiz olmayacaq. Sizə nə qədər ət lazımdırsa, buyurun. 
Beləliklə  pioner  düĢərgəsinin  nəinki  ət  problemi,  həm  də 
bütün ərzaq problemi həll olundu. 
Pioner  düĢərgəsi    ilə  bir  sıra  xatirələr  yaddaĢımda  iz 
buraxıbdır. Onlardan biri heç vaxt yadımdan çıxmaz. 
...Aralıq  dənizində  böyük  təlatüm  var  idi.  Buna 
baxmayaraq  camaat  çimərlikdən  əl  çəkmək  istəmirdi.  Biz  öz 
uĢaqlarımızı  nəinki  çimməyə,  hətta  dənizin  kənarına  belə 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə