Vaqif sultanli



Yüklə 15.85 Kb.

səhifə1/55
tarix04.02.2018
ölçüsü15.85 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   55


 
 
VAQİF  SULTANLI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
HEÇLİK VADİSİ  
 
Povest və hekayələr 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – Azərnəşr – 2010 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
2
92
-
S
47
 
BBK
 
 
Ön sözün müəllifi: 
Çingiz Hüseynov 
 
 
 
 
 
 
 
Vaqif Sultanlı.  
Heçlik vadisi. Bakı, Azərnəşr, 2010, 184 səh. 
 
Kitaba  müəllifin  «Ölüm  yuxusu»  povest-illüstra-
siyası,  müxtəlif  illərdə  yazdığı  hekayələri  daxil  edilmiş-
dir.   
 
 
 
 
 
© Vaqif Sultanlı, 2010 
 
 
 
2010
 
(07)
 
651
 
-
 
M
4700000000
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
3
 
MƏKTUB ŞƏKLİNDƏ MÜQƏDDİMƏ 
  
Ə
zizim Vaqif, yanılmıramsa, otuz ilə yaxındır – əlyazma 
şə
klində,  son  zamanlar  isə  internet  vasitəsilə  –  məktublaşırıq 
səninlə.  
Bu  məktublar  –  söhbətlərimizin  mövzusu  –  ümummilli 
məsələlər,  ədəbiyyatamızın  vəziyyəti,  problemləridir,  onları 
müzakirə edir, dərdləşirik.  
Uzun  müddətdir  bizi  daha  çox  –  hər  ikimizin  sevimlisi,  
xalqımızın  böyuk  siması,  sədaqətli  oğlu,  uzaqgörən ideoloqu  – 
Məhəmməd Əminin həyatı, irsi, taleyi maraqlandırır, bu maraq 
sönməzdir – mən o vaxtlar «Doktor N» romanımı yazır, sən isə 
Məhəmməd Əminlə bağlı monoqrafiya üzərində çalışırdın. 
Ə
nənimizi  pozmaq  istəməzdim,  odur  ki,  mən  sənin 
tezliklə çıxacaq və mənalı – «Heçlik vadisi» – adı olan kitabına 
müqəddiməmi  bu  səpkidə,  yəni  məktub  formasında  yazmaq 
istəyirəm.  
Təbii  ki,  sənin  gözəl,  sanballı,  dərin  elmi  yazılarına, 
kitablarına bələdəm, onları oxumuşam, bilirəm. Dəfələrlə jurnal 
və qəzet səhifələrində iti qələmli publisist yazılarını da həvəslə 
oxumuşam.  Konfranslarda,  görüşlərdə  həqiqətsevər    (və  bunun 
üçün odlu, həyəcanlı) çıxışlarının şahidi olmuşam. 
Ancaq  ilk  dəfədir  tam,  bütöv  şəkildə  bədii  əsərlərinlə 
indi-indi taniş oluram. Baxmayaraq ki, iyirmi ildən çoxdur bədii 
yaradıcılıq sahəsində də çalışmaqdasan. 
Və  günah  hər  ikimizdədər:  həm  səndə  –  yazılarını 
göstərməkdən nədənsə çəkinmisən, həm də məndə – alim xob-
bisi sanırdım bu yazıları, ciddi maraq gostərmirdim onlara.  
Yadımdadır,  o  vaxt  yazdığın  hekayələrini  oxumuşdum, 
bəyənmişdim – onları təkrar oxuduqda görürəm ki, təriflərimdə 
yanılmamışam,  onlarin  lirik  üslubu,  romantik  ruhu,  fəlsəfi 
düşüncələrə  vadar  edən  və  ümidlər  dolu  məzmunu,  ab-havası, 
sadə,  lakin  gizli  məna  daşıyan  adları  belə  -  «Ağ  yol», «Səhər 
dumanı»,  «Yarpaqsız  budaqların  yaşıl  nəğməsi»,  «Axşam 
günəşi»,  «Xurmayı  saçlar»…  -  göstərir  ki,  seçdiyin  nəsr  yolu 
sənin yolundur.      


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
4
Düzü, elmlə bədii yaradıcılıq, sanıram, doğma deyil, ögey 
qardaşlardır,  ancaq  nadir  hallarda  doğma  da  ola  bilərlər,  və 
bunu  təsdiqləmək  üçün  uzağa  getmək  lazım  deyil  –  tanınmış 
yazıçılarımız  Mirzə  İbrahimovu,  Mir  Cəlalı  xatırlayaq,  İsmayil 
Ş
ıxlını, Şıxəli Qurbanovu yad edək... – sən də bu cərgədənsən, 
çünki artıq müxtəlif janrlı bədii yazlarına bələdəm, formal deyil, 
həqiqətən təsdiqləyə bilərəm.  
Hər halda elmlə yazıçılıq arasında ziddiyyətlər var, qalır, 
özünü istər-istəməz göstərir və bunların kökü – qələm sahibinin 
həyat problemlərinə olan münasibətınə bağlıdır.  
Yəni elmdə konformist ola bilərsən və çox zaman olursan 
da,  bədii  yaradıcılıqda  isə  bu  kımı  geniş  mənada  güzəştlər 
ölumə bərabərdir. 
Çünki deyilən, yazılan söz boş-boşuna deyilmir, yazılmır, 
o,  böyük  həqiqətləri,  cəmiyyətin  ciddi  ziddiyyətlərini  qorx-
madan açıb göstərməlidir, odur ki, çox zaman cihad qələmli söz 
etirazlara, hücumlara məruz galır, həm yuxarıdan qovulur, həm 
də  aşağıdan,  –  bu  barədə  biz  səninlə  çox  danışmışıq,  əqidəmiz 
yaxındır.  
Bu  baxımdan  povestə  yanaşıb  onu  maraqla    və  təkrar-
təkrar  arxada  qalmış  səhifələrə  dönərək  –  əsərin  aydın,  şəffaf, 
üzdə sadə, əslində isə mürəkkəb mənalar daşıyan xalq dili məni 
tutdu – oxudum.  
Ancaq ılk-əvvəl deməliyəm ki, əsərinə verdiyin janrı, da-
ha doğrusu povestə əks mənasında işlətdiyin «illüstrasiya» əla-
vəsini  qəbul  edə  bilməyəcəyəm;  bunu  da  deyim  ki,  əsərin  jan-
rını  müəyyən  etmə  axtarışların,  sənin  bu  kimi  çalışma-təşəb-
büslərin qəbuldur.   
Ə
sər  heç  də  illüstrasiya,  yəni  –  ədəbiyyatçıların  dili  ilə 
desək  – həyatın astar üzü deyil, bu – həyatın özüdür,  mən onu 
povest-pritça,  metaforik  povest  adlandırardım,  yəni,  burada 
təsvir olunan hadisələr adi əhvalatlar deyil, bu rəmz səviyyəsinə 
qaldırılan, məcazi xarakteri daşıyan yazıdır.  
Povestdə söhbət – ölüm-dirim söhbətidir, insan – heyvan 
problemi meydana atılır, biz kimik, biz nəyik, bəzən əsl heyvan 
öz hərəkətlərində (bunu inandırıcı şəkildə göstərirsən) insandan 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə