Vaqif sultanli


Вагиф  Султанлы. Щечлик вадиси



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə2/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   2   3   4   5   6   7   8   9   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
5
üstündür... Xilqətin bircə yolu var, yazırsan, – məzar yolu; bö-
yüklü-kiçikli bütün yer üzü bu yoldadı.  
Ancaq insan öz yolunu – qəbiristanlığı uçurub, başdaşıla-
rını buldozerin ağzına verərək dağılmış qəbirlərin üstündən yol 
çəkmək istəyir... Hətta sağ ikən səhv ucundan basdırılan və son-
radan dirilib qəbirdən çıxanı da insanlar xortdan bilib gəbul et-
mək istəmirlər. 
Bu süjet xətti uğurlu tapıntıdir; və məni sevindirən bir də 
budur ki, sən yeni dövrdə, yeni üslubda, təkcə realist üslubuna 
deyil,  başqa  –  metaforik,  assosiativ  üslublara  da  arxalanaraq, 
Mirzə  Cəlil,  Əbdürrəhimbəy  Hagverdiyev  ənənələrini  davam 
etdirməyə çalışırsan: ölülər – diri kimi, dirilər – ölü kimi...  
Cəmiyyətin,  dövlətin  dəyəri,  sağlamlığı,  əhəmiyyəti,  əsl 
mənada  xəlqiliyi  dünyalarıni  dəyişən  sıravi,  adi  ölənlərə  olan 
münasibətindən bəlli olur.  
Ə
sərdə  bədii  əksini  tapmiş  müxtəlif  taleli  dirilər  –  həm 
ölülərin qəbirlərini xilas etməyə, həm də onlari uçurub dağıtma-
ğ
a, sökməyə çalışanlar – iştirak edir.   
O tərəfli – bu tərəfli xarakterlər, simalar öz səciyyəvi ad-
ları  ilə  -  Əliş,  Qəmər,  Faiq,  Bəkir,  Qumru,  Abış  kişi,  Cəvahir 
qarı,  Əvəz,  Pəri...  –  əsərdə  geniş  panoram  yaradır  və  beləliklə 
real  cəmiyyətimizin,  quruluşumuzun,  geniş  mənada  –  müasir 
dünyamızın tipik və xoşagəlməz mahiyyətini əks etdirir. 
Hər bir kitabda son cümlənin böyük əhəmiyyəti var.  
Sənin  kitabının  ümid  dolu  son  cümləsi  məni  tutdu:  «at 
qanad çıxarmışdı»… 
 
Ə
n xoş arzularımla –  Çingiz Hüseynov 
Rusiya, Peredelkino 
may, 2010 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
6
HEÇLİK VADİSİ 
 
esse 
Ömrün yarım əsrlik  
sərhədində düşüncələr 
 
Həyatımın qeyb olan illərinin mənzili başında bircə anlıq 
nəfəs dərərkən bu qədər ömür yaşadığımın heyrətləri içərisində 
nədən  dünyanın  gözlərimdə  dəyişərək  bambaşqa  örtüyə  bürün-
düyünü,  bu  zaman  sərhədində  hər  şeyin  bunca  başqalaşdığını 
anlaya bilmirəm. 
Yaşanmış  illərin  arxasından  dönüb  geriyə  baxanda  du-
manlı  bir  heçlik  vadisindən  savayı  nəyinsə  xatıra  gəlmədiyi  o 
uzaq  keçmişdən  görünməz,  bilinməz  xəyalların,  gerçəkləşməsi 
mümkün  olmayan,  sərgərdan  arzuların  arxasınca  qaçmaqda, 
mənasız qovğalarda, çəkişmələrdə xərclənərək tükənən bir öm-
rün əzabları, ağrıları boylanır.  
Bu  heçlik  vadisində  tarixin  zamansızlığına  tərk  edilmiş, 
nədən  dünyaya  gəldiyinin  fərqində  olmayan,  məhkum  edildiyi 
ə
zabların  sərxoşluğu  içərisində  məzara  uzanan  insan  selinin  öz 
məcrasını  uçurmaq,  axarın  səmtini  dəyişmək  üçün  mənasız 
cəhdləri nə qədər gülünc görünür. 
İ
ndi heçlik vadisində xoşbəxtlik axtarışı ilə qeyb etdiyim 
illərə  təəssüflənir,  bu  vadinin  uzaqdan  göz  oxşayan,  mavi  tül 
örtüyə  bürünmüş,  əsrarəngiz  xarabalıqlarında  nəyi  isə  dəyiş-
məyin mümkün olacağına inanaraq yaşadığıma acıyıram. 
Ə
lli  yaş  həyatdan  doyub  yorulduğumu  deyil,  «bu  ömrü 
yaşamağına  dəyərdimi»  sualı  ətrafında  düşüncələrə  çəkərkən, 
qəti bir əminliklə «ömür deyilən budursa, onu yaşamağına dəy-
məzdi», - düşünürəm. 
Zamanın  arxasından  ömrümün  hədər  keçən  illərinə,  ya-
ş
adığım həyəcanlara, bir zamanlar yerli-yersiz özümə dərd etdi-
yim cılız qayğılara görə heyfsilənirəm. 
Dünyanın  qəddarlığına,  amansızlığına  göz  yumub  yaşa-
maq  istəyərkən,  ömrün  bu qədər  mənasız  olduğunu  dərk  etmə-
diyimə heyfsilənirəm.  


Вагиф__Султанлы._Щечлик_вадиси'>Вагиф
 Султанлы. Щечлик вадиси 
 
7
Sözün sehrinə, cazibəsinə sığınarkən, sözlə nəyi isə dəyiş-
dirməyin  mümkünlüyünə  inanarkən  nə  qədər  yanıldığıma  təəs-
süflənirəm.  
Dar ağacına çəkilmiş haqqın, ram edilmiş azadlığın, sus-
durulmuş  fəryadların, boğulmuş  harayların,  oğurlanmış  gələcə-
yin qaibanə kölgəsinin dolaşdığı, həyat adlanan bu heçlik vadi-
sində  bir  zamanlar  xoşbəxt  olmağın  mümkünlüyünə  inanaraq 
yaşadığım üçün sadəlövhlüyümə təəssüflənirəm.  
İ
ndi  yaddaşımın  uzaq  toranlıqlarında  bu  heçlik  vadisinin 
qüssə, kədər, ayrılıq, həsrət, dərd, əzab və iztirab qoxuyan mən-
zərələri baş qaldırdıqca içim sızıldayır.  
Yarım  əsrlik  ömür  tarixçəsinin  bir  heçlik  əfsanəsinə  dö-
nüşü nə qədər kədərlidir.  
Bu  heçlik  vadisində  insanlığın  alçaldılmağına,  qürurun 
sındırılmağına, ləyaqətin tapdalanmağına seyrçi olmağın ağrı və 
ə
zabları içərisində keçən günlərə ömür deyilməsi acı bir təəssüf 
doğurur. 
İ
nsanın  –  sayrışan  ilğımlarına  ovsunlandığı,  ümidsizlik, 
çarəsizlik,  çıxılmazlıq  içərisində  qıvrıldığı,  hər  an,  hər  saniyə 
ölümə  bir  az  da  yaxınlaşdığı  bu  heçlik  vadisində  ömür  adına 
hörülmüş  torların,  şəbəkələrin,  sədlərin  bitməz-tükənməz  açıl-
mazlaqlarına təslim olmaq nə qədər üzücüdür. 
Bu heçlik vadisində itirilmiş keçmişin izini-nişanəsini ax-
tararkən  arzuların,  xəyalların  yer  üzünə  əkilmiş  bomboz  məzar 
daşları bütün vahiməsi ilə baş qaldırır. 
 
26 mart 2008,  
Bakı 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
8
Povest-illüstrasiya 
 
ÖLÜM  YUXUSU 
 
 
Elə bil bu yerlər dünya yaranandan bəri yağış görməyib; 
istidən  boynunu  bükmüş  ağaclar  əlacsız-əlacsız  torpağa  baxır, 
çölün-biyabanın  otları  yanıb  qupquruca  çör-çöpə  dönüblər,  su-
suzluqdan torpağın sinəsi cadar-cadar olub... 
O, bütün bunları görmür. Bu bürküdə yaddaşını korşaldan 
təkcə o uzaq səsdi. 
O səsin hayandan gəldiyini bilmir, nə deyildiyini, nə da-
nışıldığını anlayammır.  Ancaq  bu səsdə layla  kimi  istilik,  doğ-
malıq  duyur.  Bir  anlığa  özündən  ayrılaraq  elə  bilir  ki,  səs  içə-
risindən  başlayır  və  bu  onun  öz  səsidi.  O,  bu  səsin  üstündən 
uzaqlara,  lap  uzaqlara  baxır,  elə  uzaqlara  baxır  ki,  yaddaşı  du-
manlanır, başı gicəllənir, yol gözlərində qarışır, qurtarır, itir... 
Buldozer  düzü-dünyanı  səksəndirə-səksəndirə  keçib  ge-
dir. Uzaqda, kəndin ətəyindəki qəbiristanlıqda torpaqdan göyə-
rib  qalxıbmış  kimi  qara-qara  başdaşıları  ucalır.  Onun  yadda-
ş
ında  bu  torpaq  yovşan  kollarından,  quruyub  gülləri  tökülmüş 
yulğun topalarından, bir də qara-qara başdaşılarından ayrı dərk-
olunmazdı. 
...Buldozerin çalovu başdaşına toxunub ət ürpədən xırçıltı 
qopardı. Elə bil bayaqdan bəri yuxu içərisindəydi, xırçıltı səsinə 
səksənib  ayıldı.  Var  gücüylə  əyləci  basdı.  Əli-qolu,  ayağı,  içi-
içalatı  büsbütün  soyudu,  sustaldı.  İçərisindən  soyuq  bir  gizilti 
keçdi.  «Fələəək,  qəbiristanlıqdan  da  yol  salarlarmı,  yol  salar-
larmı, yol salarlarmı?..». 
Birdəncə  yaddaşında  ağrıdan  sızıldayan,  boğuq  səslə 
imdad  diləyən  insan  cəsədləri  üstüylə  uzanan  yol  ağardı.  Ona 
elə  gəldi  ki,  bu  yolun  üstündə  dayanıb  və  ayaqlarının  altı  göy-
nəyə-göynəyə hayana gedəcəyini bilmir; təzə ayaq açmış körpə 
kimi  addımlarını  atmağa  qorxur.  Ayağını  tərpədən  kimi  tor-
pağın altından fəryad və inilti səsləri qalxır. Az qalır dəli ola... 
Kabinənin  qapısını  açıb  yerə  atıldı.  Yoldan  azca  aralı  iri 
çaylaq daşının üstündə oturdu. Yaşıl mamırlı, çopur-çopur qəbir 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə