Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə55/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   47   48   49   50   51   52   53   54   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
176
olunacağını  düşünürdü.  Sarayda  düzənlənən  bu  musiqi  məclisi 
də  Sultan  Xəlili  bir  növ  ovundurmaq,  o  cariyənin  sevdasını 
başından çıxarmaq məqsədilə düşünülmüşdü. 
Neçə gündən bəri idi ki, Əbdülqadir bitməz-tükənməz bir 
narahatlıq içərisində məşq eləyir, yazdığı musiqinin gözəlliyinə 
heyranlığını  gizlətməyən  ifaçılarla  əsəri  təkrar-təkrar  səslən-
dirirdi. Hər dəfə də o, ifanın bəlli bir yerində musiqini kəsərək 
yeni  xallar,  yeni  düzəlişlər  əlavə  edir,  bəstəni  qüsursuz  sənət 
ə
sərinə çevirmək üçün əlindən gələni əsirgəmirdi. 
Ancaq  içini  sarmaşıq  kimi  bürüyən  narahatlıq  onu  tərk 
etmir, əl-qolunu bağlayır, həyəcanını artırır, nə illah eləyirdisə, 
özünü  ələ  ala  bilmirdi:  «Görən,  musiqiçilər  əsəri  onun  istədiyi 
kimi səsləndirə biləcəkdilərmi? Ən əsası isə bunca hazırlıqların 
müqabilində  hökmdar  musiqini  bəyənəcəkdimi?»  –  özünə  ün-
vanlanan bu sualların cavabı ona bir azdan bəlli olacaqdı. 
Musiqi canından artıq sevdiyi oğluna yazıldığı üçün saray 
məiyyətilə  birgə  məclisə  təşrif  buyurmuş  Miranşah  bağçanın 
yuxarı başında inşa olunmuş taxtına qalxmazdan öncə ifaçılara 
yaxınlaşaraq  hal-əhval  tutdu.  Hökmdarın  gəlişini  uzaqdan  izlə-
yən  mavi  xalatlı,  başlarında  zərli  fəs  olan  ifaçılar  ayağa 
qalxaraq  müntəzir  dayanmışdılar.  Miranşah  eyni  qiyafədə  olan 
saray  musiqiçilərinin  hər  birini  şəxsən  tanıyırdı,  təkcə  bir  nə-
fərdən – əsəri ifa etmək üçün bəstəkarın dəvət üçün təkidlə israr 
etdiyi xanəndədən başqa. Əslində hökmdarın taxta əyləşməzdən 
öncə  musiqiçilərlə  xüsusi  görüşməsinin  səbəbi  də  xanəndəylə 
tanışlıq idi. 
Cavan,  arıq  cüssəli,  qaraşın  çöhrəli  xanəndə  Miranşahla 
üz-üzə gəlməkdən özünü itirdiyindən dizi üstə hökmdarın qarşı-
sında  çökərək  başını  köksünə  sarı  əyib  durmuşdu.  Miranşah 
onun qalxmasına icazə verdi. 
– Oğlum, Azərbaycanın harasındansan? – soruşdu. 
Xanəndə başını qaldırmadan qərib bir səslə:  
– Marağadanam, - dedi 
– Səndəmi Marağadansan? 
Ə
bdülqadir qabağa yeridi: 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
177
–  Hökmdar,  Marağada  doğulan  hər  kəsin  belə  gözəl  səsi 
olur... – bəstəkar  fikrini tamamlamaq üçün daha nə isə demək 
istədisə də, ancaq münasib söz tapa bilmədiyindən susdu.  
Miranşah  xanəndəni  mürəxxəs  edib  Əbdülqadirin  qoluna 
girərək  onu  müşayiət  edən  məiyyətinin  əhatəsində  taxtına  sarı 
getdi.  Hökmdar  taxtına  əyləşdikdən  sonra  musiqiçilər  onunla 
üzbəüz xalının üstündə yerlərini tutdular. 
Hökmdarın  sağında  oğlu  Sultan  Xəlil  əyləşmişdi.  Sol 
tərəfdə  taxtla  yanaşı  qoyulmuş  kürsüdə  əyləşmiş  bəstəkarın 
bütün  diqqəti  ifaçılarda  idi;  onlar  aram-aram  alətləri  kökləyir, 
çalmağa başlamaq üçün bəstəkarın işarəsini gözləyirdilər. 
Ziyafət  əhli  dəstə-dəstə  bağçaya  döşənmiş  xalıların  üs-
tündə  əyləşmişdi.  Tərtəmiz  geyinmiş  xidmətçilər  əllərində  gü-
müş  kuzələr  qonaqlara  ətirli  şərbət,  qırmızı  şərab  paylayır,  hil, 
mixək, zəncəfil qoxuyan şirniyyat çeşidləri təklif edirdilər. 
Bəstəkar  hökmdarın  icazəsini  alaraq  ifaçılara  başlamaq 
işarəsi verdi və zərif musiqi sədası gecənin sükutunu pozdu.  
Saray  məclisləri  ənənəsinə  uyğun  olaraq  əvvəlcə  Əmir 
Teymurun, sonra Miranşahın şərəfinə musiqi səsləndirildi, daha 
sonra rəqqasələrin oyunu nümayiş etdirildi.  
Azacıq  fasilədən  sonra  isə  hər  kəsin  intizar  içərisində 
gözlədiyi  Sultan  Xəlilin  şərəfinə  «Nəvai-Qumru»nun  ifa  olu-
nacağı elan edildi; bircə anda bağçaya dəli bir sükut çökdü. Mu-
siqinin  müşayiət  etdiyi  xanəndənin  qeyri-adi  səsi  eşidilincə 
məclis bu səsin sehrinə düşübmüş kimi özünü büsbütün unutdu. 
Udun  səsi  yerin  təkindən  qopub  gəlirmiş  kimi  boğuq  bir 
fəryadla  inildəyir,  sənturun  naləsi  kanonun  cingiltili  nidasına 
qovuşaraq  qeyri-adi  ahəng  yaradırdı.  Xanəndə  elə  şövqlə  oxu-
yurdu  ki,  onun  səsi  dinləyənin  ürəyinə  işləyir,  ruhunu  vücu-
dundan çəkib çıxarırdı.  
Saray bağçasının göz oxşayan yaşıllığı içərisində hər şey 
musiqinin  ahənginə,  harmoniyasına  köklənmişdi.  Məclis  bu 
ahəngin sehrinə, cazibəsinə bələndiyindən heç nə görmür, eşit-
mir,  duymurdu.  Musiqi  səsi  simlərdən  süzülərək  damla-damla 
qaranlığın bağrına hopur, gecənin ruhuna sığal çəkirdi. 
 
∗∗∗
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
178
 
Bu,  Əbdülqadirin  indiyə  qədər  yaratdıqları  içərisində  ən 
böyük  sənət  əsərlərindən  biri  idi,  mahnının  qeyri-adi  ifası  baş-
qaları  kimi  onu  da  özündən  alıb  aparır,  anlayıb  dərk  etmədiyi, 
sirlərindən agah olmadığı bir dünyaya salırdı. 
Ə
slində  Əbdülqadir  bu  mahnını  Sultan  Xəlilə  ünvanlasa 
da,  musiqinin  ritmi,  sədaları  içərisinə  çəkilməz  əzablara  məh-
kum olan xalqının acı taleyini gətirmişdi. Ancaq sözlər adi söz-
lər idi, bunu sözlərlə ifadə etmək təhlükəli idi, bu dərdin aşkar 
deyilməsi həyatı bahasına başa gələ bilərdi, ona görə də hər nə 
deyilmişdisə, musiqinin ritminə, sədalarına hopdurulmuşdu. 
Ə
bdülqadir Qumrunun sevgisini ömrünün erkən illərində 
qəfil  əsib  keçən  rüzgar  kimi  duymuş,  ancaq  faciə  ilə  bitən  bu 
sevdanın  kədər  qoxuyan  xəyallarını  həmişə  özündən  uzaqlaş-
dırmağa  çalışmışdı.  Heç  zaman  adıyla  çağırmadığı  o  gözəlin 
Qumruya – zərif quşcuğaza necə də bənzəyişi vardı...  
Bəstəkar  əvvəl-əvvəl  o  ilahi  sevgisinə  qayıtmaq,  Qum-
runu xatırlamaq istəməmişdi, bu sevgidən, bu sevginin gətirdiyi 
həyəcandan qorxmuşdu. O, qızın məhəbbətinə layiq olmadığını, 
ona cavab verə bilmədiyini
 
düşünərək bu sevgidən qaçmış, hər 
ş
eyi unutmağa, belə bir sevginin ola bilməyəcəyini düşünməklə 
özünü, gələcəyini aldatmağa çalışmışdı... 
 Ancaq  sonra,  çox-çox  sonra  bunun  mümkün  olmadığını 
anlamışdı.  Səmərqənddə  yaşadığı  illərdə  Qumrunun  eşqi  daim 
onun  yuxularını  qaçırırdı; vətəninin,  doğmalarının  həsrəti  o  qı-
zın  rəngində,  qoxusunda,  qiyafəsində  gəlir,  onu  darıxdırır,  hə-
yəcanlandırır, kədərləndirirdi. 
Qumrunu  el-el,  oba-oba  soraqlaşmağa  başladı,  görənlər-
dən, tanıyıb bilənlərdən xəbər aldı, onu tapmaq ümidilə Səmər-
qənddən  Bağdada,  Ərbilə qədər  gəzib  dolaşdı,  ancaq  soraq  ve-
rən  olmadı.  Sanki  qız  doğulmamış,  yerli-dibli  bu  dünyaya  gəl-
məmişdi... 
Beləcə, Əmir Teymurun nəvəsinə ithaf etdiyi bu əsər özü 
də duymadan «Nəvai-Qumru»ya çevrilmişdi. 
Ə
bdülqadir  bu  mahnını  əlinə  qələm  alıb  yazmamışdı,  bu 
musiqi ruhundan, qəlbindən süzülüb gəlmiş, ilahinin sehri, mö-
cüzəsi  kimi  yaranmışdı.  O  sadəcə  hisslərini,  duyğularını  var-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
179
lığından  siyirib  səsə,  ritmə,  ahəngə  çevirmişdi.  Bu  mahnı  de-
yildi, musiqi deyildi, buna qulaq asmaq olmurdu, dinləyənin ru-
hunu, varlığını titrədir, insan olduğunu, dərd üçün doğulduğunu, 
ölənəcən dərd içindəcə qovrulacağını ona xatırladırdı.  
İ
ndi musiqini dinləyən hər kəs onun sədaları, ritmi, ahən-
gi  içərisində  gizlənən  ilahi  sevgini  duyur,  bu  sevginin  böyük-
lüyünə, əzəmətinə, qüdrətinə heyranlığını gizləyə bilmirdi. 
Bəstəkar  saray  bağçasının  yaxınlığındakı  hərəmxanada, 
qaranlıq otağın qalın pərdəli pəncərəsi dibinə çökərək musiqini 
dərd kimi ruhuna çəkən gözəlin – Qumrunun varlığından xəbər-
sizdi. İllərlə axtardığı sevdasının səsin yetdiyi qədər yaxınlıqda 
olduğunu bilmirdi. Bilmirdi ki, səsin həyəcanlandırdığı qız mu-
siqinin  fəhmlə  ona  yızıldığını  duyubmuş  kimi  gizli  bir  təşviş 
içərisində  çırpınır,  gecənin,  tənhalığın,  sevgisizliyin  pəncəsin-
dən  qoparaq  o  səsə  qovuşmaq,  həsrətini,  nakamlığını  o  səsin 
ahəngində  əritmək  istəyir.  O  bütün  bunları  bilmirdi  və  bilmə-
yəcəkdi də... 

 

 

 
 
Bu  ilahi  musiqinin  qüdrətinə  təslim  olmuş  Miranşahın 
illər  boyu  sifətini  örtmüş  zəhmi,  zalımlığı  bir  andaca  çəkilib 
getmiş,  yerini  yumşaq,  mülayim  cizgilər  bürümüşdü.  Musiqi 
Miranşahın  ruhuna,  varlığına  elə  işləmişdi  ki,  heç  nə  görmür-
müş,  eşitmirmiş  kimi  gözlərinin  dikildiyi  uzaq  məchulluqları 
seyr edirdi. 
  «–  Görən  taleyimiz  necə  olacaq»,  -  Miranşahın  dodaq-
larından  qopan  bu  səda  Əbdülqadiri  diksindirdi.  –  «Hökmdar 
ondanmı nicat umurdu?! Fələk, bu nə sözlərdi belə». 
...  Birdən  Miranşahın  əsəbi  halda  taxtdan  qalxması  ilə 
musiqi  yarımçıq  kəsildi.  Hələ  musiqinin  cazibəsindən  qopma-
mış, nə baş verdiyini anlamayan məclis əhlinin gözü hökmdara 
dikildi.  
Miranşah  özündə  deyildi,  bayaq  musiqi  ifa  olunarkən 
düşdüyü  halətdən  qopub  ayrılmamışdı.  Musiqi  onun  ruhuna, 
varlığına,  qəlbinin,  içəri  dünyasının  ən  gizli  nöqtələrinə  nüfuz 
etmiş, keçmişini, gələcəyini biri-birinə qatmışdı. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
180
Musiqinin  kəsilməsilə  məclisə  ölü  bir  sükut  hakim  oldu. 
Miranşah onunla yanaşı dayanmış bəstəkara sarı döndu: 
– Bu mahnını kimə yazmısan, Əbdülqadir? 
Bəstəkar  gözləmədiyi  bu  sualdan  özünü  büsbütün  itirdi, 
ə
slində  bayaqdan  bəri  Miranşahın  sifətinin  dəyişən  cizgilə-
rindən onun qeyri-adi xəyallar aləminə qədəm qoyduğunu duy-
muşdu.  «Əlahəzrət  niyə  bu  gözlənilməz  sualı  verdi,  görən? 
Bəyəm  o  bilmirmi  mahnının  kimə  həsr  olunduğunu? Söyləmə-
mişdimmi, hələ bir ay öncə Sultan Xəlilin şərəfinə yazıldığını? 
Ə
gər  bilmirdisə,  bəs  bu  təmtəraq,  bu  məclis  nədən  ötrü  qu-
rulmuşdu? Yox, bu adi suala bənzəmir». 
 Miranşahın  sualının  gözlənilməzliyi  onu  diksindirsə  də, 
təmkinini toplayaraq: 
– Sultan Xəlilin şərəfinə yazmışam, əlahəzrət! – dedi. 
Miranşahın sifəti birdən-birə dəyişdi: 
– Nə cəsarətlə mənə yalan söyləyirsən! 
Ə
bdülqadir  ağlına  belə  gətirmədiyi  bu  ittahamdan  çaşıb 
qaldı,  sifətinin  rəngi  çəkildi  və  nə  cavab  verəcəyini  bilmədiyi 
üçün susub durdu. 
– Bu mahnını Sultan Xəlili düşünüb qoşmamısan!.. 
– ... 
– Bu sevgi əsəridi! 
Məclisə daş sükutu çökmüşdü, hər kəs nəfəsini udaraq bu 
söhbətin sonunun necə qurtaracağını gözləyirdi. Adamlar böyük 
musiqi  ustadının  Miranşahın  qəzəbinə  düçar  olacağının,  belə 
qüdrətli sənətkarın susdurulacağının həyəcanı içərisində idi. 
Miranşah sualına cavab almadan qalxıb taxtında əyləşdi. 
–  Lənət  şeytana,  -  dedi  və  Əbdülqadirə  sarı  dönərək 
mahnını bir daha dinləmək istədiyini bildirdi. 
Qəfildən  yeni  bir  ahənglə  yüksəlməyə  başlayan  musiqi 
sədaları yaranmış gərginliyi bir qədər aradan götürən kimi oldu 
və hökmdarın hirsinin soyumasından ürəklənən bəstəkarın rəngi 
üstünə gəldi. 
 

 

 

 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
181
Şə
rəfinə  bəstələnən  musiqi  gənc  Sultan  Xəlili  özündən 
alıb aparmış, atasının nəsihətləri ilə bir qədər səngiyən həsrətini 
yenidən oyandırmışdı. Səmərqənddə qoyub gəldiyi Şadimülkün 
dərdi içini alovlandırmağa başlamışdı. «Əbdülqadir onun yaşa-
dıqlarını necə duymuş, qəlbinin gizlinliklərinə nə yolla vara bil-
mişdi? Elə bil olub-bitən hər şeyi bəstəkara anlatmışdılar. Kaş, 
bu musiqini Şadimülk də dinləmiş olaydı». 
 Gənc içərisini didən sualların əzablarından çırpınır, daha 
bu  ayrılığa  dözə  bilməyəcəyini  anlayaraq  yollar  arayırdı.  «Gö-
rən, Şadimülk indi mənsiz neyləyir? Babası onu öldürtmək istə-
yirdi,  bir  yolla  sevgilisini  ölümün  cəngindən  qurtara  bildi.  Bəs 
kimin  ümidinə  qoyub  gəldi  onu?  Niyə  bu  addımı  atdı?  Yox, 
yox,  bunu  heç  zaman  Şadimülk  ona  bağışlamayacaq.  Heç  özü 
özünü də bağışlamayacaq».  
Sultan  Xəlil  ayağa  qalxaraq  hiss  olunmadan  məclisi  tərk 
etdi.  Musiqi  qəlbini  ovsunlamış,  gücünü,  qüdrətini  coşdurmuş-
du.  İndi  heç  bir  maneə  qarşısını  kəsə,  vüsala  aparan  yolunu 
bağlaya bilməzdi. 
O, gizli yollarla saraydan çıxıb atına süvar oldu. Dördnala 
çaparaq şəhərdən çıxıb onu tilsim kimi özünə çəkən Səmərqənd 
səmtini tutdu. 

 

 

 
...Musiqi  bitəndən  sonra  Miranşah  əsərlə  bağlı  Sultan 
Xəlilin fikrini öyrənmək üçün sağına çevriləndə oğlunu yerində 
görmədi.  Ürəyinə  nə  isə  damdığından  dərhal  xəfiyyəbaşını 
səsləyərək oğlunun harda olduğunu soruşdu. 
 Göz qırpımında gedib-qayıdan xəfiyyəbaşı Sultan Xəlilin 
atına süvar olaraq sarayı tərk etdiyini bildirdikdə hökmdar mə-
sələni anladı və mühafizə dəstəsinə şəhərdən çıxan bütün yolları 
kəsmələrini, oğlunu tapıb geri qaytarmalarını əmr etdi. 
Ancaq  bütün  bunlar  əbəs  idi;  Sultan  Xəlilin  atı  qanad 
çıxarmışdı. 
 
2005, Bakı-Hamburq  
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
182
KİTABİN  SƏHİFƏLƏRİNDƏ 
 
Məktub şəklində müqəddimə (Çingiz Hüseyn)  ......................... 3 
Heçlik vadisi (esse) ..................................................................... 6 
 
Povest-illüstrasiya 
 
Ölüm yuxusu .............................................................................. 8 
 
Hekayələr 
 
Xiffət  ........................................................................................ 93 
Ağ yol ....................................................................................... 98 
Bağlı qapı ................................................................................ 104 
Müqəvva ................................................................................. 110 
Səhər dumanı .......................................................................... 117 
Yarpaqsız budaqların yaşıl nəğməsi ....................................... 121 
Axşam günəşi ......................................................................... 125 
Xurmayı saçlar ........................................................................ 132 
Xallı ........................................................................................ 135 
İ
lan əfsanəsi ............................................................................ 139 
Ada ......................................................................................... 143 
Vətən ....................................................................................... 147 
Dərviş ..................................................................................... 151 
Mağara .................................................................................... 156 
Qütb gecəsi ............................................................................. 160 
Kor düyün ............................................................................... 166 
İ
lğım ....................................................................................... 171 
Nəvai-Qumru .......................................................................... 175 
 
 
 
 
 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
183
 
 
Vaqif Sultanlı 
Heçlik vadisi  
(povest və hekayələr) 
Bakı, Azərnəşr, 2010 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
184
 
 
 
Müəlliflə əlaqə saxlamaq üçün aşağıdakı 
ünvana müraciət oluna bilər: 
 
Azərbaycan Respublikası, Bakı şəhəri,  
Zahid Xəlilov küçəsi, № 23, Bakı Dövlət Universiteti, 
Müasir Azərbaycan ədəbiyyatı kafedrası 
 
Tel.:           (+99412) 439-04-25 (iş) 
                  (+99450) 313-10-22 (mob.) 
E-mail:  
vagif_sultanlı@yahoo.com 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmiş 16.04.2010 
Çapa imzalanmış 05.05.2010 
Formatı 60x90  
Şə
rti çap vərəqi 15,5 
Sayı 1000 
Sifariş № 099 
Qiyməti müqavilə ilə 
 
 
 
 

Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə