Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə6/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   2   3   4   5   6   7   8   9   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
18
idi  ki,  hansı  səmtdən  gəldiyini  sezmək  qeyri-mümkündü.  Yad-
daşında  yuxuyla  oyaqlıq  bir-birinə  qarışmışdı,  ancaq  hiss  elədi 
ki, bu boğuq, küt tappıltı səsini yuxuda deyil, həqiqətdə eşidir. 
«Bəlkə  də  yaxınlıqda  qəbir  qazırlar.  Əgər  qəbiristanlıqdadırsa, 
burda  tappıltı  səsi  başqa  nə  səbəbə  gələ  bilərdi  ki...  Görünür, 
indi  bayırda  günün  günorta  çağıdı,  işıqdı,  hər  halda  axşam 
olmaz,  şər  vaxtı  qəbiristanlığa  ölü  gətirmək,  qəbir  qazmaq  el 
adətinə  ziddi  –  bunu  bilir.  Görən  ömrünü  bu  dünyanın  işıqlı 
günlərinə  bağışlayıb  ona  qonşu  gələn  kimdi?  –  Tanıdıqları, 
bildikləri,  kəndin  ölüm  ayağında  olanları  bir-bir  gözlərinin 
qabağından  gəldi  keçdi.  –  Vaxtlımı  ölüb,  vaxtsızmı?  –  Bu  nə 
sualdı özünə verir, vaxtlı da ölüm olarmı?». 
Tappıltı kəsildi, xeyli bu səsi eşitmədi. Bir müddət sonra 
həmin  boğuq,  küt  səs  təzədən  eşidilməyə  başladı.  Ancaq  səs 
bayırdakına  nisbətən  bir  qədər  aydınlaşmışdı  və  qulaqlarına 
tappıltı səsiylə birgə nə deyildiyi anlaşılmayan danışıq səsləri də 
dəyirdi. 
Nəfəsini udub dayandı. Astadan nə barədəsə yeyin-yeyin 
danışırdılar. Get-gedə aydın eşidilən tappıltı səsiylə birgə üstün-
dəki  qamış  tərəcənin  titrəməsindən  qəti  yəqin  elədi  ki,  onun 
qəbrini  qazırlar.  «Aman  allah?!».  Niyə  onun  qəbrini  qazırlar? 
Bəlkə  diri  olduğunu  bilirlər?  Bəlkə  onu  eləcə  diri-diri  torpağa 
basdırıblar? Bəlkə hələ də yuxu görür...». 
Səsini  çıxarmağa  qorxurdu.  Qəbrinin  qazılmasının  səbə-
bini heç cür özünə izah eləyə bilmirdi. 
Bir  azdan  belin  tappıltısı  kəsildi.  İçəri  sərin  hava  doldu. 
İ
ndi dünya ilə, işıqla arasında qamış tərəcə qalmışdı. 
Havanı  acgöz-acgöz  ciyərlərinə  çəkdi.  Səsini  çıxarmağa 
hələ  də  qorxurdu.  Qorxurdu  ki,  xortdamış  bilib  bellə  vurub 
öldürərlər. Dəmir tiyəni bircə dəfə təpəsinə endirsələr kifayətdi. 
Məsələni aydınlaşdırana kimi iş-işdən keçər. 
Üstünə  torpaq  tökülməsin  deyə  çəpinə  qoyulmuş  tərə-
cəni dartıb çıxardılar. Ay işığında gözləri qamaşdı. 
– Qorxma, - deyirdi qalın səsli, - kəfəni cır, əvvəcə üzüyü 
dart  çıxar.  Üzük  çıxmasa,  kəs  barmağını.  Sol  əlinin  orta  bar-
mağında  olmalıdı,  meyit  yuyulanda  görmüşəm.  Dişləri  çıxar-
maq çətin olacaq... Bir az əlli tərpən, vaxt keçir. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
19
Cır səsli: 
–  Vallah,  dizlərim  əsir,  qorxuram  düşəm,  qəbirdən  çıxa 
bilməyəm. 
Qalın səsli: 
– Vaxt keçir. Hələ nə qədər yol getməliyik biz, - dedi. 
Cır səsli: 
–Yox,  gəl  özün  düş,  -  dedi,  Bura  kimi  mən  eləmişəm, 
bundan sonrasını özün elə. 
Qalın səsli: 
–  Ə,  kişiliyin  olsun,  ölünün  nəyindən  qorxursan?  Bir 
həftənin ölüsü dirilib yeməyəcək ha səni... - dedi. 
«Bir həftə! Deməli, bir həftədi torpağa basdırıldığı... Ona 
bir  əsr  qədər  uzun  görünən  bu  vaxt  cəmisi  bircə  həftəymiş. 
Necə olub ki, bunu hiss eləməyib?.. Bəlkə torpağın altında qəbir 
evində vaxtın çərxi özgə cür fırlanır... Şükür kərəminə, ilahi?» – 
Ə
liş səslərini tanımadığı bu iki nəfərin danışığına qulaq asa-asa 
düşündü. 
Cır səsli: 
– Atam-qardaşım, bir qələtdi sənnən evdən çıxmışam, söz 
kəsmişəm,  bura  gəlmişəm.  Bacarırsan,  gəl  özün  gir,  -  deyə 
yalvarırdı. 
Qalın səsli: 
– Tfu, - dedi, - gör bir mən kimnən yola çıxmışam. Mə-
nim ağzımı... 
Özünü  söyüş  söyməkdən  güclə  saxladı.  Sonra  nə  fikir-
ləşdisə: 
– Yaxşı, onda gəl meyiti qəbirdən çıxaraq, bayırda görək 
işimizi, buna sözün nədi... - dedi. 
Cır səsli nə isə dedi, ancaq qulaqları almadı. Qalxıb qəb-
rin içində  oturdu.  Hələ  qəbirdən  xeyli aralıydılar,  mübahisələri 
kəsməmişdi. 
– Ay allah bəndələri, - dedi. 
Ancaq  bilmədi  ki,  səsini  eşitdilər,  yoxsa  yox,  çünki  səsi 
özünə də qəribə gəldi. 
Mübahisənin  kəsməyindən  bildi  ki,  səsini  eşidiblər.  An-
caq  səsin  qəbirdən  gəlməyini  heç  biri  ağlına  gətirmədiyindən 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
20
elə  bilirdilər  ki,  kimsə  onları  pusur,  səs  də  hardansa  kənardan 
gəlir. Özlərini itirmiş halda yerə çökdülər. 
Taqətsiz  bədənini  güclə  dikəldərək  əlləri  ilə  torpaqdan 
tutub qəbirdən çıxmaq istəyirdi, ancaq qəbrin qum kimi torpağı 
barmaqlarının altında axırdı. 
– Ay allah bəndələri, - dedi, - kömək eləyin. 
Ay  işığında  kölgələr  ona  sarı  çevrildilər.  Qəbrin  içəri-
sində çılpaq dayanıb baxırdı. Ağ saçları üz-gözünə tökülmüşdü. 
Ə
vvəlcə  qorxa-qorxa,  qorxudan  inildəyə-inildəyə  geri  çəkil-
dilər, sonra beli, kürəyi atıb qışqıra-qışqıra kəndə sarı qaçmağa 
başladılar. 
– Ooooo... 
– Uuuuuu... 
Bu, insan səsinə bənzəmirdi. 
Haray, qışqırıq səsləri kəndə çatanacan kəsilmədi. 
Qalxıb torpaq topasının üstündə oturdu. Başdaşını çıxarıb 
böyrü  üstə  atmışdılar.  Ay  işığında  adını-familiyasını  oxudu. 
Doğum-ölüm tarixinə baxdı. Qırx yeddi il... 
Düşüb  qəbirdən  kəfəni  çıxaranda  apaydın  görünən  qəbir 
çuxuruna,  bir  həftə  gecə-gündüzün  nə  olduğunu  bilmədən  yat-
dığı  yerə  baxdı.  Qəbrin  içərisi  o  dərəcədə  vahiməliydi  ki,  ixti-
yarsız  olaraq  əli-ayağı  titrəməyə  başladı.  Müvazinətini  itirib 
yıxılmamaq üçün özünü güclə saxladı. 
Handan-hana  özünə  gəldi.  Onun  varlığını  sarsıdan  bu 
qəbir  yerində  bir  həftəni  necə  uzanıb  qaldığına  heyrət  eləyirdi. 
Necə olmuşdu ki, ürəyi partlayıb ölməmişdi. Necə olmuşdu ki, 
qaranlıq,  ümidsiz,  bir  yerdə  bu  qədər  dözüb  dayana  bilmişdi. 
«Bəs onda niyə deyirlər insan ümidsiz yaşaya bilməz. O ki, heç 
nəyə  ümid  eləmirdi.  Yerin  təkində,  əlini-qolunu  güclə  tərpədə 
bildiyi  kəfən  arasında  axı  heç  nəyə  ümid  qalmırdı,  uzanıb 
ölümü  gözləməkdən  savayı  bir  iş  qalmırdı.  Bunu  bilə-bilə,  bu 
acı həqiqəti dərk eləyə-eləyə necə oldu ki, sağ qaldı... ». 
İ
ndi  qəbrin  içərisində,  onun  vahimə  doğuran  divarlarına 
baxdıqca özü-özünün dözümünə, dəyanətinə heyrət eləyirdi. 
Sonra  kəfənin  torpağını  çırpıb  qoltuğuna  vurdu,  birtəhər 
qəbir yerindən çıxdı. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə