Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə7/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   2   3   4   5   6   7   8   9   10   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
21
Neçə  gündən  bəri  kəfən  içərisində  uzandığı  qəbrin  bür-
küsündən  sonra  isti  yay  gecəsi  belə  ona  soyuq  gəlirdi.  Səhərə 
yaxın  olduğundan  əsməyə  başlayan  xəfif  mehdən  üşüyürdü. 
Kəfəni çiyninə atdı ki, bir qədər canı qızsın. 
Bütün  bu  əhvalatlardan  sonra  da  hər  şey  ona  yuxu  kimi 
gəlirdi. Elə bil hələ yuxudan ayılmamışdı, haçansa ayılacaqdı və 
keçirdiyi bu qara-qorxular gülməli görünəcəkdi özünə. 
Qəbiristanlığa  qeyri-adi  bir  səssizlik  çökmüşdü.  Bayaq 
qışqıra-qışqıra kəndə sarı qaçıb gedən o iki nəfərin səsi hələ də 
qulaqlarından getməmişdi. Uzaqdan, kəndin içərilərindən arabir 
itlərin hürüşmə səsləri gəlirdi. 
Başdaşıları ayın solğun işığında qaralırdılar. Özgə vaxtlar 
gecənin  bu  vədəsi  qəbiristanlığın  yanından  keçməyə  ürək  elə-
məzdi,  ancaq  indi  səssiz-səmirsiz  torpaq  topası  üstündə  otur-
muşdu və özünü, taleyini düşünürdü. Bilirdi ki, nə vaxtsa yenə 
bu yurda gələcək, bu torpağa qovuşacaq. 
Cavanlıqda gözəl bir qaraçı qızı falına baxarkən iki dəfə 
öləcəyini  söyləmişdi.  O  zaman  iki  dəfə  ölməyin  nə  olduğunun 
fərqinə varmadığından cır-cındır içərisində işıq saçan qaraçı gö-
zəlinin  sözlərinə  məhəl  qoymamışdı.  İndi  illərin  uzaqlığından 
birdən-birə hardansa qaraçı qızının sözlərini xatırladı. 
«İndi  evdə  neyləyirlər  görəsən?  Bayaq  o  iki  nəfərin 
söhbətinə  görə  basdırıldığı  vaxtdan  yeddi  gün  keçir,  yəqin  ki, 
sabah yeddisini verəcəklər. İndi güman ki, səhərin bütün hazır-
lıq  işlərini  görüblər.  Arvadını  yaxşı  tanıyır,  bu  günün  işini  qə-
tiyyən səhərə qoyan deyil, mini min söz desə də fərqi yoxdu, öz 
bildiyi ilə gedəcək. Sabah yəqin ki, həyət qohum-qonşuyla dolu 
olacaq. Zarafat deyil, qırx yeddi yaş nə ömürdü ki... İndi hamı 
arvadına vaxtsız dul qaldığı üçün təsəlli verir. Görəsən, uşaqlar 
neyləyir,  atalarının  ölümüylə  barışa  bilirlərmi?  İllah  da  bala-
cası?  Onu  elə  istəyirdi  ki,  axşamlar  işdən  qayıdanda  uşaq  az 
qalırdı  sevincindən  dəli  ola.  Çox  güman  ki,  anası  onun  öl-
düyünü  uşaqdan  gizli  saxlayır.  Hələ  balacadı,  ağlı  kəsmir, 
birtəhər  aldatmaq  olar.  Yəqin  qızcığaz  axşamlar,  onun  işdən 
qayıdan vaxtı kürrük eləyir. Görən anası onu necə ovundurur?.. 
İ
ndi  neyləsin?  Gecənin  bu  vaxtı  gedib  evinin  qapısını  döysə, 
inanarlarmı  dirilib  gəlməyinə?  Deməzlərmi  bu  vədə  torpağın 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
22
altından  nə  təhər  çıxıb  gəlmisən  bura?  Ancaq  başqa  çıxış  yolu 
da yoxdu, indi getməsə, günün günorta çağı çıl-çılpaq necə qa-
yıda bilər? Hər halda evə dönmək üçün kəndin yatmış vaxtı da-
ha münasib olar...». 
Düşüncələr birdən-birə onu elə qoynuna aldı ki, hər şeyi 
unutdu.  İndi  gecənin  bir  aləmi,  bir  vaxt  uzaq  səfərlərdən  qa-
yıtdığı  kimi  gözlənilmədən  qapını  döyüb  evə  girəcək.  Uşaqlar 
atalarının  gəlişinə  yuxudan  oyanacaqlar,  sevindiklərindən  uç-
mağa qanadları olmayacaq. 
Ay qəfildən buludların arxasında gizləndi. Qəbiristanlığa 
qatı qaranlıq çökdü, bir andaca hər şey bu qatı qaranlığa qarışıb 
yox  oldu.  Bu  qəfil  qaranlıqdan  sümükləri  səksəndi,  yerin 
altında,  qəbirdə  keçirdiyi  o  dəhşətli  günlərin  mənzərəsi  bir  an-
daca gözləri önündən keçib getdi. Ay buludların arxasından çı-
xıb ətrafı işıqlandırana kimi özünə gəlmədi. 
Kəfənin  bir  ucunu  çiyninə  atdı,  o  biri  ucunu  belinə  do-
ladı.  Ay  işığında  vahimə  tökülən  boş  qəbrə  son  dəfə  nəzər  sa-
laraq kəndə sarı yönəldi. 
Qəbiristanlığı tamam qazıb tökmüşdülər, qəbirlərin yerin-
dən qara-qara çuxurlar baxırdı. Ha fikirləşirdisə, bu qəbirlərdən 
nə  üçün  meyitlərin,  sür-sümüklərin  qazılıb  çıxarıldığını  anlaya 
bilmirdi.  Qəbir  çuxurlarına  yıxılmamaq  üçün  addımlarını  ehti-
yatla atırdı. 
Qəbiristanlığı  keçib  kəndə  aparan  yola  çıxdı.  Yol  ağap-
paq  ağırırdı.  Bir  həftə  bundan  qabaq  tabutda,  adamların  çiy-
nində  bu  yolu  gəlmişdi,  ancaq  o  zaman  necə  gəlməyindən  xə-
bəri  olmamışdı.  İndi  ağappaq  ağaran  yolla  yeridikcə  qəbiris-
tanlığa gələn insan dəstəsi  və  bu  dəstənin  başı  üzərindəki  ta-
but  gözləri önündə canlanırdı. 
Kəndin işıqları sayrışırdı. Bayaq qışqıra-qışqıra kəndə sa-
rı yüyürən o iki nəfərin səsinə qalxan itlərin hürüşməsi hələ də 
kəsməmişdi. Bu səs ona ürək-dirək verirdi. 
Budur,  gəlib  kəndə  girən  yolların  ayrıcında  dayanır.  Bu 
yolların  ikisi  kəndin  içinə  aparır,  biri  isə  çayın  yaxasıyla  onun 
evinə gedir. Xoşbəxtlikdən evi kəndin ətəyindədi, itləri yuxudan 
eləməyəcək. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
23
Çayın  suyu  tamam  çəkilib;  yayda  az-az  hallarda  su 
olur burda. Ancaq qurbağaların səsi gəlir, hardasa çayın yata-
ğ
ındakı  gölməçələrdə  gecənin  sərinliyindən,  kimsəsizliyin-
dən həzz ala-ala
 
oxuyurlar. Gecənin səssizliyində bu səs ona 
o  qədər  doğma  gəlir  ki,  sanki  neçə  illərin  ayrılığından  sonra 
ilk dəfə bu səsi eşidir. 
Tini burulan kimi evinin yerləşdiyi səmtə baxdı. Gündüz 
olsaydı, evin damı apaydın görünərdi, ancaq indi ağacların ara-
sından evin kirəmidli damını seçmək çətin idi. Təkcə yeridikcə 
ağacların  arasından  süzülüb  gələn  şüalardan  bildi  ki,  eyvanın 
işığı yanır, arvadı həmişəki kimi işığı bilərəkdən söndürməyib. 
Yavaş-yavaş  evə  yaxınlaşır.  Bir  azdan  küçənin  başına 
çatanda həyət qapısı aydın görünəcək. 
Evə  yaxınlaşdıqca  özü  də  bilmədən  ürəyi  titrəyir.  İndi-
yənəcən  keçirmədiyi  qəribə  hisslər  varlığını  bürüyür.  Get-gedə 
vücuduna dolmağa başlayan qorxu hissi onu əvvəlki kimi yeri-
məyə qoymur, saxlayıb düşünməyə, hərəkətlərini ölçüb biçmə-
yə vadar eləyir. 
Darvazaya çatıb dayandı. Kənardan baxanda küçədə, hə-
yət  qapısında,  qapının  taxtaları  arasından  həyətin  görünən  ye-
rində  heç  bir  dəyişiklik  gözə  dəymirdi.  Elə  bil  bu  evdə,  bu 
həyətdə adam ölməmişdi, yas düşməmişdi, hər şey necə qoyub 
getmişdisə, eləcə qalırdı. 
Eyvanın  zəif  işığı  həyətin  gündoğana  baxan  tərəfini 
işıqlandırır,  sütunların  və  evin  qənşərindəki  əbrişim  ağacla-
rının kölgəsi həyət qapısınacan uzanırdı. 
Qapını  yavaşca  itələdi.  Açılmadı,  hiss  elədi  ki,  cəftəni 
vurmaqdan əlavə arxasına dəmir ling söykəyiblər. Qapının cəf-
təsini bayırdan açmaq üçün barmağın zorla yerləşə biləcəyi ba-
laca  deşik  vardı.  Barmağını  salıb  yavaşca  cəftəni  itələdi.  Cəftə 
açıldı.  Sonra  səssizcə  qapını  itələdi.  Ancaq  qapının  arxasına 
söykənmiş  dəmir  ling  onu  açılmağa  qoymurdu.  Çiynini  qapıya 
söykəyib var gücüylə itələdi. Qapı bir qədər aralandı və birtəhər 
özünü içəri saldı. 
Həyətdə elə sakitlik idi ki, ürəyinin döyüntüsü eşidilirdi. 
Evin  pəncərələrindən  qaranlıq  tökülürdü.  Ayaqlarının  ucunda 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə