Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə8/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
24
yeriyirdi ki, səs-küy salmasın. Elə bil aradan bir həftə yox, uzun 
illər keçmişdi. 
«...Niyə  belə  ehtiyatla  yeriyir?  Nədən  çəkinir?  Bu  evi, 
həyəti öz əliylə qurub düzəltməmişdimi? Bəs niyə oğurluğa ge-
dirmiş kimi qorxa-qorxa yeriyir?». 
Ayaqlarının  ucunda  yataq  otağının  pəncərəsinə  yaxın-
laşdı. Başını pəncərənin dəmir şəbəkəsinə söykəyib içəri baxdı. 
İ
çəri  qaranlıq  idi  və  pəncərənin  qabağına  qoyulmuş  güzgüdən 
başqa heç bir şeyi seçmək mümkün deyildi. Xeyli boylansa da, 
bir şey görə bilmədi. Pəncərənin qabağından çəkildi. 
Ay işığında kölgəsi evin divarına düşürdü və hərəkət elə-
dikcə uzanıb qısalan kölgəsinin vahiməsi onu basırdı, ona görə 
də kölgəsinin vahiməsindən qurtarmaq üçün qaranlığa çəkildi. 
Bir müddət evin işıq tutmayan səmtində dayanıb gözlədi. 
Özü də bilmirdi ki, niyə gözləyir. Ona elə gəlirdi ki, indicə qapı 
açılacaq,  onun  pəncərədən  baxdığını  görən  arvadı  çıxıb  içəri 
səsləyəcək.  Ancaq  vaxt  keçir,  qapı  açılmırdı.  Gözləməyə  isə 
səbri çatmırdı. 
Təzədən pəncərəyə yaxınlaşdı. Dəmir şəbəkələrin arasın-
dan  içərini  bir  xeyli  süzdü.  Fərqi  yoxdu,  heç  bir  şey  seçə  bil-
mədi. Çağırmaq lazım idi, başqa cür evdəkiləri oyatmaq müm-
kün  deyildi.  Ancaq  necə  çağırsın?  Burdan,  pəncərənin  qaba-
ğ
ından çağırsa, ayılan kimi yuxulu-yuxulu onun kölgəsini görüb 
qorxa bilərlər. Bəs onda neyləməlidi? 
Pəncərənin qabağından çəkilib evin qənşərindəki əbrişim 
ağacının yanında dayandı. Arvadını burdan səsləmək daha mü-
nasib olardı. Çünki arvadı çağırışına eyvana çıxan kimi onu gör-
məliydi. Onu çağıranın kim olduğunu yəqinləşdirmək üçün ey-
vanda dayanıb gözləri ilə qaranlığı axtarmalıydı. O da eyvandan 
bir  qədər  aralı,  evin  qənşərindəki  əbrişim  ağacının  altında  hər 
ş
eyi  necə  var  izah  eləyə  bilərdi.  Güman    ki,  arvadını  inandıra 
biləcək.  Axı,  burda  nə  vardı  ki...  Sadəcə  olaraq  onu  sətəlcəm 
tutmuş, ölmüş bilib dəfn eləmişdilər. Taleyi elə gətirib ki, yerin 
altından,  qəbir  evindən  təsadüf  ucundan  qurtara  bilib.  Yox, 
güman  ki,  arvadı  bütün  bunların  baş  verdiyinə  inanacaq. 
Arvadını  inandıra  bilsə,  uşaqları  da  inanacaq,  inandırammasa 
heç. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
25
Bütün  gücünü  toplayıb  özünü  ələ  aldı,  yavaşca  arvadını 
səslədi: 
– Qəmər... 
Ancaq elə bil səsi çıxmadı, səsini təkcə özü eşitdi. Buna 
baxmayaraq  bir  xeyli  gözlədi.  Gözlədi  ki,  bəlkə  çağırışına  səs 
verələr. 
Sonra bir də: 
– Qəmər, - dedi və yenə nəfəsini udub gözlədi ki, indicə 
qapını açacaqlar. Ancaq içəridən səs gəlmədi. Bir anlığa ona elə 
gəldi ki, evdə heç kəs yoxdu, otaqlar bomboşdu, onun ölümün-
dən  sonra  Qəmər  uşaqlarını  da  yığışdırıb  gedib  atası  evinə. 
Nahaq bu həyətdə qorxa-qorxa, çəkinə-çəkinə addımlayır. Bəl-
kə  gedib  eyvana  çıxsın...  Evin  qapısının  açıq  olub-olmadığını 
yoxlasın...  Ancaq  getmədi,  Qəmərin  evdə  olub-olmadığını  yə-
qinləşdirmək üçün bu dəfə hündürdən: 
– Qəmər! - deyə çığırdı. 
Özü öz səsindən diksindi. 
– Qəmər, ay Qəmər! - Bir də çağırdı. 
Qapı  yavaşca  aralandı.  Qəmər  gecə  paltarında  saçları 
dağınıq  halda  eyvana  çıxdı.  Bir  əlilə  yaxasından  tutaraq  o  biri 
ə
lilə  qapını  arxasınca  çəkdi.  Sürahının  kənarına  qədər  gəlib 
həyət qapısına sarı: 
– Ay adam, kimsən? - deyə soruşdu. 
Söykənib dayandığı əbrişim ağacından aralanıb: 
– Mənəm, Qəmər, - dedi. 
Qəmər  səsin  darvaza  səmtindən  yox,  evin  qənşərindən 
gəldiyinə  diksindi,  söykəndiyi  sürahıdan  bir  az  geri  çəkildi. 
Ancaq  dayanıb  gözlədi  ki,  həyətin  ortasından  gələn  bu  səsin, 
ona son dərəcə tanış gələn bu səsin sahibini tanısın. 
Bir az da qabağa yeriyib qaranlıqdan çıxdı: 
–  Mənəm,  Qəmər,  -  dedi,  tanımadınmı?  Əlişəm,  dirilib 
gəlmişəm. 
Qəmər  ay  işığında  ağappaq  kəfənə  bürünmüş,  başdan-
ayağacan  ağappaq  tük  gətirmiş,  onun  əri  olduğunu  deyən  bu 
qəribə  məxluqu  görcək  dəhşətli  səslə  çığırdı  və  qayıdıb  otağa 
qaçmaq  istədi.  Ancaq  dönməyə,  qayıdıb  özünü  otağa  salmağa 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
26
imkan  tapmadı,  özündən  gedərək  tirtap  yerə  yıxıldı.  Qəmərin 
çığırtısı gecənin səssizliyi boyunca yayılaraq əks-səda verdi. 
İ
stədi eyvana çıxıb Qəmərin qolundan tutub evə aparsın, 
uşaqları  oyatsın,  hər  şeyi  necə  varsa,  olduğu  kimi  onlara  başa 
salsın.  Ancaq  pilləkənləri  yarıya  qədər  qalxmışdı  ki,  içəridən 
tuman-köynəkdə  cavan  bir  adam  çıxdı.  Eyvanın  işığında  göz-
gözə gəldilər; Əliş qapıbir qonşuları olan Məsinin oğlunu tanıdı 
və  hiss  elədi  ki,  oğlan  gecənin  bu  vədəsi  arvadın  səsinə  çıxıb 
eyvanda onu görməyiylə özünü itirib, o da arvadı kimi bu saat, 
bu  dəqiqə  özündən  gedib  yıxılacaq.  Məsinin  oğlu  bunu  hiss 
elədiyindənmi, yoxsa gecənin bu vədəsi ləzzətlə yatdıqları yer-
də  peyda  olmuş  bu  qəribə  məxluqdan  qorxduğundanmı  yavaş-
yavaş dalı-dalı çəkildi və özünü içəri saldı. 
Qəmər  hələ  də  eyvanda  yıxılıb  qalmışdı,  huşu  özündə 
deyildi. 
Pilləkəndəcə  dayanıb  durmuşdu,  bilmirdi  qalxıb  Qəməri 
evə  aparsınmı,  ya  yeddisi  çıxmamış  onun  evinə  soxulan,  ar-
vadıyla,  eyş-işrətə  qurşanmış  Məsinin  oğlunu  boğub  öldürsün-
mü, yoxsa necə gəlmişdisə eləcə çıxıb getsinmi? Çünki işin belə 
olacağını  qətiyyən  gözləmirdi.  Ağlına  da  gətirməzdi  ki,  iyirmi 
beş  illik  ailə  həyatı  boyu  sevib  inandığı  bir  qadın  yeddisi  çıx-
mamış belə bir işə qurşansın, yaslı-yaslı evinə oynaş gətirsin. 
Qapı təzədən açıldı. Məsinin oğlu əlində qoşalülə tüfəng 
evdən çıxdı. Qan beyninə vurdu. Bildi ki, bircə an ləngisə güllə 
təpəsinə  çaxılacaq.  Dəli  kimi  yerindən  qopub  həyət  qapısına 
tərəf götürüldü. Sol əlilə dəmir lingi qapının arxasından götürüb 
selbələdi ki, bayıra çıxıb qaça bilsin. Qapıdan çıxhaçıxda güllə 
açıldı. Sol qolunun istiləşdiyini hiss elədi. 
Qəbiristanlığacan  dayanmadan  yüyürdü.  Yüyürə-yüyürə 
hərdən  çevrilib  arxasına  baxırdı  ki,  əli  tüfəngli  arxadan  onu 
qovurlarmı...  Ancaq  qaranlıqda  gözləri  heç  nə  seçmirdi.  Səhər 
üzü olduğundan hava daha da qatı qaranlığa qərq olmuşdu. 
Qəbiristanlığa çatıb dayandı. Sol qolunu əlilə sürtüb yox-
ladı; qan içərisində idi.  Bayaq  açılan  güllə qoluna  dəymiş,  dir-
səkdən azca yuxarı əzələsini deşib keçmişdi. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə