Вагиф
Султанлы. Щечлик вадиси
112
ranlıqda əlilə cibini eşələyib açarı çıxardı, tələsə-tələsə qapını
açdı.
Dəhlizdə elektrik lampasının düyməsini basdı. İşıq yan-
mırdı. Ancaq qəribəydi, soyuducunun səsi otağı başına götür-
müşdü. Otağa girən kimi dərhal paltarlı-paltarlı yatağa uzandı.
Soyunmağa həvəsi yoxdu. Yorğun olsa da, uzun müddət yuxu-
ya gedəmmədi, eləcə gözlərini otağın qaranlıq pəncərələrinə di-
kib durdu.
Bəlkə ona görə yuxuya getmək çətin idi ki, qalxmağa,
oyanmağa ümidi qalmamışdı. Çoxdannan bəriydi ki, dünya göz-
lərində sehrini, gözəlliyini itirmişdi. İndi yuxu da əzabdan sa-
vayı heç nə gətirmirdi. Qayğıları tükənmişdisə, ömrün yükünü,
möhnətini çəkəmmirdisə, sabaha, gələcəyə aparan yol qaran-
lıqdısa, bəs onda nəyin xatirinə yaşayırdı?..
...Yuxuda görürdü ki, tanımadığı adamlar onu tabuta qo-
yub aparırlar. Tabutda, üstünə salınmış ağ mələfənin altına sağ
olduğunu heç kəs bilmir. Elə heysizdi ki, gözlərini açammır,
eləcə bir-birinə sıxılmış kipriklərinin arasından dəfninə yığılmış
adamlara tamaşa eləyir. Bu qədər adamın içərisində bircə tanış
sifət belə gözlərinə dəymir. Ha əlləşirsə, çevrilib tabutdan
qalxammır. Nə isə demək, danışmaq, özünün sağ olduğunu onu
dəfn eləməyə aparan bu adamlara başa salmaq istəyir, ancaq nə
illah eləyirsə, səsi çıxmır.
Artıq adamlar qəbiristanlığı haqlamışılar. Düşünəndə ki,
bu dəqiqələrdə nə isə bir şey eləməsə, sağ olduğunu bir yolla
bildirəmməsə, sonra gec olacaq, onu diri-diri torpağın təkinə
quylayacaqlar, birdən-birə ona qeyri-adi bir qüvvə gəldi. Əv-
vəlcə gözlərini açdı, sonra qalxıb tabutun içərisində oturdu...
– Aaauuuuu...
Adamlar vəhşi səslə ulaya-ulaya tabuta açıb bircə anda
qaçıb dağılışdılar.
Yuxudan oyananda pəncərədən yenə zülmət tökülürdü.
Yatmaqdan başı, boynunun damarları ağrıyırdı. Yatağına uza-
nanda ona elə gəlirdi ki, yuxudan qalxanda səhəri açılmış gö-
rəcək. Ancaq qalxmışdı, dünya isə əzəlki kimi qat-qaranlıq idi.
Başının ağrısından gözləri dumanlanırdı. Bilirdi ki, iç-
məsə dünyasında baş ağrısı keçib getməyəcək. Uzandığı çar-
Вагиф
Султанлы. Щечлик вадиси
113
payının altında boş şüşələr vardı, həmişə içdiklərini oraya yı-
ğ
ırdı. Nə qədər ümidsiz olsa da, inanırdı ki, bəlkə sərxoş çağ-
larında yadından çıxıb şüşələrin hansınınsa dibində bir şey qa-
lıb. Şüşələri bir-bir çalxalayıb küncə itələyirdi. Əlinə keçən
çirkli bir şüşəni çalxalayanda çoxdannan qalıb qıcqırmış çaxırın
turş təmi onu vurdu. Əlləri titrəyə-titrəyə dodağına tutub son
qətrəsinə kimi içdi. Bir qədər özünə gəldi.
Yuyunmaq üçün vanna otağına keçdi. Soyunub buz kimi
soyuq duşun altına girdi. Dəsmalla qurulanıb yataq otağına qa-
yıtdı.
Ciblərini eşələdi, bircə qəpik də olsun pulu yox idi. Əs-
lində bilirdi ki, pulu yoxdu, cibləri tamam bomboşdu, ancaq o
hər cür möcüzəyə inanırdı.
Uşaqlarından xəbəri yoxdu. Harda yaşadıqlarını bilmir.
Ailəsini itirəndən sonra onunla maraqlanmağı belə ağlına gə-
tirməyib. Ancaq bir dəfə uzaqdan, lap uzaqdan arvadı və uşaq-
larını yad bir kişi ilə küçədə görmüşdü. Tanımadığı o yad kişi
uşaqlarının əlindən tutub arvadı ilə söhbət eləyə-eləyə hayanasa
gedirdi. Özgə bir adamın doğma balalarının əlindən tutması,
özü sağ ola-ola uşaqlarının özgə mehrinə qısılmağa qəfil xəbər
kimi onu büsbütün sarsıtmışdı. Arvadının mənzildən imtina
eləməsi, alimentlə uşaqlarını dolandırmağı özünə təhqir bilməsi
onu sonralar, çox sonralar düşündürməyə başlamışdı. Sanki
aradan keçən illər dumanlı düşüncələrini sahmana salmışdı. İndi
özünə uzaqdan baxır, işlədiyi cinayətin (buna günah deməyə
dili gəlmir) ağırlığını bütün əzasıyla dərk eləyirdi.
Avtobuslar əvvəlki kimi belədən-belə şütüyürdülər. O da
dayanacaqda gözləməyə başladı. Ancaq hansı avtobusu gözlə-
diyini bilmirdi. Avtobuslarsa bir-birinin ardınca keçib gedir-
dilər.
Hayana getsin? Əslində onunçün hayana getməyin elə bir
fərqi yox idi, hər dəfə olduğu kimi bu dəfə də evdən məqsədsiz-
məramsız çıxmışdı. Bütün tanışlarını bir-bir gözlərinin qabağına
gətirirdi. On il idi ki, özündən savayı heç kəsin qapısını açmırdı.
Ə
n yaxın dostlarının belə evinin yolunu-səmtini unutmuşdu.
İ
nsanlarla əlaqəsini itirmişdi, təmtəkcə yaşayırdı. Ancaq özünün
təkliyinə, bu boyda şəhərdə kimi-kimsənəsi olmadığa inanmırdı.
Вагиф
Султанлы. Щечлик вадиси
114
Səkilər, divarlar, avtobus dayanacaqları, su köşkləri, bulvarda,
qəhvəxanada rastlaşdığı adamlar uzaq uşaqlıq illərindən xatirə
qalmış oyuncaqlar kimi onun yaddaşında doğma, lap doğmay-
dılar.
On il idi ki, dünyada nələr baş verdiyindən xəbərsizdi.
Səhər, günorta, axşam içirdi, azacıq ayılmaq təhlükəsi hiss elə-
yən kimi günün hansı vaxtı olur-olsun fərq eləməzdi, dəli kimi
ora-bura vurnuxur, bir şey tapıb içirdi. Bir az içdimi, hər şey
yoluna düşürdü, özünü indicə anadan olubmuş kimi rahat və
qayğısız hiss eləyirdi.
Onunçün zaman ölçüsünün heç bir əhəmiyyəti yoxdu.
Yuxusu çəkilən kimi şəhərə çıxır, içib özünə gələndən sonra
dənizin sahilinə enirdi. Yorulub əldən düşənə qədər gözlərini
qaranlıq sulardan çəkmirdi. Evə qayıdıb dincini alandan sonra
hər şey təzədən başlayırdı. Beləcə bir-birinə bənzəyən günlər
təkrarlandıqca həyat, yaşayış onu məngənə kimi sıxırdı.
Ona elə gəlirdi ki, içərisində gizli, əlacsız bir xəstəlik var
və hər saat, hər dəqiqə bu xəstəlik ağrısız-əzabsız ölümə doğru
sürükləyir. Ancaq hər an ölümə doğru sürükləyən bu gizli,
ə
lacsız xəstəlik onu zərrəcə qorxutmur.
Ulduz kimi soyuq-soyuq işaran günəş səmanın bir səm-
tindən hərəkətsiz asılmışdı. Minbərdən azan səsi gəlirdi. Ancaq
azançının səhərmi, günortamı, ya axşammı azanını çağırığı bi-
linmirdi. Bu səs dalğalana-dalğalana qaranlığa elə qarışırdı, elə
qovuşurdu ki, sanki zülmət dünyaya azançının səsindən yayı-
lırdı.
Dəniz vağzalına tərəf baş aldı. Sahil həmişəki kimi qə-
ləbəlik idi. Skamyalar tutulmuşdu. Gəlib dənizin sahilindki mə-
həccərə söykəndi, gözlərini qaranlıqda səssiz-səssiz ləpələnən
sulara dikdi. Həmişə dənizin sahil suları boyu uçuşan qağayılar
gözə dəymirdilər. Dünyanın belə zülmətə boyanması onları bu
yerlərdən uçurmuşdu. Ona elə gəlirdi ki, bir vaxt gələcək,
qaranlıqların içərisindən xəfif dalğaları yara-yara sahilə bir
gəmi yan alacaq və onu alıb biryolluq bu zülmətin qoynundan
xilas eləyəcək, itirdiyi işıq və aydınlığa doğru aparacaq.
Qaranlıqda bağrı yarıla-yarıla bu gəmini çoxdannan bəriydi ki,
Dostları ilə paylaş: |